"Həmin diplomat gülür, deyir ki, sizi hakimiyyətə yaxın buraxmaq olmaz" Qüdrət Həsənquliyev

Müsahibələr 11:38 02.11.2019

“Mövcud problemləri gizlətmək yox, üstünə gedib həll etmək lazımdır”

Prezidentin kadr islahatları ilə bağlı atdığı növbəti addımlar ölkə əhalisi tərəfindən həssaslıqla izlənilməkdədir. Xüsusilə də yaşlı icra başçılarının gənclərlə əvəzlənməsi və onlarla görüşdə ölkə başçısının kifayət qədər sərt xəbərdarlıq etməsi diqqət cəlb etdi. Paralel olaraq Milli Məclisin yeni tərkibi ilə bağlı maraqlı məlumatlar, ehtimallar səslənməkdədir. Eurasia Diary xəbər verir ki, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibəsində bu barədə sualları cavablandırıb.

- Qüdrət bəy, prezidentin yeni təyin olunan icra başçıları ilə görüşünü, onlara və onların şəxsində digər məmurlara ünvanlandığı xəbərdarlıqları yəqin ki, izlədiniz. Hesab etmək olarmı ki, iqtidar komandasının yenidən formalaşdırılması ilə bağlı artıq yeni mərhələyə start verilib?

 - Mən də ümid edirəm ki, artıq başladılmış islahatlar bir çox məsələlərlə əlaqədar olaraq vəziyyəti köklü dəyişəcək. Biz bilirik ki, yerlərdə bəzi icra başçıları özlərini feodal kimi aparırlar, insanlarla həddindən artıq kobud davranırlar, rayonlarda çox sərt rejim formalaşdırıblar. Bəzi rayonlardan, bölgələrdən Bakıya hətta şikayət ərizələrinin göndərilməsində məhdudiyyətlər var. Poçt şöbələrindən məktubları belə qoymurlar Bakıya gəlsin, şikayətlərin gəlməyinə məhdudiyyət yaradırlar. Yəni bölgələrdə vəziyyət daha çətindir və acınacaqlıdır. Hətta prezident maraqlı bir fakt açıqladı ki, Heydər Əliyev mərkəzləri tikilib, bu boyda xərc qoyulub, amma onlardan məqsədəuyğun şəkildə istifadə olunmur, orada tədbirlər keçirilmir. Yəni rayonlardakı gənclərlə, ictimai-siyasi fəal insanlarla, QHT təmsilçiləri ilə görüşlər keçirmək olar. Bu baxımdan rayonlarda vəziyyət daha ağırdır. Açığını deyim ki, rüşvətxorluğun səviyyəsi rayonlarda daha yüksəkdir. Mən çox məmnun oldum ki, prezident bu barədə məlumatlıdır və ona görə də çox sərt xəbərdarlıq etdi, bildirdi ki, əgər belə hallar olsa, cəzalandırılacaqlar.

- Proseslərin davamında nə gözləyirsiniz?

