"Rəqiblərimə nəzərən mən daha şanslı namizədəm" Əhməd Şahidov

Müsahibələr 15:16 21.12.2019

"Seçicilərin ayağına gedərək, hətta qapı-qapı gəzərək vətəndaşlarla şəxsən ünsiyyətdə olacam"

Əslən Qaxdan olan tanınmış hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov növbədənkənar parlament seçkisində iştirak edəcəyini bəyan edib. Ə.Şahidov 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd olacağını açıqlayıb.
 
Hüquq müdafiəçisi ilə söhbətə keçməzdən öncə bildirək ki, Əhməd Şahidov 2015-ci il parlament seçkilərində də namizəd olub və ciddi dəstək görüb. Bu baxımdan hüquq müdafiəçisinin şansı yüksək dəyərləndirilir. Xüsusən, xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Azərbaycan dövlətini müdafiə edən çıxışları seçkidə qələbə qazanmaq ehtimalını artırır. Şübhəsiz, yekun qərarı qaxlılar verəcək.
 
- Əhməd bəy, seçkiyə müstəqil namizəd kimi qatılırsız, yoxsa hansısa siyasi təşkilatı təmsil edirsiz? 
 
- Seçkiyə bitərəf namizəd kimi qatılıram. Heç bir siyasi partiyanın üzvü olmamışam, hazırda da partiya mənsubluğum yoxdur. Sənədlərimi 112 saylı Qax seçki dairəsinə təqdim etmişəm. Yaxın günlərdə imza vərəqələrimi alacam və imza toplamağa başlayacam. Bilirsiz ki, seçki ilə bağlı namizəd olanların sayı çoxdur. Bu aktivlik son aylar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar fonunda gənc nəslin müəyyən vəzifələrə çəkilməsi və yeni yaranmış ictimai-siyasi mühitlə bağlıdır. Kifayət qədər gənc idarəetməyə və qanunverici hakimiyyətə iddialıdır. Azərbaycanda yüksək potensiala sahib, xaricdə təhsil almış istedadlı gənclər çoxdur. Seçkidə güclərini sınamaq qərarına gəlmələri isə təqdirəlayiqdir. 
 
- Parlament seçkisində təcrübəniz var. Seçki marafonuna ikinci dəfə qoşulmağınız qalib olmaq şansınızı artırırmı? 
 
- 2015-ci il noyabr ayının 1-də keçirilən parlament seçkilərində 112 saylı Qax seçki dairəsinə namizədliyimi vermişdim. İlk dəfə olaraq Qaxda yeni, innovativ, canlı təmaslarla müşahidə olunan seçki kampaniyası aparmışdım və uğurlu nəticələr əldə etmişdim. MSK-nın rəsmi nəticələrinə görə, 2-ci yerdə qərar tutmuşdum. Bu, mənim üçün böyük uğur idi. Qaxlılar o vaxtdan sonra Əhməd Şahidovu daha yaxından tanımağa başladı. Lakin mən digər namizədlər kimi seçkidən-seçkiyə rayona getmirəm. Sosial şəbəkələri və mətbuatı izləyənlər bilir ki, hüquq müdafiəçisi Əhməd Şahidov hər ay müntəzəm Qaxa gedir, rayonda görülən işlərlə, problemlərlə bağlı paylaşımlar edir. Müxtəlif məsələlərlə bağlı sosial video-çarxlar çəkib yayıram, sakinlərin xeyir-şər mərasimlərində yaxından iştirak edirəm. Bakıda və dünyanın başqa ölkələrində yaşayan qaxlılarla ünsiyyət qururam. Ən əsası isə odur ki, rayon sakinləri xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyətimi yaxından izləyir. Dövlətimizin milli maraqları, əsir və girovlarımızla, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tribunalarda etdiyim çıxışları qiymətləndirirlər. Hesab edirəm, Qax rayonunda Əhməd Şahidovun xüsusi təqdimata ehtiyacı yoxdur. Bu da mənə əlavə güc, üstünlük verir. Rəqiblərimə nəzərən məni daha şanslı namizəd kimi meydana çıxarır. 
 
- Yəni Qaxda seçki təbliğatı aparmayacaqsınız? 
 
 - Təbii ki, təbliğat aparacam. Yanvarın 17-dən fevralın 8-nə kimi 23 günlük təbliğat-təşviqat kampaniyasını dəyərləndirməyə çalışacam. Seçicilərin ayağına gedərək, hətta qapı-qapı gəzərək vətəndaşlarla şəxsən ünsiyyətdə olacam. Amma hava şəraitini və qış mövsümünü nəzərə alaraq daha innovativ və müasir təbliğat-təşviqat metodlarına üstünlük verəcəm. 
 
- Parlamentin gəncləşməsi, qocalardan “təmizlənməsi” ətrafında geniş polemikalar aparılır. Bəziləri iddia edirlər ki, yaşlı deputatlar namizəd olmamalıdır. Gənc kimi bu məsələyə münasibətiniz necədir? 
 
- Hamımız qəbul edirik ki, müasir dövrlə uyğunlaşmaq, dünyanın çağırışlarına ayaq uydurma lazımdır. Son islahatlar da məhz bu fonda həyata keçirilir. Bu mənada gənc kadrların yüksək postlara təyin olunması zəruridir. Lakin birmənalı fikir söyləmək doğru deyil. Müstəqil dövlətimizin qurulmasında və inkişafında mühüm rol oynamış təcrübəli şəxslərin sırf yaşından dolayı qəfil çıxdaş edilməsi, kənara atılması yanlışdır. Parlamentdə bütün sosial təbəqələrin təmsil olunmaq hüququ var. Ağsaqqal dediyimiz kifayət qədər yaşlı adam var ki, onların dövlət təcrübəsi biz gənclərdən qat-qat çoxdur. O cür yaşlıların nüfuzundan və dünyagörüşündən yararlanmaq lazımdır. Ancaq mən də qəbul edirəm ki, üstünlük gənclərə verilməlidir. Gənc dedikdə, 18 yaşlı vətəndaşları nəzərdə tutmuram. Parlamentə iddialı olan gənclər yeni təfəkkürə malik, dinamik, çalışqan olmalı və bir neçə xarici dil bilməlidir. Milli Məclisin çevik bir quruma çevrilməsi üçün bu şərtdir. 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı