Koronavirus və onun yaratdığı psixoloji problemlər "İnsan aşırı dərəcədə qorxu yaşayıb, özünü..."

Müsahibələr 17:47 25.03.2020

Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus artıq kürəsəl bir virusa çevrildi.

 Asiyadan Avropaya doğru gələrək, bütün ölkələrdə yayılmağa başladı.

ÜST-ün məlumatına görə, dünyada koronavirus səbəbindən ölənlərin sayı 18 min nəfərə çatıb.

Koronavirus nədir?

Koronavirus  insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətlər olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur. Bu da günümüzdə aktiv olan 18 min nəfərin ölümünə səbəb olan virusdur.

Koronavirusa yoluxma  göstəriciləri nələrdir?

COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.

Yuxarıda qeyd etdiyimiz əlamətlərin bəziləri demək olar ki, mövsümi xəstəliklər səbəbindən də yarana bilər. Bəzən həssas insanlar adi quru öskürək zamanı panikləyərək, özlərini məhz koronavirusa yoluxdurduqlarına inandırırlar. Həddindən artıq  depressiv olurlar. Özlərini təcrid edirlər, təsadüfi iki və həddindən artıq asqıraq zamanı düşüncəyə dalırlar, həddindən artıq vas-vası olurlar.

Bəs görəsən, bu cür halların baş verməməsi üçün  bizlər nə etməliyik?

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Fidan Azərqızının EDNews-a verdiyi açıqlamasına görə COVID 19 insanlar arasında ciddi stress və həyəcan yaratmağa başlayıb. 

İlk olaraq, qeyd etmək istərdim ki, bütün qlobal epidemiyalar hər zaman insanlar üçün xüsusi qorxu mənbəyi olub. Çünki insanlar bu gərginliyi yaşadıqları zaman bitəcəyi vaxt məlum olmayan bir vəziyyətdir və bu səbəbdən adət etdiyimiz gündəlik vərdişlərimizi dəyişdirməyə çalışırıq. Bu qeyri-müəyyənlik bizdə qorxu, qayğı, stress kimi duyğular oyadır. İnsanlar fərqli olduğu üçün bu vəziyyətə  göstərdikləri reaksiyalar da fərqli olur. Bir qrup insan aşırı dərəcədə qorxu yaşayıb, özünü qoruma tədbirlərinə də lazımi qədərdən daha artıq diqqət göstərir. Digər bir qrup insan isə bu vəziyyətin varlığını inkar edərək, özünə və ətrafındakı insanlara qarşı daha laqeyd münasibət sərgiləyir.

Amma ümumilikdə izlədiyimiz zaman insanların çoxunda həyacan, qorxu və stress müşahidə edə bilirik. Qeyd etmək istərdim ki, insanlarda yaranan bu duyğular birbaşa olaraq yaranmır, onlar insanda baş verən zəncirvari bir reaksiyanın məhsuludur. İlk olaraq, fikirlər yaranır və  bu fikirlər daha sonra özünü qorxu və həyacana çevrilir və qorxu beynimizə siqnal verir ki, təhlükə var.  Və nəticədə stress hormonları ifraz olunur, bütün bədənə yayılır, bu zaman hər bir insan bu vəziyyətə bir formada reaksiya verir.Kimi, baş ağrıları kimi də, ürək ağrıları ,tərləmə,qarın ağrılar və.s psixosomatik hallar yarana bilər. Hətta müşahidə etdiyimiz zaman görə bilərik ki, insanlar hər hansı bir soyuqdəymə zamanı belə xüsusi qorxu ilə virusa yoluxduqlarını deyə bilirlər.

Təbii ki, bu vəziyyətlərin yaranmağı və yaşanan vəziyyətlə daha yaxşı mübarizə aparmaq üçün öncə psixoloji olaraq rahat və sağlam olmalıyıq. Buna görə də, yaşadığınız bu narahat edici duyğuları aradan qaldırmaq, özünüzü daha yaxşı hiss etməniz üçün atacağınız bir sıra addımlar vardır.

İlk olaraq,  bütün informasiyaların bir nöqtəyə fokuslandığı bir zamanda informasiya bolluğundan uzaq durmalıyıq. Çox informasiya bolluğunun avantajları olduğu kimi dezavantajları da vardır. Məlumatlar mütləq olduğu halda çox informasiya qəbul etmək qayğı və qorxunu artıran bir haldır. Gün ərzində müəyyən vaxtlarda rəsmi və dəqiq məlumat paylaşılan mənbələrdən məlumatlar əldə etməyə çalışmalıyıq.

Qeyri-dəqiq, əsasız yayılan məlumatları əldə etməkdən qaçmalıyıq.

Eyni zamanda, hər kəs rəsmi olaraq, göstərilən tədbirlərə məsuliyyətli yanaşmalıdır .

Bundan əlavə, günümüzü evdə keçirdiyimiz üçün xüsusən zamanı dəyərləndirməliyik. Yəni yaranan vəziyyətin bizdən asılı olmayaraq, keçici bir zamanı əhatə etdiyini nəzərə almalıyıq.

Onun üçün keçirəcəyimiz zamana diqqət etməliyik və əyləncəli keçirməliyik. Öncələr vaxt azlığından ailəmiz və sevdiyimiz məşğuliyyətlərə zaman ayıra bilmirdiksə, indi bunu fürsət bilib onları etməyə çalışmalıyıq. Qoyulan tədbiryönlü qaydalara əsasən insanlarla çox ünsiyyət saxlaya bilmiriksə, onlardan uzaqlaşmamaq üçün texnologiya üzərindən bunu etməliyik.

Və sonda xüsusi olaraq qeyd etmək istəyirəm ki, yaxın çevrənizdə psixoloji olaraq, xəstəliklərə daha həssas yanaşan isanları düzgün şəkildə maarifləndirin. Çünki obyektiv yanaşma və dəqiq statistik məlumatlar bu cür insanların qorxularını və təşvişlərini azaldacaq. Digər tərəfdən, kiçik yaşlı övladlarınızın yanında başa düşməz deyə hər informasiyanı paylaşmayın, onlarda qorxu, həyacan hissetdiyiniz zaman mütləq onlarla söhbət etməyə və suallarını cavablandırmağa çalışın.

Təşəkkür edirik!

Günel Ağayeva

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
23:07 11.07.2025
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
22:19 11.07.2025
Tələb təqaüdündən tutulan pullar hara gedir?
21:55 11.07.2025
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər
21:24 11.07.2025
"Qarabağ" Niderland klubunu məğlub edib
20:52 11.07.2025
“Rheinmetall” Ukraynaya yeni səyyar səhra xəstəxanası verib
20:15 11.07.2025
Sahibə Qafarova Srebrenitsa qurbanlarının anım mərasimində iştirak edib
19:45 11.07.2025
“Lui Vitton”kiberhücuma məruz qalıb
19:04 11.07.2025
Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə bilər
18:34 11.07.2025
PKK silahını necə yerə qoyacaq? –Analitik Baxış
18:19 11.07.2025
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim
18:02 11.07.2025
Azərbaycan Mətbuat Şurasında "Turan işığında 150 il" adlı tədbir keçirilib
17:47 11.07.2025
"Rusiya üçün "yeni sürprizlər" hazırlanır" -Müsahibə
17:32 11.07.2025
"Mənə qarşı ayrıseçkilik edildi"
17:17 11.07.2025
Acun Ilıcalı "Hall Siti"ni satır
17:02 11.07.2025
"ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir"
16:47 11.07.2025
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq
16:35 11.07.2025
Daha iki abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib
16:22 11.07.2025
Evlənənlər çoxalıb, boşananlar azalıb
16:07 11.07.2025
i Konstantin Strukovun qızıl imperiyası dövlətləşdirildi
15:55 11.07.2025
"Xalq" və "Respublika"-nın birləşməsi əməkdaşlarına necə təsir edəcək?
15:38 11.07.2025
ABŞ-ın Vaşinqton Universitetinin Assistent Tədqiqat Professoru Aytəkin Hüseynlinin seminarı təşkil edildi
15:23 11.07.2025
"Biz hər yerdəyik"
15:20 11.07.2025
"Ukraynaya veriləcək ABŞ silahlarının pulunu NATO müttəfiqləri verəcək"
15:05 11.07.2025
Viktor Osimhenin keçidi bu gün rəsmiləşəcək
14:50 11.07.2025
"Danone" MMC ləğv olundu
14:35 11.07.2025
Dünya Srebrenitsaya niyə susdu?
14:20 11.07.2025
ASEAN qlobal ticarət gərginliyindən narahatdır
14:05 11.07.2025
PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO
13:55 11.07.2025
Ukrayna Rusiya ordusunun 2 polkovnikini qətlə yetirdi
13:50 11.07.2025
Kanada Hərbi Hava Qüvvələrinə qadın rəhbər təyin olunub
13:35 11.07.2025
Yaşayış minimumu kriteriyaları yenilənəcək
13:20 11.07.2025
Lavrov Mertzə xəbərdarlıq etdi
13:05 11.07.2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
12:50 11.07.2025
Qanunsuz abortlarla bağlı yeni qanun qəbul ediləcək
12:35 11.07.2025
Ukraynanın səmasını Fransa və Böyük Britaniya qoruyacaq
12:15 11.07.2025
"Qızıml əcəl apardı" -Hovuzda boğulan balaca Nərminin anası danışdı
12:02 11.07.2025
Tramp "Supermen" oldu
12:00 11.07.2025
"Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir"
11:45 11.07.2025
Türkiyədə PKK terroru dövrünün sonu başlayır
11:30 11.07.2025
Hamısı