Ötən gün sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Xaçmaz rayonu 56 saylı kənd seçki dairəsində səs vermiş sakinlər bələdiyyə binası və seçki məntəqələrinin qarşısında seçki nəticələrinə etiraz olaraq aksiya keçirib.
Müxtəlif sayt və səyfələrdə yer alan videokadrlarda kənd sakinləri bildirib ki, seçkidə saxtakarlıq olub və səslər dəyişdirilib.
"Bütün seçki komissiyalarında belə saxtakarlıqlar var. Elə Komissiya sədri var ki, heç latın qrafikasında yaza bilmir, seçki prosedurları haqqında anlayışı yoxdur"-deyə sakinlərdən biri qeyd edib.
Xaçmazda baş verən narazılıqla bağlı əslən Xaçmazdan olan məşhur jurnalist Azər Həsrətlə əlaqə saxladıq.
Azər Həsrətin Eurasia Dairy-ə verdiyi açıqlamasında hal hazırda Xaçmaz rayonunda olduğunu, rayonda heç bir etiraz aksiyasının şahidi olmadığını bildirib:
"Mən bu gün səhər saatlarından etibarən rayondayam. Heç bir aksiya, mitinq və ya etirazın şahidi olmamışam. Bizim Dədəli qəsəbəmiz başda olmaqla Xaçmazda seçkilər tam şəffaf və qaydasında keçirilib".