"Özümü jurnalistikadan ayrı təsəvvür edə bilmirəm"

Müsahibələr 14:00 13.09.2019

“Nəzəriyyə və  təcrübə bərabər gücə malikdir.  Əgər tələbə təhsil aldığı müddətdə nəzəri biliklər qazanırsa,  o, daha qısa müddətə uğur əldə edə bilər”.

Eurasia Diary xəbər verir ki, bu sözləri AzEdu.az-a müsahibəsində “24media.az” saytının baş direktoru və “Bakı Universiteti” qəzetinin redaktoru Anzulə Pərvizqızı deyib.

Təqdimat: Anzulə Pərvizqızı 1992-2003-cü illərdə Bakı şəhəri, 152 saylı orta məktəbdə oxuyub. O, 2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsini bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə məzun olub. Həmçinin, 2008-2011-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Publisistik jurnalistika” ixtisaslaşması üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. Anzulə Pərvizqızı 2011-2015-ci illərdə Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının “Jurnalistika” ixtisası üzrə doktorantı olub.

 -Anzulə xanım, istərdik təqdimatınızı öz dilinizdən də eşidək…

-10 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin “Bakı Universiteti” qəzetinin redaktoru, Jurnalistika fakültəsinin ingilis dili bölməsində müəllim  kimi fəaliyyət göstərirəm.  Bir neçə ay öncə “24media.az” saytını da təsis etmişik, onu inkişaf etdirməyə çalışırıq.

-Bir çox insana arzu kimi görünən CELTA sertifikatını əldə etmisiniz. İstərdik bu haqda danışasınız. CELTA sertifikatını qazanmağın sirləri nələrdən ibarətdir?

-İngilis dilini dünyanın bir çox ölkəsində tədris etmək niyyətində olan insanlar üçün CELTA yaxşı vasitədir.  Mənim də bu dili araşdırmağa və tədris etməyə hər zaman həvəsim olub. İllər əvvəl IELTS  sertifikatı  və ingilis dili ilə bağlı bir çox layihələrdə iştirak etməkdə məqsədim həm də ingilis dili müəllimi kimi faydalı olmaq imkanı qazanmaq istəyimlə əlaqədar olub. Azərbaycanda əksər səviyyəli kurslar ingilis dili müəlliminin sırf bu ixtisasa aid diplomunun olmasını tələb edirlər. Mən isə dövlət müəssisəsində işlədiyim üçün  ikinci təhsil almaq imkanı əldə edə bilməmişdim. Amma hədəfimdən də yayınmırdım, təsadüfən CELTA deyilən sertifikat vasitəsilə nəinki ölkəmizdə, xaricdə də ingilis dili tədris etmək imkanımın olduğunu öyrəndim və müraciət etdim.

-Anzulə xanım  CELTA sertifikatını əldə etmək üçün nə qədər müddətə hazırlaşmaq mümkündür?

-CELTA-ya müraciət etmək üçün IELTS balı minimum 7.5 olmalıdır. Namizədlər  birmənalı şəkildə bu proqramın dil yox, ingilis dili müəllimliyini öyrətmək üçün nəzərdə tutulduğunu bilməlidirlər.  Bu, ingilis dili müəllimliyi təcrübəsi olmayanlar və ya qeyri-ixtisas sahibləri üçün nəzərdə tutulub. Amma uzun illər təcrübəsi olan müəllimlər də proqrama qəbul edilirlər. Əsasən ingilis dili daşıyıcılarının müraciət etdiyi proqramda ən mühüm şərt ingilis dili biliklərinin yüksək səviyyədə olmasıdır. Çünki 1 ay intensiv davam edən kurs ərzində namizədlər tərəfindən akademik məqalələr yazılmalı, real tələbələrə qrammatika, danışıq, dinləmə, yazma dərsləri keçirilməlidir.  Dünya üzrə müraciət edənlərdən  cəmi 6 faizi imtahanlarda uğursuz nəticələr göstərib. Səbəb isə seçim mərhələsində maksimum dərəcədə CELTA standartlarını mənimsəyəcək namizədlərin qəbul edilməsidir.  Proqram ödənişli olsa da, ingilis dili səviyyəsi yüksək olmayan insan qəbul edilmir. Çünki həmin namizədin sertifikat əldə etmək şansı sıfıra bərabərdir.

CELTA-nı əldə etmək mənim üçün də asan olmadı.  Azərbaycan Müəllim İnkişafı Mərkəzində yüksək səviyyədə təşkil olunan proqrama məndən başqa 17 nəfər qatılmışdı və hər biri uzun illər ingilis dili müəllimliyi təcrübəsi olan insanlar idi. Həqiqətən də, Kembric Universitetinin məsul şəxslərinin nəzarəti ilə baş tutan proqram insana 1 ay nəfəs almağa imkan vermir. Hər şeydən təcrid olmalısan. Ailəli və 3 övladı, kifayət qədər digər işləri olan biri kimi mənim üçün də çox çətin oldu.  Proqramın ikinci həftəsində savadlı namizədlərdən birinin davam edə bilməməsi daha da həyəcanlanmağıma səbəb olmuşdu. CELTA-dan əvvəl Ceyhun Mənsumovun“pre-celta”    dərslərinə qatılmağım,  AMİM-in mütəxəssisi Ruzigar Seyidovun tövsiyələri, proqramda iştirak edən dəyərli dostların və ən önəmlisi ailəmin dəstəyi bir vaxtlar hobbi hesab etdiyim ingilis dili müəllimliyini ikinci peşəmə çevirməkdə mühüm rol oynadı.

-Ölkədə keçirilən beynəlxalq yarışları işıqlandırarkən jurnalistlərimiz problem yaşayırlar. Sizcə, onların dil biliyinin aşağı səviyyədə olmasının səbəbi nədir? Öz üzərilərində çalışmamaları, yoxsa lazımi şəraitin olmaması?

-İnsanın hansısa bir sahədə biliklərinin bir qədər məhdud olmasını tam da şəraitlə əlaqələndirmirəm. Düşünürəm ki, güclü istək olarsa inkişaf etmək mümkündür.

-Məlumdur ki, CELTA sertifikatını əldə edənlər dünyanın bir çox ölkəsində müəllim kimi fəaliyyət göstərə bilərlər. Bəs siz hansı ölkədə müəllim kimi fəaliyyət göstərməyinizi planlayırsınız?

-Yaxın gələcəkdə hansısa xarici ölkədə daimi fəaliyyət göstərməyi planlamamışam. Övladlarım təhsil alırlar, hər şey böyük oğlumun daxil olacağı universitetdən də asılı ola bilər.  Əsas odur  ki, bu təhsil hazırda Azərbaycanda ingilis dilini öyrənmək istəyənlərə faydalı olmağım və ikinci iş əldə etməyim imkanını rahatlıqla verir.

-Anzulə xanım, həm müəllim həm də jurnalistsiniz. Maraqlıdır özünüzü bu işlərdən ən çox hansında daha rahat tapa bilirsiniz?

-Özümü bu və ya digər halda jurnalistikadan ayrı təsəvvür edə bilmirəm. Jurnalistika sahəsində daha faydalı olacağımı düşünürəm, bu istiqamətdə layihələr üzərində çalışıram.

-Bəs jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz  hansı layihələr var?

-Bir neçə layihə var. İnşAllah zamanla reallaşdırmağa çalışacağam. İlk olaraq isə “24media.az” saytını gücləndirmək istəyirik.

-Sizcə hazırki mətbuatımızın əsas problemləri nələrdir?

-Ümumilikdə problemlərin həlli üçün fərd olaraq çalışmaq lazımdır. Adi jurnalist etikasına əməl etməyə cəhd göstərməklə problemlərin yaranmasının qarşısını almaq olar, nəinki onları həll edirmiş kimi görünməklə... Hazırda çox az insanlar peşələrində uğurlu olmaq  istiqamətində çalışırlar. Təəssüf ki, lüzumsuz,  xalqa və özlərinə sözün əsl mənasında faydalı olacaq işlər görmək istəyənlərin sayı elə də çox deyil.

-Mətbuatda təmsil olunan bir qrup hesab edir ki, jurnalistikanın nəzəriyyəsinə yiyələnmək, yəni ixtisasca jurnalist olmaq mütləq şərtdir. Digərləri isə iddia edir ki, jurnalist diplomu şərt deyil, əsas yaradıcılıq qabiliyyəti və istedadın olmasıdır. Anzulə xanım siz necə düşünürsünüz?

-Nəzəriyyə və  təcrübə bərabər gücə malikdir.  Əgər tələbə təhsil aldığı müddətdə sözün əsl mənasında nəzəri biliklər əldə edirsə  o daha qısa müddətə uğur əldə edə bilər. Əsas məsələ düzgün istiqamətlənib, faydalı nəzəri biliklərlə silahlanmaqdır.

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Hamısı