Fransa və Ermənistan başda olmaqla bəzi ölkələr Qarabağ problemi vasitəsi ilə Türkiyəni Rusiyaya qarşı qoymaq istəyirlər Türk ekspert

Müsahibələr 15:27 02.10.2020

Fransa və Ermənistan başda olmaqla bəzi ölkələr Qarabağ problemi vasitəsi ilə Türkiyəni Rusiyaya qarşı qoymaq istəyirlər – Türk ekspert

Sentyabrın 27-də Erməni silahlı qüvvələri təmas xəttində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə və mülki yerləşim nöqtələrinə istiqamətlənmiş təxribatçı hücumlara başladı. Ermənilərin təcavüzkar siyasətinə cavab olaraq, həmin gün Azərbaycan silahlı qüvvələri bütün cəbhə xətti boyunca genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Azərbaycanın Müdafiə Nazirliyindən əldə edilən etibarlı məlumata əsasən, bir sıra ərazilər Azərbaycan hərbi qüvvələri tərfindən Erməni işğalından azad edilib və Erməni silahlı qüvvələrinin hərbi mövqeləri məhv edilib. Azərbaycan ordusu, işğal altındakı Qarabağda uğurlu hərbi əməliyyatlarını həyata keçirərkən, Ermənistan tərəf günahsız sivilləri və mülkləri atəşə tutaraq amansız hərəkətlərini davam etdirir.

Eurasia Diary portalı, yeni Qarabağ müharibəsi ətrafında mövcud inkişaflarla əlaqədar Avrasiya araşdırmaları üzrə türk analitik Ümit Nazmi Hazır ilə müsahibə aparıb. Ümit Nazmi Moskvanın Ali İqtisadiyyat Məktəbində siyasi elmlər üzrə fəlsəfə doktoru namizədidir.

- Ermənistanın təcavüzkar siyasəti nəticəsində, yerli əhali arasında bir sıra itkilər olmuşdur, bunlardan biri də öz evlərində Erməni bombalaması nəticəsində həyatını itirən iki uşaqlı, beş nəfərlik ailədir. İlkin olaraq, Azərbaycanlı mülki şəxslərə yönəlmiş Erməni təcavüzkarlığı haqqında nə deyə bilərsiniz?

Azərbaycan və Ermənistan arasındakı digər toqquşmalardan fərqli olaraq, təəssüf ki bu dəfə mülki şəxslər də həyatlarını itirib. Qarabağ münaqişəsi həll edilmədiyi müddətdə, Erməni təcavüzü davam edəcəkdir. Bundan başqa, Ermənilər də bu müharibədən əziyyət çəkir, belə ki, bir çox erməni ailəsi öz uşaqlarını Qarabağa göndərmək istəmir.

 

- Azərbaycanın öz ərazilərini erməni işğalından hərbi üsulla xilas etməsinə haqqı olması barədə nə düşünürsünüz?

Beynəlxalq qanuna və Birləşmiş Millətlər nizamnaməsinə əsasən, Azərbaycanın öz ərazilərini erməni işğalından xilas etmək məqsədi ilə hərbi üsullaradan istifadəyə haqqı var. Buna əlavə olaraq, Minsk Qrupunun sülh danışıqları və səyləri artıq 30 ildir ki, Qarabağ münaqişəsinə heç bir həll yolu gətirməyib. Bu səbəbdən də, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilə biləcəyinə ümid etmir.

 

- Azərbaycanın mənimsədiyi Türk hərbi strategiyasının Qarabağın işğal edilmiş ərazilərində ölkəmiz tərəfindən aparılan uğurlu hərbi əməliyyatlarda əhəmiyyətli rol oynadığını düşünürsünüz?

Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığının Azərbaycanın hərbi gücünə qatqısı mütləqdir. Buna baxmayaraq, Türkiyənin bu müharibəyə daxil olmadığını vurğulamaq istəyirəm. Erməni təbliğatına əsasən, “Türk F-16-sı Ermənistanın qırıcı təyyarəsini vurub”.  Ancaq bu qətiyyən doğru deyil.

 

- Bu günlərdə Azərbaycanla yeni Qarabağ müharibəsində Rusiyanın Ermənistanı tək buraxdığını görürük. Bəs bunun əsas səbəbi nədir?

Mənim fikrimcə, Rusiyanın bu davranışının iki səbəbi var. Birincisi, 2018-ci ilin yazında baş verən erməni “Məxməri İnqilab”ı nəticəsində Paşinyan baş nazir olaraq hakimiyyətə gəldi. O görünürdü ki, Ermənistanın xarici siyasətində əsaslı bir dəyişiklik etmək niyyətində deyildi, çünki bu, demək olar ki, mümkün deyil. Bununla birlikdə, onun Qərblə sıx əlaqələr qurmaq istəkləri var. Rusiya Paşinyanı etibarsız lider hesab edir. Rusiya hələ Ermənistana dəstəyini birbaşa bildirməyib, çünki Rusiya Paşinyanın Qarabağ müharibəsi ilə nüfuzunu və gücünü itirəcəyi gözləntisində ola bilər. Bu, Rusiyanın Paşinyan hökuməti üzərində daha çox gücə sahib olmasını təmin edə bilər. Eynilə, Rusiyanın Belarus etirazlarında susması və Lukaşenkonu xilas etməyə çalışmaması ilə onun Belarusdakı gücünü itirəcəyini və Rusiyaya ehtiyac duyacağını gözləməsi kimi.

Başqa bir səbəbdən, bir şeyi də nəzərə alsaq, bir tərəfdən Rusiya Ermənistanın strateji müttəfiqi olduğu halda, digər tərəfdən Rusiya ilə Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bu baxımdan həm Azərbaycan, həm də Ermənistan Rusiyadan silah alır. Beləliklə, Rusiya hər iki tərəfi də itirmək istəmir və Ermənistanla Azərbaycan arasında vasitəçi ritorikasını davam etdirir.

 

- Qarabağ müharibəsinin Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə başa çatmasının Cənubi Qafqazdakı mövcud inkişafları necə geri çevirə biləcəyini düşünürsünüz? Sizcə Rusiya və Türkiyə, Suriya və Liviya kimi bu bölgənin gələcəyini təyin edən güclü obrazlar ola bilərmi?

Avropa, Asiya və Orta Şərq arasındakı qovşağında olduğu üçün Qafqaz, Türklərin, Rusların və Farsların tarixən geopolitik baxımdan rəqabət etdikləri həlledici bir bölgədir. Qafqaz, Türkiyənin Xəzər dənizi və Orta Asiyaya uzanması üçün bir körpüdür. Türk baxışına görə, Ermənistan Türkiyə ilə Azərbaycan arasında və Türkiyə ilə Orta Asiya türk dövlətləri arasında əlaqələri kəsmək üçün qurulmuş və istifadə edilmişdir. Qarabağın Azərbaycana qayıtması halında Qafqazdakı status əhəmiyyətli dərəcədə dəyişəcəkdir. Üstəlik, Türkiyə və Azərbaycanın Ermənistanla əlaqələr qurması üçün yollar açılacaqdır. Azərbaycan və Ermənistan artıq silaha müraciət etməyəcəklər. Buna görə də Qarabağ probleminin həlli Ermənistan üçün də yeni yollar aça bilər. Qarabağ Ermənistanın işğalı altında qaldığı müddətdə, Ermənistanın iki qonşusu (Azərbaycan və Türkiyə) ilə münasibət qurmaq üçün heç bir şansı yoxdur və təcrid olunmuş və problemli bir ölkə olmaqla yanaşı, Rusiyadan da asılı bir ölkə olaraq qalacaqdır.

Qarabağ problemi Azərbaycan və Ermənistanın regional məsələsindən daha artıqdır. Qarabağ məsələsi Qafqaz və Avrasiya üçün çox vacibdir. Bu məsələnin Şimali Qafqazda və İranda yeniliklərə təsir göstərmə və inkişaf etdirmə potensialı var. Məsələn, hazırda İrandakı bir çox Azərbaycan türkü etiraz edir və Azərbaycana dəstək olduqlarını göstərirlər. Bu səbəbdən Qarabağ problemi birbaşa bölgənin sabitliyi ilə əlaqəlidir.

Fransa və Ermənistan başda olmaqla bəzi ölkələr Qarabağ problemi vasitəsi ilə Türkiyəni Rusiyaya qarşı qoymaq istəyirlər. Bununla birlikdə, Türkiyə və Rusiya Qarabağ məsələsi səbəbindən bir böhran yaşamaq istəməzlər. Bundan əlavə, Liviya və Suriya məsələlərində fərqli mövqelərdə olsalar da danışıqlar apara və ortaq dil tapa bilərlər.

 

Müsahibəni aldı: Yunis Abdullayev

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Hamısı