"Azərbaycan Niderland üçün vacib ölkədir" - Onno Kervers | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


"Azərbaycan Niderland üçün vacib ölkədir" - Onno Kervers

Müsahibələr A- A A+
Eurasia Diary Niderland Krallığının Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri cənab Onno Kervers ilə müsahibəni təqdim edir.
 
Qeyd edək ki, cənab Onno K. Azərbaycanda 2016-2019-cu illərdə səfir olub.
 
Müsahibə zamanı ölkələr arasında əməkdaşlıq, mədəni tədbirlər, yerinə yetirilən öhdəliklər və gələcək planlar müzakirə edildi.
 
Cənab Kerversin fikirlərini diqqətinizə çatdırırıq:
 
“Niderlanda qayıdıb Azərbaycanda diplomatik xidmətdə olduğum dörd ili nəzərdən keçirərək deyə bilərəm ki, həm peşəkar baxımdan, həm də şəxsi planda çox yaxşı vaxt keçirtdim.
 
Azərbaycan Niderland üçün vacib ölkədir və siyasi məsələlər, ticarət və iqtisadiyyat, yaxşı idarəetmə, insan hüquqları və mədəni fəaliyyətlərdə çox yaxşı diplomatik əməkdaşlığımız var. Bu sahələrin hamısında əlaqələrimizi uğurla dərinləşdirdik və nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrimizi, kənd təsərrüfatı sektorunda, eləcə də qızların, qadınların hüquqlarının qorunması və gender məsələləri ilə bağlı UNFPA və UNICEF ilə əməkdaşlığımızı və Mədəniyyət sahəsində də fəal əməkdaşlığı, məsələn: foto sərgilər, Bakı Caz Festivalında iştirak edən holland musiqiçilərinin çıxışlarını vurğulamaq istərdim.
 
Bu nailiyyətlərdən həqiqətən məmnunam və əminəm ki, varisim səfir Pauline Eisemann (Niderlandın Azərbaycandakı hazırkı səfiri) əməkdaşlıq sahələrində əlaqələrimizi inkişaf etdirəcək və daha da genişləndirəcək.
 
Azərbaycanda çoxlu dostlar qazanmışam. Əminəm ki, Covid-19 pandemiyası bitdikdən və hava nəqliyyatının işi nisbətən normallaşarsa, nə vaxtsa Bakıya qayıdacağam. Məsələn, İçəri Şəhərdəki və Qafqaz dağlarındakı ofisimizdən aydın görünən Xəzər dənizi, ancaq daha çox azad və demokratik Azərbaycanda sülh və firavanlıq arzuladığım mehriban və qonaqpərvər Azərbaycan xalqı üçün çox darıxıram", o dedi.
 
Qeyd: Onno Kervers, Leiden Universitetində beynəlxalq hüquq təhsili alıb. Sonra xarici siyasət sahəsində çalışıb. 36 illik təcrübəyə malik peşəkar diplomatdır. Azərbaycan diplomatik xidmət fəaliyyətində 12-ci məkandır və Venesueladan sonra səfir kimi çalışdığı ikinci ölkədir. Foto sənəti ilə maraqlanır. 10 dekabr 2017-ci il tarixində Bakıda fərdi foto sərgisi keçirilib.
 
Müsahibəni aldı: Cəmilə Çebotareva
 
Tərcümə etdi: Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...