“Yaddaşım yerində, beynim işləyir, fiziki cəhətdən də sağlamam” 78 yaşlı deputat

Müsahibələr 11:49 26.10.2019

Gündəmin əsas mövzusu hakim komandadakı kadr islahatları, uzun illərdən bəri iqtidarda təmsil olunan şəxslərin istefaya getməsi, struktur islahatları ilə bağlı atılan addımlardır.

Eurasia Diary xəbər verir ki, Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bunlarla bağlı “Yeni Müsavat”ın suallarına cavab verib. Hökumətdəki kadr islahatlarını şərh edən 78 yaşlı komitə sədri açıq şəkildə bildirib ki, yaş senzinin seçkili orqan olan parlamentə aidiyyəti yoxdur.

– Arif müəllim, yəqin ki, ölkədəki siyasi gedişatı, hakim komandadakı yerdəyişmələri, kadr islahatlarını izləyirsiniz. Prosesi necə dəyərləndirirsiniz? Uzun illərdir hakim komandanın üzvüsünüz, baş verənlər gözlənilməz olmadı ki?

– Təbii ki, prosesləri yaxından izləyirəm. Şəxsən mənimçün gözlənilməz olmadı. Sözün doğrusu, konkret namizədlərlə əlaqədar olaraq bir söz deyə bilmərəm. Ancaq hesab edirəm ki, cənab prezidentin apardığı siyasət gözlənilən idi. O mənada ki, həqiqətən də yeni-yeni ideyalar, baxışlar tətbiq olunur və bunlar yürüdülən siyasətə tamamilə uyğun gələn addımlardır.

– Bu prosesin “ağ inqilab”, “məxməri inqilab”, “Böyük Oktyabr İnqilabı” kimi təqdim olunmasını necə dəyərləndirirsiniz?

– Heç bir inqilab-zad deyil. Hər bir mərhələnin öz tələbləri, üsulları var. Bu tələblərə uyğun olaraq biz pillə-pillə inkişafımızı davam etdiririk. Son qərarlar da bizim inkişafımız üçün çox lazımlı tədbirlər, addımlar idi.

– Bunun ardınca nələr gözləyirsiniz? Məlumat varmı?

– Bundan sonra gözləyirik ki, qarşıya qoyulan məsələlər daha sürətlə, daha məqsədyönlü şəkildə öz həllini tapacaq. Baxın, görün, burada idarəetmə sistemində işləyən kadrların sayı da azalır. İdarəetmədə mərkəzləşmə prosesləri, bir çox yaxşı tendensiyalar öz əksini tapır. Biz bütün bu məsələləri öz həyatımızda hiss edəcəyik. Cənab prezidentin bundan qabaqkı tədbirlərini götürək, sosial məsələlərlə bağlı. Bunlar hamısı bir-biri ilə bağlı olan tədbirlərdir və növbəti addımlardır. 

– Bəzi ekspertlər bu prosesin gecikdiyini iddia edirlər. Hesab olunur ki, prezidentin qərarlarını icra etməyə gecikən, sürətə əngəl olan şəxslər zamanında kənara çəkilməklə böyük xidmət göstərmiş olardılar. Bu kimi yanaşmalara münasibətiniz necədir?

– Mənim fikrimcə, hər bir prosesin müxtəlif mərhələləri var. Son tədbirlər də indiki mərhələyə uyğun addımlar idi.

– Arif müəllim, son günlər yaşlı kadrlarla əlaqədar olaraq 70+ müzakirələri xeyli aktuallaşıb. Bu yaş kateqoriyasına daxil olan şəxs kimi bu barədə nə deyə bilərsiniz?

– Mən bu haqda bir neçə ay əvvəl elə sizə danışmışdım. Birincisi, deputat təyin olunmur, seçilir. İkincisi, bunu deputatın yerdə nüfuzunun olub-olmaması müəyyənləşdirir. Üçüncüsü də buna partiyanın münasibəti vacibdir… Kimisə çıxartdılar, kimisə qoydular, bu, deputatlara aid məsələ deyil.

– Yəni demək istəyirsiniz ki, yaşı 70-dən yuxarı olan deputatlar növbəti seçkilərdə də iştirak edəcək, eləmi?

– Baxır da… Səhhəti ona imkan verirsə, dairədə nüfuzu varsa, partiya tərəfindən dəstəklənirsə, işləmək qabiliyyətinə malikdirsə, əlbəttə, iştirak edəcək.

– Şəxsən sizə gəldikdə?

– Hələ ona kimi bir il var. Mən hesab etmirəm ki, bu bir il ərzində məni hansısa bir xəstəlik yaxalaya bilər, ya formadan düşə bilərəm (ürəkdən gülür).

– Deməli, bir gənc olaraq növbəti seçkiyə qatılmağı qətiləşdirmisiniz?

– Mən həftədə 3 dəfə üzgüçülüklə məşğul oluram və 35 dəqiqə ərzində dayanmadan 1 km məsafəni dəf edirəm.

– Hovuzda üzürsünüz?

– Bəli. 50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram.

– Dənizə də baş vurursunuz?

– Dənizdə də üzürəm, amma arabir.

– Deməli, gənc deputatlar sizin bu “rekordunuzu” təzələyə bilməz, eləmi?

– Yox, mən elə başa düşürəm ki, gənc deputatlar bu məsafəni daha sürətlə keçə bilərlər. Yəqin ki, 25 dəqiqə onlara bəs edər.

– Üzgüçülük məharətinizə sözümüz yox. Doğrusu, təəccübləndirdiniz. Bəs deputat seçilmək üçün digər göstəricilər?

– Mənim haqqımda danışırsınız?

– Təbii ki.

– Məndən söhbət gedirsə, deyim. Hesab edirəm ki, yaddaşım yerindədir, beynim işləyir, fiziki cəhətdən də sağlamam. Odur ki, 2020-ci ilə kimi belə davam etsə, şübhəsiz ki, seçkidə iştirak edəcəyəm. Əlbəttə, sizə dediyim şərtlərə uyğun gəlsəm.

– Bəs seçicilərinizlə bağlı vəziyyət necədir?

– Hesab edirəm ki, seçicilərimlə aramızda artıq müsbət işgüzar münasibətimiz yaranıb. Mən seçicilərimin müraciətlərinə, dərd-sərinə şərik olan deputatam.

– Sonuncu dəfə nə vaxt görüşmüsünüz?

– Təxminən bir ay bundan qabaq rayonda (Neftçalada-E.P.) görüşümüz olub. Seçicilərim qəbula da gəlirlər, telefonla əlaqə saxlayırıq.

– Bəs ümumilikdə parlamentdə, üzgüçülük məsələsini bir kənara qoysaq, digər şərtlərə uyğun gələn neçə həmkarınız var?     

– Mən onu deyə bilmərəm. Gərək bunu hər bir deputat özü müəyyənləşdirsin, desin.

– Parlamentdə də islahatlara ehtiyac var, deyənlərə sözünüz nədir?

– Yuxarıda dediyim kimi, parlamentə seçilmək üçün dörd şərtə uyğun gəlməlisən. O şərtlərə uyğun gələn şəxs yaşından asılı olmayaraq, deputat seçilə bilər.

– Arif müəllim, belə bir müxalif rəy var ki, hansısa qanunsuzluqlara yol verən, inkişafı tormozlayan şəxslərin bu şəkildə yola salınması doğru deyil…  

– Mən hesab etmirəm ki, vəzifəsindən azad olunanlar hansısa xətaya görə azad olunublar. Bu, bizim inkişafımızın növbəti mərhələsinin tələbləridir, hansısa şəxsə hansısa iradın olub-olmamasından söhbət getmir.

– Digər yanaşma da var. Hesab olunur ki, iqtidarın əsas sütunlarında uzun illər boyu təmsil olunmuş şəxslərin postundan uzaqlaşdırılması hakimiyyətin müdafiəsiz qalmasına gətirib çıxara, prosesin fəsadları ola bilər. Bu iddiaya yanaşmanız necədir?

– Əvvəla, bunlar cəfəng söhbətlərdir. İkincisi, prezidenti hakimiyyətdə, vəzifədə olan insanlar müdafiə etmir. Prezidenti Azərbaycan xalqı, bütövlükdə insanlarımız müdafiə edir. Vəzifədə olan, yaxud vəzifədən çıxarılan insanlar da həmin kontingentin bir üzvü kimidir. Demək ki, hə, bunların hesabına prezidentin nüfuzu artır, boş söhbətdir! Prezidentin nüfuzunu prezident öz fəaliyyəti, insanlara münasibətilə özü müəyyənləşdirir. 

 – Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov ötən iclasda “prezidenti göz bəbəyimiz kimi qoruyacağıq” dedi…

– Tək o, yox, hamı bu fikirdədir. Bizim yaddaşımız çox kiçikdir. Görmüşük, prezidentin şəxsiyyətindən asılı olaraq insanlar hansı bəlalara düşə bilərlər.

– Bələdiyyə seçkilərinə az qaldı. Ancaq sanki bu məsələ gündəmdən çıxıb. Regional məsələlər komitəsinin üzvü olaraq bu məsələ sizi narahat etmirmi?

– Son baş verənlərin bələdiyyələrə heç bir aidiyyəti, təsiri yoxdur. Bələdiyyə seçkilərinin vaxtı müəyyən olunub və qanuna uyğun olaraq keçiriləcək.

– Ermənistanda narahatlıq var ki, Azərbaycan və Türkiyənin Rusiya ilə yaxınlaşması şəraitində Qarabağın qaytarılması ilə bağlı plan işə düşə bilər. Bu, nə dərəcədə realdır?

– Rusiyanın əsas maraqları, məqsədləri var. Odur ki, o, heç vaxt öz məqsədlərindən uzaqlaşmayacaq.

– Deməli, Rusiya ilə yaxınlaşsaq, maraqlarında, məqsədlərindən imtina etməyəcək, eləmi?

– Əlbəttə. Hər bir dövlətin maraqları, məqsədləri var, o maraqları kiməsə bağışlayası deyillər. 

– Belə olan halda Qarabağın taleyi necə olacaq? Rusiya imkan verməyəcək?

– Hər halda, mən hesab edirəm ki, Rusiya tərəfdən elə bir kömək olmayacaq. Bu, 1828-ci ildəki siyasətdir e, aparılır. Yenə də aparılacaq. 3 mininci ildə də eyni siyasət yürüdüləcək. Vaxtilə sovetlərə daxil olmağımızın müəyyən müsbət cəhətləri oldu. Ancaq bundan sonra dövlətçilik marağında olan məsələlərlə bağlı ciddi addım atmayacaqlar.

– Siz uzun müddət Rusiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri olmusunuz. Hazırda da MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri kimi fəaliyyət göstərirsiniz. Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin vaxtaşırı Qarabağa qanunsuz səfərlər edir, Azərbaycan əleyhinə danışır. Belələrini necə durdurmaq olar?

– Erməni pulunu verir, o da səfərlər edir, danışır.

– Deputat həmkarınız Ağacan Abıyev gələn il parlament seçkilərində iştirak etməyəcək. “Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”, deyib həmkarınız…

– Özü yaşlandığını dərk edib deyirsə, çox yaxşı.

– Sizin də 78 yaşınız var, hər halda, az deyil. Ağacan müəllimdən cəmi 4 yaş kiçiksiniz…

– Mən yaşlaşmamışam, cavanam… (Gülür)

– Enerji içkiləri, spirtli içkilər içən gənclərə sözünüz, məsləhətiniz varmı?

– Ömrümdə bir dəfə də elə şeylərdən istifadə etməmişəm.

– Bəs siqaret necə?

– Siqaret çəkmişəm. Xalq Cəbhəsi vaxtında. Hamı çəkirdi, mən də çəkirdim. Özü də Məclisdə… (Gülür)

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı