"Azərbaycanlı bacı-qardaşlarımız Xocalı soyqırımı üçün etiraz səsini ucaltmalıdır" Türkiyəli jurnalist Məhmət Zəngin

Müsahibələr 14:53 28.02.2020

Azərbaycanlı qardaşlarımızın haqlı davalarında Türk xalqı olaraq, daima yanlarındayıq.

Türkiyəli Pedaqoq-jurnalist-yazar Məhmət Zəngin "Xocalı Soyqırımı" ilə bağlı Eurasia Diary-ə verdiyi müsahibəni sizlərə təqdim edirik.

 

Dağlıq Qarabağın Xocalı şəhərində Rusiya ordusunun dəstəyini alan ermənilərin günahsız sivil insanları qətlə yetirməsindən 28 il ötür. Bəşər tarixində ən qəddar qırğınlardan biri 26 fevral 1992-ci ildə Xocalıda baş verdi.

Türkiyəni qondarma soyqırım iddiaları ilə günahlandıran Ermənistan dövlət rəsmilərinin təlimatları istiqamətində Erməni terroristlərinin, Xocalıda mülki, silahsız, uşaq, qadın, qoca və gənc ayrı-seçkiliyi etmədən yüzlərlə qardaşımızı  vəhşicəsinə qətlə yetirdi. İşğal nəticəsində 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü,613 nəfər isə həyatını itirdi. İtgin düşənlərin  taleyi barədə hələ də bir məlumat əldə edilməyib.

Xocalıdakı soyqırımı erməni diasporasının və pərdə arxasında qlobal aktyorların və digər imperialist güclərin hədəfi kimi seçilən Qarabağ bölgəsinin "Böyük Ermənistan" xülyası çərçivəsində tamamilə aradan qaldırılması məqsədilə həyata keçirildi.

Azərbaycan torpaqlarının beşdə biri hələ də Ermənistanın işğalı altındadır və bir milyondan çox azərbaycanlı qardaşımız yurd-yuvasından  köçüb və Azərbaycanın müxtəlif şəhərlərində yaşamaq məcburiyyətində qalıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822 saylı yekdil qərarı ilə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmağını tələb etdi. Lakin bu tələb rəsmi qaydalardan kənara çıxa bilmədi. Ermənilər işğal etdikləri torpaqlardan geri çəkilmədilər. Bundan əlavə, ermənilərin törətdikləri qırğına məhəl qoyulmadı.BMT qətnamələrində qətliamla bağlı hər hansı bir bəyanat verilməsə də, bu, ermənilərin Azərbaycan ərazisini işğal etmələrinin yalnız bir əlaməti idi və bu beynəlxalq hüququn müsəlmanlara tətbiq olunmadığının göstəricisi idi.

Türk millətinə soyqırım törədən damğası vuraraq, beynəlxalq ictimaiyyət qarşısında böhtan və uydurma ssenarilərlə ölkəmizi çətin vəziyyətə salan erməni təfəkkürünün törətdiyi cinayətlərə məhəl qoymaması bəşəriyyətin gördüyü ən böyük ikili standartlardan biridir.

Xocalı qətliamını törədən Ermənistandan cəsarət alaraq, buna  bənzər vəhşiliklərə meyl etmək arzusunda olanları bundan çəkindirmək üçün "beynəlxalq ictimaiyyət", Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) lazımi həssaslığı göstərməsini gözləmək əbəsdir. Fələstin ərazilərini işğal edərək, minlərlə günahsız insanı qətl edən qruplaşmaları buna nümunə göstərmək olar.

Bir yandan 14 ildir İslam Hərəmi olan Məscidül Əksa məscidi, digər tərəfdən isə 28 ildir işğal altında olan Azərbaycan torpağı hər ikisi düşmən tapdağı altında inildəyir.

Geçmişdə İslama qarşı Xaç yürüşləri edən güclər indiki zamanda açıq aşkar müharibə edirlər. Bu təkcə siyasi savaş deyil, həm psixoloji  həm də texnoloji savaşdır. Və nəticədə günahsız insanlar qətlə yetirilir.

Qərb İslam dünyasını məhv etmək üçün əlindən gələni əsirgəmir. Islam ölkələrini işğal edib, minlərlə müsəlmanı qətlə yetirdi. İndi Azərbaycan, Bosniya və Hersoqovina, Əfqanistan, İraq, Liviya, Fələstin, Somali və sonda isə Myanmar. Xatırlamadığım daha neçə ölkə...

Əsas vacib şərt:

1)Dünya Müsəlmanları  güclü bir “İslam Birliği” yaratmalı

2) İqtisadi, mədəni və texnoloji sahədə irəlləyiş etməli

3) Beynəlxalaq və regional ələqələri genişləndirməli

4)Vətəndaş müharibələrinə son qoymalı

5)dünya enerji qaynaqlarının böyük hissəsinə sahib olan İslam dünyası bunun dəyərini bilməli və qorumalı!

İslam dünyası yaşadığı bu çətinlikdən qurtulmalı güclü, sözünü demə ixtiyarında olmalıdır.

Qurani-Kərim daim birgə olmamızı və birliyin əhəmiyyətini, həmçinin istənilən vəziyyətdə hansı çətinliklərlə qarşı-qarşıya qalacağımızı bizə görün necə xəbər verir:

Hamılıqla Allahın ipinə (dininə, Qur´ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne´mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne´məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Əl-I İmran,103)

Surədə qeyd edildiyi kimi İslam dünyasının qurtuluş resepti İslam qardaşlığı ətrafında cəmləşir.

Azərbaycan qardaşlarımızın haqlı davalarında Türk xalqı olaraq, daima yanlarındayıq. Qətliamı və Azərbaycan ərazilərinin illərlə işğal altında qalmasını qəti şəkildə qınayıram.

Qlobal güclərdən asılı olan bu təşkilatların haqları tapdanmış, zülmə məruz qalmış məzlumlara dəstək olmasını gözləmək boş vaxt itkisidir.

Bəşəriyyət tarixinə qara bir ləkə olan bu qətliamın təşkilatçılarının qanun qarşısında cavab vermələri təmin olunmalıdır. Azərbaycan xalqının  hökumət ilə birlikdə işğalçı Ermənistana layiq olduğu cəzanı verməsinin və işğal altındakı əraziləri azad etməsinin vaxtının gəldiyini, hətta keçdiyini düşünürəm.

 Türkiyə xalqı "bir millət, iki dövlət" anlayışına uyğun olaraq, hər zaman azərbaycanlı bacı-qardaşlarımızın yanında olacaqdır.

Bu müsibətlərin beynəlxalq hüquqa çıxarılması və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılması tələb olunmalıdır.

 

GÜNEL AĞAYEVA

Müəllimlikdən imtina edib "Azərkosmos"da direktor oldu - VİDEO

Xəbər xətti

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab: Mediamız azad, demokratikdir
16:16 03.05.2024
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:10 03.05.2024
Azərbaycanda azsaylı xalqların dilində dərsliklər ÇAP EDİLDİ
15:52 03.05.2024
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
15:43 03.05.2024
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak EDƏCƏKLƏR
15:38 03.05.2024
Ermənistan Baş Prokurorluğundan Paşinyan əleyhinə BƏYANAT
Ermənistan Baş Prokurorluğundan Paşinyan əleyhinə BƏYANAT
15:32 03.05.2024
May ayında niyə toy ETMƏK OLMAZ? - Astroloq və ilahiyyatçı AÇIQLAYIR
15:30 03.05.2024
Nigerdə Rus ordusu ABŞ ordusunu əvəz edir
Nigerdə Rus ordusu ABŞ ordusunu əvəz edir
15:15 03.05.2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
15:12 03.05.2024
Yunis Səfərov ömürlük HƏBSDƏ QALACAQ
14:52 03.05.2024
"Rusiyanın hərbi uğursuzluğu göz qabağındadır" - Fransa Ukraynada 150 min rus əsgərinin öldürüldüyünü təxmin edir
"Rusiyanın hərbi uğursuzluğu göz qabağındadır" - Fransa Ukraynada 150 min rus əsgərinin öldürüldüyünü təxmin edir
14:46 03.05.2024
"COP29.az" vebsaytı istifadəyə VERİLDİ
14:41 03.05.2024
Peskovdan Fransaya xəbərdarlıq
Peskovdan Fransaya xəbərdarlıq
14:40 03.05.2024
Erməni revanşistləri şəhərin müxtəlif yerlərində Azərbaycan toponimləri ilə vərəqələr yapışdırırlar - FOTO
14:35 03.05.2024
Qazprom tarixinin ən böyük itkilərindən birini açıqladı
Qazprom tarixinin ən böyük itkilərindən birini açıqladı
14:34 03.05.2024
Xarici agentlər qanunu: Qonşu ölkə üçün dönüş nöqtəsi? - Keçmiş Gürcüstan naziri ŞƏRH EDİR
14:30 03.05.2024
Bakıda bu küçədəki məhdudiyyət aradan QALDIRILDI
14:25 03.05.2024
Kəlbəcər şəhərində turizm obyektləri inşa OLUNACAQ
14:13 03.05.2024
Dilan Polat həbsxanada intihara cəhd edib
14:10 03.05.2024
Tovuz Gömrük İdarəsində əməliyyat: Cinayət işi AÇILDI
14:05 03.05.2024
Almaniyalı jurnalist Ümumdünya Mətbuat Azadlığı Günündən danışdı - ÖZƏL
14:00 03.05.2024
"Crocus" hücumunun təşkilatçılarından biri öldürüldü
"Crocus" hücumunun təşkilatçılarından biri öldürüldü
13:52 03.05.2024
Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib
13:47 03.05.2024
Energetika Nazirliyi və ACWA Power arasında 200 MVt-lıq BESS ilə bağlı Müqavilə imzalanıb
Energetika Nazirliyi və ACWA Power arasında 200 MVt-lıq BESS ilə bağlı Müqavilə imzalanıb
13:46 03.05.2024
AFFA İntizam Komitəsi Premyer Liqanın 3 oyunu ilə bağlı cəzaları açıqlayıb
13:38 03.05.2024
Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
13:28 03.05.2024
Azərbaycanın lizinq şirkəti 1 milyon manatlıq istiqraz buraxır
Azərbaycanın lizinq şirkəti 1 milyon manatlıq istiqraz buraxır
13:20 03.05.2024
Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
13:06 03.05.2024
Şənbə gününün hava proqnozu
12:52 03.05.2024
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
12:36 03.05.2024
Boyaqlı kəndinin ərazisi Kəlbəcər şəhərinə birləşdirilir
12:25 03.05.2024
Kəlbəcər şəhərinin əhalisi 17 min nəfərə ÇATACAQ
12:20 03.05.2024
İlham Əliyev polşalı həmkarını TƏBRİK ETDİ
12:17 03.05.2024
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
12:15 03.05.2024
Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin qayıtmalarına mane olur
12:10 03.05.2024
Müəllimlikdən imtina edib "Azərkosmos"da direktor oldu - VİDEO
12:07 03.05.2024
ANAMA sədri: İndiyədək işğaldan azad edilmiş 134 min hektardan çox ərazi minalardan təmizlənib
12:02 03.05.2024
Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
12:00 03.05.2024
Rusiyanın təbii qaz ixracı nə qədər azalıb?
Rusiyanın təbii qaz ixracı nə qədər azalıb?
11:55 03.05.2024
Baş Plan təsdiqləndi: Kəlbəcər iki dəfə böyüyəcək
11:50 03.05.2024
Hamısı