Qüdrət Həsənquliyev nazirləri "vurdu" "Daha o adamlar kabinetlərində oturub “kompüterdə oyun” oynaya bilməyəcək"

Deputat: "Zakir Həsənovla Elmar Məmmədyarov açıqlama verməsinlər"

Müsahibələr 17:16 24.09.2019
 
Eurasia Diary Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
 
- Con Boltonun vəzifəsindən istefa verməsinin Azərbaycana hansı təsirləri ola bilər. Bununla ABŞ-ın ölkəmizə diqqətinin azalacağını iddia edirlər.
 
- Azərbaycana diqqət azalmayacaq. Çünki Azərbaycan Rusiya və İranla sərhəd dövlətdir. ABŞ-ın hər iki ölkə ilə problemi var.
 
- 2020-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. ABŞ-ın regiona, ölkəmizə diqqəti azalsa, parlament seçkiləri ərəfəsində Rusiya və İranın fəallaşması mümkün ola bilərmi?
 
- Azərbaycan çalışır ki, həm Rusiya, həm də İranla  yaxın qonşuluq münasibətlərini qoruyub saxlasın. Düşünmürəm ki,  seçkilər ərəfəsində Rusiya və İran tərəfindən böyük təxribatlar olsun. Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. Dövlətlərin hər biri ilə  əməkdaşlığın davam etdirilməsində ölkəmiz maraqlıdır.  Ona görə də, bu dövlətlərin siyasətində sağlam düşüncə üstünlük təşkil edəcəksə, Azərbaycana münasibətdə onların hansısa təxribatçı fəaliyyətə yol verəcəyini düşünmürəm.
 
- Bəs parlament seçkiləri ərəfəsində, daxili qruplaşmaların iqtidar daxilində və ümumilikdə siyasi sistemdə fəallaşması mümkündürmü?
 
- Daha əvvəllər də biz  blok şəklində seçkilərə qatılmışdıq. Payız sessiyasında ölkədə yeni konstitusiyanın qəbul olunması ilə bağlı məsələ qaldıracam. Ölkədə yeni konstitusiya qəbul olunarsa, yaxud konstitusiyaya dəyişikliklər edilərsə, proporsional seçki sistemi bərpa olunarsa, o halda partiyaların təmərküzləşməsi prosesi gedəcək. Rusiyada  üç - dörd partiyanın parlamentə düşmə imkanı var. Əminəm ki, bizdə də bu olacaq. Təbii ki, sağlam, konstruktiv mövqedə duran, əməkdaşlığa meylli, ölkə naminə bir-birinə güzəştə getməyi bacaran partiyaların blokları yaranacaq. Hazirda bizdə səhv etmirəmsə, 55-57 partiya qeydiyyatdan keçib. O zaman Azərbaycanda maksimum 7-8 blok formalaşar ki, onların da 3-4-ü parlamentə düşə bilər. Bu da bizim siyasi sistemimizdə nizam-intizamın yaranmasına gətirib çıxarar. Bununla ölkədə siyasi sistem təkmilləşər və siyasi mübarizənin daha effektli olmasına yol açar.
 
 
- Ermənistanın daxilində gərginlik hökm sürür. Hazirda Ermənistanda olan vəziyyətin Azərbaycanın 90-cı illərdəki vəziyyətini xatırlatdığını deyirlər. Bəs niyə ölkəmiz bu gərginlikdən istifadə edib torpaqları geri almır?
 
- Bilirsiniz, mən indi müxalifət partiyasının rəhbəri kimi danışıram. Mənim sözsüz ki, informasiyam məhduddur. Ola bilsin ki, iqtidarı bu addımı atmaqdan çəkindirən, bizim bilmədiyimiz nələrsə var. Amma mənim bildiyim odur ki, böyük nəticələr əldə etmək üçün böyük risklər lazımdır. Bu risklər olmayan yerdə böyük nəticədən söhbət gedə bilməz. Yəni oturub, Ermənistanın nə vaxt dağılacağını və gedib Qarabağı müharibəsiz götürəcəyimizi gözləməyimiz, özünü aldatmaqdan başqa bir şey deyil. Ona görə də, Ermənistanda vəziyyətin gərginləşməsindən istifadə etməliyik. Azərbaycan çox yaxın vaxtlarda (2019-cu il çox əlverişlidir) bu istiqamətdə konkret addım atmalıdır. Biz hərbi yolla ən azından Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlarda Azərbaycanın suverenliyini bərpa etməli, işğalçıları ölkədən qovmalıyıq. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsində Ermənistan  konstruktiv mövqe tutacaq. Bu məsələdə mənim mövqeyim birmənalıdır.
 
- Xarici işlər nazirləri bu gün görüşür. Paşinyan isə verdiyi bəyanatları nə təkzib edib, nə də onlardan imtina edib. Azərbaycan tərəfi niyə bu görüşə qatıldı?
 
- Paşinyan sonradan açıqlama verdi ki, o bu mövqeni Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinə görə sərgiləyir. Guya Azərbaycan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq qalacağını bəyan edir. Amma guya Ermənistan bəyan edir ki, Azərbaycanın da maraqlarının təmin olunacağı həll variantı tapmalıdır. Paşinyan yalan danışır. Xarici İşlər Nazirliyi də gərək bununla bağlı dərhal açıqlama verəydi. Azərbaycan dəfələrlə bəyan edib ki, dünyada mövcud olan ən geniş muxtariyyət statusunu Qarabağa verməyə hazırdır. Bundan böyük güzəşt yoxdur. Dağlıq Qarabağ ermənilərinin maraqlarını bundan çox qoruyan mövqe ola bilməz. İkincisi, ilkin mərhələdə Qarabağ Azərbaycanın tərkibində olduğu vaxtda, orada regionda marağı olmayan ölkələrin hərbçilərinin iştirakı ilə sülhməramlı qüvvələr də yerləşdirilə bilər. Digər tərəfdən, Ermənistanla Dağlıq Qarabağın hər cür- mədəni, siyasi, iqtisadi əlaqələr qurmasına da qarşı deyilik. Ümumiyyətlə, sərhəd açılsa, o halda bizim Ermənistanla münasibətlərimiz bərpa olunacaq. İstənilən Azərbaycan Respublikasının vətəndaşı, o cümlədən, Dağlıq Qarabağdakı erməni vətəndaşlarımız da Ermənitana gedib-gələcək. Biz tarixdə çox görmüşük ki, bir-biri ilə qanlı müharibələr etmiş ölkələr sonradan barışıblar və əmin-amanlıq şəraitində yaşayıblar. Gələcək nəsillər naminə bu edilməlidir. Amma sözsüz ki, biz ermənilərin bizə qarşı etdiklərini unutmamaq şərti ilə bunu etməliyik. Bizim XİN, hər dəfə onların bu cür yalan bəyanatlarından sonra açıqlama verməlidir. Əslində Ermənistandan qabaq Azərbaycan orada yaşayan ermənilərin maraqlarının qorunması və təhlükəsizliyi ilə bağlı mövqeyini ortaya qoyub. Amma hazırda Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddiasından imtina etməlidir. Həmin yüksək statusla Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamalarına öz töhfələrini verməli və qoşunlarını bizim torpaqlardan çıxarmalıdırlar.
 
- Müdafiə naziri Zakir Həsənov müsahibəsində Ermənistana bu şəkildə mesaj göndərmişdi:“Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz müharibəni arzulayırıq”. Ermənistanın müdafiə naziri David Tonoyan Zakir Həsənovun müharibə arzusuna kinayəli şəkildə cavab verdi: “Qoy arzulasınlar, arzulamaq yaxşıdır”. Sizcə, “qoy arzu etsinlər” cavabı bizə çağırışdırmı?
 
- Əvvəla mən dəfələrlə söyləmişəm ki, elə  vəzifələr var ki, orada peşəkar siyasətçilər təmsil olunmalıdır. Məsələn, Müdafiə naziri gündəlik xarici siyasətlə məşğul olmur. Bu adamı öyrətmək lazımdır ki, hər zaman eyni sözü desin. Başqa açıqlama vermək ona qadağan olunmalıdır. Z. Həsənov hər zaman bu söz deməlidir: “Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır və Ali Baş komandanın əmrini gözləyirik”. Vəssalam! 
 
 
- Yəni ictimaiyyətə görülən işlərlə bağlı məlumat verilməsin?
 
- Müdafiə naziri mən dediyimdən başqa söz deyəndə, çox böyük problemlər yaranır. Axırıncı müsahibəsində də dolayısı ilə Rusiyanı qıcıqlandıracaq bir açıqlama vermişdi. (red.- Sizi müdafiə edənlər arxanızda dura bilməyəcək) Yaxşı olardı ki, Müdafiə naziri mülki şəxs olsun. Mən bunu dəfələrlə söyləmişəm. Özü də həmin şəxs peşəkar və hazırlıqlı siyasətçi olmalıdır. Amma peşəkar hərbçi bu vəzifəyə qoyulubsa, onun siyasi məsələlərlə bağlı danışmasına ehtiyac yoxdur. Ümumiyyətlə, yaxşı olardı ki, bizim xarici işlər nazirinin özü də açıqlama verməsin. Elə mətbuat xidmətinin rəhbəri, Prezident Adminstrasiyasında müvafiq şöbə ilə razılaşdırılmış açıqlamalar versin. Bu halda bizim işlərimiz daha yaxşı olar.
 
- Qüdrət bəy, əvvəlki müsahibələrinizdə, çıxışlarınızda dəfələrlə bildirmisiniz ki, Azərbaycanda bir sıra mühüm islahatlar aparılmalıdır. Bəs, indiyə kimi həyata keçirilən islahatlar, öz məntiqi nəticəsinə gəlib çatmayıb ki?
 
- Təəssüf ki, yox. Əlbəttə, bir sıra istiqamətlər üzrə ciddi qərarlar qəbul olunub. Xüsusilə sosial sahədə. Hansı ki, əhali tərəfindən də rəğbətlə qarşılanıb. Müəyyən kadr islahatları aparılıb, amma bunlar yetərli deyil. Həm iqtisadi sferada, həm  idarəetmədə, həm də məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır. Buna çox ciddi ehtiyac var. Yubanma Azərbaycanın da, iqtidarın da ziyanınadır.
 
- Açıqlamalarınızın birində qeyd etmişdiniz ki, islahatların həyata keçirilməsinə hakimiyyətdə təmsil olunan şəxslərdən də mane olanlar var. Onlar bunu hansı formada həyata keçirilər?
 
- Zamanla uzun müddət hakimiyyətdə təmsil olunan insanların iddiaları artır. Bəziləri tutduqları vəzifədən xalqa xidmətdən çox, varlanmaq vasitəsi kimi istifadə ediblər. Belələri görür ki, islahatlar başladılıb və bu islahatlar dərinləşəcəyi təqdirdə vəzifələrini itirə bilərlər. Çünki onlar yeni dövrlə ayaqlaşa bilmirlər. Ətraflarına gənc, istedadlı insanları cəlb edib, onların təşəbbüsləri ilə tanış olub, mütərəqqi ideyaların həyata keçirilməsini təmin edə bilmirlər. Belə olduğu halda, ümid qalır müxalifətdəki təxribatçı qüvvələrlə hər hansı formada gizli əlaqələr qurmağa, onları maliyyələşdirməyə... Onların əli ilə ölkədə elə mühit yaratmağa çalışırlar ki, Prezident islahatları genişləndirməkdən çəkinsin. Mövcud durum onları çox qane edir. Amma böyük səhvə yol verirlər. Həmin şəxslər başa düşmür ki, bu gəmi batsa, onlar da gəmi ilə birlikdə batacaqlar. Bu cür şəxslər düşünür ki, daha sərt idarəetmə tətbiq etməklə cəmiyyəti hər zaman idarə etmək olar. Bilirsiniz, zamanında bu metod özünü doğruldub. Xüsusilə ölkədə xaos, anarxiyanın baş alıb getdiyi, ölkədə sabitliyin olmadığı bir dövrdə - 1993-cü ildə  qiyamdan sonrakı dövrdəki Azərbaycanda sərt idarəetmə işə yarayırdı. Ölkədə sabitlik, əmin-amanlığın təmin olunması, qanunun aliliyi tədricən bərpa olunana qədər, bu üsul işləyirdi. İnsanlar sabitlik və təhlükəsizliyin təmin olunması, dövlətçiliyin qorunması üçün bir çox nöqsanlara və problemlərə dözürdülər. Amma zamanla cəmiyyət inkişaf edir, dəyişir. Həmin dövrün çətiliklərini yaşamamış gənclik formalaşıb. Bu dəyişimə uyğun olaraq, insanlar idarəetmənin də təkmilləşməsini gözləyir. Hansı ki, prezident özü də dəfələrlə bəyan edib ki, Azərbaycanda idarəetmə təkmilləşdirilməlidir. Uzun illərdir biz iqtidarı bəzən kəskin, bəzən də yumşaq tənqd etmişik. Müxtəlif problemləri, nöqsanları qaldırıb onların həllini tələb etmişik. Bu tənqidlər fonunda da ölkədə böyük işlər görülüb. Azərbaycan cəmiyyəti inkişaf edib. Bizim indiki cəmiyyətimiz 1993-cü ilin cəmiyyəti deyil. Ona görə də bəziləri 90-cı illərdə qaldığı üçün problemlər yaranır.
 
- “İqtidarda özünütəmizləmə işlərinin başlanmasının vaxtı çatıb”. Bu fikirlər sizə məxsusdur. Burada daha çox kimləri nəzərdə tutursunuz? Konkret təmizləmə işlərinə kimlərdən başlanılmalıdır?
 
- Konkret adlar çəkmək istəmirəm. Bu, doğru olmaz. İstənilən müxalifət partiyasının, müxalifyönlü millət vəkilinin borcudur ki, hakimiyyətdə baş verən prosesləri izləsin, hakimiyyətin qəbul etdiyi qərarları təhlil etsin və zəruri hesab edərsə, buna öz münasibətini bildirsin. Doğrudan da, iqtidarın yuxarıda qeyd etdiyim şəxslərdən təmizlənməsinə ehtiyac var. Uzun illər eyni vəzifəni tutmuş insanlar var ki, sözün həqiqi mənasında, tükəniblər. Bu insanlar ola bilər ki, iqtidar üçün zamanında xidmət göstəriblər. Amma bu xidmətlərin qarşısında da uzun illər hakimiyyətdə təmsil olunublar, mənsəb sahibi olublar və xidmətlərinin qarşılığını artıqlaması  ilə alıblar. Artıq zamanın tələbi ilə ayaqlaşa bilməyənləri dəyişmək lazımdır. Ən azından onları ratfikasiya etmək olar. Bəziləri o dərəcədə özlərini sərbəst hiss edirlər ki, hətta təxribat xarakterli addımlardan belə çəkinmirlər, hətta ölkənin  mənəviyyatını  korlayan xaricdəki müəyyən şəxsləri maliyyələşdirirlər. Bu faktlar ciddi şəkildə araşdırılmalıdır. Bunları sübut etmək çox çətin məsələdir. Amma siyasətdə bəzən elə məsələlər olur ki, buna sübutlarla yox, apardığın təhlillərlə, təcrübədən doğan intiusiyanla, məntiqlə əmin olursan. Yenə də öz fikrimdə qalıram ki, köklü kadr islahatlarının gecikdirilməsi, gələcəkdə həlli çətin olan problemlər meydana çıxaracaq.
 
- Bu yaxınlarda millət vəkili Siyavuş Novruzovun da, sizin qeyd etdiyiniz məqamlarla bağlı böyük rezonans doğuran açıqlaması olmuşdu...
 
- Məsələyə ümumi formada mən öz münasibətimi bildirdim.
 
- Siz müxalif mövqedə olan millət vəkilisiniz. Niyə iqtidarın yenilənməsində və onun  güclənməsində maraqlısınız?
 
- Mən sizə deyim ki, Azərbaycan öz inkişafının elə bir dövrünü yaşayır ki, bu ərəfədə ən radikal, ən sərt müxalif qüvvələr belə prezidentə dəstək verməlidir ki, O, islahatları dərinləşdirə bilsin. Azərbaycanda dəyişiklik yuxarıdan baş verməlidir. Xalq küçələrə çıxıb bu hakimiyyəti dəyişəcəksə, mən sizi tam əmin edirəm ki, Azərbaycan böyük bəlaya düçar olacaq. Azərbaycan Ermənistandan daha böyük, zəngin dövlətdir. Burada qlobal güclərin daha böyük maraqları var. Görürsünüz, Azərbaycanda etnik separatizmi necə qızışdırmağa çalışırlar. Azərbaycanda iqtidara nifrət aşılamaqla vətəndaş qarşıdurması yaradıb o həddə çatdırmaq istəyirlər ki, tərəddüd etmədən qardaş-qardaşa silah çəksin. Sosial şəbəkələrdə bunu görürük. Xalqımızın bu mərhələdə nicatı  yuxarıdan islahatlar yolu ilə cəmiyyətimizi dəyişdirməkdir. Ona görə də, biz mütəmadi olaraq iqtidarı bu dəyişiklikləri etməyə çağırırıq. Nə qədər ki, iqtidar güclüdür, xalqın dəstəyini itirməyib, cəmiyyətdə inkişafdan doğan pozitiv canlanmanın dağıdıcı gücə çevrilməsinə imkan verilməməlidir. Əslində, bu enerji ilə ölkəni inkişafın yeni mərhələsinə keçirə bilərik. Bunu yalnız iqtidar edə bilər. Hazırda prezidenti dəstəkləmək islahatları dəstəkləmək deməkdir. Bu halda prezident  özünü daha güclü hiss edəcək və daxildəki müxtəlif pozucu qüvvələrin təhdidlərindən narahat olmayıb islahatları davam etdirəcək.
 
-  Müxalifətdə olan bəzi şəxslər hətta inqilaba çağırışlar edirlər. Hazırda Azərbaycanda bu tip çağırışlarla hansısa destabilizasiyaya nail olmaq olarmı? İndiki şəraitdə bunun reallaşdırılması nə dərəcədə inandırıcıdır?
 
- Səmimi deyim ki, hazırda  Azərbaycanda inqilabi əhval-ruhiyyə yoxdur. İnsanlar arasında inkişafdan doğan canlanma var. Birmənalı şəkildə insanlar dəyişiklik istəyir. Amma bizim cəmiyyətimiz bu dəyişikliyi sabitliyin pozulması qarşılığında istəmir. İnsanlar yuxarıdan islahatların aparılmasını istəyirlər. Biz də xalqın bu istəyini görürük və hökumətdən bunu tələb edirik.  Bu planlar o zaman təhlükəli xarakter ala  bilər ki, xalqımız islahatlardan əlini birdəfəlik üzsün.
 
- Bu qüvvələr niyə Azərbaycanda qarışıqlıq olmasında maraqlıdır?
 
- Biricisi, bu məsələdə daha çox ermənipərəst qüvvələr maraqlıdır. Çünki Azərbaycanın başı nə qədər daxildə problemlərə cəlb olunsa, daxili çəkişmələr yaransa, sözsüz ki, o zaman heç kim Qarabağda müharibə haqda düşünməyəcək. Həmin qüvvələr yeni mitinq təyin ediblər. Mən bilirəm ki, bu mitinq islahatların qabağını almaq məqsədi ilə təşkil olunub. Sizi əmin edirəm ki, bu mitinq elə hökumətin içindəki müəyyən qüvvələrin, xaricdəki ermənipərəst qüvvələrin sifarişi ilə ortaya atılıb.  Misal üçün, "Youtube"də kanal açmış şəxslərdən birinin ətrafına bir qrup saqqallılar toplaşıb. Həmin saqqallılar Moskvada və Peterburqda İranın müəyyən ekstremist dairələri tərəfindən təşkilatlandırılmış  azərbaycanlılardır. Onlar tapşırıqla həmin adamın yanına yönləndiriliblər. Canlı yayım zamanı həmin şəxs saqqallılara üzünü tutub, ruh yüksəkliyi ilə dövlət himnimizi birlikdə oxumağı təklif edir. Amma həmin saqqallılar  “Allahu Əkbər”, “Allahu Əkbər” qışqırmağa başlayırlar. Yəni, özünü hansısa bir siyasi ailənin başçısı elan etmiş bir şəxs başa düşmür ki, ondan bir dövrə qədər istifadə edəcəklər, sonradan  lazımi anda öz lazımi adamlarını prosesin başında oturdacaqlar. Bu adamlar elə bilir ki, onların ağlına, qabiliyyətinə, ədalətinə görə insanlar onların başına yığışıb. Reallıqda məsələ tamamilə başqadır. Söylədiyim sadəcə bir epizoddur. Amma bütün məsələnin mahiyyətini açmağa imkan verir. Bu adamlara söyüş söydürürlər. Ən böyük əxlaqsızlıq odur ki, əxlaqlı cəmiyyət qurmaq iddiasında olduğunu bəyan edəsən, amma əxlaqsızların fəaliyyətini pisləməyəsən. Onlarla heç vaxt bir yerdə olmayacağını və onları gələcəkdə cəzalandıracağını bəyan etməyəsən. Söyüş söyənlər, sizi əmin edirəm ki,  Azərbaycana dönsələr ilk növbədə öz qohumları tərəfindən daş-qalaq ediləcəklər. 
 
- Yəni deyirsiz ki, həmin şəxslər heç bir halda sadə xalqdan istifadə edə bilməzlər?
 
- Əlbəttə yox. Onlar kiçik, az sayda insanlardan böyük pullar xərcləməklə istifadə edə bilərlər. Hökumət buna qarşı tam fəaliyyətsiz qalsa, heç bir addım atmasa, xalqın islahatlar istəyinə tam biganə qalsa, narazı insanların sayı artacaq. Bu da neqativ proseslərə yol açacaq. Amma  iqtidar fərqindədir ki, dəyişikliklər olmalıdır. Elə siyasi partiyalarla və ictimai fəallarla keçirilən dəyirmi masa  onu göstərir ki, iqtidar fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmağa çalışır. Bu da alqışlanası haldır.
 
- İqtidar-müxalifət dialoqundan bəhs etdiniz. Sizcə, bu dialoqun davam etdirilməsinin hansı məntiqi nəticəsi ola bilər?
 
- Bu dialoqun davam etdirilməsi ölkənin siyasi sistemində, konkret olaraq siyasi partiyalar arasında əməkdaşlığın yaranmasına çox böyük töhfələr verəcək. Bununla da siyasi mübarizə daha sivil müstəviyə keçəcək.
 
- Bir müddət öncə müxalif düşərgədəki bir sıra insanlar prezident İlham Əliyevin ortada olmadığı ilə bağlı iddia səsləndirdilər. Hətta sosial şəbəkələrdə silsilə statuslar yazdılar. Sizcə, nəyə nail olmaq istəyirdilər?
 
- Bilirsiniz, onlar xalqdan dəstək əldə edə bilməyəndə, müxtəlif dedi-qodulara, qeybətlərə başlayırlar. Düşünürlər ki, bəlkə də prezidentin səhhəti ilə bağlı insanlarda hansısa bir fikir formalaşdıra bilsələr, müəyyən dəstək əldə edəcəklər. Bu, sadəcə olaraq, gülüncdür, ayıbdır. İkincisi, prezident gənc adamdır, sağlamlığı da mənim bildiyimə görə yerindədir. İnanmıram ki, hazırda bu cür iddia səsləndirənlərdən kimsə “turnik”də İlham Əliyev qədər dartına bilsin. Televiziyada Prezidentin 11 dəfə dartındığını müşahidə etmişdim. Bu da onun sağlamlığının bir göstəricisidir.
 
- Hakimiyyət strukturlarında islahatlardan bəhs etdiniz. Sizcə, Azərbaycanda Birinci vitse-prezidentlik institutu formalaşdığı halda, Baş nazir postuna ehtiyac qalırmı?
 
- Bu məsələ o vaxt geniş ictimai müzakirələrdən keçmədən, birbaşa referenduma çıxarıldı. Konstitusiyaya dəyişiklik ediləndə mən söylmişdim ki, Azərbaycanda  bir vitse-prezident olmalıdır. Vitse-prezident postuna da Azərbaycan xalqı qarşısında xidmətləri olan, tanınmış bir nəslin təmsilçisi, eyni zamanda bacarığı və təşkilatçılıq qabiliyyəti ilə özünü təsdiq etmiş, Prezidentin ən yaxın silahdaşı Mehriban xanımın təyin olunması daha  doğru olar.  Amma o zaman söyləmişdim ki, vitse-prezidentlik institutu yaradılırsa, Nazirlər Kabineti ləğv edilməlidir. Çünki dünyada belə bir nümunə yoxdur. Bəlkə də var, bilmirəm. Amma inkişaf etmiş ölkələrin yolu ilə gediriksə, o zaman Nazirlər Kabinetinin fəaliyyətinə ehtiac yoxdur. Çox təəssüf ki, Nazirlər Kabineti ləğv olunmadı. Siz özünüz də görürsünüz ki, Baş nazir postu seremonial postlardan sayılır. Real olaraq, səlahiyyətləri olmayan vəzifədir. Digər tərəfdən başqa vitse-prezidentlər də təyin olunmadı. Ona görə də düşünürəm ki, 2020-ci ilin ilk yarısında ölkədə yeni bir konstitusiya qəbul etsək doğru olar. Yeni konstitusiya ilə həm deyilən məsələlər öz həllinin tapar,  həm ölkədə proporsional seçki sistemi bərpa olunar. Bizim partiyanın mövqeyi bundan ibarətdir ki, Azərbaycan 2025-ci ildən yeni konstitusiya ilə parlamentli respublika modelinə keçsin. Ölkənin parlamentli respublika modelinə keçməsi həm demokratiyanın inkişafına öz töhfəsini verər, həm də cəmiyyətimizdə çoxpartiyalı sistemin inkişafına  yardımçı olar. Çoxpartiyalı sistemin inkişafı  ölkəmizi bir çox neqativ proseslərdən xilas edə bilər, korrupsiyaya qarşı daha effektli mübarizə aparmağa da şərait yaradar və s.
 
- Azərbaycanda sovet dövründən bu yana klan anlayışı mövcuddur. Bu anlayış hələ də qalırmı?
 
- Çox təəssüf ki, biz şərq mentalitetinin dayıcısıyıq. Baxmayaraq ki, avropalılar kimi geyinirik, Avropa mədəniyyətinin bəzi cəhətlərini mənimsəmişik. Amma şərq mentalitetinin daşıyıcısı olaraq qalırıq. Biz müsəlman ölkəsi olduğumuzdan, islamın cəhalət yayan  təsiri hələ də cəmiyyətdə güclü olaraq qalır. Bu da mentalitetin formalaşmasına öz təsirini göstərir.  Müstəqillik əldə edəndən sonra, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cəmiyyətdə rolu daha qabarıq görünməyə başladı və Şeyxülislam tərəfindən cəhalətə qarşı ciddi tədbirlər görüldü. Dinimizin cəmiyyətə və dünyaya daha sivil bir din kimi çatdırılması üçün bu gün də dövlətimiz tərəfindən böyük işlər görülür. Baş yarmaq, zəncir vurmaq kimi məsələlər aradan qaldırılır. Mühafizəkar qüvvələr dini islahatlara mane olur, ekstremist qüvvələr sakit durmur. Biz Qərb mədəniyyətini tam əxz etməmişik. Ona görə də, Azərbaycanda bundan qaynaqlanan problemlər var.
 
- Bəs hökumətin daxilində klan anlayışı...
 
- Fikrimi belə tamamlayım. Klassik mənada klandan söhbət getmir. Amma bizdə qohumlara, yerlilərə Qərbdə olduğundan daha çox önəm verilir. Çox təəssüf ki, bunu bu günə qədər aradan qaldıra bilməmişik. Yəqin ki, yaxın illərdə bəlkə də heç vaxt bunu tam aradan qaldırmaq mümkün olmayacaq. Bizdən daha çox inkişaf etmiş Rusiyada da bunu aradan qaldırmaq mümkün olmayıb. Rus cəmiyyəti hər baxımdan–iqtisadiyyatın, təhsilin, elmin inkişaf səviyyəsinə görə, bizdən irəlidədir. Ancaq orda belə, hələ də bu yanaşma aktualdır. Yeltsinin dövründə vəzifədə olanların əksəriyyəti Sverdlovskdan olanlar idi. Putinin dövründə isə əsas vəzifələri Sankt-Peterburqdan olanlar tutur. Yəni, bu problemlər sırf müsəlman ölkələrinə aid deyil. Tam səmimi deyirəm ki, regionçuluq, qohumluq kimi məsələlərin önə çəkilməsi sadəcə maraqlara bağlı məsələdir. Bu barədə çığır-bağır salıb bundan faydalanmaq  istəyənlər  var. 
 
- Millət vəkili Siyavuş Novruzovun da açıqlamalarından belə məlum olur ki, narazı insanların sayının artmasına səbəblərdən biri də, böyük sərvət əldə etmiş eks-məmur faktorudur. Sizcə, “gəlir deklarasiyası” haqda qanun işləsəydi, bu problemi həll etmək olardımı?
 
- Bununla bağlı qanun qəbul olunub. Nazirlər Kabineti onun icrası ilə əlaqədar  xüsusi qərar qəbul etməlidir. Hesab edirəm ki, başladılan islahatların tərkib hissəsi olaraq, o qanunun da tətbiqi təmin olunacaq. Amma ayrılıqda qəbul edilmiş heç bir qərarla problemin həllinə nail ola bilmərik. Yəni, bu cür daha 10-15 problemi də qabarda bilərsiniz. Ancaq bunların heç bir Azərbaycandakı ümumi vəziyyəti dəyişməyəcək. Köklü, kompleks islahatlara ehtiyac var. Yəni, islahatlar olmasa, ayrılıqda götürülmüş sahələrdə qəbul edilən qərarlar vəziyyəti dəyişməyəcək. Məsələn, məmurun əməkhaqqısını qaldırmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə effekt verməyəcək.  Məmur faktiki olaraq, aldığı əməkhaqqı ilə yaşayışını təmin edə bilmirsə, yenə də rüşvət alacaq. Yaxud, həkimə verilən cüzi əməkhaqqı heç onun yolpuluna bəs etmir. Yəni, sən belə halda həkimə necə deyə bilərsən ki, xəstədən pul alma?! Köklü islahatlar aparılmasa, adminstrativ yollarla bir çox problemləri həll etmək mümkün deyil. Hər adamın başının üstünə bir nəzarətçi qoymaq olmaz axı. Zamanla həmin nəzarətçi də artıq nəzarət etdiyi şəxslə əlbir işləməyə başlayacaq.
 
- Sizcə, indiki halda, əsasən hansı sahələrdə islahatlara daha tez başlamaq lazımdır və niyə?
 
- Birmənalı şəkildə ölkədə institusional və struktur islahatları aparılmalıdır. Dövlət aparatı xeyli yığcam olmalıdır. Nazirlərin sayı azaldılmalı, bir çox dövlət strukturları birləşdirilməli, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Çox sayda məmura yüksək maaş vermək olmur. Aparat yığcamlaşsa, bürokratiya azalacaq. Daha o adamların çoxu kabinetlərində oturub “kompüterdə oyun” oynaya bilməyəcək. İşləyənlərə yüksək maaş vermək mümkün olacaq, onlar dövlət qayğısı ilə tam təmin olunacaqlar. Təkcə gəlir deklarasiyası haqqında qanunun tətbiqi ilə heç nə həll olunmayacaq. Amma söylədiyim bütün məsələlər həll olunsa, müstəqil məhkəmə sisteminin yaradılması istiqamətində addımlar atılsa, hakimlərin müstəqilliyi təmin olunsa və onlara yüksək maaş verilsə, kompleks tədbirlər nəticəsində biz arzuladığımız nəticəni ala bilərik.(redaktor.az)

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Hamısı