"Lavrov dəfələrlə atasının erməni olduğunu dilə gətirib" Politoloq Tofiq Abbasov

Müsahibələr 14:04 15.11.2019

Tofiq Abbasov: “Putinin yerində olsaydım, onu nazir  postunda saxlamazdım”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov son günlər Azərbaycan gündəminin əsas tənqid hədəfinə tuş gələn isminə çevrilib. Buna səbəb də, onun İrəvana səfəri çərçivəsində və ondan bir gün qabaq Qarabağ mövzusunda verdiyi açıqlamalar, o sırada “Dağlıq Qarabağ xalqı”nın razılığı olmadan nizamlamanın mümkün olmayacağını bildirməsidir.

Məlumat üçün bildirək ki, Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur. Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurur. Viktor Lavrov 5 yaşlı ögey övladına öz soyadını verir və beləliklə, Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edir. Rusiya XİN-in rəhbəri dəfələrlə atasının erməni olduğunu və erməniləri sevdiyini dilə gətirib.

Mövzu ilə bağlı söhbət etdiyimiz politoloq Tofiq Abbasov öncə Lavrovun nə zaman vəzifəsindən gedəcəyi barədə ehtimallarını səsləndirdi: 

“Onun vəzifədən getməsi məsələsini həll edəcək bir nəfər var, o da Putindir. Lakin burada bir məsələni dəqiqləşdirmək istəyirəm. Lavrov Ermənistan mətbuatının yazdığından fərqli olaraq, ikibaşlı danışmayıb. Əslində onun oradakı çıxışı bir qədər normal idi. Erməni ekspertləri özləri istədikləri kimi həmin fikirləri təhrif olunmuş formada çatdırıblar. Bu, başqa məsələdir ki, bəli, Lavrov dəfələrlə ermənipərəst mövqeyini sərgiləyib, Rusiyanın Xarici İşlər Nazirliyində erməni lobbiçiləri var, ola bilsin ki, onun özü belə onlara rəhbərlik edir. Bunun üçün də qeyd etmək istəyirəm ki, Azərbaycan hər zaman güclü olmalıdır, ordusunu daim hazır vəziyyətdə saxlamalıdır. Çünki onsuz da əvvəl-axır bu məsələ hərbi yolla öz həllini tapacaq. Lavrov ermənipərəst, lap erməni olsa belə, anlayır ki, münaqişə tərəfləri arasındakı güc fərqi müqayisə olunmayacaq dərəcədə böyükdür”.

Müsahibimiz Lavrovun Kreml üçün əhəmiyyətindən də söz açdı: 

“Rusiya kimi dövlətlərdə xarici işlər naziri dövlət başçısının tapşırıqları, onun  siyasəti əsasında hərəkət edir. O heç bir zaman özbaşınalığa yol verə bilməz. Bu, aydın bir məsələdir ki, Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir. Hətta deyərdim ki, yarım subyektdir. Onun müstəqilliyi şərtidir. Lavrov uzun zamandır bu postda çalışırsa, demək ona həm etimad var, həm də o bir qulluqçu, sadiq bir əməkdaş kimi prezidentin dediklərini olduğu qaydada həyata keçirir, kifayət qədər düzgün mövqe sərgiləyir. Əgər onunla bağlı narazılıq olardısa, XİN rəhbəri vəzifəsində olmazdı.  Bundan əvvəl o vəzifədə olanlar oldu, amma bu postu doğrulda bilmədilər. Bu müddət ərzində, hətta prezident seçkilərindən sonra belə xəbərlər gedirdi ki, o artıq yorğundur, postunu tərk etmək istəyir. Açığı Putinin yerində olsaydım, Lavrovu o postda saxlamazdım. Niyə? Bu adamın bir qızı var. O artıq Amerika vətəndaşlığını alıb. Necə ola bilər ki, Rusiya Federasiyasının, özü də Amerika ilə sərt münasibətlərdə olan bir dövlətin xarici işlər nazirinin qızı Amerika vətəndaşlığını alır? Lavrov bu postdan gedəndən sonra, çox güman ki, Amerikaya gedəcək. Hətta onun orada əmlakı da var. Onu da deyim ki, Lavrov BMT-də  Rusiyanın nümayəndəsi kimi çalışarkən Rusiyanın dövlət pullarını birjalarda haradasa dövriyəyə buraxmışdı. Bunu sizə əminliklə deyirəm. Oradan qazanc əldə edirdi. Bilirsiniz ki, gecə-gündüz məsələsi var. Yəni Rusiyada gündüz olanda, Amerikada gecə olur. Bu yolla pulları birjalarda dövriyəyə buraxırdı ki, oradan qazanc əldə etsin. Bu faktlar təsdiq də olunub. Şəxsən mən o insana inanmazdım. Bu adam ilk növbədə alverçi xislətindədir. Digər tərəfdən, əgər bunun doğma balası Amerika vətəndaşlığını Rusiya vətəndaşlığından üstün tutursa, bu adamdan hansı vətənpərvərliyi gözləmək, yaxud hansı proseslərin məsuliyyətini etibar etmək olar? Bütün bunlar o anlama gəlir ki, Lavrov candərdi çalışır. Amma, heç şübhəsiz ki, o hələ nazirdirsə, demək ya xüsusi xidmətləri var, ya da Putinlə olduqca yaxındır ki, onunla vidalaşmaq istəmir”.

 

Tofiq Abbasov Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasını bilavasitə Lavrovun o postda qalması  ilə əlaqələndirmir: 

“Bu tək Lavrovdan asılı məsələ deyil. Rusiya siyasi elitasında çox tirəlik var. Bu ölkənin vahid siyasi elitası yoxdur. Şimal qonşumuzda siyasi dəhlizlərdə, Dumada, bir sıra təşkilatlarda artıq Azərbaycan lobbisi peyda olub. Bizim diplomatiya işləyir. Sakit dayanmamışıq. Siyasi elitada müxtəlif qüvvələrə işləyən qruplar var. Fikrim ondan ibarətdir ki, Azərbaycanın gücü artdıqca, Ermənistan və onunla bağlı bərabər Qarabağ məsələsi bizim yaratdığımız o böyüyən kölgənin altına keçir. Onsuz da Qarabağ məsələsinin həlli gücdən keçir. Bunu Rusiya da çox gözəl bilir. Bu da bir sirr deyil ki, Rusiya ətrafında olan münaqişələrdən öz mənfəəti üçün çalışır”. (yeni musavat)

 

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
14:44 19.03.2024
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
14:43 19.03.2024
Molddovada vəziyyət qarışır: Prezident ittiham olundu
14:41 19.03.2024
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
14:38 19.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir"
14:36 19.03.2024
"İranın buradakı məqsədi Azərbaycana qarşı bir cəbhə açmaqdır" - Güneyli EKSPERT
14:30 19.03.2024
Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Hamısı