Serbiya məsələsində Tramp çox sevdiyi hiylədən istifadə etdi hər şeyi pula çevirmək

Müsahibələr 12:57 08.09.2020

4 sentyabrda Vaşinqtonda Serbiya və Kosovo iqtisadi münasibətlərin normallaşdırılmasına dair pakt imzaladı. Razılaşma tərəflər arasında iqtisadi əlaqələrin normallaşdırılması, o cümlədən yolların, dəmiryolu və hava xətlərinin açılmasını nəzərdə tutur. Bundan əlavə, Serbiya, Kosovonun müstəqilliyinin tanınmamasına çağırış kampaniyasını dayandırmağa dair öhdəlik götürdü. Həmçinin, razılaşmaya görə Kosovo ilə İsrail qarşılıqlı olaraq bir-birlərini tanıyırlar. Mövzu ilə bağlı siyasi analitik Oleq Xaviç Eurasia Diary-yə müsahibə verib.

Bu, Serbiya üçün diplomatik məğlubiyyət sayıla bilərmi?

- Vaşinqtonda imzalanan müqavilə ilə Serbiya açıq şəkildə digər xarici tərəfdaşlarının üzünə tüpürüb. Söhbət yalnız adları hallanan Rusiya və Çindən yox, eyni zamanda Serbiya və Kosovonun üzv olmağa çalışdığı Avropa İttifaqından da gedir. Yeri gəlmişkən, Avropa Komissiyasının sədri Peter Stano 7 sentyabrda keçirdiyi brifinqdə Aİ-nin ABŞ-ın Serbiya və Kosovo ilə hazırladığı müqavilələrə bu dövlətlərin Qüdsdə səfirliklərinin açılmasına dair bir bənd daxil ediləcəyi barədə məlumatı olmadığını narazılıqla bildirdi.

Razılaşma Serbiyanın maraqlarına ziddirmi? Bu razılaşmanın nəticələri necə olacaq?

- Əslində "Serbiyanın maraqları" anlayışını müəyyənləşdirmək çox çətindir. Bəzi Serb siyasətçiləri bunu mifik "Böyük Serbiya"nın qurulması kimi başa düşürlər - keçmiş Yuqoslaviyanın tərkibində olmuş ərazilərdə olmasa da, heç olmasa serblərin əksəriyyət təşkil etdiyi ərazilərdə, yəni Çernoqoriya, Serb Republikası (Bosniya və Herseqovina) və Kosovonun şimalında. Digərləri Ukraynanın Krım məsələsində olduğu kimi mövcud status-kvodan çıxış edirlər: Kosovanı de-yure tanımırıq, ancaq müəyyən sahələrdə qarşılıqlı fəaliyyət göstəririk. Digərləri, Aİ-yə üzv olmaq üçün, Serbiyanın ərazisinin bir hissəsindən (Serbiya Konstitusiyasına görə, Kosovadan) rəsmi şəkildə imtina etməsi, onu müstəqil dövlət kimi tanıması da daxil olmaqla istənilən addımı atmalı olduğunu düşünürlər.

Vaşinqtonda imzalanan razılaşmadan yalnız üçüncü tərəflər razı qala bilər, çünki bu sənəd Kosovonun Serbiya tərəfindən tanınması istiqamətində növbəti və çox mühüm addımdır və bu sənədin imzalanmasının əsas nəticəsi bundan ibarət olacaq. Ancaq bu ilk belə sənəd deyil: de-fakto tanımanın başlanğıcı 2013-cü ilin aprelində Serbiya və Kosovanın baş nazirləri - İvitsa Daçiç və Haşim Taçinin imzaladığı "Brüssel müqaviləsi"nin imzalanması ilə atılıb. Qeyd edim ki, bu, Vaşinqtonda olduğu kimi iki ayrıca sənəd (Serbiya-Amerika və Kosovo-Amerika) deyildi, Serbiya ilə Kosovo arasında ikitərəfli razılaşma idi. Serbiya Prezidenti Aleksandr Vuçiçin Kosovo Prezidenti Haşim Taçi ilə hətta belə formatda razılaşma imzalamaqdan imtina etdiyini qeyd etmək istərdim. Çünki, Priştina tərəfdən müqaviləni hazırkı Baş nazir Avdulla Hoti imzaladı.

Kosovo probleminin həlli anlaşmada necə əks olunur?

- Tramp burada çox sevdiyi hiylədən istifadə etdi - hər şeyi pula çevirmək. Əslində bu, onun Orta Şərqdə Fələstinlilərə ərazilər və Qüdsdən imtina etmək müqabilində sərmayələr, iş yerləri və s. təklif edən "böyük sövdələşməsinin" arxasında duran prinsipdir. Trampın fikrincə, xalqlar arasında iqtisadi əlaqələr inkişaf edərsə və bu səbəbdən qazanc əldə etsələr, nəticədə barışacaqlar və ərazi mübahisələrini unudacaqlar.

“Kosovoda ikinci bir Serbiya Respublikasının yaradılması” nə  deməkdir?

- Belə başa düşürəm ki, daha öncə qeyd etdiyim Brüssel müqaviləsinə əsasən 2013-cü ildə yaradılmalı olan Serbiya Bələdiyyələri İcması haqqında soruşursunuz. Lakin Priştina nə o zaman, nə də son yeddi ildə öhdəliklərini yerinə yetirmək üçün heç bir şey etmədi. Bundan əlavə, əhalisinin əksəriyyəti serblər olan Kosovanın şimalında Yuqoslaviya polisinin və ədliyyə strukturlarının bütün qalıqları ləğv edildi, Kosovo polisinin xüsusi təuinatlıları və s. mütəmadi olaraq orada əməliyyatlar keçirir - əslində bu ərazilərdə fövqəladə vəziyyət rejimi sürür.

Buna görə də, Kosovoda de-fakto Serbiya muxtariyyəti yalnız o zaman mümkündür ki, amerikalılar sözlə deyil, gerçəkdə israrlı olsunlar. Çünki, əslində "Kosovo Respublikası" Avropanın ən böyük hərbi bazalarından biri olan "Bondsteel" Amerikan hərbi bazasının "şimal ətrafı"dır. Tramp, sələflərindən fərqli olaraq, oyuncaq Kosovo rəhbərliyi ilə təntənə gözləmir və hazırkı Kosovo Baş Naziri Albin Kurtinin sələfi kifayət qədər münasib görülmədiyi üçün Amerikalılar  hökuməti dəyişdirdilər.

 Niyə ABŞ Serbiya ilə Kosovo arasında razılaşmanın əldə olunmasında, eləcə də, müqaviləyə İsrail ilə bağlı bəndin salınmasında maraqlı idi?

- Tramp özünü uzun müddətdir davam edən beynəlxalq münaqişələri, o cümlədən amerikalıların başlatdığı münaqişələri həll etməyə çalışan  sülhməramlı kimi göstərir. Orta Şərqdə əldə olunan "böyük razılaşma",  Amerika qoşunlarının böyük hissəsinin Suriyadan çıxarılması və onların Əfqanıstandan çıxarılmasına başlanması, Kabildə mövcud hakimiyyəti Talibanla barışdırmaq cəhdi - Serbiya ilə Kosova arasındakı münaqişəni həll etmək cəhdi bu siyahının davamıdır.

İsrail, daha doğrusu Qüdsün Yəhudi dövlətinin paytaxtı kimi tanınmasına gəlincə, burada iki məqam var. Birincisi, Donald Trampın kürəkəni və ən yaxın məsləhətçisi Cared Kuşner uzun illərdir bu məsələ ilə məşğul olur. İkincisi, seçkilər ərəfəsində Trampın ABŞ-dakı nüfuzlu İsrail lobbisinin dəstəyinə çox ehtiyacı var. İndi isə ABŞ prezidenti bu lobbiyə deyə bilər: Mən verdiyim sözü yerinə yetirirəm, daha iki ölkə Qüdsdə səfirliklərini açacaq.

Serbiyanı Kosovo ilə bu müqaviləni imzalamağa nə vadar etdi?

- Serbiya, əslində çıxılmaz vəziyyətdədir. Qonşularının böyük əksəriyyəti ya NATO ölkələridir, ya da Vaşinqtonun təsirinin böyük olduğu ölkələrdir - Bosniya və Herseqovina kimi ya da məsələn, Kosovo kimi. Buna görə də, Serbiya Prezidenti Brüssel, Moskva və Pekində faydalanmaq barədə istədiyi qədər danışa bilər, amma məcazi və ya hərfi mənada təzim etmək üçün 4 sentyabrda olduğu kimi yenə də Vaşinqtona gedir.

Bildiyiniz kimi, Moskva açıq şəkildə narazılığını bildirdi və diplomatik protokoldan kənara çıxırdı.  Bu başa düşülən idi. Çünki, 2020-ci ilin yanvarında Serbiyaya səfəri zamanı Putin Vuçiçlə görüşündə Rusiya Federasiyasının Kosovo probleminin BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. Serbiyanın ərazi bütövlüyünün qorunmasını təmin edən 1244. Ancaq Pekin, Belqradın 5G şəbəkələri üçün Çin avadanlığından imtina etməsinə dair öhdəliyinə tamamilə fərqli, lakin daha pis reaksiya göstərə bilər. Xatırladım ki, indi Çin şirkətləri Serbiyanı "Yeni İpək Yolu"nun mühüm hissəsinə çevirəcək Pirey-Belqrad-Budapeşt dəmir yolunu modernləşdirirlər. Yeri gəlmişkən, söhbət təkcə Yunanıstanın Pirey limanından olan dəniz tranzitindən getmir: Çin-İstanbul-Belqrad marşrutu ilə artıq bir neçə konteyner qatarı Belqraddan keçərək Polşaya gəliblər. Serbiyanın əhəmiyyətli ticarət və iqtisadi tərəfdaşı olan Türkiyə isə açıq şəkildə bu ölkəni İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməməyə çağırıb.

Müsahibəni götürdü: Gülnar Səlimova

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Hamısı