Ermənistanın qonşu dövlətlərlə sərhədlərinin açılması Rusiyanın bölgədəki mövqeyinə zərər verə bilər Ekspert

Müsahibələr 18:05 18.01.2021

Ermənistanla Azərbaycan arasında bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı Moskvada keçirilən dörd saatlıq görüşlərdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli bəyanat imzalanıb.

Eurasia Diary Cənubi Qafqazda yaranmış yeni iqtisadi vəziyyətə təsirə malik üçtərəfli bəyanatın perspektivləri ilə bağlı Tiflisdə yerləşən Avropa Universitetinin professoru Emil Avdalianidən müsahibə alıb.

- Bölgədəki iqtisadi sabitliyin və rifahın gücləndirilməsi baxımından üçtərəfli bəyanatın zəruriliyini necə qiymətləndirirsiniz?

- Bəyanat Rusiyanın Qarabağdakı müharibədən sonrakı vəziyyətə qəti şəkildə rəhbərlik etdiyini göstərmək məqsədi daşıyırdı. Bu, Rusiyanın sarsılmaz hərbi mövqeyini və Ermənistanla Azərbaycanın Moskva ilə əməkdaşlıq etmək istəklərini nümayiş etdirməyi əhatə edir. Bu, həm də Rusiyanın Qərb güclərini danışıqlar prosesindən kənarlaşdırdığını və əməkdaşlıq etdiyi yeganə regional gücün Qərblə də problem yaşayan Türkiyə olduğunu göstərir.

Şübhəsiz ki, Moskvadakı üçtərəfli görüş İkinci Qarabağ Müharibəsinə son qoyan Noyabr 2020 sazişinin arxasındakı təfərrüatları da əhatə etməli idi. Əliyev, Paşinyan və Putinin bağlı qapılar arxasında müzakirə etdikləri təfərrüatlar barədə çox şey bilmirik, amma əminliklə demək olar ki, Rusiya Cənubi Qafqaza nüfuz etmək və İran və Türkiyə sərhədlərinə çatmaq  məqsədinin bir hissəsi olaraq yeni rabitə xətlərinin açılmasında maraqlıdır. Bu, iqtisadi səbəblərdən vacibdir, amma hərbi hissəsinin də az əhəmiyyət kəsb etmədiyini düşünürəm, baxmayaraq ki, Azərbaycanın Rusiya silahlarının öz ərazisindən Ermənistana keçməsinə icazə verəcəyi şübhəlidir.

Bağlantının yaxşılaşdırılması həmişə yaxşı bir inkişafdır. Ermənistan iqtisadi baxımdan faydalana bilər və Türkiyə ilə bəzi danışıqlar yenidən başlaya bilər, çünki Bakının bu cür inkişafa etiraz etmək üçün daha az səbəbi ola bilər. Ancaq çox şey Ermənistandakı daxili vəziyyətdən və Rusiyanın Ermənistan-Türkiyə yaxınlaşmasından məmnun olub-olmamasından asılı olacaq. Geosiyasi baxımdan Ermənistanın qonşu dövlətlərlə sərhədlərinin tamamilə açılması Rusiyanın mövqeyinə əslində zərər verə bilər.

- Gürcüstan və Türkiyənin bu üçtərəfli bəyanata münasibəti necə olacaq?

- Gürcüstan bölgənin kommunikasiya vəziyyətindəki dəyişikliklərin ölkənin tranzit potensialına zərər verə biləcəyindən narahatdır. Gürcüstan bu günə qədər regional infrastruktur tranziti üçün inhisara yaxın mövqeyə sahib olub və Moskvadakı son üçtərəfli görüş potensial dəyişikliklərə meylli olduğunu vurğuladı. Buna görə Gürcüstan üçtərəfli zirvəni diqqətlə izləyib.

İnanıram ki, Türkiyə zirvəni müsbət qiymətləndirib. Şübhəsiz ki, Ankara Moskvada danışıqlar masasında oturmaq istəyib, amma ümumilikdə Türkiyə rəhbərliyi bu açıqlamanın bir daha Naxçıvan eksklavından Azərbaycanın qalan hissəsinə dəhlizin açılmasının zəruriliyini vurğuladığını görür. Türkiyə artıq Naxçıvana dəmir yolu və boru kəməri layihələrini elan etdiyindən, ortaya çıxan dəhliz Ankaraya Xəzər dənizinə təsirini möhkəmlətmək üçün yol verəcəkdir.

- Bəzi ekspertlər qeyd edirlər  ki, Dağlıq Qarabağ münaqişəsi tam həll olunmayana qədər Ermənistanla Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası mümkün olmayacaqdır. Bu barədə nə düşünürsünüz?

- Hesab edirəm ki, yeni kommunikasiya və ticarət yollarının geniş miqyasda inkişafı üçün münaqişənin uzunmüddətli həllinə ehtiyac var. Lakin bu, elan edilmiş dəmir yolu xətlərinin və ticarət dəhlizlərinin işinə tamamilə mane ola bilməz. Gərginlik orada olacaq, çünki Bakı Ermənistanın Azərbaycan vasitəsi ilə Rusiya ilə birbaşa dəmir yolu əlaqəsi qurmasından məmnun olmazdı. Ancaq Rusiyanın təzyiqi Bakı və İrəvanı əməkdaşlığa məcbur etməkdə təsirli ola bilər, lakin bu, hazırda qeyri-real görünə bilər.

Yeni nəqliyyat kommunikasiya xətlərinin problemi ondan ibarətdir ki, Rusiyanın iştirakı olmadan fəaliyyətlərini tez dayandıracaqlar. Ermənistana yeni dəmir yolu xətləri ərazisindən keçdiyindən hər şey Azərbaycanın xeyirxahlığına bağlıdır.

Müsahibəni aldı: Yunis Abdullayev

Tərcümə etdi: Ülvi Əhmədli

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı