Prezidentin köməkçisi “Əl-Cəzirə” kanalına müsahibə verib - VİDEO | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


Prezidentin köməkçisi “Əl-Cəzirə” kanalına müsahibə verib - VİDEO

Müsahibələr A- A A+
Azərbaycan Vətən Müharibəsi 27 sentyabr tarixindən başlayaraq mütəmadi olaraq "Əl-Cəzirə" TV tərəfindən işıqlandırılır, baş verənlər dünya ictimaiyyətinə çatdırılır.
 
Eurasia Diary xəbər verir ki, uzun illərdir, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlıq etdiyi "Əl-Cəzirə" televiziyası Vətən Müharibəsinin ilk günlərindən bu vaxtadək 100 dən yuxarı reportaj, canlı yayımlar, süjetlər hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edib. Ötən gün beynəlxalq və yerli media qurumları Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinə və Füzuli şəhərinə səfər ediblər. Səfərin təşəbbüsçüsü Azərbaycan Respublikası Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Cəzirə”yə ekskluziv müsahibə verib. 
 
Eurasia Diary müsahibəni oxuculara təqdim edir:
 
- Füzuliyə təxminən 27 ildən sonra girirsiniz. Genişmiqyaslı dağıntılar var. Planlarınız nədir?
 
- Həqiqətən də dağıntıları görmək mümkündür. Bu, Ermənistan tərəfindən şəhərə qarşı törədilən vandalizmdir. Füzuli işğaldan əvvəl Azərbaycanın çiçəklənən şəhərlərindən biri idi. Azərbaycan artıq şəhərsalma və şəhər planlaşdırma prosesinə başlayıb. Beləliklə, Füzuli inşa edildikdən sonra məcburi köçkün əhalini Füzuliyə və Azərbaycanın işğal olunmuş digər ərazilərinə qaytaracağıq. Beynəlxalq ictimaiyyət bir daha Ermənistanın törətdiyi dağıntılar ilə Azərbaycanın quruculuğu arasındakı fərqi görəcək. Ancaq əlbəttə ki, Ermənistan dövlət olaraq müharibə cinayəti sayılan bu cür hərəkətlərinə görə məsuliyyət daşıyır, insanlığa qarşı cinayətləri vandalizm siyasətini ehtiva edir. Aparılan dəyərləndirmələrə əsasən, əlbəttə ki, beynəlxalq məhkəmələr də daxil olmaqla beynəlxalq qurumlara müraciət etməyə davam edəcəyik.
 
- Azərbaycan tərəfindən türk sülhməramlılarının da bölgəyə yerləşdirilməsi tələb edilir. Lakin onların harada olacağı, neçə nəfərin yerləşdiriləcəyi barədə qərar verilməyib. Bəs bu qədər həll edilməmiş məsələlərlə yanaşı məcburi köçkünlərin bu ərazilərə qayıtması haqda nə deyə bilərsiniz?
 
- Əslində, məcburi köçkünlərin qaytarılması dərhal baş verməyəcək. Görüləsi çox iş var. Burada heç bir infrastruktur qalmayıb. Burada salamat bina qalmayıb. Bütün ərazilər mina və partlamamış hərbi sursatlarla korlanıb. Hər şey məhv edilib. Bu səbəbdən də Azərbaycan bu sahələrdə yeni bərpa etmə və quruculuq siyasətinə başlamalıdır. Rus sülhməramlıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilib. Türk sülhməramlılarına gəldikdə isə, onlar monitorinq sisteminin iştirakçısıdır və hazırda parametrlər müzakirə mərhələsindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...