Rusiyanın bölgələrindəki etirazlar hakimiyyəti narahat etməlidir Qriqori Trofimçuk

Müsahibələr 16:04 26.08.2020

Rusiya cəmiyyətində böyük marağa səbəb olan Aleksey Navalnının zəhərlənməsi hadisəsi ilə əlaqədar Eurasia Diary-yə müsahibəsində “Avrasiya İdeyalar Emalatxanası” Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri, politoloq Qriqori Trofimçukla cəmiyyətdə yanlış fikirlərə yol açan məsələlərə aydınlıq gətirilib.

Berlindəki “Charite” klinikasının həkimləri Rusiyanın müxalifət lideri Aleksey Navalnını müayinə edərkən analizində zəhərli maddənin tapıldığını söylədilər. Bu sübut olunarsa, sui-qəsd cəhdinin səbəbi nə ola bilər? Hansı versiyalar var?

- "Bu həkimlər - və ya həkimlərin arxasında duranlar, heç vaxt Skripal ilə bağlı iddiadan dəqiq bir nəticə çıxara bilməyən Teresa Meyin rəhbərlik etdiyi ingilis həmkarlarının yolunu tuturlar. Nəsə deməyə başlayırlar, amma işi daha da bulandırırlar. Əgər onlar məsələni tibbi müstəvidən siyasi müstəviyə çıxarmağa çalışsalar, bu cür addımın bütün nəticələrini gözdən keçirməlidirlər.

Əgər analizdə qeyri-müəyyən bir zəhərli maddə tapıblarsa, əvvəlcə dəqiq müəyyənləşdirmək və yalnız bundan sonra siyasi zəmində müəyyən nəticələr çıxarmaq olar. Nəzəri olaraq insanlar hər gün mağazada satın alınan məhsuldan zəhərlənirlər. Bunun zəhərlənmə cəhdi olub-olmaması başqa bir məsələdir. Navalnı özü buna imkan yarada bilərmi? Əlbəttə. Bəs onun ətrafı? Şübhəsiz. Və s. Buna görə, kimsə nədəsə ittiham olunursa, ittiham da sübutun özü kimi aydın və konkret olmalıdır. Əks təqdirdə, bunu həkimlərin də edə biləcəyini güman etmək olar.

 Qərb Navalnını Putini gözdən salmaq üçün zəhərləyə bilərdimi?

- Hər şey ola bilər. Ancaq eyni zamanda onu da qeyd etmək lazımdır ki, Aleksey Navalnı elə də yüksək səviyyəli siyasi fiqur deyil ki, onun ətrafında bu cür layihələr həyata keçirilsin. Buna görə əgər zəhərlənmə faktı varsa da bu məişət şəraitində baş verib. Navalnı Rusiyada korrupsiya məsələləri ilə məşğul olur, lakin bu dar sahəni siyasi hesab etmək olmaz. Siyasətçi daha geniş bir anlayışdır. Bütün liberal bazara malik demokratik ölkələrdə olduğu kimi Rusiya Federasiyasında korrupsiyanın olması Navalnının özündən başqa heç kimə sirr deyil. Cəmiyyətə dəhşətli korrupsiya halları deyil, onu aradan qaldırmağın yolları barədə danışmaq  lazımdır. Demokratik bir sistemdə bunu tamamilə aradan qaldırmaq mümkün deyil. Ancaq nədənsə Navalnı heç vaxt bundan danışmır. Navalnı siyasətçi və Rusiya siyasəti üçün mühüm bir fiqur olmadığı üçün Qərb də onu "oda” ata bilərdi. Qeyd: mətbuatdan fərqli olaraq, Rusiya əhalisi bu zəhərlənmə ilə heç maraqlanmır, bu onlar üçün sadəcə maraqlı deyil. Bu o deməkdir ki, Navalnının özü burada lazımi siyasi çəkiyə malik deyil.

Navalnı bir neçə dəfə həbs edilib. Keçən il də zəhərlənmişdi. 2018-ci ildə Skripal hadisəsindən sonra rus diplomatları Britaniyadan qovuldu. Bu dəfə Rusiyaya qarşı hansı addımlar atıla bilər?

- Rusiyaya qarşı həm iqtisadi, həm də siyasi baxımdan məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər. Ancaq Navalnı ilə bağlı yox. Bu 2014-cü ildən bəri davam edən hər kəsin unutduğu prosesdir. O zaman postsovet məkanında və ümumilikdə dünyada mühüm hadisələr baş verdi, daha sonra baş verənlər, o cümlədən Amerika seçkilərinə Moskvanın müdaxiləsi ilə bağlı ittihamlar da bura daxil idi. Navalnı ilə bağlı problem bu sobaya atılan əlavə bir odun parçasıdır. Aleksey Navalnının keçmişdə zəhərlənməsi ilə bağlı iş hələ də qaranlıqdır. Əgər o zaman düşmənlər tərəfindən zəhərlənibsə, o zaman yenə Rusiya ərazisində yaşamaqla ehtiyatsız davranmağa davam etməsi tam aydın deyil. Burada o, hadisələrin ciddi şəkil aldığını düşünsəydi elementar təhlükəsizlik tədbirləri görərdi.

"Skripalların işi"nə gəldikdə isə, əvvəllər də demişəm: əgər birinci dərəcəli İngilis siyasətçiləri bu "layihə”nin ardını gətirə bilmədilərsə onda danışmağa bir şey yoxdur.

Xabarovsk və Başqırdıstandakı etirazlar Rusiyanın ən böyük şəhərlərinə, Moskva və Sankt-Peterburqa yayıla bilərmi?

- Bu, istənilən postsovet ölkəsində baş verə bilər. Xatırladım ki, bu məkanda yenə dağılma olacaq, çünki keçmiş SSRİ-yə aid bəzi yerlərdə dağılma prosesi hələ bitməyib. Bölgələrdə gərginlik hər zaman daha yüksək olub, çünki iqtisadi vəziyyət orada daha mürəkkəbdir. Bundan əlavə, Rusiya Federasiyası haqqında danışırıqsa, mən, məsələn, bir neçə il əvvəl yazmışdım ki, bu dəfə hakimiyyətə təhdid bu iki şəhərdən deyil, bölgələrdən gələ bilər. Yəni bu tərsinə gedən prosesdir.

Xabarovsk və Başqırdıstan etirazları bir-birindən fərqlənir. Başqırdıstandakı etirazlar ətraf mühit amili ilə əlaqədardır. Lakin ekologiya mövzusu SSRİ-nin dağılması ərəfəsində də aktual idi, bu sahədə çoxsaylı ictimai hərəkatlar, o cümlədən atom elektrik stansiyalarının inşasına qarşı mübarizə yaranmışdı. Ancaq bu gün ekologiya mövzusu ilə kütləni cuşa gətirmək alınmayacaq. Xabarovskda etirazçı fəallar Furqalın geri qaytarılması tələbini əsas götürərək, ehtiyatlı davranırlar. Bunlar ölkənin hər yerində çox böyük tərəfdar toplaya biləcək mövzular deyil. Lakin regional etirazların özlüyündə artıq hakimiyyəti narahat etməlidir. Onları adi bilib əhəmiyyət verməmək, avtomatik olaraq genişlənməsini, artmasını gözləmək deməkdir.

Gülnar Səlimova

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı