Orta Şərqdə ABŞ ordularına ehtiyac varmı? keçmiş ABŞ kəşfiyyatçısı ilə MÜSAHİBƏ

Müsahibələr 10:32 04.09.2020

Keçən həftə ABŞ Prezidenti Donald Tramp İraqda yerləşən ABŞ hərbi kontingentinin sayının azaldılması ilə bağlı açıqlama edib. O, ABŞ hərbi heyətinin sayının 5200-dən 3500-ə azaldılacağını bildirib.

ABŞ-ın bu addımı regionun geosiyasi vəziyyətinə təsirsiz keçməyəcək. Bu barədə Amerikan hərbi analitiki Rik Frankona Eurasia Diary-yə müsahibə verib.

Qeyd edək ki, Rik Frankona müəllif, şərhçi və hərbi analitikdir. O, ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat zabiti kimi fəaliyət göstərib. Keçmiş Polkovnik-Leytenant Rik Frankona Milli Təhlükəsizlik Agentliyi, Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi və Mərkəzi Kəşfiyyat İdarəsi ilə Vyetnam və Körfəz müharibələrində müxtəlif əməliyyatlarda iştirak edib.

 

- Yeni hökumətin qurulduğu və terror qruplarının zəiflədiyi bir zamanda, ABŞ hərbi qoşunlarının İraqda qalmasına lüzum varmı?

- ABŞ qoşunlarının İraqda saxlanılmasına ehtiyac azalmağa doğru davam edir. Bu o demək deyil ki, İraq hökumətində hələ də sistematik problemlər mövcuddur. Vərəq üzərində (yeni baş nazir) Mustafa əl-Xadimi çox yaxşı görünür, lakin onu hələdə “muhasasa” siyasi himayədarlıq sisteminin nəticəsində davam edən korrupsiya ilə çətin mübarizə gözləyir.

Əvvəl də dediyim kimi, Əl-Xadimi üçün əsas problem İranın ölkə üzərindəki təsiri olacaq, xüsusilə İran tərəfindən təlim görmüş, təchiz olunmuş və idarə olunan özlərini Xalq Səfərbərliyi Bölmələri adlandıran Şiə militantları tərəfindən. Nə qədər ki, İran İraq Təhlükəsizlik Qüvvələrinəin bir hissəsi olan qrupları idarə edəcək, o zamana qədər də İraq Tehranın vassalı olmağa davam edəcək.

İraq Ordusunda və digər təhlükəsizlik bölmələrində xüsusilə də Terrorizmlə Mübarizə Xidmətinin inkişafı iraqlılara İslam Dövləti və Suriyda İŞİD qüvvələrinin qalıqlarını yerinə oturtmağa imkan verib, bununla da ABŞ koalisiya qüvvələrinin mövcudiyyətinə ehtiyac yoxdu.

Nəinki sadəcə ehtiyac yoxdur həm də getdikcə onların varlığı nəzərə də çarpmır. İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri general-mayor Qasım Süleymaninin öldürülməsindən sonra İran meyilli militantlar ABŞ təsisatlarına bir sıra hücumlara başlayıblar. Son vaxtlar itkilərə səbəb olmayan hücumları təqib etmək kimi görünsələr də bu, qoşunların orada qalmasını çətinləşdirir.

Çətin və nə üçün? ABŞ və koalisiya qüvvələri hava və kəşfiyyat dəstəyi ilə İŞİD-in qalıqları İraq qüvvələri tərəfindən məhv edilməlidir. Əgər ABŞ regionda quruda qoşunlar saxlamaq istəyirsə bunun başqa və səmərəli üsulları var.

Mən İŞİD-dən sonra ABŞ administrasiyasına İrana qarşı sanksiyalar və iqtisadi təzyiqlər etməyi məsləhət bilirəm. Müəyyən məqamlarda onların Livan, Suriya, İraq və Yəməndəki qüvvələri probləmə çevrilə bilər. Əlbəttə İran xalqı daha bundan bezib.

 

- Nə üçün Prezident Trump Yaxın və Orta Şərqdə başqa qüvvələrin təsirinin artdığı bir zamanda orduları geri çəkir?

- Prezident Tramp “Amerikanın bitməyən savaşları”nı sonlandırmaq kampaniyasını aparır, xüsusilə İraq və Əfqanıstanda. Biz daha Orta Şərqin enerji resurslarından asılı deyilik. Mən düşünürəm ki, bizimlə ortaq maraqlara (Misal üçün İranı sıxışdırmaq) sahib dövlətlərlə ittifaqlara ehtiyac duyuruq, nəinki artıq ABŞ maraqlarına xidmət etməyən müharibələrə.

Əfqanıstanı götürək, 19 il əvvəl 2001-ci ildəki missiya nə idi? Bu əl-Qaidəni məğlub etmək və aradan götürmək idi. Bu missiya həmin təşkilatın başqa ərazilərə qaçmasından sonra demək olar ki yerinə yetirilib. Əfqanıstan artıq əl-Qaidə məkanı olmadıqda, onda missiya nə oldu?

Bu nümayəndəli özünü idarə etmə sistemi yaratmaqla dövlət-quruculuğuna çevrildi. Bu isə nəhəng zaman, qan və maliyyə israfı oldu. Bilirəm ki, insanlar Marşal Planı və İkinci Dünya müharibəsindən sonra Avropaya eyham vuracaqlar. Avropanın yenidən qurulması yalnız mövcud demokratiyaları və respublikaları bərpa etmək, əvvəllər mövcud olan qurumları bərpa etmək idi. Əfqanıstanı heç nədən yaratmaq dəlilik idi.

Rusiya Orta Şərqdə və Afrikanın bəzi yerlərində özünü təsdiq etməyə çalışır. Suriya ilk addım idi - indi onların Liviyaya müdaxilə etdiklərini, misirlilərə böyük ölçüdə silah satdıqlarını görürük. Əvvəllər olduğu kimi indi də batacaqlarını gözləyirəm. Suriya irəliləyən hərbi əməliyyat bazası olaraq qalacaq - rejim dəyişikliyindən qısa müddətdə, ABŞ bunu heç vaxt dayandıra bilməyəcəkdi.

Türkiyə tamam başqa problem yaradır. Türkiyənin unikal coğrafi məkana və Rusiyanın qarşısını alan vacib strateji rola malik olmasını nəzərə alaraq NATO-nun üzvü kimi qalması çox önəmlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada, Liviyada, Şərqi Aralıqdakı siyasəti Orta Şərq dövlətlərinin narahatlığına səbəb olur. Onun Türkiyəni dünya gücünə çevrimək kimi fikirləri heç bir fayda vermir. Türk xalqı başqasını seçənə kimi ABŞ Ərdoğanla hesablaşmalıdır.

 

- Sizin ABŞ qüvvələrinin geri çağrılmasından sonra gələcəyə dair gözləntiləriniz varmı? Orada ordu saxlamaq yerinə ABŞ hansı mexanizmlərdən istifadə edəcək?

- Daha əvvəl də dediyim kimi, ABŞ quru qoşunlarının İraqdan çıxarılmasını müsbət hal kimi qiymətləndirirəm. İraqlılar İŞİD-in hələ də fəaliyyət göstərə biləcəyi qalan ərazilərdə məhv edilməsini davam etdirə bildikləri müddətdə, həqiqətən Amerika qüvvələrinə ehtiyac yoxdur. İraqın kəşfiyyat və nəzarət qabiliyyətləri yaxşılaşdıqca və İraq Hərbi Hava Qüvvələri və Ordu Aviasiyası İŞİD əleyhinə əməliyyatları daha çox öz üzərinə götürdükcə, İranlılar da daxil olmaqla xarici yardıma ehtiyac azalır.

ABŞ bölgəni tərk etmir. Hələ bir müddət Körfəzdə qüvvələr olacaqdır. İran dövləti Körfəz ərəbləri üçün təhlükə yaratdıqca - xüsusilə Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirlikləri Amerika qüvvələrinin bölgədəki mövcudluğunu dəstəkləməyə davam edəcəklər.

 

Müsahibəni götürdü: Ülvi Əhmədli

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı