Pakistan prezidenti: "Kəşmir xalqı çıxılmaz vəziyyətdədir, 80 gündür yemək, dərman yoxdur" - MÜSAHİBƏ

Müsahibələr 17:56 28.10.2019

Bakı 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına (Non-Aligned Movement - NAM) üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə ev sahibliyi edən şəhər oldu. Zirvə görüşündə Azərbaycan 2019-2022-ci illər üçün NAM-a sədr seçildi.

Samittdə Pakistan Prezidenti Arif Alvi də iştirak edirdi. Azərbaycana səfəri zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və bu görüşdə əməkdaşlıq perspektivlərini müzakirə edib. Rəsmi səfərinin sonunda Prezident Alvi Azərbaycandakı üç media orqana - Azərtac, CBC kanalı və Eurasia Diary-ə müsahibə verib. 

Eurasia Diary Pakistan prezidenti ilə müsahibəni təqdim edir:

- Hörmətli cənab Prezident, Azərbaycan Prezidenti cənab İlham Əliyev və digər rəhbərlərlə görüşmək, bəzi məsələləri müzakirə etmək imkanınız oldu. Görüşdə müzakirə olunan əsas məsələlər barədə məlumat verə bilərsinizmi?

- Cənab İlham Əliyevlə təkbətək, eləcə də, prezident sarayında daha bir görüşümüz oldu. Düşünürəm ki, Pakistan və Azərbaycan münasibətlərini ilk növbədə iki ölkə və iki xalq arasında yaxın dostluq əlaqələri kimi təsvir etmək olar. Bunun əsasında yaxşı əməkdaşlıq qurulub, biz Azərbaycan hökumətinin və xalqının Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk. BMT-nin Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna dair 11 qətnaməsi var, hansı ki, hələ də yerinə yetirilməyib. Biz Dağlıq Qarabağ məsələsini də müzakirə etdik. Pakistan Ermənistanı tanımayan yeganə ölkədir. O, həmçinin mənə BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin olduğunu dedi. Biz NAM-ın gələcəyini birlikdə müzakirə etdik. Hesab edirəm ki, Azərbaycan üçün NAM-a sədrlik etmək böyük hörmət və məsuliyyət hissidir. Dünyada ədalət və bərabərlik gündəmə gətirildiyi zaman bunlar əksinə olaraq, digər millətlərlə ədavət aparan böyük qüvvələr tərəfindən rədd edilir.

Biz Azərbaycan və Pakistan arasındakı qarşılıqlı münasibətləri müzakirə etdik. Azərbaycan 10 Super Muşşak təlimçi təyyarəsi alıb. Pakistan müdafiə mühəndisliyi və inşaatı inkişafının çox əhəmiyyətli mərhələsindədir. Bizim müasir JF-17 təyyarəmiz özünü doğruldur. Buna görə də, deyə bilərəm ki, Azərbaycan ilə Pakistan arasında güclü əməkdaşlıq var.

- Cənab Prezident, yuxarıda qeyd etdiyiniz kimi, Prezident İlham Əliyevlə Dağlıq Qarabağ məsələsini müzakirə edərkən çox şey öyrənmisiniz. Avropaya gəlincə, bu regional təhlükəsizlik üçün hansı təhlükə yarada bilər?

- Düşünürəm ki, bu Kəşmir məsələsinə çox bənzəyir. Hegemon dövlət olan Hindistan öz əhalisini bölür, Hindistanda milli azlıqlar üçün pis gələcək var. Müsəlmanlar, buddistlər, xristianlar və Kəşmir də bunun bir təzahürüdür. Pakistan Baş Naziri İmran Xan 5 dəfə sülhə doğru addım atdığı zaman Hindistana barışmaq istəyini nümayiş etdirib. Hindistan buranı işğalda saxlamaqla müharibə edən bir ölkədir. Pakistan deyil, onlar referendum keçirməyi vəd etmişdirlər. Bu, sanki hər an partlamaq təhlükəsi olan barıt çəlləyidir. Qarabağ məsələsində olduğu kimi, düşünürəm ki, sülhdən daha çox qarşıdurma ehtimalı var. Düşünürəm ki, bu ümumi məsələdir. Pakistan həmişə Azərbaycanla tərəfdaşdır.

- Cənab Prezident, xahiş edirəm 80 gündür mühasirədə olan Kəşmirdəki hazırki durum barədə danışın. Buna münasibətiniz necədir?

- İlk olaraq, BMT-yə Hindistan müraciət etdi, çünki Kəşmir xalqı Kəşmirin yarısını azad etmişdi, Hindistan referendum vəd etdi. Amma o vaxtdan bəri yalnız böyük amansızlıqlar törədildi. Son bir neçə ildə yüz minlərlə insan həyatını itirdi. Təcavüzlər oldu, müəssisələr bağlandı, insanlar qətlə yetirildi. Hindistanda Kəşmirə müstəqil özünü idarəetmə hüququ verən qanun aktı qəbul edilmişdi. Lakin onlar bu yaxınlarda onu ləğv etdilər. Pakistan bu qanunla heç cür razılaşmadı. Onlar qanun layihəsini müzakirədən çıxardıqda gələcəyi Hindistanla bağlı olan Kəşmirlilər Hindistana qarşı üsyan etdilər. Bu ərazi tam bir blokada şəraitindədir, Hindistan hökuməti xarici müşahidəçilərin bura daxil olmasını əngəlləyir və ərazidə telefondan, cib telefonundan istifadəsini mümkünsüz edib.

