"Azərbaycan Ermənistandan qat-qat nüfuzlu mərtəbədədir" Lev Tolstoyun nəvəsi

Müsahibələr 14:17 24.01.2020

Xarici ölkələrdə fəaliyyət göstərən ziyalılarımızın, elm və incəsənət xadimlərimizin tükənməz səyi nəticəsində müstəqil Azərbaycanın təbliği dünyada daha sürətli getməyə başlayıb. Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin müəllifi olduğu "L'Azerbaïdjan entre les grandes puissances 1918-1920” ( "Azərbaycan böyük dövlətlər sırasında 1918-1920”) kitabı bu baxımdan olduqca əhəmiyyətli tarixi ədəbiyyatdır.

Kitabın ilk oxucularından biri də Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının qurucusu, Lev Tolstoy və Stanislavskinin nəvəsi Maksim Marduxayevdir.

Eurasia Diary xəbər verir ki, Publika.az xalqımızın yaxın dostu Marduxayevlə həmsöhbət olub. Fransanın tanınmış rejissoru Azərbaycanın qüdrətli tarixindən, zəngin mədəniyyətindən bəhs edib.

- Kitabı birnəfəsə oxudum. Çünki bu şanlı tarixinizdən xəbərdaram. 2018-ci ildə dünyanın hər yerində oduğu kimi Fransada da Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu. Lakin kitabı oxuyaraq ölkənizi yenidən kəşf etdim. Cənab Mustafayev keçmişlə müasir dövrü çox gözəl şəkildə əlaqələndirib. "L'Azerbaïdjan entre les grandes puissances 1918-1920” ( "Azərbaycan böyük dövlətlər sırasında 1918-1920”) kitabında hadisələr olduqca axıcı və obyektiv şəkildə təhlil edilir. Tarixin qurucuları haqda məlumat verilir. Dünyanın müxtəlif neft şirkətləri ilə imzalanan sazişlərdən danışılır. Kitabı oxuduca Azərbaycanın çox qüdrətli ölkə olduğuna bir daha əmin oluruq. Burada hətta 19-cu əsrin sonlarında neft sayəsində varlanmış tacirlər haqda məlumat da verilir. Həmin dövrdə Azərbaycanla birgə 15 ölkə Rusiya İmperiyasının tərkibində idi. O vaxtlar heç Ukrayna, Belorus da respublika deyildi. 1918-ci ildə isə Azərbaycan Cümhuriyyətə çevrildi. Belə çıxır ki, ölkəniz köhnə yeni respublikadır. Köhnə yeni il kimi həm qədim, həm də lap yenidir.

- Əziz Maksim, yəqin xəbərdarsınız ki, qadına ilk səsvermə hüququ verən ölkələrdən biri də Azərbaycandır.

- Əlbəttə. Bu haqda avropalılara danışanda çox təəcüblənirlər. Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyətinin qurulması dünya siyasətinə böyük örnəkdir. Şərqin ilk demokratik Cümhuriyyətinin xatirəsinin ilk bünövrəsi də həmin vaxt qoyulur. 1998-ci ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev Cümhuriyyətin 80 illik tarixinin qeyd olunması haqda fərman imzaladı. Bəli, Cümhuriyyətin qurulmasında ölkənin təbii sərvətlərinin də böyük xidməti olub. Lakin baxın, həmin vaxt neçə-neçə böyük şəxsiyyətlər yaşayıb. Hamısının adlarını çəkməyə zamanımız çatmaz. Amma bu ziyalılar xarici ölkələrdə təhsil almış, bir neçə dil bilən, Avropa gənclərindən heç də geri qalmayan cəsur vətənsevərlər idilər. Həmçinin də Həmidə xanım Cavanşir kimi savadlı qadınlarınız olub. Bu baxımdan əmin olun ki, kitabın tanıtımı doğru aparılarsa, Azərbaycan öz şanlı tarixi ilə dünyanı özünə heyran qoyacaq.

- Rəhman bəylə şəxsi tanışlığımız rəsmi tədbirlərdə baş tutub. Bir-birimizi yaxından tanımırıq. Lakin bu kitab cənab səfirin ölkəsinə olan bağlılığını, siyasi məqamlara həssas və vicdanlı yanaşmasını sübut edir. Bu addımı ilə Azərbaycanın imicinin nəinki Fransada, eləcə də Avropada yüksək səviyyədə tanınmasına nail oldu. O əsl diplomatdır və ziyalı mövqeyindən çıxış edir.

- Rusiya-Azərbaycan münasibətləri haqda nə deyə bilərsiniz?

- Biz hazırda rusca söhbətləşirik. Axı rus dili illər boyu müxtəlif xalqların ünsiyyət vasitəsi olub. Azərbaycanlılar da daxil olmaqla onlar klassikanı, lap Tolstoyun özünü də orijinaldan öyrənib biliblər. İncəsənəti seviblər. Müharibə xalqın taleyində çox şeyi dəyişdi. Məcburi köçkünlər paytaxta axın etdi. Bunu demoqrafik partlayış da adlandıra bilərik. Son illər Bakının görkəmi də, ruhu da başqalaşır. Paytaxtınıza tez-tez gəldiyim üçün hər şeydən xəbərdaram. Bəli baxmayaraq ki, əhali artıq ingiliscəyə daha çox meyl edir, rus dili yenə öz aktuallığını qoruyur. Çünki mədəniyyətlərimiz bir-birindən qidalanır. Aylarca rayonlarınızda səfərlərdə olmuşam. Sadə kənd əhalisi belə rus dilinə, ədəbiyyatına yad deyil.

- Mədəniyyətimizə doğma biri kimi necə düşünürsünüz, başqa hansı üstünlüklərimizlə dünyaya səs sala bilərik?

- Sizin musiqiniz təkrarsızdır, sehrlidir. Elə cənab Mustafayev də kitabında bu məsələlərə toxunur. Muğam, klassika, Vaqif Mustafazadədən başlayan caz məktəbi mükəmməl musiqi tarixinizi yaradıb. Torpağınız o qədər sülhlə nəfəs alır ki, bütün dinlərdən olanlara, hətta inancsızlara da qucaq açır. Çünki azərbaycanlılar üçün əsas faktor vicdandır, insanlıqdır, sənət sevgisidir. Adi meyvə hesab etdiyiniz nar, tarixi kəlağayınız belə dünya üçün çox özəl nemətdir.

- Bildiyiniz kimi bu gün ən ağrılı yaramız Qarabağdır. Əminəm ki, bu məsələdə xalqımızın yanındasınız.

- Avropa İttifaqının əsas üzv dövlətlərinin əksəriyyəti üçün Azərbaycan olduqca əlverişli coğrafi ərazidə yerləşir. Qonşu dövlətlərin nəzərində enerji, qaz və digər təbii sərvətlərin mənbəyi olan müstəqil ölkəniz Ermənistandan qat-qat gərəkli və nüfuzlu mərtəbədədir. Yəni bir əsr əvvəl olduğu kimi Azərbaycan yenə də mürəkkəb geosiyasi bölgənin mərkəzindədir. Odur ki, Ermənistan öz növbəsində barışıq üçün düstur axtarmalı olduğunu gözəl anlayır.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı