Viza və pasport rejiminin ləğvinə dair razılaşma Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı etimadın səviyyəsini göstərir Ekspert

Müsahibələr 16:00 17.12.2020

Dekabrın 10-da Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində erməni işğalçı qüvvələri üzərində qələbəsi münasibətilə Bakıda böyük parad keçirildi. Parada Türkiyə Prezidenti və Türkiyənin əsgər heyəti də qatıldı. Bundan sonra Azərbaycan və Türkiyə arasında qardaşlıq əməkdaşlığının möhkəmləndirilməsi üçün yeni imkanların açılmasına yönəlmiş mühüm sənədlərin imzalanma mərasimi təşkil edildi.

Eurasia Diary, Türkiyə ilə Azərbaycan arasındakı diplomatik münasibətlərin perspektivləri barədə TRT Dünya Araşdırmalar Mərkəzinin tədqiqatçısı Turan Qafarlı ilə müsahibə aparıb.

- Sizcə, Ankaranın İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinə verdiyi töhvə Türkiyənin Cənubi Qafqaz bölgəsində yeni geosiyasi aktor olmasına səbəb oldu?

- Hesab edirəm ki, Türkiyə həmişə Cənubi Qafqazda aktor olub. Ancaq indi yeni reallıq yaranıb. Türkiyə Azərbaycanı əvvəlki illərdən fərqli şəkildə və daha yaxşı yanaşma ilə dəstəklədi. Həqiqətən də, Türkiyənin dəstəyi sərhədsiz idi, lakin daha çox diplomatik dəstəyə söykənirdi. Ankara Ermənistanı dəstəkləyən Rusiyaya qarşı tarazlaşdırıcı rol oynayacaq və inşallah Türkiyənin rolu gözlənildiyindən daha artıq olacaq. İstənilən halda, Türkiyə bir əsrdən sonra yenidən bölgədəki proseslərin fəal iştirakçısına çevrilib və indi Azərbaycan özünü hər zamankindən daha təhlükəsiz hiss edə bilər.

- Türkiyə və Azərbaycan hökumətləri tərəfindən imzalanan sənədlərə görə, türk şirkətləri azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcəklər. Türk şirkətlərinin Qarabağdakı bərpa proseslərindəki iştirakında potensial rolunu necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, Türkiyə şirkətləri münaqişə sonrası yenidənqurma işində mühüm rol oynayacaq. Erməni işğalı nəticəsində Azərbaycanın şəhər və kəndləri dağıntılara məruz qalıb. İndi ölkə, qaçqınlar həmin ərazilərə qayıtmazdan əvvəl bölgəni bərpa etmək üçün infrastruktur şirkətləri ilə birlikdə çalışmalıdır. Buna görə bu vəziyyətdə Türkiyə təcrübəsindən və keyfiyyətindən yararlanmaq olduqca vacibdir. Digər tərəfdən, Türkiyə ilə biznes əlaqələrini inkişaf etdirmək üçün yaxşı imkandır. Noyabrda Türk Dünyasının, xüsusən Türkiyənin iş adamları, Türk Şurasının koordinasiyası ilə Bakıya gəldilər. Bu səbəbdən bu layihələrin yaxın gələcəkdə daha böyük naliyyətlərə yol açacağını düşünürəm.

- Bilirsiniz ki, Türkiyə və Azərbaycan Xarici İşlər nazirləri tərəfindən imzalanan vacib sənədlərdən biri də viza və pasport rejiminin ləğvi və hər iki tərəfin vətəndaşlarına səyahət zamanı şəxsiyyət vəsiqələrindən istifadə etməsi ilə bağlıdır. Bu addımın Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün əsas hədəf olacağını düşünürsünüzmü?

- Bu razılaşma qarşılıqlı etimadın səviyyəsini göstərən mühüm amildir. Türkiyə vətəndaşları şəxsiyyət vəsiqələri ilə artıq bəzi ölkələrə səyahət edə bilirlər, buna Ukraynanı nümunə göstərmək olar. Buna görə də, nəhayət, Azərbaycanla eyni etimadın qurulması müstəsna əhəmiyyət kəsb edir. Bunu gömrük, ticarət və turizm sahələrində daha geniş iqtisadi əməkdaşlıqla davam etdirmək olar. Həmçinin bu ideoloji baxımdan vacibdir. Müasir tarixdə ilk dəfə Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı təmasları bu cür asan şəkildə həyata keçirəcəklər. Bu, məsafə baxımdan adi vətəndaşlar və xüsusilə də Naxçıvan azərbaycanlıları üçün geniş imkanlar yaradacaq. Ümumilikdə Azərbaycandan Naxçıvana yeni dəhlizin nəzərdə tutulması və Bakı-Tbilisi-Qars kimi infrastruktur layihələri Azərbaycan və Türkiyəni əvvəllər heç olmadığı kimi bir araya gətirəcək.

- Türkiyə və Azərbaycan rəsmiləri, həmçinin iki ölkə arasında media sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunu imzaladılar. Ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın media qurumları arasındakı qarşılıqlı əlaqələri necə qiymətləndirirsiniz?

- Qarabağ müharibəsinin, xüsusən də Türkiyə mediasında işıqlandırılması bizə bir millətin mövqeyini dünyaya çatdırmaq üçün medianın nə qədər vacib olduğunu göstərdi. Türkiyə mediasının münaqişə dövründəki rolu danılmazdır. Bu Anlaşma Memorandumu bu əlaqələrin inkişafına kömək edəcəkdir. Bundan əlavə, bu, Azərbaycan mediasının türk həmkarları ilə birlikdə çalışaraq özünü inkişaf etdirməsinə kömək edəcək. Digər tərəfdən, Türkiyə mediasında mümkün anti-Azərbaycan mövqeyini tənzimləyəcək. Beləliklə, reallığa çevrilmiş fantastik bir fürsətdir. Ümumilikdə, Azərbaycan bu Anlaşma Memorandumundan çox şey qazana bilər və Türk media konqlomeratlarının və TRT ictimai yayım şirkətinin peşəkarlığından nümunə götürə bilər.

- Azərbaycan və Türkiyə hökumətləri, işğaldan azad edilmiş ərazilərdən keçərək Ermənistan ərazisindən Naxçıvana və oradan İğdıra gedən yeni qaz kəmərinin inşasını müzakirə edirlər. Sizcə, Ermənistanla Azərbaycan arasında dayanıqlı barışıq prosesi olmadığı halda bunu necə həyata keçirmək olar?

- Sözügedən boru kəməri bu ilin əvvəlində planlaşdırılır və yayda tender elan ediləcək. Əslində boru kəməri yeni dəhlizdən keçməyəcək və bunun Ermənistanla heç bir əlaqəsi yoxdur. Bu, Naxçıvanın İran qazından asılılığını azaldacaq. Beləliklə, Azərbaycandan Türkiyəyə TANAP və digər boru kəmərləri ilə göndərilən Azərbaycan qazı yeni tikilən İğdır-Naxçıvan boru kəmərindən Naxçıvana da yönəldiləcək.

Müsahibəni aldı: Yunis Abdullayev

Tərcümə etdi: Gülnar Səlimova

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
Hamısı