Burada 8 milyon insan var və Hindistan 900 000 nəfərdən ibarət qüvvəsini yerləşdirib, bura ən hərbiləşdirilmiş bölgədir. Kəşmir xalqı çıxılmaz vəziyyətdədir. Təsəvvür edin ki, 80 gündür yemək, dərman yoxdur. Buna görə AB və dünya bir mövqe seçib Hindistanı geri addım atmağa məcbur edir. Hindistan son 40-50 ildə bunu etməkdən imtina edir. İndi Kəşmirin Hindistanın ayrılmaz bir hissəsi olduğuna qərar veriblər. Bu anormal vəziyyətdir. Biz Azərbaycan xalqına və dünya ölkələrinə BMT-nin Kəşmir xalqı ilə bağlı qətnaməni yerinə yetirilməsi üçün müraciət etdik. Cənab Prezidentlə görüş zamanı NAM-ın həm də Dağlıq Qarabağ, Kəşmir də daxil olmaqla bütün məsələləri həll etməli olduğunu bildirdik. Biz ədalət və bərabərlik naminə Azərbaycanın tərəfindəyək. Bizə məxsus bir şeydən məhrum olmuşuq, bizim başqasının ərazisində gözümüz yoxdur, başqaları ərazilərimizi işğal edib. Buna icazə verməməliyik.

- Konfrans NAM-da iştirak çərçivəsində əməkdaşlığı necə inkişaf etdirmək niyyətindədir?

- Düşünürəm ki, Qoşulmama Hərəkatı illər boyu zəifləyib. Hərəkatı yaradanlar, məsələn, Hindistan super dövlətlərlə güclü bir müttəfiqlik münasibətləri qurdu. Beləliklə, NAM-ın ruhu zəiflədi. Mən, xüsusən Azərbaycanın sədrliyi olduğu bir dövrdə çox inanıram ki, hərəkatda canlanma yaratmağın yaxşı vaxtıdır. Canlanma yaratmağın ən yaxşı yolu, Rohingya-da olduğu kimi müsəlmanların Myanmadan çıxarıldığı, hüquqlarının pozulduğu zəif insanları müdafiə etməkdir. Bu gün qaçqınlarla bağlı vəziyyət ağırlaşmaqdadır və varlılarla kasıblar arasındakı fikir ayrılıqlarının yaranması ölkələr arasında bərabərsizliyi artırmışdır. Buna görə NAM, Azərbaycanın rəhbərliyi və Pakistanla əməkdaşlıq, məncə, daha təsirli bir təşkilata çevriləcək yaxşı bir potensiala malikdir.

- Azərbaycan ilə Pakistan arasında hərbi-texniki sahədə də güclü əməkdaşlıq inkişaf edə bilər. Bu sahədə hansı perspektivlər mövcuddur?

- Məncə, perspektivlər çox yaxşıdır. Düşünürəm ki, hərbi təchizat baxımından Pakistan çox güclü bir ölkədir. Pakistan dünyanın ən yaxşı hərbi qüvvəsinə sahibdir. Biz terrorizmlə mübarizə apardıq. Heç bir ölkənin Pakistanın qazandığı qədər qələbələri yoxdur. Biz 70 000 nəfər itirdik. Bu gün dünyanın qalan hissəsində, Orta Şərqdəki bütün bu vəhşiliklər bombardmançı təyyarələrə güvənir, yerdə isə onlar heç bir gücə sahib deyil. Pakistanda hərbçilərimiz çalışdılar, bu, bizim istehsal etdiyimiz silahla yaxşı təlim keçmiş hərbçilərdir. Pakistan, Çin ilə əməkdaşlıq ilə JF-17, Super Muşşak kimi kiçik silahlar, döyüş sursatları, təyyarələr istehsal edir. Müdafiə sahəsindəki əməkdaşlıqda çox yaxşı perspektiv var. Hərbi kadr hazırlığı və silah-sursat üçün təklif verdik.

Biz iqtisadi sahədəki digər imkanlardan və başqa sahələrdəki imkanlardan danışmalıyıq. Pakistanın tibb sənayesi barədə, xəstəxanalarımız haqqında danışdıq, çox yaxşı həkimlərimiz var. İki ölkə arasında ekspertlər mübadiləsi edə bilərik. Biz təhsildən danışdıq. Yaxşı təhsil sistemimiz var. Azərbaycanın neft sahəsində böyük təcrübəyə malik olduğundan danışdıq. Şimal-Cənub dəhlizi ilə mal dövriyyəsi haqqında da söhbət etdik. Pakistan kənd-təsərrüfatı ölkəsidir. Biz turizm haqqında danışdıq, Azərbaycan ilə Pakistan arasında aviasiya uçuşları artmalıdır. Bu hər kəsin qazanacağı bir situasiyadır, biz yaxşı dostlarıq.

Ülvi Əhmədli 

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Hamısı