"Ermənistan Qarabağı PKK-nın yuvası Kandil Dağlarına çevirir!" Ermənilərin 4T planı nədir? - EKSKLÜZİV

Müsahibələr 11:08 13.02.2020

Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) sədri, Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi (BDM) Türkiyə nümayəndəsi Göksel GülbeyEurasia Diary-yə eksklüziv müsahibə verib.

- Ermənilərin qondarma soyqırımı bütün dünyaya tanıtdırmağa çalışmaqda hədəfləri nədir?

- Ermənilərin qondarma soyqırımı Türkiyəyə, habelə dünyaya qəbul etdirməyə çalışmaqda hədəfləri 4T planlarını həyata keçirməkdir. 4T planı nədir? 1-ci T tanıma, 2-ci T tanıtma, 3-cü T təzminat, 4-cü T isə torpaq deməkdir. 4T planına görə ermənilər əvvəl qondarma soyqırımı Avropa sayəsində Türkiyəyə tanıtmaq, sonra qondarma soyqırımdan zərər çəkmiş erməni ailələri üçün təzminat tələb etmək, daha sonra isə Türkiyədən torpaq qoparmaq istəyir.

Ermənilərin hədəfi Türkiyənin cənub-şərq, Şərqi Anadolu və hətta Qara dənizin şərqindəki torpaqlarını qondarma "Qərbi Ermənistan" adı altında Ermənistana qatmaqdır. Biz də təşkilat olaraq bunun qarşısındayıq və bunun bir yalan olduğunu, belə bir soyqırımın olmadığını, əsl məsələnin Türkiyənin torpağına göz dikmək olduğunu izah edirik.

- Sizcə, bəzi ölkələrin qondarma erməni soyqırımını qəbul etməsinin əsl səbəbi Türkiyəyə qarşı olan mənfi münasibətləridir?

- Ermənilərin hədəflərini dəstəkləyən Avropa, xristian ölkələri və digər ölkələrin öz məqsədləri var. Onların məqsədi Türkiyənin dünya arenasında sözü keçən bir ölkə olmaması üçün Türkiyəni çətinliyə salmaq, onun inkişafına maneə törətmək, iqtisadiyyatına zərər vurmaq, PKK/YPG/PYD və erməni məsələsi ilə güclü bir Türkiyəyə əngəl olmaqdır. Erməniləri bu qədər dəstəkləmələri və sahiblənmələrinin səbəbi isə Türkiyəni gücsüz hala gətirib, ondan istədiklərini almaqdır. Xüsusilə, Türkiyədəki iqtisadi resursları istismar etmək istəyirlər. Türkiyəni özlərinə möhtac bir hala gətirmək üçün erməni və PKK/YPG/PYD kimi məsələləri başımıza musallat etmişlər.

Qondarma soyqırımı tanımaqlarının əsas səbəblərindən biri də, bu ölkələrin əksəriyyətinin 600 il hökmranlıq edən Osmanlı İmperatorluğunun əsarətində və hakimiyyəti altında olmasıdır. Osmanlının tabeçiliyində qalan bu ölkələr, bu xristianlar indi Osmanlı İmperatorluğuna qarşı olan kinləri ilə Türkiyə Respublikasından intiqam almağa çalışırlar.

- Niyə bir çox ölkə və təşkilatlar 1915-ci ildə baş verdiyi iddia edilən qondarma erməni soyqırımını tanıyır, amma 1992-ci ildə ermənilər tərəfindən vəhşicəsinə törədilmiş və əsaslı dəlillərlə sübut olunan Xocalı Soyqırımını tanımır?

- Dünyanın bəzi ölkələri buna ideoloji baxımdan yanaşırlar, yəni sivilizasiyalar arası müharibə məsələsidir. Xristian və müsəlman ayrı-seçkiliyi edilir. Beləliklə, "Mənim yaramaz xristian uşağım ağıllı bir müsəlman uşaqdan daha yaxşıdır" əqidəsi yürüdülür. Bundan savayı, Osmanlı dövründə İslamın təmsilcisi necə Türklər idisə, eynilə indi də Müsəlmanlığın təmsilcisi kimi ərəbləri və s. görmürlər; müsəlman deyildikdə ağıllarına Türk gəlir.

Bu mövzuda Azərbaycanı da Türkiyədən ayırmırlar. Güya həkim olan Zori Balayan, bir Azərbaycan türkü uşağı Xocalıda divara mismarlayıb dərisini üzərək uşağın buna nə qədər dözə biməyini ölçür. Deyir ki, "1915-ci ilin intiqamını alıram!".

1992-ci ildə Xocalıdakı qətliamı 1915-ci ildə Türkiyədə törətdikləri qətliamların davamı olaraq görürlər. Yəni, onlar üçün Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, dünyanın hər hansı bir ölkəsində, Türk olması yetərlidir. Ermənilər üçün məsələ Türk düşmənçiliyidir!

Niyə bəzi ölkələr Xocalı qətliamını tanımır? Xristianlıq tərəfkeşliyinə görə, bu ermənilərlə əlaqədardır. Erməni lobbisinin dünyada dəstəklənməsinin səbəbi erməniləri öz mənafelərinə uyğun istifadə etmələridir. Belə ki, ruslar, amerikalılar, fransızlar, almanlar, ingilislər dəfələrlə istifadə edib. Ermənilərdən o qədər istifadə ediblər ki, indi bunların qarşılığını ödəyirlər. Erməni lobbisi bəzi ölkələri isə pul və siyasətlə onları dəstəkləməyə məcbur edir. Buna görə də Xocalı qətliamını tanımazlar, Xocalı qətliamını tanımaq onlara maraqlı deyil. Ərəb ölkələri də bu işə yaxın durmaz.

