Dağlıq Qarabağdakı hərbi münaqişə İsrailli politoloqun gözü ilə

Müsahibələr 13:31 04.01.2021

Eurasia Diary İsrailli tarixçi və politoloq Avraham Şmuleviçlə eksklüziv müsahibəni təqdim edir.

Politoloq, Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməsi məsələsi ilə bağlı bildirib ki, bu hələ aydınlaşdırılmayıb.

"Azərbaycan hökumətinin verdiyi açıqlamalarda hansı qrupların hansı əsasda Azərbaycan pasportlarını alacağı barədə bir söz deyilməyib. Dağlıq Qarabağda hərbi əməliyyatlar hələ Azərbaycan müstəqillik qazanmamışdan öncə başlamışdı. Qarabağ ermənilərinin heç vaxt Azərbaycan vətəndaşlığı olmayıb. Burada yaşayan ermənilər arasında rus, fransız, amerikan vətəndaşlığı ilə də qeydiyyata alınanlar, eləcə də Suriya qaçqınları və 1991-ci ildən sonra qondarma “DQR”də anadan olanlar da var. Ermənilər indi özlərinə başqa sualı verir. Belə ki, Azərbaycan qanunvericiliyinə görə, Qarabağda yaşayan ermənilərin hamısı cinayətkar hesab edilir. Qarabağa Azərbaycan sərhəd xidmətinin icazəsi olmadan getmək cinayət sayılır. Həmçinin, bu qanunvericiliyə görə, qondarma "DQR"in administrasiyasında xidmət edənlər, erməni ordusunun hərbi əməlliyyatlarında iştirak edənlər həbs edilməlidir. Üçtərəfli bəyanatda bir çox məsələlər qeyd edilmədiyi üçün abstrakt vəziyyət yaranır", ekspert deyib.

Şmuleviçin sözlərinə görə, hazırda azərbaycanlılar ermənilərin düşdüyü tələyə düşüb.

“Ermənilər əvvəl elə hesab edirdi ki, beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətin fikrinə məhəl qoymaya bilərlər və əsas Qarabağa sahiblik etməkdir. Ancaq beynəlxalq hüquqda Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnun olduğu göstərilirdi. Qarabağ ermənilərinin muxtariyyət hüququ Azərbaycanın onlara verəcəyi hüquqla müəyyən ediləcək. İndi elə təsəvvür yaranır ki, Azərbaycan hökuməti Qarabağ ermənilərinin buranı tərk edəcəyinə və daha onların bu probleminin olmayacağına ümid edir. Əgər bu baş verərsə, Azərbaycan özünü beynəlxalq təzyiq altına qoymuş olar. Qarabağ ermənilərinin hüquqlarının pozulduğu və Azərbaycanın ermənilərin hüquqlarını təmin etmədiyi fikri yaranar. Ermənilər hazırda bu tələni hazırlayır. Ermənistanda Qarabağ və Xankəndidən olan qaçqınların qayıtması kampaniyasının hədəfi həm də budur", o bildirib.

Şmuleviç, Rusiya və Türkiyənin münaqişənin həllindəki rolundan danışarkən Türkiyənin bu məsələdə diplomatik qələbə çaldığını deyib.

“30 il müddətində Cənubi Qafqaz Rusiyanın “arxa bağçası” idi və onun maraqları əsas götürülürdü, vasitəçi də ancaq o ola bilərdi. Türkiyə isə indi özünü əsas oyunçu kimi bəyan edib və Azərbaycanın ərazi bütövlüyünün əsas təminatçısı və təsiretmə rıçaqları olan tərəfdir. Hazırda Rusiya öz mövqeyini qoruyub saxlamağa çalışır. Rusiyadan Ermənistana silah daşınması davam etdirilir. Bir neçə gün öncə Rusiyadan İrəvana 10 təyyarə enib. Rusiya bir tərəfdən Ermənistan ordusunu silahlandırır, digər tərəfdən Türkiyənin aktiv rol oynamasının qarşısını almağa çalışır. Biz burada rəqabət görürük", o söyləyib.

Politoloq həmçinin qeyd edib ki, Bəyanatın tərəflərin mövqeyindən asılı olaraq fərqli təsnifatı var. Azərbaycan tərəfi Qarabağı ərazisinin ayrılmaz tərkib hissəsi kimi təsnif edir və hamı da bununla razıdır. Eyni zamanda, Rusiya və Fransa deyir ki, “Artsax” hökumətinin mövcudluğu və “DQR”-in ordusunun mövcudluğu davam etməlidir. Bəyanatda bəzi məqamlar dəqiq göstərilməyib və dəqiq göstərilən müddəalarla bağlı isə tərəflərin yanaşması fərqlidir. Beynəlxalq sənədlərə görə, Qarabağ erməniləri hansısa özünüidarə hüququna malikdirlər və bu hüquq hələ məlum deyil. Statusa gəldikdə, Qarabağ bir tərəfdən Azərbaycanın tərkib hissəsidir, digər tərəfdən təcrübədə bəzi məqamların nəzərə alınmalı olduğu aydın olur", politoloq bildirib.

Ekspert rus sülhməramlılarının fəaliyyəti barədə qeyd edib ki, onlar Rusiyanın bölgəyə təsirinin effektivliyini təmin edib.

“Rusiya hazırda demək olar ki, Azərbaycan ərazisində hərbi bazaya malikdir. Rus qüvvələrinin olduğu digər ərazilər, Cənubi Osetiya, Abxaziya və qismən Dnestryanı ərazi kimi buranı da özünün hərbi bazasına çevirir. Ermənistanın Zəngəzurla sərhəd ərazisində, eləcə də Laçın dəhlizində rus sərhəd  xidməti qoşunları fəaliyyət göstərəcək, ancaq onların sayı dəqiq göstərilməyib. Qarabağ Rusiya üçün daim fəaliyyət göstərən hərbi bazaya çevrilir. Azərbaycan ərazisinin dərinliyində yerləşən Dadivəng kilsəsi rus sülhməramlıları tərəfindən qorunur. Sual yaranır, axı orada rusların nə işi var? Zod qızıl yatağının bir hissəsi Sovetlər dövründə Azərbaycana, digər hissəsi Ermənistana məxsus idi. Daha öncə ermənilər mədənə aparan darvazanın yerini 1,5 km irəli çəkmişdilər. Rus sülhməramlıları avtonom hərəkət edərək ərazini nəzarətə götürürlər", Şmuleviç deyib.

Politoloq hərbi əməliyyatlarda Yaxın Şərqdən gətirilən muzdluların istifadə edilməsi ilə bağlı da fikir bildirib.

"Bu barədə Rusiya kəşfiyyatınn rəhbəri, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Fransa Prezidenti Emmanuel Makron kimi yüksək vəzifəli rəsmilər açıqlama veriblər və çətin ki, onlar dezinformasiya yaysınlar", o fikrini tamamlayıb.  

Müsahibəni aldı: Cəmilə Çebotareva

Tərcümə: Gülnar Səlimova


Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
Hamısı