Rusiyanın bir ildə Qarabağda atacağı addımlar növbəti iyirmi il üçün Azərbaycanla bağlı siyasətini müəyyənləşdirəcək Ekspert

Müsahibələr 17:42 21.12.2020

Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Qarabağ ətrafındakı vəziyyətlə bağlı yeni fikirlər səsləndirdi. Məsələ ilə bağlı “Eurasia Diary” politoloq Engin Özerdən müsahibə alıb.

V. Putin illik mətbuat konfransında qeyd edib ki, Qarabağın statusu indi dəyişməz qalmalı, onun müəyyən edilməsi məsələsini isə gələcəkdə həll etmək lazımdır.  Rusiyanın Qarabağ üçün planladığı status hansıdır?

- Təkcə Putin deyil, Lavrov da statusun dəyişməməli olduğunu vurğulayır. Bunu deyərkən, oradakı “dövlət strukturu”nu, beynəlxalq hüquqla tanınmayan “DQR”i nəzərdə tuturlar. Rusiya sülhməramlıları Dnestryanı Moldova Respublikası kimi, bu tanınmayan bölgədə də idarəetmənin mövcud olduğu, lakin diplomatik əlaqələrin qurulmadığı modeli davam etdirmək istəyirlər. Ancaq bu elə də mümkün görünmür. Çünki Rusiya Azərbaycanla birlikdə sənədə imza ataraq bu bölgəyə daxil oldu. Lakin Moldovadakı vəziyyət bir az fərqlidir. Bu səbəbdən onların söylədiyi sistemin olması şansı elə də böyük deyil. Düşünürəm bu fikir bu gün üçün söylənib və Rusiya tərəfdən irəlidə dəyişəcək. Rusiya bölgədəki mövcudluğunu ermənilərə izah edə bilmək və oradakı ermənilərin təqdirini qazanmaq üçün bu cür açıqlamalar verir. Bunlar çox da inandırıcı deyil və müəyyən zaman kəsiyindən sonra dəyişəcək.

Qarabağda atəşkəsin təmin edilməsi hansı formada təmin edilməlidir?

- Nə qədər sərt səslənsə də, əgər Paşinyan hakimiyyətdə qalmasa bölgədəki atəşkəsi qoruyub saxlamaq çətin olacaq. Burada Türkiyənin üzərinə daha böyük vəzifə düşür. Əgər bölgədə sülhün davamlılığı təmin edilərsə Türkiyə Ermənistanla bütün ticarət yollarını və insanların hərəkətini sərbəstləşdirmək və viza rejiminin ləğvi kimi liberallaşdırma istiqamətində addımlar atacaq. Sülh bu cür təmin edilə bilər. Ermənistanda iqtisadi rifah olmadığı müddətcə Fransa və digər üçüncü ölkələrin dəstəyilə bu cür təxribatlara cəhd edəcək. Çünki Ermənistanın dünya ilə əlaqəsi kəsilmiş, izolyasiya vəziyyətindədir. Bu müddətin davam etdirilə bilməsi Türkiyədən asılı olacaq. İndiki vəziyyətdə Paşinyanın üç-dörd il daha hakimiyyətdə qalması Türkiyə və Azərbaycan üçün və hətta regionda sülhün təminatı baxımdan sərfəlidir.

Rusiya prezidenti Hadrutda atəşkəsin pozulması halı ilə bağlı bildirib ki, danışıqlar prosesi başlamalıdır. Sözügedən danışıqlar prosesi nəyə hesablanıb və hansı nəticələri ola bilər?

- Kreml tərəfdən fikir dəyişikliyi var. Azərbaycan daxilində Rusiya sülhməramlıların müəyyən müddətdə qalmasına dair razılaşma əldə olunub. Lakin Rusiya sülhün davamlılığı və qorunması üçün buradadır. Bunun necə təmin olunması isə Azərbaycan və Ermənistandan asılıdır. Bu cür fikirlər Azərbaycan-Rusiya əlaqələrinə zərər verəcək. Atəşkəsin davamlılığı Azərbaycandakı sabitliklə bağlı məsələdir və bu andan etibarən Ermənistanla da əlaqəli deyil. Lakin Rusiyanın son dövrdəki mövqeyi şübhə yaradır və buna aydınlıq gətirilməlidir.

Ümumiyyətlə isə Rusiyanın indiki xarici siyasətində Qarabağda atacağı addımlara diqqət yetirərək Azərbaycanla bağlı önümüzdəki 20 illik siyasətini 1 il ərzində görə biləcəyik. Rusiya üçün Cənubi Qafqaz siyasəti regionda təsirini təmamilə itirməsi ya da qarşılıqlı faydalılığa əsaslanan münasibətlər kimi yeni bir dövr olacaq. Bunu önümüzdəki bir ildə anlayacağıq.

Putinin sülhməramlıların sayını artırmaq ehtimalını dilə gətirməsinin səbəbi nədir?

- Sülhməramlıların sayı yalnız Azərbaycan və Ermənistanın razılığı ilə artırıla bilər. Ərazidə çoxlu sayda minalar var. Azərbaycan dəstəkləyərsə bu mümkündür.

Qarabağ münaqişəsinin hazırki nizamlanması, ayrı-ayrı ölkələrin maraqları baxımdan deyil, ümumilikdə regionun inkişafı baxımdan ən məqbul həllinə nə qədər yaxındır?

- Dünya təcrübəsi göstərir ki, Qarabağ Azərbaycanın muxtar vilayəti olaraq daxili savaşı kimi götürülərsə və daxili münaqişə yaşanan bölgələrdə sonradan sülhün hansı şəkildə təmin olunduğuna baxsaq, Bosniya buna yaxşı nümunə ola bilər. Bosniyada daxili savaşdan sonra çox böyük qətliamlar olmasına baxmayaraq, burada serblər və müsəlmanlar birlikdə yaşaya bilir. Buna Livanı da misal çəkmək olar. Livanda da eyni şeylər yaşandı, lakin insanlar birgə yaşayır. Qarabağda da bunu etmək mümkündür. Bunun üçün zaman lazımdır. Putinin bugünkü fikirləri erməniləri yumşaltmaq və onların özlərini təhlükəsiz hiss etmələri üçün deyilən fikirlərdir. Əslində, düzgün fikirlərdir. Əsas olan bu bölgəyə investisiyalar qoyulması və bölgə ilə əlaqəli bütün yolların açılması, bölgədə ticarətin artırılmasıdır. Bir-iki il sonra itkilərlə bağlı üzüntülər azaldığı zaman, normal həyat şərtlərinin tələblərindən dolayı Qarabağda iki xalq birlikdə yaşaya bilər. Böyük problem yaranacağını düşünmürəm. Bu dünyada ilk belə hal deyil. 

Müsahibəni aldı və tərcümə etdi: Gülnar Səlimova

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
23:44 16.04.2024
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
23:23 16.04.2024
Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurladı - VİDEO
23:22 16.04.2024
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
23:08 16.04.2024
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
23:00 16.04.2024
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
Hamısı