"Türk birliyi gerçəyini artıq bütün dünya qəbul etməlidir" Məşhur türk siyasətçi ilə MÜSAHİBƏ

Müsahibələr 15:16 17.10.2019

Oktyabrın 15-də Bakıda Türk Şurasının VII Zirvə Toplantısı keçirildi. Toplantıya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan dövlət başçıları qatılmışdı. Toplantı liderlərin bir çox mesaj və qərarları ilə türk dünyasının tarixinə düşəcək anlarla zəngin idi.

Türk Şurasının VII Zirvə Toplantısının nəticələri və gündəmdəki digər məsələlərlə bağlı Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin  (TÜRKSAM) qurucusu və başçısı, türk siyasətçi Dr. Sinan Oğan Eurasia Diary-ə eksklüziv müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik:

- Türkiyənin anti-terror əməliyyatı olan “Sülh Çeşməsi” əməliyyatına BMT başda olmaqla bir çox təşkilatdan qınamalar, ABŞ başda olmaqla bəzi dövlətlərdən təhdidlər gəldiyi bir zamanda bu gün Türk Şurası Zirvə Toplantısından Türkiyəyə bu haqlı mübarizəsində dəstək mesajı verildi. Bu tarixi anı necə qiymətləndirirsiniz?

Bu gün liderlər zirvəsində prezident cənab Ərdoğan Dədə Qorqud atamızın hikmətli bir sözünü xatırlatdı: “Yaxşı dost yaxşı gündə çağırıldığında, çətin gündə isə çağırılmadan gələndir”. Türkiyə bu gün Suriyanın şimalında terrorla mübarizə apararkən bir tərəfdən ərəb birliyindən, digər tərəfdən Avropadan, NATO-dan, Çindən, İrandan və digər beynəlxalq qurum və dövlətlərdən haqsız olaraq qınama mesajlarının gəldiyi bir zamanda bizim qardaşlarımızın, Türk cümhuriyyətlərinin Bakıda keçirilən Zirvə görüşündə Türkiyənin Sülh Çeşməsi əməliyyatını dəstəkləmələri son dərəcə vacib idi və bu türk xalqının, türk millətçilərinin gözlədiyi sevindirici qərar idi. Çox şükür ki, bu qərar güclü bir dəstək şəklində az əvvəl verildi. Belə hesab edirəm ki, bu bütün dünyaya mesajdır. Dünya Türk dünyası gerçəkliyini bu qərarla bir daha görmüşdür. Kim nə deyir desin, kim nəyi istəyir qınasın, qardaşlar bir-birilərinin çətin günlərində yan-yanadır. Biz Qarabağ məsələsində azərbaycanlı qardaşlarımızın yanındayıq. Azərbaycanlı qardaşlarımız da anti-terror əməliyyatlarında bizə dəstək dururlar. Eyni şəkildə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İnşalllah gələcəkdə Türkmənistan və nə gözəl ki, Atillanın nəvələri olan Macarıstan bu zirvə görüşündə Türkiyənin “Sülh Çeşməsi” əməliyyatına tam dəstək verdiklərini açıqladılar. Buradan Azərbaycana xüsusi təşəkkür etmək istəyirəm, çünki Azərbaycan bunu Zirvəni gözləmədən etdi. Azərbaycan dünyada Türkiyənin “Sülh Çeşməsi” əməliyyatını ilk dəstəkləyən Macarıstan və Pakistanla birlikdə üç ölkədən biridir. Bunun üçün minnətdarıq...

- Türkiyənin haqlı mövqeyi Türk Şurasında müdafiə edildi. Güman etmək olar ki, bu tarixi gündən sonra Türkiyə ilə Türk Şurası dövlətləri arasında daha sıx əməkdaşlıq formalaşacaq. Belə olan halda Türk Şurası regional, geostrateji güc mərkəzinə çevrilə bilərmi?

Təbii ki, Türk Şurası regionda önəmli bir gücü təmsil edir. Tək-tək Türk Şurası dövlətləri öz regionlarında xüsusi əhəmiyyətə malik dövlətlərdir. Ancaq daha önəmlisi bu ölkələrin bir platformada bir araya gəlməyi, ticarət, humanitar, hərbi, siyasi və s. məsələlərdə əməkdaşlıq etmələridir. Türk birliyi gerçəyini artıq bütün dünya qəbul etməlidir. Ərəblər bir araya gəlib Ərəb Birliyini, avropalılar birləşib Avropa Birliyini qurduqları kimi, Türklər də bir araya gəlib türk birliyini - Türk Şurasını qurub. Və bugünkü zirvə toplantısı ilə türk dövlətləri liderləri tam bir birlik və əməkdaşlıq içərisində olduqlarını nümayiş etdiriblər.

- Türk Şurası dövlətlərinin çoxu enerji ehtiyatları ilə zəngindir və bu dövlətlər arasındakı əməkdaşlıq günü-gündən genişlənir. Belə olan halda, Türk Şurası üzvlərindən bu yaxınlarda yeni bir regional və ya beynəlxalq enerji layihəsində birgə əməkdaşlıq gözləyə bilərikmi?

Allahın Türk coğrafiyasına bəxş etdiyi hər cür zənginlik mövcuddur. Başda neft və qaz olmaqla Türk ölkələri yeraltı və yerüstü sərvətlərlə zəngindir. Türk dövlətləri arasında müstəqillik qazandıqları dövrdən bu yana enerji ixracatı layihələrində əməkdaşlıq olub. Bu əməkdaşlıq rəhmətlik Heydər Əliyev cənablarının prezidentliyi dövründə həyata keçən Bakı-Tiblisi-Ceyhan (BTC) layihəsi ilə yüksəliş dövrünə qədəm qoydu. İndi artıq BTC boru kəmərinə digər Türk dövlətlərinin də qoşulması gündəmdədir və proqnozlaşdırıla bilər. Mən inanıram ki, Türk Birliyi ölkələrarası siyasi birlikdən savayı, həm də iqtisadi, enerji birliyinə çevriləcək.

- Türk Şurasına müşahidəçi statusda üzv olan Macarıstan, Baş Nazir Orbanın liderliyində daim Türk dövlətlərinin maraqlarını müdafiə edir. Türkiyənin “Sülh Çeşməsi” əməliyyatını da Avropada yeganə dəstəkləyən dövlət məhz Macarıstan idi. Lakin Macarıstan Türk Birliyinə yaxınlaşdıqca hiss olunur ki, Avropa Birliyindən uzaqlaşır. Son dövrlərdə İttifaqla rəsmi Budapeşt arasında münasibətlər xeyli gərginləşib. Türk Birliyinə inteqrasiya Macarıstan üçün hansı problemlərin yaranmasına səbəb ola bilər?

Macarıstan müəyyən problemlərlə üzləşə bilər, lakin Türk birliyinə inteqrasiya bu dövlət üçün yeni iqtisadi və siyasi imkanlar açır. Türk Birliyi Macarıstan üçün yeni siyasi dəstək, yeni bazar və yeni əməkdaşlıq mühiti formalaşdırır. Macarıstan da eynilə digər Türk dövlətləri kimi istehsalçı dövlətdir, yəni bu region iqtisadi cəhətdən Macarıstan üçün xeyli imkanlar yaradır. Macarıstanın ən çox ehtiyacı olan məhsullar enerji daşıyıcılarıdır, neft və qazdır. Region isə neft və qazla zəngindir. Bu da Macarıstan üçün sərfəli olacaq.

- Bilirsiniz ki, Menbiçdə və bölgədə artıq Əsəd ordusu yerləşməyə başladı. Rəqqanın bir neçə kəndinə girdilər. PPK, YPG, PYD ilə Əsədin razılığa gəldiyi qeyd edilir, bu halda Türkiyə Əsədlə mübarizəyə başlayacaq, yoxsa əməliyyat  başa çatacaq? 

- İlk olaraq, bunu deyim ki, Türk Şurası liderlər Zirvəsindən çıxan ümumi qərar eynən belədir: ““Sülh Çeşməsi” hərəkatı Suriyanın torpaq bütünlüyünün təmin edilməsinə töhfə verəcək. Yəni, bu o deməkdir ki, Türkiyə orada, Suriyanın torpaqlarını işğal edən PPK, YPG kimi terror təşkilatlarına ayrı bir terror korridoru formalaşdırmasına imkan verməyəcək. Türkiyənin bu hərəkatı da Türk Şurasına üzv olan ölkələr tərəfindən dəstəklənməkdədir. Türkiyənin regionda PKK, YPG və ABŞ-ı yavaş-yavaş sıxışdırıb çıxarmasıyla bərabər boşalan ərazilərə Suriyanın girməyə çalışdığını görürük. Bu durumda əlbəttə ki, türk əsgəri ilə suriyalı əsgərlərin qarşı-qarşıya gəlmə ehtimalını yaradır. Amma bizim ora giriş məqsədimiz Suriya əsgərləri ilə savaşmaq deyil. Bizim Suriyaya girməkdə məqsədimiz PPK, YPG, PYD və İŞİD adlanan terror ünsürlərini bu regiondan təmizləyib atmaqdır. Ona görə də hərəkat bitməyib.  Hərəkat region terror təşkilatlarından təmizlənənə qədər davam edəcək”.

- YPG son zamanlar gündəm olsa da, bu Türkiyənin yeganə problemi deyil. Türkiyənin gündəliyində duran Şərqi Aralıq məsələsini necə həll edəcək?

Əslində bütün məsələ Şərqi Aralıq məsələsidir. PYD və PPK bu işin bəhanəsidir. Şərqi Aralıq dənizində böyük neft və təbii qaz ehtiyatları var.  Və bunların önəmli bir hissəsi Türkiyənin əraziləri içərisindədir. Türkiyə bəlkə də Şərqi Aralıq dənizində bu neft və qaz yataqlarının kəşf etməsi və çıxarması ilə eynilə Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi neft və təbii qaz  ehtiyyatları ilə zəngin ölkəyə çevrilə bilər. Bu təbii ki, Türkiyəni daha çox gücləndirəcəyi üçün Qərbin, İsrailin, Misirin, Yunanıstanın, Avropanın və Amerikanın narahatlığına səbəb olub. Ancaq nə olursa olsun, Türkiyə bu işdən də üzü ağ çıxacaq. Türkiyə orda da istədiyi hədəfə çatacaq.

- Türk Şurasının üzvləri Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar Azərbaycana hansı dəstəyi göstərə bilərlər?

Türkiyə necə ki, sərhəddində anti-terror əməliyyatı həyata keçirir, Azərbaycanın da beynəlxalq ictimaiyyət tərəfindən tanınan öz ərazilərində eyni şəkildə anti-terror əməliyyatları həyata keçirə bilər. Türk dövlətləri Dağlıq Qarabağın Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları çərçivəsində Azərbaycana aid olduğunu onsuz da təsdiqləyir və qəbul edir. Azərbaycanın haqlı mövqeyinin türk dövlətlərində daha güclü müdafiə edilməsi üçün vətəndaş cəmiyyəti institutları və mətbuat daha effektiv rol oynamalıdır. Çünki, döyüşlər başladığı zaman müharibənin səbəblərini beynəlxalq ictimaiyyətə başa salmaq daha çətindir.

Türk dövlətləri Azərbaycan və Türkiyə müttəfiqliyindən nümunə götürməlidirlər. Yadınızdadırsa, bir müddət bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinin Türkiyəyə qarşı əsassız iddialarına cavab vermiş və Türkiyə burda yoxdursa, “Mən burdayam” deyərək qardaş Türkiyənin mövqeyini öz dövlətinin mövqeyi kimi müdafiə etmişdir. Digər Türk dövlətləri də bir-birilərinə qarşı bu yanaşma tərzi ilə davranmalıdır.

Azərbaycanın Qarabağda həyata keçirəcəyi hərbi əməliyyatları müharibə adlandırmaq olmaz. Bu bir anti-terror əməliyyatı olacaq. Qarabağda separatçı və terrorçu xarakterli bir qondarma dövlətçiliyə qarşı aparılan əməliyyatlar ancaq anti-terror mahiyyətli ola bilər. Azərbaycanın bu əməliyyatlarda məqsədi öz torpaqlarını işğaldan azad etmək və terrordan təmizləmək olacaq. Əgər üçüncü bir dövlət bu əməliyyatlara müdaxilə edərsə, o dövlət də terrorçu dövlət və ya terroru dəstəkləyən dövlət hesab ediləcək. 

- Bu anti-terror əməliyyatı başlayarsa, regiondakı qüvvələr balansına necə təsir edər? 

Başlayarsa, çox tez bir vaxtda bitər. Azərbaycan buna qadirdir. Azərbaycan bölgədəki terroristləri bölgədən çıxarmağa müyəssər olacaq. Və türk qardaşları hər zaman Azərbaycanın yanındadır. Bundan heç kimin şübhəsi olmasın.

 

Nicat İsmayılov

Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI
16:56 18.03.2024
Şəhid ailələri və müharibə əlillərinə bu il daha 1500 mənzil və fərdi ev veriləcək
16:50 18.03.2024
Hamısı