- Açığını söyləyim ki, prezidentin bu tipli informasiyalar alması ölkədə vəziyyətin dəyişməsi üçün çox önəmlidir. Amma mexanizmlər yaradılmalıdır. Dövlət institutları işləməlidir, ictimai institutlar fəaliyyət göstərməlidir, siyasi partiyaların fəaliyyəti olmalıdır, mətbuatın imkanları genişləndirilməlidir ki, bu nöqsanları işıqlandırsın. Prezident dedi ki, o, mətbuat vasitəsilə bunlardan xəbər tutub. Deməli, tənqidi mətbuatın imkanları genişləndirilməlidir. Buna çox böyük ehtiyac var. Ona görə ki, mətbuat həm də bizim cəmiyyətin güzgüsüdür, cəmiyyətin bütün eyiblərini, problemlərini açıb ortaya qoyur. Bu da çox önəmlidir. Ona görə ki,  mövcud problemləri gizlətmək lazım deyil, üstünə gedib həmin problemləri həll etmək lazımdır. O problemlərin yığışıb qalması sonda üfunətli vəziyyət yarada bilər. Düzdür, müəyyən işlər görülür. Ölkədə struktur islahatlarının aparılmasına ehtiyac var. Bələdiyyələrin səlahiyyətini genişləndirmək lazımdır ki, seçkili orqanlar kimi onların imkanları olsun. İcra hakimiyyətlərinin səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılmalıdır, bir çoxunun funksiyaları bələdiyyələrə verilməlidir, hansı ki, seçkili orqandır, yerli özünüidarə orqanıdır. İnsanlar birbaşa seçirlər və onlar birbaşa vətəndaşların qarşısında məsuliyyət daşıyırlar. İcra başçıları indi rayon ictimaiyyəti qarşısında məsuliyyət daşımır, onlar ancaq prezident qarşısında məsuliyyət daşıyır. Ona görə də bu islahatlar aparılmalıdır. Həmçinin məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir, hakimlərin səlahiyyətləri artırılmalıdır. Hakimlərin vəzifədən kənarlaşdırılması çətinləşdirilməlidir, bu, yalnız cinayət törətməklə məhdudlaşdırılmalıdır. Əslində bu, konstitusiyada da belə yazılıb. Hakimlər ömürlük təyin olunmalıdır. Qanunun aliliyinin gücləndirilməsi istiqamətində müəyyən addımlar atılmalıdır. Parlamentin fəaliyyəti gücləndirilməli, genişləndirilməlidir. Düşünürəm ki, bu tipli addımlar atmaqla biz doğrudan da ölkəmizdə böyük bir iqtisadi sıçrayışa nail ola bilərik. Yəni qeyri-neft sektorunu inkişaf etdirə, ölkəmizə investisiya axınını təmin edə, azərbaycanlı sahibkarların ölkədən valyutanı xaricə çıxartmasının qarşısını ala, bir çox sosial problemləri həll edə bilərik. Bunun üçün ölkədə böyük özəlləşdirməyə gedilməlidir. Xidmət sahələri özəlləşdirilməlidir. Yəni bu kadr dəyişiklikləri böyük islahatların, sadəcə, başlanğıcıdır ki, yeni kadrlar o islahatları həyata keçirsinlər. Amma düşünürəm ki, əsas işlər hələ qabaqdadır.

- Bələdiyyələrdən söz düşmüşkən, bələdiyyə seçkilərinə çox az müddət qalsa da, gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən daha çox danışılır. Bu məsələnin fərqindəsinizmi?

- Çox təəssüf ki, bələdiyyələrə maraq azdır. Mən öz partiyamızdan görürəm. Əlbəttə, biz partiya üzvlərini məcbur edirik ki, siz bu seçkilərə qatılın! Deyirik ki, hər bir seçki növbəti seçkilər üçün bir məşqdir.

- Dediniz seçkiyə qatılmağa məcbur edirsiniz?

- Bəli. Düz tutdunuz. Sözün həqiqi mənasında məcbur edirik. Heç bir həvəs yoxdur. Onlar deyirlər ki, biz lap seçildik, nəyi həll edəcəyik? Seçkiyə qatılmaq əlavə xərc, əziyyət deməkdir, insanlarla təmasda olmaq, getmək, görüşmək, vəd vermək deməkdir. Deyir mən gedib seçiciyə nə vəd verim, deyim sənin hansı problemini həll edəcəyəm? Deyir axı, o bilir ki, mənim səlahiyyətim yoxdur və mən heç nə həll etmək gücündə deyiləm. Ona görə də mən yalandan gedib insanların qarşısına çıxıb nə vəd verim?

- Maraqlısı budur ki, bələdiyyələrdən fərqli olaraq, parlament seçkilərində qalib gəlmək şansı qat-qat azdır.

- Bəli. Parlamentin də səlahiyyətləri məhduddur. Amma buna baxmayaraq, parlament ali qanunverici orqandır və dövlət hakimiyyətinin qanadlarından biridir. Bələdiyyələr isə ümumiyyətlə, heç hakimiyyət strukturuna daxil deyil, yerli özünüidarə orqanıdır, dövlət hakimiyyət orqanı deyil. Ona görə də üzvlərimiz seçkiyə qatılmağa maraq göstərmirlər. Buna baxmayaraq, biz partiya fəallarına tövsiyə etmişik ki, seçkiyə qatılın! Təbii ki, xeyli sayda insanlar qatılacaq, ancaq maraq çox azdır.

- Qüdrət bəy, növbəti seçkidə Milli Məclisin tərkibinin ciddi şəkildə dəyişəcəyi ehtimal olunur. Hətta bildirilir ki, 100-dən çox deputat yeni tərkibdə yer ala bilməyəcək. Sizdəki məlumatlar necədir?

- O, xalqımızdan asılı olacaq. Hakim partiyanın özünün məsələyə yanaşmasından, namizədlərini hansı prinsiplə seçməsindən çox şey asılı olacaq. Ona görə ki, növbəti seçkilərdə də hakim partiyanın qələbəsi qaçılmazdır. Çünki, resurslar çox qeyri-bərabərdir. Yəni bu gün hakim partiya nəinki müqayisə oluna biləcək, onunla hansısa formada rəqabət apara biləcək ikinci bir partiya yoxdur. Ona görə də xalqımızın iradəsindən, fəallığından çox şey asılı olacaq. Açıq deyirəm, mövcud vəziyyəti iqtidar yuxarıdan, islahatlar yolu ilə dəyişə bilər, bir də Azərbaycan xalqı. Yəni bu faktorlardan çox asılıdır ki, parlamentin tərkibi necə olacaq. Hesab edirəm əgər yuxarıdan, islahatlar yolu ilə iqtidar cəmiyyəti dəyişəcəksə, bundan həm iqtidar, həm də Azərbaycan xalqı, dövləti, həm də, ümumiyyətlə, region çox faydalanacaq. Azərbaycanda əgər iraq-iraq aşağıdan, inqilabi yolla, xalq kütlələrinin təzyiqi ilə bu baş versə, proseslər nəzarətdən çıxa, ölkədə xaos yarana bilər, çox şeylər baş verə bilər.

- Siz bir neçə ay əvvəl xəbərdarlıq etmişdiniz ki, bəzi qüvvələr payızda qarışıqlıq yarada bilərlər...

- Bəli. Məncə, hökumətin çox qətiyyətli mövqeyi olmasaydı... Siz gördünüz ki, çox təkidlə ölkədə qarşıdurmaya getmək istəyən qüvvələr var idi və buna can atırdılar. Açığını deyim, bu cəhddən sonra qarşıdurmanı sifariş verən qüvvələr də başa düşdülər ki, sifarişi qəbul etmiş güclər kifayət qədər zəifdir və onlar bu qarşıdurmanı yaratmaq imkanlarına malik deyillər, ona görə də geri çəkildilər. Həm də icraçılar da başa düşdülər ki, sifariş nə qədər şirnikləndirici olsa, nə qədər böyük pullar vəd olunsa da, başqa vədlər verilsə də, bunu icra etmək imkansızdır. Ona görə də sifarişçilər, icraçılar öz aralarında bir razılığa gəldilər və oktyabrın 2-sinə təyin olunmuş mitinqi təxirə saldılar. Amma istənilən halda mən bunu alqışladım və hesab elədim ki, doğru qərardır. Həm də Milli Şurada təmsil olunan qüvvələrə də üz tutub dedim ki, biz sizin qərarınızı müsbət qarşılayırıq. Qeyd etdim ki, siz xalqın azadlığı uğrunda mübarizə apardığınızı bəyan etmisiniz, ilk növbədə özünüzün asılılıqdan qurtarmağınız uğrunda mübarizə aparın, öz müstəqilliyinizi təmin edin! Onda qəbul edəcəyiniz qərarlar həm xalqın maraqlarına, həm də özünüzün maraqlarınıza uyğun olacaq, nəinki ayrı-ayrı mafioz qüvvələrin, ermənipərəst dairələrin. Hər halda, biz tövsiyə elədik. 19 oktyabr, razılaşdırılmamış aksiyadan öncə də müraciət etmişdim ki, siz buna getməyin! Getsəniz, bu, sizin payız kampaniyanızın başlamamış sonu olacaq. Necə demişdimsə, eynən elə oldu. Bu da onu göstərir ki, adamlar reallıqdan xeyli dərəcədə aralı düşüblər. Bilirsiniz, psixologiya elmində özünütəqlid deyilən bir şey var. İnsanlar yalan bir məsələni o qədər deyirlər, sonra özləri öz dediklərinə inanırlar. Yəni o qədər yalanı təkrarlayırlar, sonra özləri buna inanırlar. Necə ki, Molla Nəsrəddin camaatı aldadır, deyir aş paylayırlar, baxır hamı həmin istiqamətə qaçır, deyir birdən doğru olar, özü də qaçır. Bax, bizim bəzi siyasi liderlər eyni durumdadırlar. Özü də bunlar sanki real siyasətlə məşğul deyillər. Bunlar nə ilə məşğuldurlar, demək çətindir. Baxıram ki, Cəmil Həsənli ABŞ-da, Amerika diplomatının iştirak etdiyi müzakirələrdə deyir ki, bu hökumətin ona görə iqtidarda olmaq haqqı yoxdur ki, o,  Qarabağı azad etmir. Başa düşmür ki, həmin diplomat gülür, deyir ki, sizi hakimiyyətə yaxın buraxmaq olmaz, çünki siz Qarabağı azad etmək istəyirsiniz. Bunlar hələ müəyyənləşdirə bilməyiblər ki, hansı dövlət Azərbaycandan nə istəyir, onların buradakı marağı nədən ibarətdir? Bu qədər primitiv adamların insanları öz arxasınca aparıb məhrumiyyətlərlə üz-üzə qoyması məni həqiqətən incidir və çox narahat edir. Görəndə ki, kimlərsə həbs olundu, polislə qarşıdurmada xəsarət aldı, bunlar məni həqiqətən də incidir. Düşünürəm ki, bunlar baş verməməlidir.

- Prezidentin 70 yaşını adlamış məmurlara tövsiyəsindən sonra yaşlı deputatların bəziləri aşkar şəkildə narahat olublar. Hesab olunur ki, qaçmağı, üzməyi bacardıqlarını deyən bəzi deputatlar bununla həm də müqavimət göstərirlər. Siz bu haqda nə deyə bilərsiniz? Deputat üçün yaşın fərqi varmı?

- Seçkili vəzifələr üçün yaşın heç bir fərqi yoxdur. Ona artıq xalq baxır, qiymətləndirir. Sözsüz ki, həmin adamı seçəndə də onun fiziki imkanlarını nəzərə alır, xüsusilə də beyninin işləməsini, düşünmək imkanlarını. Bir var insan fiziki qüsurlu olsun, məsələn, ayaqları olmasın... Məsələn, vaxtilə ABŞ-da Ruzveltin də fiziki problemləri var idi. Amma bu adam adını 4 dəfə ABŞ prezidenti seçilmiş dövlət adamı kimi tarixə yazdırdı. O baxımdan yaş məsələsi seçkili orqanlara aid olan məsələ deyil. Bu, yalnız icra orqanlarına aid məsələ olmalıdır. Ona görə ki, əgər ölkədə pensiya yaşı 65 yaşdırsa, bunu da qanunla 5 il uzatmaq olarsa, 70 edir. Düzdür, «Dövlət qulluğu haqqında» qanun siyasi vəzifələrə şamil olunmur. Amma mən hesab edirəm ki, bu, çox doğru, düzgün, ədalətli qərardır. Yenə də o fikirdəyəm ki, prezident, parlament, bələdiyyə seçkilərində seçilən insanlara bu, şamil olunmur, çünki orada artıq qiymətləndirmə vətəndaşın ixtiyarına buraxılır. Vətəndaş hesab edirsə ki, onu 80 yaşı olsa belə, filankəs daha yaxşı təmsil edə bilər, onu seçir. Eyni zamanda həmin şəxsin namizədliyini irəli sürən siyasi partiya o faktoru nəzərə alır ki, bu yaşda bu adam partiyanı necə təmsil edə bilər. İstənilən halda son sözü xalq deyir. Amma icra hakimiyyəti başçıları üçün prezident bu məsələdə ortaya çox doğru mövqe qoydu.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Hamısı