"Ermənilər irqçiliyə qarşı çıxan öz soydaşlarını belə öldürürdülər" Fransız tarixçisi Xocalı həqiqətləri haqda

Müsahibələr 16:37 24.02.2020

Super dövlətlərin göstərdiyi təsirlərə və erməni lobbilərinin əks-tədbirlər görməsinə baxmayaraq, dünya birliyi Qarabağda və Xocalıda ermənilərin törətdikləri cinayətlər barədə həqiqəti öyrənməyə çalışır. Bu cinayətləri araşdırmaq üçün London, Fransa, Amerika və qərbdəki digər yerlərdə onlarla mütəxəssis bir araya gəlir. Maksime Qauin əslən Fransadandır və Xocalı hadisələrini araşdıranlardan biridir. O Fransız tarixçisidir və Paris-Sorbonna Universitetində tarix üzrə magistr dərəcəsi (1918-1923-cü illərdə Fransa Respublikası ilə Ermənistan Komitəsi arasındakı əlaqələr mövzusu üzrə), Orta Şərq Texniki Universitetində tarix üzrə elmlər namizədi dərəcəsi var. O, "Avropa Beynəlxalq Hüquq Jurnalı", "Müsəlman Azlıqlar məsələsi Jurnalı", "Cənubi Asiya və Orta Şərq Araşdırmaları Jurnalı", "Haaretz" və "The Jerusalem Post" (və digərləri üçün) məqalələr dərc eib.

Maksime Qauin, 2019-cu ildə "Bloomsbury" alimləri tərəfindən birgə nəşr olunan və Edward Erickson'un redaktoru olduğu "Əleyhdarlara qarşı mübarizədə qlobal köçün tarixi" adlı kitabına böyük töhfələr verib. O, həmçinin 2019-cu ildə "erməni soyqırımı" iddialarını “tanıyan” qanuna etiraz cavabı olaraq Fransa Konstitusiya Şurasına ərizə ilə müraciət edib.

Eurasia Diary-ə açıqlama verən Maksime Qauin Qarabağ münaqişəsi və Azərbaycanın müasir tarixində baş vermiş Xocalı faciəsi ilə bağlı sualları cavablandırıb.

- Bilirik ki, erməni lobbisi Fransada böyük təsirə malikdir. Fransa və Avropadakı erməni və azərbaycanlı lobbilərin rollarını və fəaliyyətlərini necə qiymətləndirirsiniz?

Tarixə nəzər yetirsək, Fransadakı erməni millətçilərin lobbiçiliyinin fəaliyyəti 1880-ci illərdən 1960-cı illərin sonlarına qədər əsasən uğursuz olubdur. 1970-ci illərdə bir sıra amillərin eyni anda mövcudluğu, o cümlədən “ermənilərə verilən səs”lərin artması, terroru dəstəkləyən yeni siyasi liderlərin hakimiyyətə gəlişi, müharibələrarası dövrü (1918-ci ildən 1920-ci ilə qədər Ermənistandakı etnik təmizləmə, erməni legionunun 1920-ci ildə yatırılmasına qədər törədilən cinayətlər, Xınçak və Ramkavarın Stalinə dəstəyi və s.) bilən fransız məmur və ziyalılarının yoxa çıxması, Azərbaycanda Sovet hökmranlığının mövcudluğu və Fransadakı Türk mühacirətinin əsasən təhsilsiz fəhlələrdən ibarət olması səbəbindən uğur qazanmağa başladılar.

Hal-hazırda erməni millətçiliyinin güc strukturu həmişə olduğu kimi 1920-ci illərin əvvəlləri ilə müqayisədə zəifdir, lakin onlara hələ də böyük faydalar verməkdə olan amil 1970-90-cı illərdə qurduqları güclü şəbəkə oldu. Ölkənin öz müstəqilliyini yalnız 1991-ci ildə bərpa etdiyini, müharibənin gətirdiyi sarsıntıları və Azərbaycan mənşəli Fransa vətəndaşlarının sayının çox az olmasını nəzərə alsaq, Fransadakı azərbaycanlıların fəaliyyətini kifayət qədər uğurlu saymaq olar.

Olivier Pardon Azərbaycanın vəkili qismində çıxış edərək Fransanın bəzi şəhər bələdiyyələrinin işğal edilmiş Dağlıq Qarabağ şəhərləri ilə qanunsuz olaraq imzaladığı sənədlərin ləğvi üçün Fransa hökumətini inzibati qaydada tədbir görməyə inandırmışdı. Ancaq təəssüf edirəm ki, azərbaycanlılar erməni lobbilərinin hücumuna məruz qaldığı zaman sistemli hərəkət etmirlər. Onlar əslində qondarma “erməni soyqırımı”na qarşı mübarizəsinin işğal olunmuş əraziləri geri qaytarmaq üçün aparılan mübarizənin bir hissəsi olduğunu daha yaxşı başa düşməlidirlər.  

İngiltərədə erməni millətçiləri 1870-ci ildən 1920-ci illərə qədər protestant fundamentalistlərin dəstəyindən faydalanıblar, lakin bu gün bu dini hərəkat əhəmiyyətini itirib. Bu ölkədəki erməni mühacirlərin iddiaları keçərli deyil. Nəticə etibarilə bəzi qərəzli və ləyaqətsiz jurnalistlərdən savayı buradakı erməni millətçilərinin lobbiçiliyi öz təsirini itirib. Bunun əksi olaraq, azərbaycanlıların fəaliyyətini əsasən uğurlu hesab etmək olar (ancaq həmin istisna onlara da aiddir).

- Qondarma erməni soyqırımı hər zaman Fransa parlamentində müzakirə mövzusu olub. Fransa Elmi Birliyi Azərbaycanın müasir tarixində ən son baş verən Xocalı soyqırımı haqqında nə düşünür? Erməniləri günahlandırırlar, yoxsa ...?

Aydındır ki, Xocalıdakı qırğın sistemli şəkildə həyata keçirilib, lakin çox vaxt bu müzakirə olunmur (Antoine Constant bu məsələdə istisnadır), hətta bunu müzakirə etsəniz təhqir və təhdidlərə məruz qalacaqsınız. Buna görə qanuni tədbirlərin görülməsinin zəruri olduğunu, məsələn, kifayət etməsə belə dəyərli sübutlar təqdim edilməsinin vacib olduğunu bildirdim. Digər tərəfdən, siyasi hərbçilərdən daha az savadı olan insanların akademiyaya daxil ola bilməsi təhlükəsi var. Belə ki, Ermənistan tərəfindən törədilmiş Xocalı qətliamının doğru addım olduğunu düşünən insanlara etiraz etdikdə onlardan fanatizm və dələduzluqdan başqa bir şey görə bilmirik.

Tarixçi alim müsahibəsində tarixdə təkcə türkləri yox, yəhudiləri və hətta fikirlərini gizlətməyən erməniləri də hədəfə alan erməni millətçiliyi və ekspansionizmi ilə bağlı həqiqətləri ortaya qoydu.

Bir tarixçi olaraq deyə bilərəm ki, bu, 19-cu əsrdən bəri erməni millətçiləri tərəfindən etnik təmizlənmə təcrübələrinin davamıdır. Məsələn, Qafqazdakı Fransa Ali Komissarlığı 1920-ci il iyulun 20-də Ermənistan ordusunun Yerevan ilə Türkiyə sərhədi arasında 4000 azərbaycanlı sakini ("qadın və uşaqları") qətlə yetirdiyini və 36.000 nəfəri Türkiyəyə qovduğu barədə məlumat verib. Xocalıdakı qırğının məqsədi açıq şəkildə Ermənistanın işğalı etdiyi Azərbaycan ərazilərindəki türkləri (insanları və abidələri) məhv etmək idi - bu 1918-1920-ci illərdə Zəngəzurun müsəlman əksəriyyətinə və eyni zamanda Yerevan ətrafındakı müsəlman azlığa qarşı törədildi. Erməni millətçiliyi təkcə ekspansionizmi deyil, türkçülük, yəhudi və s., eyni zamanda irqçilikdən imtina edən ermənilərin məhv edilməsini də nəzərdə tutur.

Birincisi, başa düşməlisiniz ki, "erməni soyqırımı" iddiasına qarşı mübarizə aparmaq (Xocalıda və başqa yerlərdə) baş vermiş faciələrin tanıdılması üçün apardığınız mübarizənin bir hissəsidir.

"Soyqırım" damğası və hətta bu kökündən yanlış olan sözün erməni millətçiləri tərəfindən istifadə edilməsi, ermənilərin özlərinin qurbana çevrildiyi uydurma hekayədir. Buna görə beynəlxalq akademiya və mediada  yalan məlumatlar və araşdırmalarla mövzuda mübarizə aparmaq lazımdır. Daha sonra beynəlxalq elmi ictimaiyyət və KİV-də ən qərəzsiz, ən etibarlı mənbələri və araşdırmaları yaymalısınız - bu, redaktorlar, alimlər, jurnalistlər və s. ilə uzunmüddətli iş aparılılmasını nəzərdə tutur.

Təəssüf ki, terrordan istifadə etməkdən heç vaxt çəkinməyən irqçi fanatiklərlə mübarizə apararmaq üçün kifayət qədər qiymətli dəlilləri mövcud deyil. Bütün hallarda məhkəməyə müraciət etmək hüququ barədə unutmamaq lazımdır: Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqovun Ermənistana qarşı işi ilə bağlı qərarı və Fransa ədliyyəsi tərəfindən bələdiyyələrin qondarma “Dağlıq Qarabağ Respublikası”nın şəhərləri ilə imzaladığı sənədlərin ləğvi böyük uğur idi. Artıq hüquq sahəsində dayanıb nəyisə gözləmək üçün heç bir səbəb yoxdur.

ELNUR ƏNVƏROĞLU

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı