“Evi şəhid ailəsinə verməyini dostlarından eşitmişdim” - Generalın anası - VİDEO | Eurasia Diary - ednews.net

29 Sentyabr, Çərşənbə axşamı


“Evi şəhid ailəsinə verməyini dostlarından eşitmişdim” - Generalın anası - VİDEO

Müsahibələr A- A A+

Tovuz istiqamətində gedən döyüşlərlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.

EDNews.net xəbər verir ki, Unikal.org-a müsahibə verən ana oğlunun şəhid olmazdan öncə onunla son söhbətləri, eləcə də Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib.

Oğlunun hər zaman vətən dərdi çəkdiyini deyən Səmayə Həşimova bildirib ki, Polad Həşimov əsgərlərinə “uşaqlarım” deyərmiş, işə gedərkən onlar üçün hətta diş məcunu belə alıb aparırmış. 

S. Həşimova əlavə edib ki, oğlunun ona bağışlanan evi şəhid ailəsinə verdiyi haqda xəbərləri dost-tanışdan eşidib. Onun sözlərinə görə, şəhid general etdiyi yaxşılıqlar haqda heç vaxt anasına danışmayıb. 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...