Erməni əsgərləri "ay ana" deyib qaçanda, bizlər də "Allah" deyib üstlərinə gedirdik Xüsusi təyinatlı

Müsahibələr 17:33 18.12.2020

İkinci Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin tam qələbəsi ilə başa çatdı. 44 gün ərzində Azərbaycan Ordusu düşmən ordusunu həm texniki, həm canlı qüvvə cəhətdən darmadağın etdi. Ordumuz düşməni elə məhv etdi ki, bir daha yenidən özünə gəlməsi qeyri-mümkündür.

44 günlük müharibə Azərbaycan xalqının tarixində şərəfli bir dövrdür və bundan sonra da belə olacaq. Əlbəttə, bu şərəfli tarixi yazan Vətən müharibəsində vuruşan əsgərlərimiz və canını fəda edən şəhidlərimizdir. Məhz əsgərlərimizin və şəhidlərimizin sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Qarabağın işğaldan azad edilməsi üçün Vətən müharibəsində döyüşən qəhrəman əsgərlərimizdən biri də Kərimov Orxan Eyyub oğludur.

K. Orxan "Eurasia Diary" analitik informasiya portalına öz döyüş yolundan, döyüş yoldaşlarından, əsgərlərimizin rəşadətindən və uğurlarından, ən əsası da dövlətimizin və xalqımızın orduya olan dəstəyi barədə müsahibə verib.

İlk növbədə qeyd edək ki, K. Orxan Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. 2016-ci ilin aprel ayında Lələtəpə istiqamətində aparılan döyüşlərdə iştirak edib və bu döyüşlərdə qrup komandiri olub. Aprel döyüşlərində başından qəlpə yarası aldığı üçün ehtiyata buraxılmışdır.

Lakin qəlpə yarası almasına baxmayaraq, Orxana 44 günlük Vətən müharibəsində də döyüşmək qismət oldu. O, bu müharibədə Suqovuşan, Füzuli və Zəngilan istiqamətlərində aparılan döyüşlərdə iştirak edib. Suqovuşan və Füzuli döyüşlərində uğurla iştirak edən xüsusi təyinatlı K.Orxan Zəngilan döyüşlərində yenidən yaralandı. Onun sözlərinə görə, həm qolundan, həm də qulağından qəlpə yarası alıb.

İkinci Vətən müharibəsində yarıqrup komandiri olan K. Orxan əvvəlcə xüsusi təyinatlılarımızın hücumundan və ruh yüksəkliyindən məlumat verib.

“Bizim əsgərlər əsasən gecələr hücuma keçirdi, çünki oralar açıq oduğu üçün səhərlər görünmək təhlükəsi var idi. Yayda elədir ki, ağaclıq və meşəlik olduğu üçün görsənməyə bilərsən. Amma bu qışda qeyri-mümkündür. O ki, qaldı əsgərlərimizdəki ruh yüksəkliyinə, bunu sözdə ifadə etmək olmur. Çox sağ olsun Ali Baş Komandamız və Prezidentimiz İlham Əliyev ki, hər çıxışında bizə dəstək olurdu. Prezidentin sözləri bizdə ruh yüksəkliyini daha da artırırdı. Komandirlərimiz və yüksək rütbəli şəxslər də bizə bu işdə kömək olurdu. Xalqın bizə göstərdiyi dəstək və qayğı daha da böyükdür. Yemək və çörəkdən tutmuş hər təminata qədər bizə dəstək olunurdu. Dildə bunları ifadə etmək qeyri-mümkündür. Əsgərlərimiz, zabitlərimiz və gizirlərimizdə olan ruh yüksəkliyi inanmıram başqa dövlətlərdə olsun”.

Xüsusi təyinatlımız erməni səngərlərinin möhkəmliyi barədə gəzən söz-söhbətə də aydınlıq gətirib.

“Düşmən səngərləri deyəndə ki, ora səngər demək olmaz.. Üzr istəyirəm ifadəmə görə, bizim həyətdə it saxladığımız dam onların səngərlərindən daha yaxşı idi. Adicə qumu qazıb özlərinə səngər düzəltmişdilər.  Aprel döyüşlərində buna şahid olmuşam. Özləri də bilirdilər ki, bu torpaqlar onların deyil. Bu torpaqların yiyəsi var. Döyüşə başlamamazdan qabaq əməliyyat planı qurulurdu. Sonra plana əsasən, erməni səngərlərini müharisəyə salırdıq və özləri təslim olurdular. Özləri silahlarını atıb qaçırdılar. Onlar "ay ana" deyib qaçanda, bizlər də "Allah" deyib üstlərinə gedirdik”.

Xüsusi Təyinatlılarımızın rəşadətindən söhbət açan Orxan erməni əsgərlərinin ordumuzun qabağında dayana bilmədiklərini və qorxaqcasına geri çəkildiklərini də dilə gətirib.

“Xüsusi Təyinatlılarımız hücuma keçərkən vahiməli səsləri olurdu. Onlar bir gülləni belə boşa istifadə etməzlər. Çünki, bir güllə bir düşmən məhv etmək deməkdir. Bizim vahiməli səsimiz gələndə və ermənilərin üstünə gedəndə, onlar tez başa düşürdülər ki, xüsusi təyinatlılar gəlir. O saat silahlarını atıb qaçırdılar və ya təslim olurdular”.

Orxan döyüşlərdə əsgərlərimizin heç bir çətinliklə üzləşmədiyini qeyd edib.

“Heç bir çətinliyimiz olmayıb. Çətinliyimiz ancaq hava şəraiti olub. Sağ olsun dövlətimiz, ordumuz və prezidentimiz maddi və mənəvi cəhətdən bizə hər bir köməklik göstərirdi. Forma, çəkmə və adi coraba qədər təmin olunurduq”.

Orxanın 44 günlük müharibədə ən yaxın üç dostu şəhid olub. O qeyd etdi ki, həyatda heç kimə etibar eləmədiyin halda öz əsgər yoldaşına etibar eləyə bilərsən.

“Xüsusi Təyinatlılarda elədir ki, ən yaxın dostların sənin ikinci ailəndir. İstər 8 nəfərlik, istərsə də 12 nəfərlik qrupda əsgərlərin bir-birilərinə qarşı arxayınlıq hissləri var. Yəni döyüşdə arxanda əsgər yoldaşın durubsa səni heç kəs vura bilməz. Çünki kürəyini ona söykəyirsən”.

Orxan, gözünün qarşısında əsgər yoldaşlarının şəhid olmasının çətin hisslər olduğunu bildirib.

“İki əsgər dostum mənim qollarımda canını tapşırdı. Şəhidlik və şəhadət hər insana qismət olmur. Özləri də deyirdilər ki, biz şəhid olacağıq. Axrıncı əməliyyatda halallaşdıq. Onu deyim ki, biz heç vaxt halallaşmırdıq. Bilirdik ki, gedib qayıdacağıq. Biz ölməyə yox, öldürməyə gedirik”.

Füzuli istiqamətində döyüşlər nə qədər ağır olsa da, Azərbaycan Ordusu müvəffəqiyyətlə erməni qüvvələrinin müqavimətini dəf edə bildi. Füzulidə düşmən ordusunun darmadağın olunmasında xüsusi təyinatlılarımızın da böyük rolu olub. Orxan həmin istiqamətdə iştirak etdiyi əməliyyat barədə ətraflı məlumat verib.

Maraqlı məqamlara toxunan Orxan bildirib ki, üzbəüz döyüşdə Azərbaycan Xüsusi Təyinatlıları Ermənistan Xüsusi Təyinatlılarını 5 dəqiqə ərzində məhv edib.

“Füzuli istiqamətində əməliyyat keçirdik. 12 nəfərlik qrupdan ibarət idik. Döyüşdə ermənilərin xüsusi təyinatlıları ilə üzbəüz gəldik. Onlar hazır vəziyyətdə bizi gözləyirdilər. Onların sayı 30-dan yuxarı idi. Biz onlarla 4-5 dəqiqə vuruşduq. Bizim vahiməli səsimizdən və atışımızdan bildilər ki, biz xüsusi təyinatlıyıq. Biz erməniləri elə günə qoyduq ki, onların kapitani ağ parçanı cırıb ağ bayraq qaldırdı. Bizim xüsusi təyinatlılarımızın qəhramanlığı dünyada dillər əzbəri oldu. Tək xüsusi təyinatlılarımız deyil, ordumuz da, topçularımız da və qradçılarımız da dillər əzbəri oldu. Xüsusi təyinatlılarımız həm Aprel döyüşlərində, həm də 44 günlük müharibədə tarix yazdılar”.

Azərbaycan Xüsusi Təyinatlılarının uğurlarından danışan Orxan Kərimov sonda vətənin və Qarabağın onun üçün böyük əhəmiyyət daşıdığını da vurğuladı.

“Necə ailə və valideynlərimiz bizim üçün müqəddəsdirsə, vətən də o qədər müqəddəsdir. Vətən və Qarabağ da bizim üçün anadır. Anadan o tərəfə heç bir şey yoxdur”.

Müsahibəni aldı: Yunis Abdullayev

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Hamısı