Azərbaycan qərb ərazilərini də geri ala bilər özbək tarixçidən açıqlama

Müsahibələr 12:46 26.10.2020

Özbəkistan tarixçisi və publisisti Şuhrat Barlas, Eurasia Diary-yə eksklüziv müsahibəsində Qarabağın azad edilməsindən sonra, azərbaycanlıların 30 il ərzində Azərbaycan Respublikasına dəymiş iqtisadi, siyasi və mənəvi ziyana görə təzminat tələbi əsasında Zəngəzur və digər qərbi Azərbaycan torpaqlarını ala biləcəyini söylədi. 

Zəngilan azad edildikdən sonra erməni hərbi qüvvələri Naxçıvanla aramızda olan sərhədlərinə doğru geri çəkilməyə başladı. Bu məqamda ermənilər sərhəd dibində rus bayrağını qaldıraraq öz sərhədlərini qorumağa çalışdılar. Bunun səbəbi nə ilə izah edilə bilər?

- Əlbəttə əsəs səbəb qorxudur. Zatən bu ermənilərin qəflətə düşərək özlərinə aid heç bir ərazinin bu coğrafiyada mövcud olmadığını bir daha bu görüntü ilə isbatlamış olması deməkdir. Bilirsiniz, bu gün Azırbaycan hazırda öz torpaqlarını işğaldan azad etmək üçün tək başına mübarizə aparmaqdadır. Açıq aydındır ki, Azərbaycan ordusunun tərkib hissəsində ermənilərdən fərqli olaraq heç bir muzdlu əsgər qüvvəsi mövcud deyil. Lakin ermənilər bu gün əlləri çata bilən və ya bilməyən hər nə varsa korkoranə şəkildə istifadə etməkdən çəkinmirlər.

Bir tarixçi olaraq onu da əlavə etmək istərdim ki, ermənilərin tarixən heç bayraqları da mövcud olmayıb. Onlar sadəcə Qafqazdakı niyyətlərini tam açıq bəyan etməyən rusların bir aləti kimi istifadə olunmaqdadır. Bu səbəbdən də onlar qorxu və həyəcandan nə etdiklərini bilməyib dərhal öz idarəçilərinin masqasını düşürmək məcburiyyətində qaldılar. Lakin rusların Qafqazdakı tarixlər boyu Azərbaycan türklərinə olan ikibaşlı münasibətləri də gizlin deyildir. Bunun nəticəsi olaraq azərbaycan həmin tarixi ədalətsizliyin bədəlini bu gün hər kəsin gözü önündə ermənilərə ödətməkdədir.        

Qarabağ müharibəsi bitdikdən sonra XIX və XX əsrin əvvəllərindəki qaranlıq tarixə nəzər salınaraq Azərbaycan və Ermənistanın sərhədləri yenidən müzakirə oluna bilərmi?

- Ümumiyyətlə Azərbaycan dövlətini, eləcə də onun ordusunu sözdə erməni dövləti ilə müqayisə etmək düzgün deyil. Əgər Azərbaycan tərəfi qərar qəbul edib Naxçıvan və ya qədim qərb torpaqlarına doğru hərəkətə keçərsə Zəngəzuru və digər torpaqları bir ay içində geri ala bilər. Bu Azərbaycanın bir dövlət olaraq beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü yenidən tələb edə bilmək haqqıdır.

Lakin onu da qeyd edim ki, Ermənistan Qarabağ müharibəsinin sonunda sərhəd anlaşmasını pozarsa Azərbaycan ordusunun İrəvanı belə yerlə yeksan edə bilmək səlahiyyəti meydana gələ bilər. Təbii ki, Rusiyanın da bu məsələdə reaksiyası istisna deyil, lakin bunu artıq zaman göstərə bilər. 

Bilirik ki, Naxçıvan Azerbaycanı Türkiyəyə birləşdirən tək bir sərhəd qapısıdır. Qarabağ azad edildikden sonra Azərbaycan tərəfinin Naxçıvana birleşdirilməsi üçün Azerbaycan, eləcə də Türkiyə tərəfindən nə kimi addımlar atıla bilər?

- Əslində Azərbaycanın Ermenistana qarşı cəbhə açması zaman məsələsidir. Halbu ki, qanun nöqteyi nəzərindən baxdıqda BMT qətnaməsinin 51-ci maddəsinə görə Azərbaycan öz torpaqlarını qorumağa tam haqqi var. Ermənistan hazırda Azərbaycana qarşı müharibə başlatmaqda çox həvəslidir və bunu atəşkəsə rəğmən öz ərazisindən ardıcıl olaraq sivil əhali yaşayan bölgələri raket atəşinə tutmaqla bir daha bəyan etdi.  Belə bir vəziyyətdə təbii ki, Azərbaycan təmkinli davranaraq bütün diqqətini Qarabağa yönəltməli idi və bunu da etdi. Ermənistan tərəfi buna baxmayaraq hələ də sivil əhalini qətl etmək və ölkəyə ciddi ziyan vurmaqla Azərbaycanı müharibəyə təhrik etməkdə israrlıdır. Qeyd etmək istərdim ki, Ermənistanla bağlı olan bu məsələdə KTMT formatı da mövcuddur. Başda Qazaxıstan olmaqla Rusiya, Belarusiya və Qırğızıstan Ermenistanı KTMT üzvülüğünden çixarılma məsələsini gündəmə gətirə bilərlər.

Digər bir qanuni nöqteyi nəzərdən baxdıqda Qarabağ azad edildikden sonra, ermənilər işgal etdikləri torpaqlarda 30 ildən bəri Azərbaycan Respublikasına vurulan iqtisadi, siyasi və mənəvi zərərlərə görə təzminat davası əsasında Zəngəzuru və digər qərb torpaqlarını ala bilər. Bu məsələdə Azərbaycanın beynalxalq huquqşunasları xüsusi səylər göstərməlidir. Türkiyə isə bu məsələnin siyasi tərəfində, yəni masada aparıcı bir rol oynaya bilər. Çunki, bu gün artıq Azərbaycan öz tarixi torpaqlarını tələb etmək məsələsində güclü siyasi iradəyə, hərbi salahiyyətə və iqtisadi imkanlara malikdir. Təbii ki, siyasi güc olaraq Türkiyənin də rolu istisna edilmədən bunu zaman çərçivəsində Azərbaycan istədiyi an gerçəkləşdirə bilər.

Elnur Ənvəroğlu

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı