“Bakıda şairlərin yox, qəhrəmanların heykəlləri qoyulmalıdır” Ömər Eldarovdan ilginc açıqlamalar

Müsahibələr 12:58 25.12.2019
Məşhur heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, "Heydər Əliyev" ordeni laureatı Ömər Eldarovun BakuPost-a verdiyi müsahibənin ikinci hissəsi:

- Bakıdakı məscidlərin arxitekturası sizin üçün maraqlıdır?

- İçəri şəhərdəki mənə maraqlı gəlir?
 
- Nə baxımdan?
 
- Bizim tarixdi da.
 
- Yox, demək istəyirəm ki, o dediyiniz məscidin arxitekturasında sənət elementləri hansı şəkildədir?
 
- Memarlıq yüksək səviyyədədir. Hələ mən Şirvanşahları demirəm. Onun memarlığı, ümumiyyətlə, dəhşətdir.
 
- Bəs Heydər Məscidi necə?
 
- O da təzədir. O da maraqlı məsciddir. Hələ müsəlmanlıqdan əvvəl bizim xalqın Qız Qalası abidəsi var ee, o, əsl sənət nümunəsidir.
 
- Deyirsiniz ki, islama qədər daha mükəmməl abidələrimiz yaranıb da?
 
- Bəli, İslama qədər.
 
- Sizcə, İslam bizdə arxitektor işlərinə qarşı gəlməyib ki? Yaxud islam sənətə mənfi təsir etməyib ki?
 
- Mən, sizə deyim ki, müsəlman arxitekturası yüksək səviyyədə olub. Onun bənzəri yoxdur. İslama aid elə nümunələr var ki, heç tayı-bərabəri yoxdur.
 
- İstanbulda Sultan Əhməd məscidi var. Böyük bir abidədir. Heç ortasında dirəyi, sütunu olmadan inşa edilib. Hindistandakı Tac-Mahalı demirəm hələ.
 
- Doğrusu, mən onu görməmişəm. Orta Asiyada olmuşam. Məncə, ordakı abidələr daha yüksək səviyyədədir. Səmərqənd, Buxara. İranın özündə. Orda da yüksək səviyyədədir memarlıq. Bir də biz məqrib deyirik: - Aljir, Tunis, Marokko, İspaniya. Bunlar “ Mavritanskaya Arxitektura” adlanır. Mavritan Arxitekturası çox, çox, çox yüksək səviyyədədir. Z.Tağıyevin evində böyük zal var. O zalın özündə mavritan arxitekturası üslubundadır.
 
- Bizim arxitekturaya ən yaxın musiqini hansını görürsünüz? Azərbaycanda hansı musiqi növüylə hansısa arxitekturanın paralelliyini apara bilərikmi?
 
- Məncə, Muğamla memarlığın arasında orqanik bağlar tapmaq mümkündür. Üzeyir bəyin də, Fikrət Əmirovun da musiqisi memarlıqla bağlıdır. Mən belə bilirəm.
 
- İndiki dövrdə sənətin içinə texnologiya da qarışmağa, sanki müdaxilə etməyə başladı. Bu sənətə nə dərəcədə təsir edir?
 
- Məncə mane olur. Bilirsiniz, çox pis təsir edir.
 
- Məsələn, sizə mane olurmu?
 
- Mənə yox. Ancaq gənc nəslə mənfi yöndən təsir edir.
 
- Belə getsə bu sənət yavaş-yavaş sıradan çıxa bilərmi? Yoxsa zəifləyər..
 
- Gərək, sənətlə texnologiya bir-birindən ayrılsın. Bir-birinə qarışmasın. Bir-birinə qarışmasa, o zaman sənətin inkişafı baxımından yaxşı olacaq.
 
- Bayaq siz Dədə Qorqudu, Koroğlunu xatırlatdınız. Başqa bu kimi abidələrin qoyulması ilə bağlı sizinlə söhbət olunubmu? Yaxud da kimsə sizə hansısa şəhidin, qəhrəmanın abidəsinin sifarişini veribmi?
 
- Biz gərək yaxın tariximizin insanlarının heykəlini yaradaq. Qəhrəmanların heykəli mütləq olmalıdır. Biz çalışmalıyıq ki, qəhrəmanlarımıza daha çox şəhərdə yer ayıraq və onların heykəllərini yaradaq.
 
- Sizcə, hər kəsə heykəl qoymaq olarmı?
 
- Olar. Ancaq bizdə belə olub adətən: daha çox şairlər, yazarlar, bəstəkarların heykəli çoxdur, nəyinki qəhrəmanların. Bilmirəm, niyə belə olub. Bizdə əsasən qəhrəmanların heykəli lap azdır.
 
- Sizə görə, qəhrəmanlar daha azdır da?
 
- Ona görə də, Koroğlunun heykəlinin olmağını çox istəyirəm.
 
- Yeri gəlmişkən, Koroğlunun Qır atını yaradarkən, hansısa bir ata baxmısınızmı?
 
- Mütləq lazımdır. Mən də atlara, videolara, şəkillərə baxıram, hökmən. Baxıb, köklənmək lazımdır.
 
- Siz, həm də rəhmətlik Heydər Əliyevin məzar abidəsini yaratmısınız?
 
- Mən etmişəm. Mən yaratmışam. Bəli, o, mənim əsərimdir.
 
- Necə oldu, bu iş sizə həvalə oludu?
 
- İlham Əliyevlə Mehriban xanım rəhmətlik H.Əliyev Azərbaycana gətirilən gün çağırdılar Birinci Fəxri Xiyabana.
Baxdıq birgə. Məsləhət oldu ki, bax, burda Zərifə xanımdır, burda da Heydər Əliyev olacaq. Əsas o idi ki, arada harmoniya olması gərəkirdi. O da oldu. Qəbirüstü abidələr bir - birinə mane olmamalıydılar. Hər cürə baxış keçirildi, təkliflər dəyərləndirildi, sonra da işə başlanıldı.
 
- Heydər Əliyevin abidəsi qoyulacaq yeri sizmi müəyyən etdiniz?
 
- Yox. Cənab prezidentlə Mehriban xanım təklif etdi. Mənim də fikrimi soruşdular. Mən də uyğun olduğunu bildirdim.
 
- Bu abidəni işləyərkən narahatlıq keçirmədiz ki? Birdən alınmaz, ya kiminsə xoşuna gəlməyə bilər...
 
- Mənə sifariş verildi. Bu çox vacib iş idi. Mən əvvəlcə layihə yaratdım. Bir neçə variantda işlədim eskizləri. Baxdılar, arasından seçdilər, bəyəndilər. Sonra isə işə başladım. Ora vaqonlarla qızılgül gətirlirdi hər gün. Bunun qabağında mən gərək gecikməzdim. Ona görə də çalışıb işi bitirməliydim.
 
- Vaxtında təhvil verə bildinizmi?
 
- Bəli, vaxtında təhvil verdim. Çox çətin iş idi. Həm də qranitdən idi. Cilalanmış qranitdən idi.
 
- Məncə, bu iş, ölkədə ən böyük heykəltəraşlıq nümunələrindən biridi...
 
- Çox vacib iş idi. Həddindən artıq vacib iş hesab edirəm.
 
- Yuxarı dairələrdən olan insanlarla ünsiyyətiniz çox olub və olmaqda davam edir. İndi onlardan kimin adını bir dost, yaxın, yaxud maraqlı insan kimi çəkə bilərsiniz? Bəlkə də haqqında danışmaq da istərsəniz?
 
- Mən nə deyə bilərəm. Mən Heydər Əliyevlə dost olduğumu deyə bilmərəm. Belə oturub çay-zad içməmişəm. Ancaq işlə bağlı çox görüşmüşəm. Çox ünsiyyətim olub.
Xeyli söhbətlər olub.. Təəssüf ki, unutmuşam o söhbətləri. Bilirsinizmi, indi mənim 92 yaşım var. Onu deyim ki, ilk işini mən görmüşəm. Naxçıvandakı işini.
 
- Yəni deyib ki, Ömər müəllimdən başqa kimsənin bu işi görməsini istəmirəm...
 
- Ona görə yox. Xahiş də eləməyib. Tapşırıb mənə. Mən də sevərək o işi görmüşəm. O olduqca mədəni adam idi. Nizam - intizamı sevərdi. O vaxt o Moskvada Rışkovun yanında Nazirlər sovetinin birinci müavini işləyirdi. Sovet vaxtı belə bir qanun var idi ki, kim iki dəfə sosialist əməyi qəhrəmanı adı alıbsa, hələ sağlığında onun anadan olduğu yerdə heykəli qoyulmalıdır. Özü də hansı ölçüdə, hansı materialdan, nə şəkildə, lap xırdalığına kimi sifarişdə göstərilirdi. Ona görə də, məni Bakıda çağırdı yanına, görüşdük. Sonra Moskvaya getdi. Məni çağırdı, yenə getdim yanına. Düz 4 saat Heydər Əliyev oturub, mən naturadan onu işləmişəm. Sonra o etüdü mən bura gətirdim. Həmin etüd mənim o işlə bağlı yaradıcılığımda fundament rolunu oynadı.
 
- Və Naxçıvandakı heykəl ərsəyə gəldi...
 
- Bəli. O etüddən sonra büstü yaratdım. Orda gülümsəyir xəfifcə. (Gülümsəyərək öz üzündə o gülüşü göstərməyə çalışır. -x.t.) Ondan sonra kimsə onun heykəlini sağlığında düzəltməyib, heç mən də etməmişəm.
 
- O olub sovet dövründə...
 
- Bəli, sovet dövründə. O ikiqat sosialist əməyi qəhrəman olub.
Cavidin Naxçıvandakı məqbərəsi də möhtəşəmdir. O məqbərənin içindəki Hüseyn Cavidin büstünü də mən düzəltmişəm. (Naxçıvan-Marağa memarlıq üslubu təsirinin aydın hiss edildiyi məqbərə üst və aşağı – sərdabə hissələrindən ibarətdir. Məqbərənin daxilində Hüseyn Cavidin büstü qoyulmuşdur. Abidənin layihəsinin müəllifi Azərbaycan respublikasının əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur)
 
- Hə, orda Cavidin büstü var. Sonra oğlu Ərtoğrulu, Qızı Turanı və həyat yoldaşı Müşginaz xanımı da o məqbərədə bir araya gətiriblər.
 
- Heydər Əliyev Azərbaycanın birinci katibi olanda layihəni ona göstərmişdim. O da bəyəndikdən sonra mən də başlayıb yaratmışam.
 
- İndi dostlarınızla əlaqəniz varmı?
 
- Bu akademiyada mindən çox adam var. Onların hamısı mənim dostumdur.
 
- Deyəsən, sizi çox istəyirlər?
 
- Bəlkə baxırlar ki, 92 yaşım var, ona görə çox istəyirlər. (gülmək Ömər müəllimi burda bərk tutur -x.t.)
 
- Siz bu gün nə istəyirsiniz? Hansı arzunuz var?
 
- Təki sağlıq olsun. Bu saat əlimdə 4 işim var. Onları tezliklə qurtarmaq istəyirəm.
 
- Deyəsən, sovet dövründə sizə xaricdən təklif gəlmişdi?
 
- Hə, olub, olub. Tacikistandan istədilər ki, ora köçüm. Mən orda bir neçə əsər işləmişəm. Xoşları gəlirdi. Çox istədilər qalam, mən də qalmadım. Hər cürə şərait yaradırdılar. Getmədim.
 
- Burdan çıxmaq istəmədiniz...
 
- Mən Dərbənddə doğulmuşam. 1-2 aydan sonra biz gəlmişik bura. O zamandan burdayam, Bakıda. O zamandan da Bakıdan heç bir yerə çıxmamışam.
 
- Azərbaycanın ən çox xoşunuza gələn yeri haradır? Ya coğrafi baxımdan daha çox hansı yer sizə doğma gəlir?
 
- Onu bilmirəm. Doğma yer Bakıdır. Mənzərə baxımından isə, Bakıda saysız hesabsız mənzərənin olduğunu deyə bilərəm.
 
- Bəs öz heykəlinizi işləmisinizmi, işləmək istəmizinizmi?
 
- Yox, istəmirəm. İstəmirəm. Cavan vaxtı şəklimi çəkmişəm. Karandaşla çəkmişəm. Güzgüyə baxaraq çəkirdim.
 
- Ola bilməz ki, öz heykəlinizi hardasa düşünməyəsiniz, Ömər müəllim.
 
- Yox, yox, dedim da. Ancaq cavan vaxtında şəklimi çəkmişəm. Sonra da saçım zadım tökülüb. Keçəl olmuşam. Xoşum gəlməyib keçəl olmağımdan.
 
- Şəhərdə bir ara heyvan heykəlləri “dəbə minmişdi”...
 
- Mən o işlərə qarışmıram. Ola bilər olsun. O dediyiniz bizim üçün önəmli iş deyil. Heykəl monumental olmalıdır.
 
- Sizcə heykəl hökmən lazımdır bir şəhər üçün? Bax, girirsən Bakıya, şəhərdə heç bir yerdə bir heykələ də rast gəlmirsən. Nə olacaq ki, guya?
 
- O pisdi, lap pisdi. Nə danışırsan? Füzuli olmasaydı Bakıda, çox pis olardı.
 
- Deyək ki, Nizaminin heykəlinin yerində böyük bir ceviz ağacı olsaydı, ya palıd ağacı bitsəydi, görən nə olardı?
 
- Çox, çox, çox pis olardı. Heykəl mütləq olmalıdır. Bu, bir vətənpərvərlik, bu bir tərbiyədir. İnsanların dünyagörüşünün formalaşmasında monumental heykəllərin rolu böyükdür.
 
- Görəsən, bu heykəllərin yaradılma instinkti necə doğub, yaranıb insanda? İnsan təbii yaradılışa tabedir, Ömər müəllim. Əvvəl ana bətni, doğulma, sonra dünya həyatı, filan. Bu sənəti anlamağa çalışarkən, sanki sənətkarlar da Allahın işlərini təkrarlamağa çalışırlar. Ona oxşamağa çalışırlar. Qədim Yunanıstandan üzü bu yana var heykəltəraşlıq. Ancaq əndişə nədir? Getdikcə imkanlı insanlar çoxalır və insanların zehninə girəcək ki, hərə özünə bir heykəl qoydursun. Necə ki, indi məzarlıqlara girmək olmur. Məzarlıqlar indi villaya bənzəyir. Böyük xərclər, daşlar, mərmərlər, hətta qranitlər üzərində dəhşətli işləmələr baş alıb gedir. Yəni bu bağlamda heykəltəraşlığın axırı nə olacaq? Bu qəbirlər 50-60 ildən sonra dağıdılır onsuzda. Mən heykəltəraşlığa bir sənət olaraq pis baxmıram. Ancaq zaman gələr, insanlarda bir coşqu yaranar, onda hərə özünün heykəlini qoydurarmı? Onda vəziyyət necə olar?
 
- Mən o barədə bir şey deyə bilmirəm. Ancaq, xarici ölkələrdə elə məzarlıqlar görmüşəm ki, muzeydir, muzey, a kişi. Muzey kimi də qorunur o məzarlıqlar. Özü də neçə əsrlərdir eeee. Məsələn, İtaliyanın Genuya şəhərində elə bir məzarlıq var. Orda çox yüksək səviyyədə heykəllər, büstlər, kompozisiyalar həddən artıqdır və gözəldir.
 
- Bunlar gözəl şeylərdir, faktlardır. Ancaq əndişə nədir, bizdə görürsünüz da, yas mərasimlərini nəyə çevirdilər. Yas yaslıqdan, toy toyluqdan çıxıdığı kimi, heykəltəraşlıq da bir sənət olmaqdan çıxma kimi bir əndişəniz yoxdurmu? Mədəniyyətə zərbə vurulurmu sizcə?
 
- Bu pisdir. Bu həmişə olub. Pis şeylər gedəcək, qızıl kimi şeylər qalacaq mədəniyyətdə. Qızıl fondda qalacaq gözəl səslər, gözəl oxunan mahnılar.
 
- Qorxuyla aranız necədir? Qorxunuz varmı heç?
 
- Əlbəttə var. Mən əməliyyatdan çox qorxuram. Ürəyimdən yox, gözümün əməliyyat olmağından qorxuram. Ürəyimdən yüngülvarı əməliyyat olmuşam. Qorxmadım.
 
- Sizə pislik edən olubmu?
 
- Çox. O qədər çox.
 
- Bağışlamısınızmı?
 
- Yox. Pilik edən adamı mən bağışlamıram. Niyə bağışlayım ki, pislik etmiş adamı?
 
- Sağ olun, Ömər müəllim. Çox yaşayın. Sağlıqlı yaşayın. Bu millətin, xalqın dəyərli, haqqı-sayı olan insanlarının obrazını - heykəllərini yaradıb bu şəhərin boşluqlarına dikməyi də davam etdirin.
 
- Siz də sağ olun. Çox sağ olun. Çox sağ olun.
 
 
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Hamısı