"Hər iki tərəf iqtisadi əlaqələrin səviyyəsindən bir o qədər də razı deyil" Azərbaycanın Küveytdəki səfiri - MÜSAHİBƏ

Müsahibələr 18:11 24.09.2019

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəman Eurasia Diary-ə müsahibə verib. 

Dosye: Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 2000-ci ildə Vyana Diplomatik Akademiyasını bitirib.

Elxan Qəhrəman1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının baş redaktoru, 1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) ikinci katib, 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində ikinci katib, 1997-1998-ci illərdə Azərbaycan XİN-də ikinci katib, 1998-1999-cu illərdə Azərbaycan XİN-də birinci katib, 1999-2001-ci illərdə Azərbaycan XİN-də şöbə müdiri, 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki səfirliyində birinci katib, 2006-cı ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki səfirliyinin Dubaydakı Ofisində konsul, 2006-2007-ci illərdə Azərbaycan XİN-də şöbə müdiri, 2007-2009-cu illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki səfirliyində müvəqqəti işlər vəkili, 2009-2015-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyində fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.

2016-cı ildə Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Xarici dillərdən ingilis, rus və türk dillərini bilir.

Evlidir, bir övladı var.

- Cənab səfir, Küveyt və Azərbaycan arasında diplomatik-siyasi münasibətləri necə dəyərləndirirsiniz?

- Qeyd etmək istərdim ki, Sovet İttifaqının dağılması ilə Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra Azərbaycan ilə Küveyt arasında münasibətlər yaxın dostluq və qardaşlıq mərhələsinə qədər gəlib çatıb. Küveyt Dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. 2004-cü ildə Respublikamızın Küveytdə və 2006-cı ildə Küveyt Dövlətinin ölkəmizdə səfirlikləri təsis edildikdən sonra bu əlaqələr daha da inkişaf etməyə başlayıb. Münasibətlər qurulduqdan sonra iki ölkə arasında rəsmi səfərlər mübadiləsi həyata keçirilməyə başlanıb. Nümayəndə heyətlərinin səfərləri zamanı müxtəlif sahələrdə bir sıra mühüm sazişlər imzalanıb.

Hazırda Azərbaycan-Küveyt münasibətlərinin bir çox sahələrdə inkişafından məmnunam və bu məni sevindirir. İki ölkənin rəhbərliyinin fəaliyyəti və səyləri nəticəsində Azərbaycan və Küveyt əlaqələri müxtəlif səviyyələrdə və sahələrdə yüksək templə inkişaf etməyə başlayıb.  Azərbaycan Küveyt Dövləti ilə müxtəlif siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirməyə və aktivləşdirməyə çalışır.

2009-cu ilin 10-11 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri və səfər zamanı Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüşü iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub.

Küveyti Azərbaycan ilə qardaşlıq və hərtərəfli əlaqələr birləşdirir. Bu əlaqələr qarşılıqlı hörmətə, səmimi dostluğa, bunu daha da gücləndirən islam irsinə və müştərək tarixə əsaslanır. Xalqlarımız oxşar kökləri olan mədəniyyətə, adət-ənənələrə və eyni dinə malikdir.

Bundan başqa qeyd etmək istərdim ki, cari ildə Azərbaycan Respublikası və Küveyt Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüdür. Iki ölkə arasında diplomatik əladələr 1994-cü ilin 10 oktyabr tarixində qurulub. Həmin tarixdən etibarən Azərbaycan və Küveyt əlaqələri müxtəlif səviyyələrdə və sahələrdə yüksək templə inkişaf etməyə başlayıb.

- Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının tanıdılması ilə bağlı hansı işlər görülüb?

- Öncə bildirmək istərdim ki, Küveyt Dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məsələlərdə Respublikamızın mövqeyini daim birmənalı şəkildə dəstəkləyib və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlinin tərəfdarı olub, bu mövqeyini isə yüksəksəviyyəli rəsmi və işgüzar səfərlər zamanı, həmçinin səfirlik tərəfindən keçirilən ikitərəfli görüşlər zamanı dəfələrlə vurğulayıb. 

Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox məcburi köçkün və qaçqına Küveyt tərəfindən humanitar yardımlar göstərilib, o cümlədən erməni təcavüzünü pisləyən beynəlxalq təşkilatların bütün qətnamələri Küveyt tərəfindən dəstəklənib. 1992-1999-cu illər ərzində Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlərə Küveytin yardım proqramları çərçivəsində dəfələrlə ərzaq, dərman və s. humanitar yardımlar göstərilib. Humanitar yardımın göstərilməsi sahəsində həm Küveyt Dövləti, həm də Küveytin humanitar və xeyriyyə təşkilatları, mühüm yer tutub.

Bununla əlaqədar olaraq, biz, Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah başda olmaqla qardaş Küveyt dövlətinə və xalqına, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq Azərbaycan əhalisinin öz doğma yurdlarından qovulması və etnik təmizləməyə məruz qalması və Azərbaycanın minlərlə mədəni və tarixi abidələrinin, o cümlədən İslam irsinə aid ərazi və guşələrin dağıdılması və talan edilməsi ilə nəticələnən və bu gün də davam edən Ermənistan-Azərbaycan münaqişəsində verdikləri dəyərli dəstəyə görə minnətdarlığımızı bildiririk.

Xocalı soyqırımı ilə bağlı Səfirliyimiz tərəfindən Küveytdə hər il tədbirlər keçirilir, bununla bağlı müsahibə və məqalələr Küveyt Dövlətində gündəlik nəşr edilən kütləvi informasiya vasitələrində dərc etdirilir. Bundan başqa, Xocalı soyqırımı ilə bağlı hər il Küveytin bir sıra KİV rəhbərləri tərəfindən müvafiq bəyanatlar verilir. Dərc olunan bəyanatlarda, Xocalı faciəsinin tarixdə törədilmiş ən dəhşətli soyqırım cinayətlərindən biri olduğu və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında və regional təhlükəsizliyinin təmin olunmasında Küveyt Dövlətinin Azərbaycan Respublikasının hüquqlarının qorunmasına və bu məqsədə nail olmaq üçün bütün beynəlxalq səylərə dəstək verəcəkləri bildirilir.

- Azərbaycan və Küveyt arasında iqtisadi əlaqələr hansı səviyyədədir? Küveyt iş adamlarını Azərbaycanda daha çox nə cəlb edir?

- İlk öncə onu qeyd edim ki, Azərbaycanla Küveyt arasında siyasi əlaqələr yüksək səviyyədədir. ƏIbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Küveyt ilə Azərbaycan arasındakı iqtisadi və ticari əlaqələrin möhkəmləndirilməsində bəzi irəliləyişlərə baxmayaraq, hər iki tərəf bu əlaqələrin səviyyəsindən bir o qədər də razı deyil və əlaqələrin daha da çox inkişaf edəcəyinə ümid edir. Azərbaycan tərəfi Küveyt Dövləti ilə ticarət və investisiya mübadiləsinin artırılacağına ümid edir.

Diqqətinizə çatdırmaq istərdim ki, son dövrlər qarşılıqlı sərmayələrə maraq artıb. Son dövrlərdə, xüsusən də 2017-ci ildə iki ölkə arasında birbaşa uşuşların həyata keçirilməsindən sonra küveytli iş adamlarının ölkəmizə marağı artıb və hazırda paytaxtda və regionlarda turizm və kənd təsərrüfatı sahələrinə sərmayə yatırılır.

Mən küveytli iş adamları ilə keçirdiyim görüşlər zamanı onlar Azərbaycana müxtəlif sahələrə, xüsusən də daha çox daşınmaz əmlak, kənd təsərrüfatı və turizm sahələrinə investisya yatırmaqda maraqlı olduqlarını bildirirlər.

- Azərbaycanlı iş adamları da Küveytdə hansısa iş qura biliblərmi?

- Diqqətinizə çatdırmaq istərdim ki, Küveyt ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrini ölkələrimiz arasında mövcud siyasi əməkdaşlıq səviyyəsinə qaldırılması istiqamətdə hər iki ölkənin aidiyyəti qurumları tərəfindən səylər artırılmalıdır. Təəssüflər olsun ki, hələ ki ölkəmizin iş adamları Küveytdə lazımi səviyyədə iş qura bilməyiblər. Yalnız  ötən ildən etibarən Küveytin “MonRos international for General trading and Contact” şirkəti tərəfindən ölkəmizin “Sirab” suları Küveytə idxal olunmağa başlanılıb və artıq “Sirab” suları Küveytin ən böyük supermarketlərində satışdadır. Həmçinin, sözügedən Küveyt şirkəti tərəfindən ölkəyə Azərbaycanın “FARNEL” MMC şirkətinin “FARGAN” ticarət markası altında şüşə butulkalarda “heyva və feyxoa” kompotları idxal edilib.

- Turizm və mədəniyyət sahəsindəki əlaqələr barədə nə deyə bilərdiniz?

- 2017-ci ildə iki ölkə arasında birbaşa reyslərin həyata keçirilməsinə başlandıqdan sonra, Azərbaycana səfər edən küveytli turistlərin sayında 9 dəfə artım müşahidə edilib və ötən il təxminən 29 min küveytli turist Azərbaycana səfər edib.

Son dövrdə Azərbaycan hökumətinin dəstəyi sayəsində Azərbaycanda turizm inkişaf etdir, bir neçə il bundan öncə Azərbaycan turistlər üçün turizm ölkəsi kimi hesab olunmurdu, lakin son zamanlar Körfəz ərəb ölkələri və ümumiyyətlə bütün ərəb dövlətlərindən olan turistlərin öz bayram tətillərində Azərbaycana səyahət etməyə maraqları artıb.

Azərbaycan hökuməti Küveyt də daxil olmaqla bütün ərəb ölkələrindən Azərbaycana turistlərin cəlb edilməsi üçün prosedur qaydalarının asanlaşdırılması məqsədilə özəl sektor və turizm şirkətlərinə dəstəyini əsirgəmir, Körfəz ərəb ölkələri və Azərbaycan arasında turizm sahəsində əlaqələr inkişaf edir.

İki xalq arasında mədəni əlaqələrin böyük tarixə malik olduğunu xüsusi qeyd etmək lazımdır. Belə ki, 2009-cu ilin 16-19 dekabr tarixlərində Bakıda Küveytin Mədəniyyət Günləri keçirilib. Mədəniyyət Günlərində Küveytin elm və incəsənət xadimlərindən ibarət böyük nümayəndə heyəti iştirak edib. 2013-cü ilin 19-23 fevral tarixlərində isə Küveyt Dövlətində Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. 2013-cü ilin 14 fevral tarixində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. 2016-ci ilin 4-6 aprel tarixlərində AR Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Küveyt Dövlətində səfərdə olub. Səfər zamanı Əbülfəs Qarayev Küveyt Dövlətinin İnformasiya Naziri, Gənclərlə İş üzrə Dövlət Naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahla görüşüb və iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edib. 2018-ci  ilin 13 may tarixində Küveyt Dövlətinin “Əbdulhüseyn Əbdülrıda” teatrında Səfirliyimizin təşəbbüsü və təşkilatçılığı ilə, Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın, “Küveyt-Azeri Est.” və “Wataniya Airways” şirkətlərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti keçirilib.

- Küveytdə yaşayan azərbaycanlılarla, diaspor təşkilatları ilə səfirliyin əlaqələri hansı səviyyədədir?

- Küveyt Dövlətində daimi və müvəqqəti yaşayan, əmək fəaliyyəti ilə məşğul olan və təhsil alan Azərbaycan vətəndaşları ilə davamlı olaraq təmasların həyata keçirilməsi səfirliyin xüsusi diqqət mərkəzindədir. Küveytdə yaşayan həmvətənlərimiz mütəmadi olaraq səfirliyin tədbirlərində iştirak edir, Azərbaycanda gedən ictimai-siyasi proseslər və müxtəlif cari məsələlər barəsində onlara ətraflı məlumatlar verilir. Azərbaycan vətəndaşlarının Küveytdə üzləşdiyi problemlərin operativ həlli səfirlik tərəfindən təmin edilir və müvafiq hüquqi məsləhətlər verilir. Səfirliyimiz Küveytdə yaşayan vətəndaşlarımızın fəaliyyətinin təşkilatlandırılması və gücləndirilməsi üçün 2011-ci ildə təsis olunan “Vətənsevər” Dostluq Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi, cəmiyyətin fəaliyyətinin səmərəliyinin daha da artırılması üçün müxtəlif tədbirlər görür.

- Azərbaycanla Küveyt arasında münasibətlərdə hansısa yeniliklər gözlənilirmi?

- Təbii ki, öncəki illərdə olduğu kimi qarşıdakı illərdə də iki ölkə rəsmiləri arasında qarşılıqlı səfər mübadilələrinin artırılması ilə ikitərfəli əlaqələri hada da inkişaf etdirməyi, Küveytli sərmayəçiləri Azərbaycana cəlb etmək üçün bir sıra turizm, investisiya və daşınmaz əmlak sahələrində sərgilər keçirməyi planlaşdırırıq. 2019-cu ildə Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Küveytdən yüksək səviyyəli nümayəndə heyətinin iştirak edəcəyinə ümid edirik.

Həmçinin, Azərbaycan-Küveyt Hökumətlərarası Birgə Komissiyasının 3-cü iclasını və Azərbaycan-Küveyt biznes forumunun keçirilməsini, habelə sərmayə və ticarət imkanları barədə ətraflı məlumat əldə edə bilmələri üçün iş adamlarının qarşılıqlı olaraq səfərlərinin təşkil edilməsini, özəl sektorlar arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə Küveyt işgüzar dairələri nümayəndələrinin Azərbaycan iqtisadiyyatına həsr olunmuş yarmarka, sərgi və təqdimatlarda, Azərbaycan nümayəndə heyətinin Küveytdə keçirilən oxşar tədbirlərdə iştiraklarını təmin etməyi planlaşdırırıq.

Həşim Məmmədov

Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO

Xəbər xətti

Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors -VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
10:55 18.04.2024
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un SATILACAQ
10:50 18.04.2024
Yeni qanun qadınlara təzyiqi artıra bilər
Yeni qanun qadınlara təzyiqi artıra bilər
10:45 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
10:35 18.04.2024
Umud Mirzəyev: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini anbaan gözləyirdim”
10:30 18.04.2024
Satanovski: Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu başa çatıb
10:20 18.04.2024
Teslanın Hindistan planı
Teslanın Hindistan planı
10:15 18.04.2024
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
10:13 18.04.2024
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Hamısı