Monqolustan tələbələrini Azərbaycan universitetlərinə göndərmək istəyir

Müsahibələr 15:54 27.02.2020

Monqolustan artıq bizim Sovet dövründə tanıdığımız ölkə deyil. Monqolustan Respublikasında orta əmək haqqı 390 ABŞ dolları, minimum əmək haqqı isə 120 dollardır. Ölkə əhalisinin sayı 3,1 milyon nəfərdir. 24 iyun 2020-ci ildə Monqolustan Respublikasında keçiriləcək parlament seçkilərində səslərin elektron qaydada sayımı proseduru həyata keçirildi. Bu ölkənin vətəndaşları mitinqlər təşkil edə, hakimiyyət qarşısında tələb qoya və ədalətli seçkilər keçirə bilər.

Bayar Duqarsuren Monqolustan Təhsil Nazirliyinin Ali Təhsil Siyasəti İdarəsinin əməkdaşıdır, o həm də Azərbaycan İqtisad Universitetinin məzunudur. İndi o, təhsil prosesində Avropa proqramlarının tətbiqi ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransda iştirak edir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olan Bayar Duqarsuren Eurasia Diary-nin suallarını cavablandırıb.

- Azərbaycan və Monqolustanın təhsil nazirlikləri arasındakı münasibətlərin hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

- Keçmiş sovet respublikalarından olan digər ölkələr kimi Azərbaycan da inkişaf edir. Təhsildə islahatlar aparılır, Azərbaycanda çox sayda universitetlər təsis edilib. Bu gün Azərbaycan universitetlərinin reytinqində birinci yeri tutan Xəzər Universitetində oldum. Monqolustan və Azərbaycan universitetləri arasında münasibətlər yaxşılaşır. Bunun üçün burada Azərbaycan Təhsil Nazirliyi ilə görüşlər keçirirəm. Mən öz Assosiasiyamızdan rəsmi məktubla gəlimişəm və onu sizin ölkənizin təhsil nazirinə göndərəcəyəm. Məktubda əməkdaşlıq təklifimiz var. Azərbaycan Təhsil Nazirliyindən xahiş edəcəyik ki, Azərbaycan universitetlərində monqol tələbələri üçün 10 ödənişsiz yer  ayrılsın. Əgər razılıq əldə olunarsa, payızda tələbələrimizi Bakıya göndərəcəyik. Tələbələrimizin burada ingilis dilində təhsil ala bilməsi üçün yaradılmış imkana müsbət baxırıq.

- Monqolustanda azərbaycanlı tələbələr və Azərbaycanda Monqolustandan gələn tələbələr varmı?

- Sovet dövründə Monqolustandan bir çox tələbə Bakıda oxuyurdu: Kirov adına Dövlət Universitetində, Əzizbəyov adına Neft və Kimya İnstitutunda, Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda və müxtəlif peşə məktəblərində.

Azərbaycan təhsil müəssisələrinin məzunları Monqolustanda öz Assosiasiyalarını yaradıblar. İndi təəssüf ki, Bakıda monqol tələbələri yoxdur. Ancaq SSRİ dövründə hər il 10-20 monqol gənci burada təhsil almağa gəlirdi. Monqolustanda isə bir-iki azərbaycanlı gənc təhsil alır.

Azərbaycandakı universitetlər inkişaf etdikcə Monqolustandan daha çox gənc sizin universitetlərdə təhsil ala bilər. Monqolustanda ilk neft emalı zavodu tikildiyi üçün gənc vətəndaşlarımız Bakıda neft-kimya ixtisasları üzrə təhsil almasında maraqlıyıq. 2-3 ildən sonra onun açılışı olacaq. Monqolustan hələ sosializm illərində öz neft yataqlarını kəşf etmişdi. 60-cı illərdə neft az həcmdə hasil edilirdi və hasilat və daşıma üçün resurslar olmadığına görə quyular bağlandı. İndi isə nefti hasil edərək Çinə satırıq. Rusiyadan benzin alırıq. Neftin emal edilməsi üçün ölkəyə neft emalı zavodu lazımdır. Monqolustanda şərqşünaslıq üzrə mütəxəssislərə, ərəb dilində mütəxəssislərə də ehtiyac var.

- Azərbaycanda belə bir fikir var ki, Sovet təhsil sistemi müasir təhsil sistemindən daha yaxşı olub. Bəs Monqolustanda bu barədə nə düşünürlər?

- Monqolustanda da belə deyirlər, xüsusən də ona görə ki, sosializm dövründə təhsil pulsuz idi, indi isə Monqolustanda bütün universitetlər pulludur. Tələbələr  təhsil haqqını ödəmək üçün Monqolustanda minimum beş illik icbari iş və 10 il müddətinə borcu ödəmək şərti ilə Dövlət Təhsil Fondunda kredit götürə bilərlər.

Monqolustanda kredit təhsili sistemi qəbul edildi. Yalnız orta məktəblər pulsuzdur, lakin bu səviyyədə özəl pullu məktəblər də var. Ali təhsilin qiyməti ildə 600 ilə 3000 ABŞ dolları arasında dəyişir.

- Monqolustanda koronavirusun yayılması ilə bağlı vəziyyət necədir?

- Çində koronavirusa yoluxma hallarının azalması, Cənubi Koreyada isə epidemiyanın artması müşahidə olunur. Cənubi Koreyada təxminən 30 min Monqolustan vətəndaşı var. Ölkəmizdə bununla bağlı təxirəsalınmaz tədbirlər görülüb, vətəndaşlarımızın xarici vətəndaşlar tərəfindən yoluxmasının qarşısını almaq üçün xaricdən Monqolustana giriş bağlanıb. Monqolustanda kütləvi tədbirlər qadağan olunub, bu yaxınlarda buddistlərin yeni ili qeyd olunacaq və insanlar öz qohumları və valideynləri ilə görüşəcək. Hökumət bu cür ziyarətləri qadağan etmək qərarına gəlib, qoy insanlar bir-birlərini internet vasitəsilə təbrik etsinlər və bu virusların yayılmasındansa daha yaxşıdır. Ancaq hər hansı bir tədbir görülməsindən asılı olmayaraq xəstəlik riski həmişə var.

 

Kamal ƏLİ

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı