Balet sonsuz həzz bəxş edən ayrı bir dünyadır Mayumi Sakamoto

Müsahibələr 18:40 30.12.2020

Eurasia Diary məşhur balerina Mayumi Sakamoto ilə müsahibəni təqdim edir.

- Mayumi, zəhmət olmasa biraz özünüz haqda danışın, necə oldu ki, bu peşəni seçdiniz və buna görə peşman deyilsiz ki?

Mən Dominikan Respublikasının doğma Santiaqo de los Kaballeros şəhərində ilk balet tələbələrindən olmuşam. İlkin dinləmələrdə üç yüz nəfərdən yalnız otuzu seçildi və bu xoşbəxt insanlardan biri də mən idim. Balet mənim üçün hər şeyə çevrildi, bu göylərin bizə verdiyi ən yüksək sənətdir, ona həmən aşiq oldum. Hər şeyə rəğmən, davamlı olaraq məşq edirdim. Bir müddət sonra peşəkar balerinaya çevrilmək arzumu həyata keçirmək üçün Rusiyaya təqaüd proqramı ilə bağlı müraciət etmək qərarına gəldim. Peşəkar rəqqasə olmaq üçün çoxlu səy göstərmək lazımdır. Xəyalım gerçəkləşdi. Bəli, bu ağır işdir, amma düzgün seçim etmişəm.

- Balerinanın günü necə keçir? Gündə neçə saat məşq edirsiniz və ümumiyyətlə fiziki yük olmayan vaxt istirahət günləriniz olurmu?

- Düşünürəm ki, bir rəqqasə hər günü məşqlə bağlayır desəm, heç kim üçün, xüsusən də peşəkar baletlə məşğul olanlar və bütün ömrünü bu ecazkar sənətə həsr edənlər üçün sirr olmayacaq. Əlbəttə ki, vaxtımızın çox hissəsini evdə deyil, teatrda keçiririk. Teatr bizim ikinci evimizdir. Həmişə açıq tamaşalara hazırlaşıram və həm balerina olmaq istəyən uşaqlar, həm də bu sənəti sevən böyüklər üçün özəl dərslər verərək tədrislə məşğul oluram.

- Məşqləriniz necə keçir? Heç olurmu ki, travmalar və ağrılara baxmayaraq yenə də məşqə gedəsiniz?

Məşqlər adətən dərsdən sonra olur. Biz mövcud repertuardakı hissələri məşq edirik. Yorucu iş və çox sərt müəllimlərlə qarşılaşmağa mənəvi cəhətdən hazırlaşmağa dəyər. Zəhlətökən və yorucu təlimlərdən danışarkən, bu peşənin ən xoşagəlməz, lakin qaçılmaz tərəfi kimi zədələr qeyd olunmalıdır.

- Necə məşq edirsiniz? Xarici görünüş üçün hər hansı bir tələb varmı?

Özümə qarşı çox tələbkaram, mükəmməl olmağı sevirəm. Düşünürəm bu, mənim Yapon köklərimlə əlaqəlidir, çünki atam yapondur, o döyüş sənəti üzrə böyük ustadır və həmişə bizə ilham verir, hər şeydə idealımız olub. Rəqqasə üçün vacib olduğuna görə həmişə yaxşı fiziki formada olmağa çalışıram / Balet sənəti gözəllik və gənclikdir.

- Çıxış etdiyiniz gün məşq edirsiniz? Qidalanma barədə danışaq? Doğrudurmu ki, balerinalar çox az yeyir? Balerinanın çəkisinin 50 kq-dan çox olmaması gərəkdiyi doğrudurmu?

Əlbəttə. Bu, tamaşadan əvvəl hazırlığımızın bir hissəsidir ki, bədənimiz hazır olsun və rəqsimizdən daha çox həzz alaq. Yeməyə gəldikdə, hər şey fiziki quruluşunuzdan asılıdır. Bunlar fərdi şeylərdir. Elə insanlar var ki, çox yeyir amma çəkisi artmır, digərləri isə belə deyil. Şəxsən mən istədiyim hər şeyi yeyə bilirəm, çünki məndə maddələr mübadiləsi əladır. Həmişə çox sağlam həyat tərzi keçirmişəm, səhhətimə zərər verə biləcək lüzumsuz şeyləri özümdən kənar etmişəm. Rəqqasənin çəkisi həm də boyundan asılıdır.

- Xahiş edirəm deyəsiz, balerina fəaliyyətinə yeni başlayanda özünüzə nə deyərdiz?

Həmişə özümə demişəm ki, peşəkar rəqqas olmaq və baletdə məşhur klassik partiyaları oynamaq istəyirəm. Həqiqətən istədiyimə çatdım, verdiyim qurbanlara baxmayaraq hədəfimə doğru irəliləyirdim.

- Enerjiniz tükənəndə amma yenə də məşqə gəlmək məcburiyyətində olanda gücü haradan alırsınız?

Peşəmə olan sevgi mənim üçün adrenalindir. Rusların təbirincə desək "səhnədə özümü suda balıq kimi hiss edirəm".

- Rollarınız üçün ilhamı haradan alırsınız?

İfa etdiyim hər bir baletin tarixi ilə maraqlanmışam, çünki klassik baleti, xüsusən də romantizm dövrünün baletini çox sevirəm, o sanki məni keçmişə aparır və bu anları səhnədə tez-tez yaşayıram.

- Balet dünyasında hansı atmosfer müşahidə olunur? Qarşılıqlı anlaşma və dəstək mühiti, yoxsa həsəd və rəqabət?

Bu, çox çətin sualdır, balet dünyasında hər şey var. İzah edilə bilməyən çox şey var. Mənim şüarım hər zaman istənilən rolu oynamağa hazır olmaqdır, əgər hazırsınızsa hər zaman bacarıqlarınızı göstərmək imkanınız olacaq. Və bu yolda həmişə etibarlı və yaxşı insanlarla qarşılaşacaqsız.

- Baletdə hamiləliyə münasibət necədir? Bu cür əla formada qalmağı necə bacardız?

Şəxsən mənim münasibətim müsbətdir, ana olmaq dünyanın ən gözəl hissidir, Uca tanrının və təbiətin bizə verdiyi bu gözəl hissi yaşamaq lazımdır. Əvvəlki fiziki formaya qayıtmaq asan deyil, amma mümkündür.

- Bunu azarkeşlərinizin çox olduğu Bakıda göstərəcəksiniz? Əgər hə, onda nə vaxt? Bakılı azarkeşlərinizə nə arzulayırsınız?

Çox təəssüflə bildirim ki, karyeramı başa vurduğum üçün artıq aktiv rəqslə məşğul olmuram, indi özümü müəllimliyə həsr etmişəm.

İndi Mixaylovski Teatrında məşhur ispan xoreoqrafı Naço Duato ilə çalışıram.

Hər kəsə son zamanlar ehtiyac duyduğumuz ruhi dinclik və sağlamlıq, həmçinin, hər şeyə rəğmən qəlbinizi sənətlə doldurmağı diləyirəm. Sənət hər zaman ruhumuzun bir parçasıdır və onsuz yaşaya bilmərik, çünki biz insanıq, təbiətin bir parçasıyıq.

Müsahibəni aldı: Cəmilə Çebotareva

Tərcümə: Gülnar Səlimova

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
Hamısı