Ermənistan-Azərbaycan cəbhəsində bu ilin payızı qaynar olacaq Ekspert

Müsahibələr 14:18 03.09.2020

12 iyul Tovuz təxribatından sonra regionda diplomatik müstəvidə davam edən gərginlik yenidən hərbi qarşıdurma yarana biləcəyini deməyə əsas verir.

Mövzu ilə əlaqədar beynəlxalq münasibətlər üzrə ekspert Zəfər Nəcəfov Eurasia Diary-yə müsahibə verib.  

Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan son dövrlər vəziyyətin yenidən gərginləşməsinə səbəb olacaq addımlar atır. Bunu necə qiymətləndirirsiniz?

- Məlum iyul təxribatından bu yana hadisələrin inkişaf ssenarisi yaxşı heç nə vəd etmir. Ermənistan konüllülərdən ibarət ordu yaradır, 400 tonadək Rusiyadan silah və hərbi sursat alıb, baş nazir N.Paşinyan tez-tez işğal atında olan torpaqlarımıza səfər edir və təmas xətti boyunca müdafiə-istehkam işləri ilə mütəmadi olaraq tanış olur, qondarma qurumun başçısı və hərbi rəhbərliyin üzvlərinin iştirakı ilə birlikdə Xankəndində hərbi müşavirə keçirir. Ermənistanın müdafiə naziri David Tanoyan isə Rusiya ilə müttəfiqliyin lehinə məddah fikirlər səsləndirir və əslində onu da Cənubi Qafqazda labüd qarşıdumaya cəlb etməyə çalışır.

Bundan əlavə, D.Tanoyanın “yeni ərazi - yeni müharibə” formulu – hərbi əməliyyatları Azərbaycanın başqa ərazilərinə keçirilməsini nəzərdə tutur. 12-16 iyul Tovuz təxribatı onun sözlərinin mənasız olmadığını göstərir.

Tovuz təxribatından keçən müddət ərzində Ermənistan tərəfdən təcavüzkar ritorikanın sayı artıb. Onlar gah Gəncəni, gah da Mingəçevir SES-i vura bilmək iqtidarında olduqlarına dair təhdidedici bəyanatlar verirlər. Həmçinin Livanda baş vermiş məlum partlayışdan sonra 100-150 erməni ailəsinin oradan Qarabağa köçürülməsinin hazırkı gərgin vəziyyətə təsadüf etməsi də maraq doğurmaya bilməz. Məhz bu baxımdan oraya köçürülənlərin adi ailələr deyil, Yaxın Şərqdə erməni terror təşkilatları ilə sıx əlaqədə olan insanlardan ibarət olması ehtimalı daha yüksəkdir.

Azərbaycan XİN mətbuatda gedən bir məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması barədə məlumatı təkzib etdi. Belə məlumatların yayılması kimə xidmət edir?

- Ermənistan hakimiyyətinin qeyd edilən müddət ərzində ölkəmizə qarşı apardığı informasiya müharibəsində fəallığı göz qabağındadır. Onlar Azərbaycan və Türkiyəni gözdən salmağa, Rusiya ilə üz-üzə qoymağa çalışırlar. Bu məqsədlə, onlar Suriyadan Naxçıvana 500 kamikadzenin gətirildiyini və onlardan Ermənistana qarşı blitskriq həyata keçirmək üçün istifadə ediləcəyini, habelə muxtar respublikanın ərazisində və Abşeron yarmadasında Türkiyəyə məxsus hərbi bazanın yaradılacağı haqqında dezinformasiya yaymaqla məşğuldurlar.

Ermənistanın maliyyə sıxıntısı yaşadığı halda Rusiyadan silah alışını necə qiymətləndirirsiniz?

- Ermənistanın 2020-ci ildə müdafiə xərcləri 2018-ci ilə nisbətən 28 % artıb. Belə ki, 2019-cu ildə işğalçı ölkə müdafiəyə təxminən 629,5 milyon dollar (2018-ci illə müqayisədə 129 mln.dollar artıb) sərf edib, 2020-ci ilin müdafiə büdcəsi isə təxminən 631 milyon dollar (ötən illə müqayisədə yalnız 1,5 milyon dollar çoxdur) həcmindədir. Statistikadan göründüyü kimi, Ermənistan hərbi büdcəsini artırmaq iqtidarında deyil.

Belə bir maliyyə sıxıntısı şəraitində işğalçı ölkə yeni silahlarla silahlanır. Ermənistan demək olar ki, bütün silahları Rusiyadan idxal edir. Xatırladaq ki, keçən il Ermənistan xeyli miqdarda silah və sursat – çoxfunksiyalı Su-30SM qırıcıları, TOR-M2KM və Osa-AK zenit raket sistemləri və digər silah və hərbi texnika əldə etmişdir. Ermənistan hökuməti Rusiyanın Su-30SM qırıcılarının yeni partiyasının alınması barədə danışıqlar aparır. Bu təyyarələrdən dördü 2019-cu ildə Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib. Su-30SM həm hava, həm də yerdəki hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Uçuş məsafəsi 3000 km, döyüş radiusu 1500 km-dir. 150 santimetrlik kalibrli topla təchiz edilmiş bu təyyarə göyərtəsində hava bombaları və idarə olunan “hava-hava” raketləri daşıyır.

