Bələdiyyə üzvlüyünə namizədlərin debatı baş tutub Maraqlı təkliflər, tənqidlər, layihələr...

Müsahibələr 18:16 17.12.2019

Ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) bələdiyyə üzvlüyünə gənc namizədlərlə görüş keçirilib. Debat və sual-cavab formatında keçirilən görüşdə Xətai rayonundan iki, Abşeron rayonundan isə bir namizəd qatılıb.

Görüş zamanı gənc namizədlər, hədəflərini və öz seçki platformalarını açıqlayıb, həmçinin görüşdə iştirak edən media nümayəndələrinin suallarını cavablandırıblar.

Xətai rayonundan namizədliyini irəli sürən (müstəqil namizəd) jurnalist, “Türksevdası” portalının baş redaktoru Sevda Zülfiqarlı  namizədliyini irəli sürmə səbəblərini və seçki platformasını belə izah edib:

“Gənclər üçün hazırda çox münbit şərait yaranıb. Bu Cənab Prezident İlham Əliyev sayəsində mümkün olub. Mən də bu şəraitdən istifadə etmək, yerli idarəetmə orqanlarındakı problemləri həll etmək və sözün həqiqi mənasında xalqa xidmət etmək üçün namizədliyimi irəli sürmüşəm. Mən seçilsəm də, seçilməsəm də xalq üçün bu xidməti həyata keçirməyə çalışacam. Vətəndaşlar üçün yeni xidməti məkanların, istirahət üçün mərkəzlərin, oyun parklarının açılmasını dəstəkləyirəm.

S.Zülfiqarlı bildirib ki, namizədliyini irəli sürdüyü Xətai rayonunda xüsusilə, uşaq və yaşlıların asudə vaxtlarını keçirəcəyi sosial obyektlər mövcud deyil. Ən önəmli problemsə işsizlik və yoxsulluqdur. Buna görə də, o bələdiyyə nəzdində fəaliyyət göstərən müxtəlif kiçik müəssisələrin açılmasını təklif edir.

“300-400 nəfərdən çox vətəndaşla görüşüm olub. Onların əksrəriyyəti evlərin sənədləşməsi ilə bağlı problemlərdən, xeyir-şər evlərinin mövcud olmamasından, yoxsulluq və işsizlikdən şikayətlənib. Bir çox vətəndaş ümumiyyətlə, bələdiyyələrin statusundan xəbərsizdir. Vətəndaşlar xidmət tələb edir, bu xidməti göstərmək isə biz gənclərin üzərinə düşən vəzifədir”-deyə gənc namizəd əlavə edib.

“Atlas” Araşdırmalar  Mərkəzinin siyasi eksperti Rusif Məmmədov isə namizədliyi və seçki platformasını belə izah edib:

“Mənim namizədliyimi irəli sürmə səbəbim daha çox Xətai rayonundakı mövcud problemlərlə əlaqədardır. Mən belə düşünürəm ki, hazırkı şəraitdə bələdiyyələrdə qan dəyişimi zəruridir. Mənim seçki platformam da daha çox gənclərə yönəlib. Hətta deyə bilərəm ki, seçkilərdə mən qalib gəlməsəm belə, gənclərin ön plana çıxmasını, zəfər çalmasını arzu edirəm. Əliyar Əliyev bizim 20 illik bələdiyyə sədrimizdir. Lakin 20 ildir bələdiyyə rəhbəri olsa da, biz onun fəaliyyətini görməmişik. Bu çox ciddi problemdir. Bələdiyyə işi xidmət işidir, lakin Xətai rayonunda illərdir bu xidmət unudulub”.

“Nə üçün bizim bələdiyyəyə ayrılan pullar kimlərinsə cibinə getməlidir? Mən hətta razıyam ki, maaşsız çalışım, lakin öz rayonum üçün iş görüm. Bizim problemlərimiz çoxdur. İlk növbədə bələdiyyə səlahiyyətləri artırılmalıdır. Biz bu təklifləri parlamentə çıxarmalıyıq. Mənzil İstismar Dairələri ləğv edilməlidir. Onun səahiyyətləri bələdiyyələrə keçməlidir. Nigah və natarius məsələləri də bələdiyyə səlahiyyətinə verilməlidir. Bələdiyyə səlahiyyətləri artırılmadan verdiyimiz vədləri reallaşdıra bilməyəcəyik. Bələdiyyə vergi toplayan orqan deyil, bələdiyyə xidmət edən orqandır. Vətəndaşların böyük əksəriyyətinin bələdiyyə qurumlarına inamları itib. İnamları qaytarmaq üçün biz lazımıq. Ona görə də biz çalışacağıq ki, səlahiyyətlər artırılsın. Həmçinin bələdiyyələrə investorların cəlbi zəruridir”- deyə o əlavə edib.

R.Məmmədovun öz elektoratına verdiyi əsas vədlərdən biri də bələdiyyə nəznində yeni və müasir standartlara cavab verən kitabxananın açılmasıdır:

“Xətai rayonu bütünlükdə kafe, bar və çay evləri ilə əhatələnib. Mən bələdiyyə büdcəsilə gənclərin səmərəli asudə vaxt keçirə biləcəyi kitabxana tikilməsini irəli sürəcəm. Mən vətəndaşlarla görüşümdə də deyirəm ki, istəyirsinizsə övladınız çay evinə yox, kitabxanaya getsin, bizə səs verin. Biz bunun təbliğat işini də formalaşdıracayıq”.

Tarixçi, YAP-ın Abşeron rayonu üzrə bələdiyyə üzvlüyünə namizədi Coşqun Hidayətov isə öz platformasını belə izah edib:

“Bələdiyyələrdə olan problemlər məni çox düşündürdü. Xüsusilə prezidentin gənclərə olan dəstəyi məni olduqca həvəsləndirdi və namizədliyimi irəli sürməyi qərara aldım.

 Mən vətəndaşlarla görüşüm zamanı onların 3 əsas problemdən narazı olduqlarını müşahidə etdim. Bunlar, Nəqliyyat problemi, yollların bərbad vəziyyətdə olması və məşğulluq problemidir. Ona görə də seçki platformam daha çox bu üç problemin həllinə istiqamətlənib.

Bizim qəsəbəmizdə 10-dan çox zavod fəaliyyət göstərir. Lakin bu zavodlarda qəsəbə əhalisinin çox az hissəsi çalışır. Mən bələdiyyə üzvü seçilsəm bu məsələni gündəmə gətirəcəm və təklif edəcəm ki, bu zavodlarda çalışan işçilərlə bağlı müəyyən limit qoyulsun. Bu limitə qədər zavodda çalışan insanlar qəsəbə sakinləri olmalıdır. İşsizliklə bağlı digər bir təklifim də kərpic istehsalı ilə məşğul olan zavodlarımızla əlqədardır. Təklif edirəm ki, bələdiyyə nəzdində zavod yaradılsın, kənd sakinləri həmin zavodlarda çalışsın, bununla həm qəsəbə sakinləri işlə təmin olunacaq, həm də zavodun gəlirləri bələdiyyə büdcəsinə daxil olacaq. Bu pullar da qəsəbə yollarına və s. xərclənəcək”.

“Təhsillə bağlı layihəmizdə var. Aztəminatlı ailələrin təhsil problemini həll etmək üçün bələdiyyə nəzdində təhsil xərclərinin ödənilməsi üçün bütcə formalaşdırılsın,  bu bütcə ilə bələdiyyə kursları təşkil edilsin”- deyə C.Hidayətov qeyd edib.

C.Hidayətov həmçinin bələdiyyə namizədliyini irəli sürdüyü Aşağı Güzdəkin nəqliyyat problemi ilə əlaqədar dövlət başçısına müraciət edəcəyini bildirib:

“Mən həmçinin nəqliyyat problemini aradan qaldırmaq üçün bir təklif irəli sürəcəm. Qəsəbədə marşrut yarım saatdan bir çalışır. Bakı-Sumqayıt qatarının bir hissəsi bizim Aşağı Güzdək qəsəbəsindən keçir. Keçmişdə dəmiryolu Aşağı Güzdək stansiyası olub. Sonradan bağlanıb. Hazırda Bakı-Sumqayıt qatarında Aşağı Güzdək stansiyası bildirilir, lakin qatar bu stansiyada saxlanılmır. Bununla bağlı prezidentə müraciətimiz olacaq”.

Nicat İSMAYILOV

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Hamısı