- Ermənilərin Türkiyəni dünyaya qəddar bir ölkə olaraq tanıtma səylərinə və PKK/YPG/PYD terror təşkilatlarında Türkiyəyə qarşı döyüşməsinə baxmayaraq, Türkiyədə minlərlə erməninin rahatca yaşaması faktını necə dəyərləndirirsiniz?

Türkiyə tolerant və demokratik bir ölkədir. Qanunlarımız çərçivəsində irqindən, məzhəbindən, inancından və rəngindən asılı olmayaraq hər kəs ölkəmizdə rahat yaşaya bilər.

Amma ermənilər?! Ermənistan uydurma bir dövlətdir. Öz sərhədlərini qoruya bilməyən bir ölkə qonşularının ərazisinə göz dikib. Azərbaycandan, Türkiyədən, Gürcüstandan, İrandan torpaq istəyir. Bu, ermənilərin gücü deyil, onları istiqamətləndirənlərin verdikləri ağıldır.

Türkiyə heç vaxt terrora güzəştə getməyəcək. Türkiyə həmişə PKK, YPG, PYD, İŞİD və başqa terror təşkilatlarının qarşısındadır, daim mübarizə aparacaqdır.

Ancaq Ermənistan terrorçu bir dövlətdir! Ermənistan terrorizmi dəstəkləyən bir dövlətdir. ASALA-nın üzvü olan terrorçuların heykəllərini ölkələrində ucaltmaları və hərbi qəbiristanlıqda Ermənistanın şəhidləri içərisində dəfn etmələri terrorçulara necə sahib çıxdıqlarını göstərir.

Hal-hazırda Qarabağda PKK və digər terror təşkilatların düşərgələri var. Terrorçular Qarabağda sərbəst şəkildə hərəkət edə bilirlər. Ermənistan Qarabağı PKK-nın yuvası Kandil Dağlarına çevirib. Bütün bu faktlar Ermənistanın terrorçu bir dövlət olduğunu sübut edir.

Türkiyə diplomatlarını hədəfə alan erməni terror təşkilatı ASALA-nın ən qabaqcıl üzvlərindən biri Monte Melkonyanın Ermənistanın paytaxtı Yerəvandaki büstü

Osmanlı dövründə Daxili İşlər naziri və baş nazir vəzifələrini icra edən Mehmet Talat Paşanı qətlə yetirən erməni Soğomon Tehliryanın Ermənistanın Maralik şəhərindəki heykeli

Heykəldə terrorçu Tehliryan, Talat Paşanın kəsilmiş başını ayaqlayır

Faşist Qaregin Ter-Arutyunyanın (Njde) heykəlinin Yerəvandaki rəsmi açılış mərasimi

- Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi olaraq, erməni yalanlarına qarşı mübarizədə hansı fəaliyyətləri göstərirsiniz?

- Təsis edildiyimiz 2002-ci ildən etibarən erməni yalanları qarşısında mübarizə aparırıq. Xalqımıza bunların yalan olduğunu söyləyirik və bu mövzuda fəaliyyət göstəririk. Panellər, konfranslar, foto sərgilər, broşuralar, qəzetlər, bülletenlər, kitablar və əlimizdən gələn hər şeyi edərək bunu mətbuata və xalqımıza çatdırdıq. Erməni iddialarının yalan olduğunu, yalandan başqa bir şey olmadığını, əslində bizim, Türklərin qətliama məruz qaldığını söyləyirik. Bununla birlikdə, qardaş Azərbaycanın Qarabağ münaqişəsini heç vaxt unutmamışıq.

Bir qardaş kimi, biz həmişə Qarabağda yaşananları da, 1915-ci il qondarma erməni soyqırımı məsələsi ilə yanaşı anlatmışıq. Ermənilər necə Azərbaycandakı Türkləri, Türkiyədə yaşayan Türklərdən ayırmır, bir irq olaraq görürsə, bir irq kimi davranırsa, bizlər də qarşımızdakını bir düşmən kimi görürük.

Prezident İlham Əliyevin gözəl bir sözü var, "Bir millətiksə, bir millətin bir diasporası olar". Bu səbəbdən biz heç vaxt ayrı bir diaspora kimi hərəkət edib Qarabağı və 1915-ci ildə ermənilərin törətdikləri qətliamları bir-birindən ayırmamışıq. Bunlar Türkə qarşı törədilən soyqırımdır.

İzmit şəhəri

Sakarya şəhəri

İstanbul şəhəri

İzmir şəhəri

Ankara şəhəri

Uşak şəhəri

Kocaeli şəhəri

ASİMDER, həyata keçirdiyi bütün fəaliyyətlərində erməni mətbuatı və erməni diasporunun, habelə Ermənistan Diaspor Nazirliyinin və bu sahədə çalışan bütün erməni diaspor nümayəndələrinin ən ciddi şəkildə izlədiyi bir təşkilatdır. Biz, bütün qüvvəmizlə fəaliyyət göstəririk və fəaliyyət göstərəcəyik. Bütün üzvlərimizle Türkiyə və digər ölkələrdə, harda olmağımızdan asılı olmayaraq haqlı olduğumuzu göstərəcəyik. 

Göksel Gülbey

 

Təbriz ABBASOV

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı