"Kəşmir münaqişəsi bütün dünyanı təhlükə altına salır" Pakistanın Azərbaycandakı səfiri

"Kəşmir məsələsində Azərbaycanın köməyini vacib hesab edirik"

Müsahibələr 13:32 24.08.2019

Hindistan Xalq Partiyasının sədri Narendra Modinin başçılığı altında olan Hindistan hökuməti Avqust ayının 5-də Kəşmirin muxtariyyət statusunun (370 saylı maddə) ləğvini bəyan edib. Bu qərardan dərhal sonra Hindistan ordusu əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Kəşmiri blokada vəziyyətində saxlayaraq gediş-gəlişi kəsib. Baş vermiş hadisə Pakistan-Hindistan münaqişəsinin yenidən alovlanmasına səbəb olub. Eurasia Diary baş verənlərlə bağlı Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmanddan müsahibə alıb.

- Cənab səfir, Hindistan Respublikasının Kəşmirin yüksək muxtariyyat statusunu ləğv etməsinin arxasında hansı məqamlar durur? Hindistanın niyyəti nədir?

- Mən sizə Kəşmir problemini daha yaxşı anlamağınız üçün münaqişənin qısa tarixindən bəhs etmək istəyirəm. 1947-ci ildə qəbul edilmiş bölünmə prinsipinə görə müsəlman əhalisinin çoxluq təşkil etdiyi ərazilər Pakistanın və hindlilərin çoxluq olduğu ərazilər isə Hindistanın tərkibinə verilməlidir. Hindistan daxilində bir çox əyalətlər var və əksəriyyətində hindlilər çoxluq təşkil edir. Lakin Kəşmirdə isə əhalinin əksəriyyəti müsəlmanlardır, amma hakimiyyət hindlilərə məxsusdur. Bir məsələni diqqətinizə çatdırmaq istərdim ki, Hindistanın ilk baş naziri Cəvahirəl Nehru Kəşmir hindlisi idi. O, 1947-ci ildə Kəşmir maxaracasına (hökmdar) Hindistana qoşulmaq mexanizmini qəbul etdirmişdir. Bu mexanizmə görə Kəşmir maliyyə, müdafiə, kommunikasiya və xarici işlərdə Hindistana bağlı olmalıdır. Bunu imzalamaqla Hindistan Kəşmirə ordu yeritdi və oranı işğal etdi. 1947-ci il bölgüsündə ərazinin 45%-i Hindistanın və 35%-i isə Pakistanın, 20% Ladax adlanan ərazi isə Çinin payına düşdü. Ancaq Kəşmir əhalisinin 70%-i isə müsəlmanlardan ibarət idi.

370 saylı və 35A adlanan maddə 1949-cu ildə qüvvəyə mindi. Bu maddələr Kəşmir regionuna müstəqil bayraq və parlament hüququ verdi. Qanuna görə kənar şəxslər Kəşmirdən mülk ala bilməz. Əgər Kəşmirli müsəlman qadın kənar şəxslə ailə qurarsa, o zaman onun mülkiyyət hüququ itir. Kəşmirdən kənarda yaşayan insanlar Kəşmir seçkilərində iştirak edə bilməz. Heç kimə kənardan burada işləmək hüququ verilmir. Son 70 ildə Kəşmirin azadlığı uğrunda hərəkat da başlamışdır.

Qeyd edim ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) Kəşmir münaqişəsinin həllinə dair 11 qətnamə qəbul edib. Onların hər biri Kəşmirin statusunun şəffaf və azad səsvermə ilə müəyyənləşməsini əhatə edir. Lakin Hindistan buna razılıq vermir. Hal-hazırda Hindistan bölgədə 600 minlik qoşun saxlayır, bura dünyanın ən çox silahlandırılmış zonası hesab edilir.  Son günlərdə isə əlavə olaraq, 180 minlik qoşun da yeridib.

370-ci  maddənin ləğvi bir neçə amili özündə ehtiva edir. Maddənin ləğvi ideyası Hindistan Xalq Partiyasının seçki platformasında da qeyd edilib. Bu partiya ekstremist və irqçi mövqeyə sahib olaraq “Hindistan hindlilərindir” ideyasını dəstəkləyir. Bundan əlavə olaraq, bu maddənin ləğvindən sonra Hindistan regionda demoqrafik dəyişiklik üçün imkan əldə edəcək və hindli əhalisinin sayının artmasına səy göstərəcək. İlk amil kimi Hindistan hindlilərə məxsusdur fikri, ikinci amil isə demoqrafik dəyişiklik və sonuncu amil kimi Əfqanıstan sülh danışıqlarını göstərə bilərik. Hindistan Əfqanıstan sülh prosesində iştiraka sahib deyil, lakin Pakistan birbaşa iştirakçıdır. Bu maddənin ləğvi ilə onlar Pakistanı bu proseslərdə blok eləmək istəyir. Kəşmiri birləşdirməklə Hindistan Əfqanıstanın qərb cəbhəsində Pakistana problem yarada bilər. Çünki Əfqanıstanda sülh istər istəməz Pakistanın işinə yarayacaq, bu region Pakistan üçün geostrateji əhəmiyyətə malikdir.

- Hindistanın bu qərarından sonra, Pakistanın Baş Naziri İmran Xan münaqişənin diplomatik yolla həllinə cəhd edir. Lakin Hindistan geri addım atmaq niyyətində deyil. Hindistanın uzlaşmaz mövqeyi Pakistanı müharibəyə vadar edə bilərmi?

- Baş Nazir İmran Xan ilk çıxışlarında bəyan edib ki, əgər Hindistan Kəşmirin həllinə dair bir müsbət addım atsa, biz on addım atarıq. Bu uzun çəkən münaqişə BMT TŞ-nin 11 qətnaməsi çərçivəsində həll edilməlidir. Lakin  Hindistan bu qətnamələrə məhəl qoymur və ərazidə hərbi mövcudluğunu artırır. Hazırda hər on nəfərə bir əsgər düşür. Kəşmirdə yaşayan insanların əksəriyyəti, xristianlar da daxil Kəşmirin azadlığını istəyir. Çünki Hindistanın milliyətçi idealogiyası onların kilsələrinin dağılmasına da səbəb olacaq. Bir çox ölkələr - Britaniya, Səudiyyə Ərəbistanı və ABŞ kimi ölkələrin hökumətləri münaqişənin həllində tərəfləri BMT-nin qərarlarına uyğun hərəkət etməyə çağırıb. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında Kəşmir münaqişəsi ilə bağlı xüsusi qrupun nümayəndəsidir. Bununla da onun reaksiyası da önəmlidir.

Hər iki ölkə nüvə silahına malikdir. Bu münaqişə sadəcə regionu deyil, eyni zamanda, bütün dünyanı təhlükə altına salır. Pakistan müharibə istəmir, sadəcə verilmiş qərarların icrasını istəyir. Bu, beynəlxalq sülhü hədələyən ən acınacaqlı konfliktdir. Son 30 ildə 110 min Kəşmirli qətlə yetirilib. Bu Hindistanın Kəşmir müsəlmanlarına soyqırım etmək istəyini nümayiş elətdirir.

Bir şeyi bildirmək istəyirəm ki, 1947-ci ildə bu məsələni BMT TŞ-də qaldıran ilk ölkə elə Hindistan olub. Çünki həmin zamanlarda Hindistan ordusunun Kəşmirdə mövcudluğu zəif idi. BMT-ni məsələyə cəlb edərək vaxt qazanan Hindistan öz qoşunlarını münaqişə zonasına yeritməyə başladı.

Pakistan həmişə Cəmmu və Kəşmir əhalisinin yanında olub. Biz onlara diplomatik, siyasi və mənəvi yardım göstərmişik. Hindistan son 10-15 gün ərzində Kəşmiri blokadaya salıb və əhaliyə qarşı hüquq pozuntuları edir. Misal üçün, bir çox ailənin oğulları aparılıb və heç kim onların taleyi ilə bağlı məlumata sahib deyil.

Narendra Modinin siyasəti bizə Hitlerin siyasətini xatırladır. Bu irqçi və ekstremist mövqedir. Pakistan məsələni Beynəlxalq Məhkəməyə çıxararaq hüququn bərqərar edilməsini istəyir. Çünki mövcud vəziyyət nə qədər davam edə bilər axı?

- İyul ayında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda İmran Xanla bir araya gələrək Kəşmir probleminin həllində vasitəçi olmağa hazır olduğunu bildirib. Lakin bu görüşdən bir ay keçməmiş Hindistan Kəşmirin statusunu ləğv etdi. Hindistanın bu qərarı ABŞ-ı Kəşmir probleminə daxil etməmək kimi şərh edilə bilərmi? Bəs bu qərardan sonra ABŞ Pakistanı dəstəkləyəcəkmi?

Tramp görüş çərçivəsində dedi ki, Modi ondan Kəşmir məsələsində vasitəçi olmağı təklif edib. Lakin Modi daha sonra bu fikri təkzib edib. Ağ Ev isə Modinin Trampa belə bir təklif etdiyini bildirib. Pakistan BMT TŞ-nin üzvlərinin münaqişəyə cəlb olunmasını müsbət qarşılayır.

Pakistan və Hindistan ordusu dünyanın böyük ordularındandır, bununla belə hər iki ölkə nüvə silahına sahibdir. İstənilən qarşıdurma katastrofik nəticə verə bilər. Qeyd edək ki, dünyanın 40%-i Cənubi Asiyada yerləşir. Çin, Hindistan və Pakistan, 3 qonşu ölkənin hər biri nüvə ölkəsidir. 1962-ci ildə Çinlə Hindistan arasında silahlı qarşıdurma da olub. Bu münaqişə sadəcə iki deyil, üç ölkə arasındadır. Bunun necə faciəvi nəticələnə biləcəyini düşünə bilirsinizmi?

Hindistanda hakim partiya irqçi mövqeyə malidkir və cəmiyyətdə də bu toxumu səpib. Lakin Hindistan dünyəvi dövlət olmalıdır. Modi Hindistanın hindlilər üçün olmasını istəyir, lakin burada milyonlarla müsəlman, xristian və sixlər yaşayır.

Baş vermiş hadisədən sonra bir çox Kəşmir liderləri həbs edilib. Onların əksəriyyəti barəsində xəbər yoxdur. Nəzərinizə çatdırım ki, Kəşmir liderləri müsəlmanlardır çünki əhalinin əksəriyyəti bu dinə mənsubdur.

- Kəşmir sadəcə Pakistanın deyil eyni zamanda bütün müsəlman dünyasının ortaq problemidir, eynən Qarabağ, Şərqi Türküstan və Şimali Kipr kimi. Pakistanın Kəşmir problemi müstəvisində Azərbaycan başda olmaqla digər müsəlman dövlətlərindən gözləntiləri nədir?

Əfsuslar olsun ki, bir çox müsəlman ölkələri Hindistan ilə iqtisadi maraqları əsas tutur. Bu maraqlar önə çıxanda Kəşmir problemi geridə qalır. Bu müsəlman dünyası üçün utancvericidir, çünki onların Hindistan ilə bu əlaqələri məhdudlaşdırması lazımdır.

11 min müsəlman Kəşmirli qadın zorlanmaya məruz qalıb və 110 min insan qətlə yetirilib. Bu sadəcə Pakistanın deyil, bütün müsəlman dünyasının problemi kimi qəbul edilməlidir.

Müsəlmanlar ümmət, yəni vahid hesab edilir. Bu vəziyyətdə onların dəstəyi önəmlidir. Pakistan həmişə müsəlman ölkələrini mövcud problemlərdə dəstəkləyib, misal üçün Qarabağ, Bosniya, Suriya və s.

- Azərbaycanla Pakistanın mövcud əlaqələrini necə dəyərləndirisiniz və əməkdaşlığın perspektivi ilə bağlı nə söyləyə bilərsiniz?

Pakistan hər zaman Azərbaycanla müsbət əlaqələrə sahib olub və biz bunu çox yaxşı dəyərləndiririk. Pakistan xüsusilə Qarabağ problemində Azərbaycanı hər zaman dəstəkləyib. Pakistan Xocalı faciəsini soyqırım kimi tanıyıb və Ermənistanı müstəqil dövlət kimi tanımayan yeganə dövlətdir. Pakistan Parlamenti Ermənistan silahlı qüvvələrinin Qarabağdan çəkilməsini tələb edən qətnamə qəbul edib.

Bütün bunları hesaba alaraq, Kəşmir məsələsində Azərbaycanın köməyini vacib hesab edirik. Azərbaycan hökuməti nə isə etməlidir. Qeyd etdiyim kimi Azərbaycan İƏT-də Kəşmir məsələsi ilə məşğul olan qrupun üzvü olduğu üçün onun reaksiyası əhəmiyyətlidir.

Pakistan həmişə Azərbaycanı özünə qardaş ölkə hesab edib. Biz həqiqətən də bu əlaqələri qiymətləndiririk. Bizim ortaq dəyərlərimiz çoxdur. Adicə lüğətimizdə minlərlə ortaq sözlərimiz var və adətlərimizdə də oxşarlıqlar çoxdur.

Bizim ortaq ticarət əlaqələrimiz inkişaf edən xətlə davam edir, iki ölkə arasında bir çox mövcud sazişlər vardır. Hər il iki ölkə arasında insan axınında artım müşahidə olunur. Pakistan mühəndislik və səhiyyə sahəsində Azərbaycanlı tələbələrə təqaüd imkanları yaradıb. Bu isə iki ölkə arasında təhsil sahəsində əlaqələrə müsbət təsir edir.

Mən hər gün Azərbaycanda biznes qurmaq istəyən bir çox pakistanlı şəxslərlə görüşürəm. Azərbaycan Pakistana maliyyə yardımları edib və 2005-ci ildə Pakistanda zəlzələ olanda Azərbaycan köməyini əsirgəməyib. Bu sıraya bir çox hadisələri əlavə edə bilərik.

Pakistanla Azərbaycan arasında sıx hərbi əməkdaşlıq mövcuddur. Pakistan Azərbaycana JF-17 modeli olan hərbi qırıcıları satmağa hazırdır. Səhv etmirəmsə Ermənistan Rusiyadan qırıcı təyyarələr alacaq, əgər Azərbaycan Pakistanın bu təklifini qəbul etsə, o zaman hava məkanında üstünlüyünü qoruyacaq.

Qeyd edək ki, cənab səfir sonda Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edərək, özünü heç də yad ölkədə hiss etmədiyini dedi. O, burada insanların xoş münasibətindən razılığını bildirdi və Azərbaycan mətbuatına qapısının hər zaman açıq olduğunu söylədi.

Aqil ASLAN

Ülvi ƏHMƏDLİ

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı