Türk kimliyinin oyanması və Cənubi Azərbaycanın potensialı İranı narahat edir ekspert

Müsahibələr 11:18 15.12.2020

İran Xarici İşlər naziri Cavad Zərifin Türkiyə Prezidenti Ərdoğanın Bakıdakı qələbə paradında Laçınla bağlı söylədiyi şerə etirazı ilə yaranmış kiçik diplomatik qalmaqal həll edilsə də diqqət çəkdi. Məsələ ilə bağlı Eurasia Diary TÜRPAV-ın beynəlxalq münasibətlər üzrə eksperti Doğacan Başarandan müsahibə alıb.

C. Zərif yazdığı tvitdə Araz çayından şimalda olan torpaqların "ana vətən İran"-dan zorla ayrıldığını bildirib. Məlumdur ki, Azərbaycan 1828-ci ildə Türkmənçay sülh müqaviləsi ilə Rusiya və İran arasında bölünmüşdü. (Şimali və Cənubi Azərbaycanda farslar deyil, Azərbaycan türkləri yaşayır). Rəsmi Tehranın bu açıqlaması nə məqsəd daşıyır və ya hansı mesajı verir?

- İran Dağlıq Qarabağdakı ərazilərin azad edilməsi əməliyyatı zamanı ilk mərhələdə Ermənistanı dəstəkləmişdi. Lakin Cənubi Azərbaycan türklərinin reaksiyalarından sonra İranın Azərbaycanı dəstəkləyən açıqlamalar verdiyini xatırlamaq lazımdır. Həmçinin, Tehran Dağlıq Qarabağı Əhl-i Beyt torpağı kimi müəyyən edib. Bu məsələ Azərbaycana dəstək bəyanatında yer alsa da, eyni zamanda İranın bu coğrafiya ilə bağlı başqa xəyallar qurduğuna işarə edirdi. Əslində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən qələbə paradında oxuduğu Laçına vurğu edən şeirin İranda yaratdığı reaksiya Tehranın Dağlıq Qarabağ probleminin Azərbaycanın lehinə həllindən duyduğu narahatlığı bir daha ortaya qoydu. Çünki İran Ərdoğanın şeirində başqa bir niyyət axtararaq şişirdilmiş reaksiya göstərdi və böhrana səbəb olaraq Bakıdakı zəfər mərasiminə kölgə salmağa çalışdı. Nəhayət, Araz çayının şimalındakı torpaqların 1828-ci il Türkmənçay müqaviləsi nəticəsində "ana vətən İran"-dan ayrıldığı ifadəsi, Tehranın gerçəklikdən nə qədər uzaq olduğunu göstərmiş oldu. Həqiqətdə isə, İran Xarici İşlər naziri, Prezident Ərdoğanın fikirlərini təhrif edərək İranın ərazi bütövlüyünə hörmətsizlik etməkdə günahlandıraraq, Şimali Azərbaycanın "ana vətən İran"-dan ayrıldığını iddia edərək müstəqil Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdi.

İran üçün bu mövzunun bu qədər həssas olmasının səbəbi nədir? Şimali Azərbaycan kimi Cənubi Azərbaycanın da müstəqillik qazanması hansı halda mümkündür?

- İranın reaksiyası ölkənin demoqrafik baxımdan etnik quruluşunun mürəkkəbliyindən qaynaqlanır. Çox sayda etnik qrupların arasında Cənubi Azərbaycan türkləri ölkədəki ən vacib qrup kimi diqqət çəkirlər. Buna görə Cənubi Azərbaycanda inkişaf edə biləcək millətçi hərəkatlar İranın qorxulu yuxusu olar. Bundan əlavə, İrana qarşı sanksiyalar tətbiq edilərkən, ölkədə yoxsulluq artarkən, korrupsiya  və bir çox başqa problemlər yaşanarkən səssiz qalan Cənubi Azərbaycan türkləri, Tehran rəhbərliyini Dağlıq Qarabağla bağlı tənqid etməkdən çəkinmirdilər və Türk kimliyinə üstünlük verdikləri müşahidə edilirdi. Bu mənada Azərbaycanın qələbəsi Azərbaycan hüdudlarından kənarda İranda da əks-səda doğurdu və türk kimliyinin möhkəmlənməsində mühüm rol oynadı. Bu səbəbdən Cənubi Azərbaycanı zəif yeri kimi görən İran, şişirdilmiş reaksiyalar verərək bölgədə inkişaf edə biləcək millətçi-istiqlal hərəkatlarını cilovlamağa çalışır. Ancaq indiki konyunkturada Cənubi Azərbaycanın müstəqilliyi məsələsi müzakirə mövzusu deyil. Cənubi Azərbaycan türklərindən bəziləri şiə kimliyi səbəbilə rejimə mənsub olduqlarını hiss edir, bəziləri ölkənin İranın ərazi bütövlüyü çərçivəsində demokratikləşməli olduğu fikrini müdafiə edir, bəziləri öz müqəddəratını təyinetmə hüququnu gündəmə gətirir və ayrılma yolu ilə ya da "Bütöv Azərbaycan" yaradılması yolu ilə müstəqil dövlət qurmaq və ya Azərbaycana birləşmək kimi fikirləri müdafiə edir. Bu səbəbdən Cənubi Azərbaycan türklərinin tələblərinin eynicinsli olmadığını söyləmək olar. Bununla yanaşı, bütün İran türklüyü, xüsusilə də dil və mədəniyyət kimi vacib mövzulardakı iddialarında həmfikirdirlər. Bu mənzərə Cənubi Azərbaycanın müstəqil bir dövlət olması üçün konyunkturanın mövcud olmadığını göstərir. Eyni zamanda, bölgədəki Türk kimliyinin oyanması və Cənubi Azərbaycan türklərinin potensialı İranı narahat edir və Tehranın gerçəklikdən uzaq reaksiyaları da bu narahatlıqdan qaynaqlanır.

 İran Qarabağ münaqişəsinin həllini necə görmək istəyirdi?

- İran ziddiyyətli olaraq, əvvəl Dağlıq Qarabağdakı işğala son qoyulmasını istədiyini bildirsə də, faktiki olaraq Ermənistanı və işğalın davam etməsini dəstəklədi. Bunun  bir neçə səbəbi var idi. Birincisi, İran güclü və müstəqil bir Azərbaycanın Cənubdakı türklərə həm türk kimliyi, həm də dünyəvi quruluş baxımından nümunə olacağından narahat idi. İkincisi, İran işğal səbəbindən Türk Dünyası arasında əlaqənin qopduğunu düşünürdü. Üçüncüsü, İran Azərbaycanın İsrail ilə münasibətlərindən narahatdır. Bütün bu səbəblərdən dolayı işğalın davamlı olması Tehran rəhbərliyi üçün  ən məqbul variant kimi qəbul edildi. Bu səbəbdən İran müharibə dövründə Ermənistana göndərilən yardımların öz torpaqları vasitəsilə ötürülməsinə göz yumdu. Lakin Azərbaycan Ordusu ədalətli qələbə qazandı. Bu, açıq şəkildə bildirilməsə də, Tehranda narahatlığa səbəb oldu. Əslində sözügedən narahatlıq, Ərdoğanı tənqid etməklə Bakıda keçirilən qələbə paradına kölgə salmaq cəhdində açıq şəkildə görüldü. Bundan əlavə, İran Prezidenti yanında Strateji Araşdırmalar şöbəsinin müdiri Hosseini, "Qarabağ müharibəsində Ermənistanı tam dəstəkləməli idik" deyərək İranın məyusluğunu qısa şəkildə ifadə etmişdir.

Münaqişənin həlli İran üçün hansı müsbət və mənfi nəticələri doğurdu?

- Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı qələbəsində İran üçün hər hansı bir qazanc olduğunu söyləmək mümkün deyil. Ancaq bu qələbədən sonra İran üçün parçalanma riskini də gətirə bilən türklüyün güclənməsi kimi bir vəziyyətlə qarşılaşıb. İndiki vəziyyətdə güclü Azərbaycanın həm türk kimliyinə görə İran türklərinə, həm də dünyəvi quruluşuna görə bütün iranlılara nümunə ola biləcəyi anlaşılır. Bu, İrandakı quruluşuı narahat edir. Eyni zamanda Türkiyə-Azərbaycan dostluğu zəfər səbəbilə möhkəmlənmiş və Cənubi Qafqazda İranın nüfuzu zəifləmişdir.

Geosiyasi cəhətdən İranın Qafqazda təsir gücünü Rusiya və Türkiyənin xeyrinə itirməsi gələcək perspektivdə onun üçün nə vəd edir?

- Müharibə zamanı İran vasitəçilik etmək istədi və hansısa formada Cənubi Qafqazdakı proseslərin aparıcı aktorlarından biri olmaq istədi. Ancaq İranın bölgədə olması üçün ağlabatan bir səbəb yox idi. Əslində İran masadan kənarda qaldı. Hazırda Azərbaycanda sabitliyi qorumaq üçün Türkiyə əsgərləri burada yerləşdirilib. Bundan əlavə, Rusiya atəşkəsin bərpası səbəbindən bölgədə qoşunlarını yerləşdirib. Bu, Cənubi Qafqazda, Türkiyə və Rusiyanın böhranlar zamanı mühüm rol oynadıqlarını göstərir. Başqa sözlə, bu prosesdə bölgədə nüfuzu artan aktorlar Ankara və Moskvadır. Digər tərəfdən, Tehran bura daxil deyil. Bu o deməkdir ki, İran Qafqazda gücünü, səmərəliliyini və nüfuzunu ciddi şəkildə itirdi.

Müsahibəni aldı və tərcümə etdi: Gülnar Səlimova

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı

Xəbər xətti

Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Hamısı