Bir il ermənilərin içində yaşayan alman alimin eşitdikləri Müsahibə

Müsahibələr 19:04 27.06.2020

2008-ci ildə ABŞ-ın Nyu-York şəhərində qurulan Türk-Amerika Təhlükəsizlik Fondu (TASFO) qlobal təhlükəsizliyin təmin edilməsini prioritet hesab edir. Bu baxımdan, TASFO ermənilərin fanatik və irqçi soyqırım iddialarına qarşı mübarizədə Türk-Amerika Diasporu içində kritik bir rol alır. Habelə, TASFO ermənilərin qondarma iddialarının ifşa edilməsində ciddi fəaliyyətləri olan məşhur qərbli tarixçi, siyasi mütəxəssis, akademik və ziyalılarla silsilə müsahibələrə başlayıb. Belə elm adamlarından biri və ilk müsahib irland tarixçi Patrik Uolş (Dr.Patrick Walsh) olub.

TASFO-nun ikinci müsahibi isə məşhur alman elm adamı və siyasətşünas Kristian İohann Henrixdir (Dr. Christian Johannes Henrich).

EDNews.net Teleqraf.com-a istinadən onun TASFO-nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əmrə Sərbəst (Emre Serbest) müsahibəsini təqdim edir.

- Qondarma erməni soyqırımı ilə nə vaxt maraqlanmağa və məsələni araşdırmağa necə başladınız?

- Hər şey magistrlik dissertasiyası üçün bir mövzu axtarmağımla başladı. Almaniyada insanların çox bilmədiyi maraqlı bir mövzu üzərində işləmək istədim. Almaniyada “ermənilərə tətbiq olunan soyqırım” termini ilə kollektiv yaddaşdan tanış idim, ancaq bu barədə ətraflı məlumatım yox idi. Türk dostlarımdan onların “öz Holokostları”na necə yanaşdıqlarını soruşmağa başladım. Dostlarımın əhatəsində kimsənin məsələni geniş şəkildə bilmədiyini aşkar etdim. Dini, dünyəvi, sol, sağ və qeyri-siyasi dünyagörüşə malik, təhsilli və təhsili olmayan türklərdən soruşdum. Heç kim “soyqırım” terminini qəbul etmədi. Almaniyada Holokost qavrayışı ilə müqayisədə bu bir fenomendir. Almaniyada yalnız bir neçə sağçı neo-nasist Avropa yəhudilərinin soyqırımını inkar edir. Soyqırım terminini qəbul etməmək istiqamətindəki Türkiyədəki bu geniş ictimai razılıq, məndə maraq oyatdı.

- Sizcə, niyə ermənilər 1915-ci ildə “soyqırım”a məruz qaldıqlarını iddia edirlər?

- Düşünürəm ki, soyqırım iddiaları əvvəldən erməni diasporunda problem olub. Türkiyədə üç il, o cümlədən erməni məhəlləsində bir il yaşadım. Nə erməni qonşularım, nə İstanbuldakı Ermənistan Patriarxlığının nümayəndəsi, nə də Hataydakı erməni icması bu iddiaları dəstəklədi. Burada eşitdiyim səslər, 1923-cü ildə Daşnak Partiyasının konfransında bu ittihamlardan türklərə bəraət verən və mülki müsəlman əhaliyə qarşı ermənilərin qətliamlarına toxunan ilk erməni baş naziri Avanes Katçaznuninin çıxışı ilə üst-üstə düşdü.

Məncə, digər ölkələrin hökumətləri və parlamentləri bu məsələdən uzaq durmalıdır. Türkiyə və Ermənistan bu sualları elm adamlarının dəstəyi ilə müzakirə etməlidir. Mövzu erməni diasporu və bəzi qərbli siyasətçilər tərəfindən Türkiyə əleyhinə qəzəb yaratmaq üçün istifadə olunur. Qərb ölkələrində müxtəlif insanlar tərəfindən tərbiyə olunan və bəslədilib böyüdülən anti-İslam irqçiliyi var.

Türk-Osmanlı arxivlərində erməni cinayətkar dəstələrinin 1915-1923-cü illərdə türk və digər müsəlman xalqlara qarşı misli görünməmiş qətliamlar törətməsi haqda sübutlar var.

- Niyə Xristian dünyası ermənilərin bu vəhşiliklərini görməzdən gəlir?

- Əvvəldə qeyd etiyim kimi, keçmiş daşnak döyüşçüsü və Ermənistanın ikinci Baş naziri Katçaznuni Şərqi Anadoluda türklərlə yanaşı, kürdlər və ərəblərə silahlı hücum həyata keçirdiklərini etiraf edib. O, bunları Rusiyaya olan “kor etibar”la izah edir. Amma bir qərbli araşdırmaçının müsəlman qurbanlardan, erməni və rusların törətdiyi qətliamlardan bəhs edən kitabını çətin taparsınız. Əlbəttə, professor Castin Makkarti istisnadır.

İsveçrəli tarixçi, professor Hans-Lukas Kizerin Bonn Universitetində keçirdiyi konfransdan sonra ondan kitabında niyə müsəlman qurbanlardan bəhs etmədiyini soruşdum. Cavabı qısa oldu, “Araşdırma mövzum bu deyil”. Bunu qeyri-elmi qəbul etdim, çünki qarşıdurmada hər iki tərəfi nəzərdən keçirmədən araşdıra bilməzsiniz. Bu baxımdan, sizə elmi əlxaqdan uzaq olan və sırf siyasi hədəflər üçün araşdırmalar aparan çox sayda qərbli elm adamının adını çəkə bilərəm.

- 2016-cı ildə Almaniya parlamenti (Bundestaq) qondarma erməni soyqırımını tanımaq üçün hərəkətə keçdi. Bu barədə nə düşünürsünüz?

- 2016-cı ildə soyqırım termini parlament tərəfindən tanındıqdan sonra, 21 üzvü olduğum hakim Xristian-Demokrat İttifaqı Partiyasından (CDU – Kansler Angela Merkelin rəhbəri olduğu partiya) getdim. Bundan əvvəl Berlində məsələ ilə əlaqədar bir neçə dəfə CDU-nun parlament fraksiyasını məlumatlandırmağa cəhd etmişdim. O dönəmdə deputat olan Erika Ştaynbax məni dinləmək məcburiyyətində olmadıqlarını, onsuz da bu haqda kifayət qədər məlumatlı olduqlarını yazdı. Tarixi məsələlərin parlamentdə həll edilməsinin yanlış olduğunu düşünürəm. Xüsusən də, söhbət ayrı bir ölkədən gedirsə. Siyasətçilər elm adamları deyillər. Siyasətçilər həqiqəti tapmağa yox, iqtidarın gücə dayaq tapmış siyasətini davam etdirməyə çalışırlar.

Almaniya Hərbi Hava Qüvvələri 1999-cu ildə NATO Müttəfiq Qüvvələrinin missiyasının tərkibində Belqradı bombardman edəndə və İkinci Dünya Müharibəsindən bəri ilk dəfə bir hücuma rəhbərlik edəndə parlament CDU/CSU, SPD, FDP və Yaşıllar kimi partiyaların səsləri ilə bunun “təcavüzkar bir savaş” olmadığını elan etdi. Amma bir çox beynəlxalq hüquqşünasa görə, bu, beynəlxalq hüquq normalarını pozan təcavüzkar müharibə idi və bu səbəbdən də Almaniya konstitusiyasına uyğun gəlmirdi.

Siyasi motivli bir qurumun qərarının elmi problemlərin çözümündə bir dəyəri varmı? Əgər Bundestaq həqiqətən bir siqnal göndərmək istəyirsə, o zaman ilk olaraq, 1904-1908-ci illər ərzində Namibiyada (Afrikada keçmiş alman müstəmləkəsi) Vermaxt Almaniyası tərəfindən törədilən Herero və Nama soyqırımlarını tanımalı və müzakirə etməlidir. Amma bu, təkcə alman problemi deyil. “Erməni soyqırımı”nı tanıyan digər ölkələrə də baxın: Hollandiya 1947-ci ildə İndoneziyada (Ravegede), Belçika 1888-1908-ci illər ərzində Konqoda, Fransa isə 1945-ci ildə Əlcəzairdə reallaşdırdığı soyqırımları tanımadı.

- Hazırda hansısa bir kitab üzərində işləyirsiniz, araşdırmanız varsa, bu məsələdə dəstəyə ehtiyacınız varmı?

- İki ildir bu məsələ (qondarma erməni soyqırımı) ilə əlaqədar kitab yazıram. Bursa və Uludağ Universitetindən olan professor İbrahim Canbolat tərəfindən dəstəklənirəm. Amma Türkiyədən maddi dəstək almadığım üçün layihə yavaş gedir. Nə Türk Tarix Dərnəyindən, nə də digər fondlardan dəstək ala bildim. Sanki məsələ kimsənin vecinə deyil. Berlindəki Türkiyə səfirliyi 2006 və 2013-cü illərdə böyük vədlər verdi, amma sonradan bu vədləri haqda heç nə eşitmək istəmədilər.

- Sizcə, Almaniyadakı türk diasporu qondarma erməni soyqırımı iddialarına qarşı hansı işləri görməlidir?

- Almaniyadakı türk diasporu əvvəlcə düzgün şəkildə formalaşmalı və mütəşəkkil olmalıdır. Türklər özlərini “partiyanın siyasətində” yormamalıdırlar. Sonra onlar Almaniya vətəndaşı olmalıdırlar, seçici olmağın yeganə yolu budur. Çünki siyasətçilər çox vaxt vətəndaşların deyil, seçicilərin qayğılarını ciddi qəbul edirlər.

Almaniyada türklər tərəfindən ictimai münasibətlər üçün qurulmuş və öz-özünü maliyyələşdirən “Sülh üçün Dialoq” (“Dialog für Frieden”) adlı bir təşəbbüs qrupu var. Əvvəlcə adım bu qurumun lideri kimi qeyd edilsə də, sonradan təşəbbüs Əli Söyləməzoğluna verildi. Şübhəsiz ki, Əli bəy bu məsələdə yaxşı işlər görür. Bununla yanaşı, yayımlarının əksəriyyəti türk dilindədir. Məsələn, 2016-cı ildə Berlində Bundestaqın qərarına qarşı etiraz yürüşündə türk dilində çıxış etdi. Bu qurum kimə çatmaq istəyir? Türklərə, yoxsa almanlara? Burada taktiki düşünmək lazımdır; alman cəmiyyətində türklərin səsinin daha yaxşı eşidilməsi üçün təpədə bir türkün dayanması, yoxsa bir alman elm adamın olması daha məntiqlidir?

Türk tərəfi gələcəkdə bu məsələdə şəffaf elmi araşdırmalar istəyib-istəməməsinə qərar vermək məcburiyyətindədir. Digərlərindən fərqli olaraq, Türkiyə hökuməti arxivləri elm adamlarının üzünə çoxdan açıb. Bununla yanaşı, araşdırmalar maddi xərc tələb edir. Əsas düşüncə xəttini kor-koranə təqib etməyən, əksinə, elmi tədqiqat standartlarına əsaslanaraq açıq-aşkar araşdırmalar apardıqlarına görə öz ölkələrində diskriminasiyaya məruz qalmış qərbli araşdırmaçılar məhz Türkiyə və ya türk təşkilatlarından maliyyələşməlidir. Əks halda, “medalın əks üzü” deyə bir şey olmayacaq.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Hamısı