Erməni diasporu ABŞ-ı Qarabağ münaqişəsinə qarışmağa sövq edir Ekspertlə müsahibə

Müsahibələr 15:05 21.10.2020

ABŞ administrasiyası Qarabağda davam edən döyüşlər zamanı həftələr çəkən sakitlikdən sonra Ermənistanın davam edən ah-naləsindən oyandı. ABŞ Dövlət Katibi Mayk Pompeo hər iki tərəfin xarici işlər naziri ilə Vaşinqtonda görüş təyin etdi.

Formatı qaranlıq qalan görüşdə səfirlərin bir-biri ilə görüşüb görüşməyəcəyi və ya ABŞ rəsmilərinin onları üçtərəfli iclas çağırmağa inandıra biləcəyi barədə heç bir proqnoz yoxdur. Ancaq onların eyni gündə həyata keçirdikləri görüşlər bizə ABŞ-ın sentyabrın sonundan bəri yüzlərlə döyüşçünün və mülki şəxslərin ölümündən sonra yenidən alovlanan qarşıdurmanı yatırmaq üçün səylərinin səylərini artırdığına işarə edir.

Xəbərlərin ardınca bir sıra ekspertlər ABŞ-ın paytaxtında baş tutacaq görüşlə bağlı mülahizələr irəli sürür. Eurasia Diary analitik informasiya portalı ilə  fikirlərini bölüşən professor Dr. İrfan Kaya ABŞ-ın uzun sürən səssizlikdən sonra hadisələrə müdaxilə etməsi erməni diasporasının təzyiqlərindən irəli gəldiyini göstərir.

- Məlum olduğu kimi, cümə günü Vaşinqtonda ani bir görüşün keçirilməsi planlaşdırılıb və görüşdə üç ölkənin bir masa arxasında oturub-oturmayacağı bəlli deyil. Bu görüş Dağlıq Qarabağ münaqişəsinin gələcəyi üçün hansı nəticələri vəd edir?

- 9 oktyabrda Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərini Moskvada bir araya gətirdi. 10 saat davam edən danışıqlardan sonra atəşkəs qərarı verildi və bunun daimi atəşkəs olub-olmadığına dair müzakirələrdən əvvəl erməni tərəfi açıq şəkildə atəşkəsi pozdu.

Fransanın da yaxın vaxtlarda oxşar təşəbbüslə çıxış etməsini gözləyirəm. Fransa həm də həmsədr olduğundan, o da səy göstərməlidir. Yəni bu səylər nəticəsizdir. Həmsədrlərlik statusuna malik ölkələr bu günə qədər sadəcə vəzifə tutmaqdan başqa bir şey etməyiblər. Bu vəzifənin əllərindən çıxdığını görən həmsədrlər növbəti uydurma irli sürdülər. Yəni Dağlıq Qarabağa xüsusi bir status və ya müstəqillik vermək.

Buna görə ABŞ zirvəsindən heç bir şey çıxmayacaq. Atəşkəs qərarının olub-olmamasından asılı olmayaraq, düşünürəm ki, həm ABŞ, həm də Rusiya Dağlıq Qarabağ bölgəsində yaşayan erməniləri öz müqəddəratlarını təyinetmə hüququ çərçivəsində Azərbaycandan uzaqlaşdırmağa cəhd göstərərcək.

İşğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi qanuni hesab olunur. Ancaq əsl tələ Dağlıq Qarabağın statusu nə olacağıdır. Düşünürəm ki, həm ABŞ, həm Rusiya, həm də Fransa, öz müqəddəratını təyinetmə hüququ adı altında Dnestryanı və ya Abxaziyaya bənzər bir ssenari hazırlayıblar.

Minsk qrupu ölkələrinin razılığa gəldikləri məsələ Dağlıq Qarabağın və işğal olunmuş ətraf ərazilərin Azərbaycana məxsus olmasıdır. Ancaq problem bunu söyləməklə bitmir. Əsas diqqəti Dağlıq Qarabağın muxtar statusuna yönəldəcəklər və buradan daha böyük muxtariyyətə və ya qondarma Arsak Respublikasının tanınmasına gedən yol açılacaqdır.

- Türkiyənin reaksiyası əsasən nə olacaq?

- Türkiyə bu günə qədər BMT-nin qərarları çərçivəsində Dağlıq Qarabağ probleminə qarşı ədalətli bir şəkildə fikirlərini müdafiə edib. ATƏT-in Minsk Qrupu onların fəaliyyətinin Azərbaycan ərazisinə edilən hücumu və işğalın sona çatması üçün heç bir nəticə vermədiyini elan etdi. Türkiyə, əlbəttə ki, Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün beynəlxalq birliyin həyata keçirdiyi fəaliyyətlərdə fəal iştirak etmək istəyir. Buna görə də Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri kimi təmsil olunmaq istəyir. Türkiyənin Vaşinqton görüşünə reaksiyasını Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü açıqlayacaq. Hesab edirəm ki, Türkiyə əvvəllər də olduğu kimi Azərbaycanın ərazilərinin de-fakto işğalını və ya ölkənin gələcəyini təhlükəyə atamağı hədəfləyən qərarları qanuniləşdirməyəcək və qəbul etməyəcək.

- Müharibənin ilk həftəsində ABŞ susdu. Lakin Azərbaycan tərəfindəki müsbət irəliləyişlər, Rusiya ilə yaxınlaşma ABŞ-ı da narahat etdi. Bunun əsas səbəbi barədə nə düşünürsünüz?

ABŞ-da güclü erməni lobbisi fəaliyyət göstərir. Seçki öncəsi bu lobbinin Respublika Partiyası və Demokrat Partiyasına təzyiq etdiyini düşünürəm. Bir də bunu da nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ Dağlıq Qarabağ məsələsində meydanı boş qoymaq istəmir. Bilir ki, yaxından izləməsə, Cənubi Qafqazda Rusiyanın təsiri artacaqdır. Buna görə də məsələ ilə daha fəal məşğul olmaq istəyir. ABŞ-ın son cəhdini belə oxumaq lazımdır.

- Amerikanın münaqişəyə müdaxiləsi Rusiyanın Qafqazdakı nüfuzunun azalmasına işarə edirmi?

Baltikyanı ölkələri çıxmaqla keçmiş Sovet Respublikalarında  Rusiyanın hələ də güclü təsiri mövcuddur. Bunun bir gecədə bitəcəyini gözləmək mümkün deyil. Rusiya NATO-ya üzv olmaq istəyi ilə müraciət edən Gürcüstan və Ukraynaya müdaxilə etdi. Qərb isə sadəcə bu müdaxilə qarşısında çox da böyük təsirə malik olmayan sanskiyalarla kifayətləndi. Rusiya Qafqazı və Orta Asiyanı öz arxa bağı kimi görür.

Rusiya bu regionlarda öz gücunu qorumaq və bölgəyə gələn təhdidləri önləmək üçün Suriya v Liviya kimi cəbhələrə üz tutur. Əgər bu məsələyə baxmalıyıqsa xüsusilə Ermənistana, Rusiyanın bu ölkədə tam nüfuza malik olmasını və ya ABŞ ilə əvəzlənəcəyini gözləmək real görünmür. Rusiyanın Gümrüdə hərbi bazası və bütün Ermənistan boyu təxminən 6000 əsgəri var, bundan əlavə, burada baş məsləhətçiləri var. Rusiya indi Dağlıq Qarabağ statusunu gündəmə gətirməyi və bölgədəki münaqişənin davam etməsini təmin etməyi hədəfləyir. ABŞ-ın Ermənistana təsirinin qısa müddətdə güclənəcəyini düşünmək mənim üçün məntiqli görünmür. Diaspora ermənilərinin təzyiqlərinin ABŞ-ı daha aktiv olmağa sövq etdiyini söyləmək mümkündür.

Müsahibəni aldı: Elnur Ənvəroğlu
Tərcümə elədi: Ülvi Əhmədli
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Hamısı