Hərbi-texniki əməkdaşlıq üzrə Rusiya Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev ötən il Ermənistana Su-30SM, atıcı silahlar, Mi-17 helikopterlərinin ehtiyat hissələrinin təhvil verildiyini və əvvəllər çatdırılmış təyyarələrin əsaslı təmir edildiyini və "Kornet"lərin (tank və zirehli hərbi maşınların məhv edilməsi üçün nəzərdə tutulub) istismarı üzrə mütəxəssislərə təlim keçirildiyini dilə gətirmişdir.

SİPRİ-nin məlumatlarına görə, Ermənistan ÜDM-nin 4.9%-ni hərbi məqsədlər üçün xərcləyir. Hərbi xərclərin ÜDM-ə nisbəti baxımından Ermənistan dünyanın bütün ölkələri arasında altıncı yeri tutur.

Qondarma "DQR"in hərbi gücü olduqca az olduğu halda həmin ərazilərdəki mövqeləri nəyin hesabına qoruyur?

- Ermənistan prezidenti Armen Sarkisyan 1991-ci ilin sentyabrın 2-də erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri qeyri-qanuni referendun nəticəsində əldə etdikləri “müstəqilliyin” 29-cu ildönümünə toxunaraq qeyd etmişdir ki, “həmin qələbə” ümumierməni qüvvələrinin – separatçı rejimin, Ermənistanın və diasporun birgə səyləri nəticəsində əldə edilmiş və həmin mübarizə bu gün də davam edir. Ermənistan prezidentinin sonuncu fikri də separatçı rejimin cinayətkar fəaliyyətinin Ermənistan və diaspora tərəfindən açıq-aşkar dəstəklənməsi mənasını verir.

Ermənistanın hərbi siyasətini qəbul edilmiş rəsmi sənədlərlə necə təhlil etmək olar?

-  Ermənistanın yeni qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan və Türkiyə regionda gərginliyin təşəbbüskarı, 2016-cı ilin Aprel döyüşləri isə Dağlıq Qarabağın erməni əhalisinə ekzistensional təhdid kimi qələmə verilib. Həmin sənəddə Ermənistan-Yunanstan-Kipr üçtərəfli əməkdaşlıq formatının daha da dərinləşməsi barədə istək özünü büruzə verir. Adı çəkilən hər iki dövlət, eləcə də BƏƏ və Suriya bu gün Aralıq dənizinin şərq hissəsində Türkiyə ilə gərgin münasibətdədirlər və onlar İsrail, Misir və Fransa (Aİ) tərəfindən dəstəklənir. Belə bir gərgin vəziyyətdə Cənubi Qafqazda Türkiyəyə qarşı hərbi cəbhənin açılması arzuolumaz hesab edilir.

Qeyd edilən sənəddə Ermənistan özünü qondarma rejim “DQR”-in təhlükəsizliyinin qarantı bəyan edir. Bu statusunu möhkəmləndirmək məqsədilə hazırda Ermənistanla qondarma qurum arasında strateji ittifaq haqqında sənədin hazırlanması üzərində işlər davam edir. Belə bir sənədin qəbulu de-yure olmasa da, de-fakto “DQR”-in Ermənistan tərəfindən tanınması anlamına gəlir. 

Ermənistan və Azərbaycan arasında müharibənin başlanma riskini necə dəyərləndirirsiniz?

- İlin sonuna qədər Azərbaycan qazının Avropaya çıxışını əngəlləmək öz hakimiyyətini möhkəmləndirmək istəyən Nikol Paşinyana xaricdən siyasi dividendlər vəd edir. Oktyabrda ikinci dalğası gözlənilən koronovirusla bağlı bədbin proqnozlar öz həllini gözləyən sosial-iqtisadi problemlərin daha da artacağını və çıxış yolu kimi hərbi qarşıdurmanın gündəmə gələcəyini istisna etmir. Ermənistan hakimiyyətinin ölkənin ağır sosial-iqtisadi problemlərini müharibə yolu ilə kompensasiya edəcəyi şübhə doğurmur.

Digər tərəfdən Rusiya prezidenti Vladimir Putinin Ermənistanın eks-prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik etməsi Ermənistanda siyasi müxalifətin qəflət yuxusundan oyanması və məhz həmin şəxsin rəhbərliyi altında birləşib hazırkı ölkə rəhbərliyinə qarşı geniş siyasi mübarizə cəbhəsi açacağı ehtimal edilir. Rusiyaya gəlincə orada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistana öz forpostu kimi baxır. Hətta orada Soros məktəbinin yetirmələrini düz yola qaytarmaq üçün ciddi təsir rıçaqlarına malikdir. Levon Ter-Petrosyanın aqibətini xatırlamaq bəs edər. 

Hadisələrin dinamik inkişafı Ermənistan-Azərbaycan cəbhəsində bu ilin payızının qaynar olacağını və təcavüzkar ritorikalarla məhdudlaşmayacağını vəd edir. 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı