Qanlı faciənin şahidi olan Litvalı jurnalist "Bütün bunlar erməni işğalına yönəlmiş bir plan idi"

Müsahibələr 14:59 20.01.2021

Azərbaycanın və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sadiq və yaxın dostu, müstəqil jurnalist Riçardas Lapaitis. O, Azərbaycanda bir çoxlarının tanıdığı məşhur və sevimli bir insan, I Qarabağ savaşında kamerası ilə birgə Azərbaycana gəlib könüllü olaraq müharibə bölgəsinə gedərək oradakı anlarını lentə alaran qəhərəman bir jurnalistdir.

Hər zaman həqiqəti söyləməyə hazır olan qorxmaz insan, qanlı Yanvar hadisələri və 90-cı illərdəki siyasi qarışıdurmalarla bağlı yadda qalan hadisələri Eurasia Diary-yə müsahibəsində bölüşdü:

 
 
31 il yenidən geriyə nəzər saldıqda 20 Yanvarı necə xatırlayırsınız?
 
Bu gün Azərbaycan öz tarixinin ən faciəli hadisələrindən birinin 31-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı Bakı və digər bölgələrə qəfil daxil olan 300-dən çox Sovet əsgəri 147 mülki şəxsi vəhşicəsinə qətlə yetirdi. Nəticədə 700-dən çox insan yaralandı və təxminən 800 nəfər qanunsuz olaraq həbs edildi. Bu Sovet İttifaqı tarixində ilk dəfə hərbi qüvvələrin əli ilə öz hakimiyyəti altında olan xalqa qarşı törətdiyi qanlı cinayət idi. Qara Yanvar təkcə Azərbaycan tarixində deyil, həm də bütün Sovet İttifaqının ərazilərində, eləcə də Şərqi Avropadakı ölkələrdə də dəyişikliklərə təsir göstərdi. Bu, sözün əsl mənasında Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Bu o dövrdə Mixail Qorbaçovun rəhbərliyi altında olan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sovet İttifaqının təhlükəsizlik xidməti tərəfindən silahsız mülki əhaliyə qarşı hazırlanmış təxribat əməliyyatı idi.
 
20 Yanvar faciəso ölkəniz Litvada necə tanınır?
 
Təəssüf ki, Litva o zaman tam azad deyildi və bütün hadisələri dolayısı yollarla əldə edə bilirdik. Lakin Sovet imperiyasının qanlı terrorunun Vilnüsdə də baş verə biləcəyini başa düşürdük. Bakıdakı dəhşətli hadisələr, Sovet əsgərlərinin vəhşiliyi Litvalılara güclü təsir göstərdi, lakin bütün təhlükələrə rəğmən bu bizdə də azad dövlət olmaq istəyini daha da artırdı!
 
Bakıda baş verən dəhşətli hadisələri sizin Azərbaycan Xalq Cəbhəsi (AXC) təçkilatı vasitəsilə tez bir zamanda öyrəndik. Onlarla tez-tez əlaqə saxladıq. Həmin an, operatorumuz Bakı küçələrində dəhşətli görüntüləri lentə almaq üçün Yanvar hadisələrinin tam mərkəzində idi. Azərbaycan o dövrdə tamamilə informasiya blokadasında idi. Yanvarın 19-da Azərbaycan televiziyası və radiosunun enerji bloku partladılandan sonra, ölkənin informasiya şəbəkəsindən tam təcrid olduğu ortaya çıxdı.
 
O zaman Litvalılar bütün bunların Qarabağ hadisələri fonunda baş verdiyini az bilirdilər. Litva o zaman hadisələri tam anlamadı və bunun səbəbi 1988-89-cu illərdə azərbaycanlıların Ermənistandan qovulması barədə çox az məlumatın olması idi. Kremlin dəstəyi ilə 270 min azərbaycanlı Ermənistan ərazilərindən qovuldu və deportasiya edildi. Dağlıq Qarabağda da azərbaycanlıların qətlinə və deportasiyasına başlandı. Bütün bunlar Sovet hakimiyyətinin tam sükutu və müdaxiləsi olmadan edildi. Bakıdakı hərbi əməliyyatların əsas məqsədi Azərbaycan xalqının müstəqillik istəyinin qarşısını almaq və Dağlıq Qarabağdakı müqaviməti yatırmaq idi. Bütün bunlar, bir sözlə erməni işğalına yönəlmiş bir plan idi
 
Bakıdakı Qırmızı Terror bütün dünyanı Sovet İttifaqının bir çox xalqlar və ölkələr üçün bir düşərgə olduğunu düşündürdü! Və bu düşərgəni qorumaq üçün Sovet İttifaqı öz xalqına qarşı amansız hərəkətlər etməkdən tərəddüd etmirdi. Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə Baltikyanı ölkələrdə də dəyişiklik proseslərini sürətləndirdi! Bizim üçün bu, ümumi insani məqsədlərimiz üçün sülh yolu ilə necə mübarizə aparacağımıza bir nümunə idi.
 
Siz I Qarabağ müharibəsinin və SSRİ-nin dağılma dövrünün canlı şahidi olmusunuz. Bəs o zaman Azərbaycan kənardan necə görünürdü?
 
Qara Yanvar hadisəsi şəxsən Azərbaycana gəlməyimə səbəb oldui. Hələ o zaman Azərbaycan xalqının birliyi ilə Moskvanın vasitəçisi Vəzirovu hakimiyyətdən qovanda, Azərbaycan yenə də informasiya blokadasında idi.
 
Qarabağ münaqişəsinə gəldikdə, Sovet İttifaqı tarixində ilk dəfə erməni millətçiləri dinə diqqət çəkməyə başladılar. Müsəlmanların güya onları öldürdüyünü hər yerdə iddia edirdilər. O vaxta qədər Sovet İttifaqında heç kimin hansı dinə mənsub olduğuna əhəmiyyət verilmirdi. Bir çox jurnal və qəzet sadəcə yalan məlumatlar yayımlandlrılırdı. İlk dəfə o zaman erməni diasporası sözünü eşitdik. Orada sözün düzü çoxlu litvalı da var idi. Bu mövzuda məqalələr əsasən litvalılar tərəfindən yazılmışdı. Beləliklə, litvalı jurnalistlərin əksəriyyəti erməni tərəfdən Qarabağa səyahət etdilər. Mən isə haqq tərəfini seçdim - o ağır günlərdə azərbaycanlıların yanında olmağı! Hər şeyi öz gözlərimlə görmək istəyirdim. İnanın, yalnız böyük çətinliklə Qarabağdakı dinc azərbaycanlı əhaliyə qarşı ermənilərin vəhşiliklərindən bəhs edən məqalələr dərc etdirə bildim. Mənə qarşı təqib və təhdidlər başladı. Ancaq bu mənim əzmimi sındırmadı; əksinə, Baltikyanı ölkələrinin oxucularına Dağlıq Qarabağ hadisələrini obyektiv çatdırmaqda mənə güc verdi. Axı onsuz da bilirdik ki, hər şey şimal qonşusu olan Sovet İttifaqı və yaxud da sadəcə Rusiyanın köməyi ilə oldu. İmperialist qüvvələr hər zaman Azərbaycana yağlı bir tikə kimi baxdılar. Niyə də yox. Bütün minerallar, yeraltı və yerüstü sərvətlərlə zəngin bir ölkə idi axı Azərbaycan onlar üçün. Üstəlik, Azərbaycan strateji bir ərazidə yerləşməklə Şərqin qapısı kimi tanınır. Litvada Xocalı soyqırımı ilə bağlı həqiqəti söyləyən az sayda şəxslərdən biri idim.
 
Xatırlatmaq istərdim ki, yanvar ayında rus hərbçiləri arasında ehtiyata çağırılan erməni milliyyətindən olan vətəndaşlar da Bakıdakı mülki şəxslərin qətllərində iştirak etdilər. Əlavə 66 min Sovet əsgərinə rəhbərlik etdikləri zaman Bakıda meydana çıxdılar. 1989-cu ildə Bakıda Kremlin imperialist qüvvələrinin əmrlərini kor-koranə yerinə yetirən 110 mindən çox Sovet əsgəri var idi.
 
Azərbaycanın Qarabağdakı son qələbəsini necə xarakterizə edərdiniz?
 
Son 44 günlük müharibə və Azərbaycanın qələbəsi tarixi ədalətin bərpası. 90-cı illərin əvvəllərində Azərbaycan xalqının mübarizə apardığı proseslərin davamı.
 
Azərbaycan torpağının işğalı otuz il davam etdi. Erməni təcavüzü nəticəsində bir milyon qaçqın evlərini itirdi. Yalnız Qarabağın mərkəzini deyil, ətrafdakı yeddi bölgəni də işğal etmişdilər. Ermənistan hərbçiləri 30 ildir davamlı olaraq atəşkəsi pozur. Cəbhə bölgəsində yaşayan mülki şəxslər onların hədəfinə çevrildi. Erməni snayperlərinin gülləsi ilə hətta uşaqlar öldürüldü. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda lider idi. Lakin, Ermənistan sülhdən yayınaraq işğala davam etdi. Azərbaycana qarşı təxribat praktik olaraq hər gün təkrarlanmağa başladı. Azərbaycan beynəlxalq hüquq və ümumiyyətlə tanınmış sərhədlər çərçivəsində qurtuluş müharibəsinə başladı. Ermənistan işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasına dair BMT-nin dörd qətnaməsinə heç vaxt əməl etməyib. İkinci Qarabağ müharibəsi dəhşətli mənzərəni ortaya qoydu: qələbədən sonra dünya viran qoyulmuş şəhərləri, dağıdılmış mədəniyyət abidələrini, müqəddəs yerləri, qəbiristanlıqları, məscidləri gördü. Vaxtilə gözəl olan bütün şəhər, qəsəbə və kəndlər Hiroşimanın partlayışından sonrakı halına dönmüşdu. İşğal zamanı ekologiyanın də ciddi zərər gördüyü ortaya çıxdı. Erməni işğalçıları ərazini tərk etməzdən əvvəl hər şeyi məhv etmişdilər. Bu bir daha göstərdi ki, heç bir əraziyə aid olmayan ermənilər hər zaman Azərbaycan torpaqlarını qəsb etməyə və tarixi abidələrini erməniləşdirməyə çalışıblar.
 
Dünya Azərbaycanın qələbəsinin vacibliyini hələ tam anlamır. Qarabağ və ətrafındakı yeddi rayon nəhayət öz tarixi sahibinə geri döndü! Bu bölgənin gələcəkdə çiçəklənəcəyinə və ümumiyyətlə turizmə açıq olacağına inanıram!
 
Bütün bunlar Azərbaycan Prezidentinin sayəsindədir! Azərbaycan əsgərinə təşəkkür edirəm! Valideynləri qarşısında təvazökarlıqla baş əyirəm, eyni zamanda öz ərazilərinin azad olunması uğrunda canlarından keçmiş şəhid ailələrinə başsağlığı verirəm. Onların sayəsində bir çox hərbi əsir erməni əsirliyindən vətənlərinə qayıtdı.
Qəhrəmanlar ölkəsinə sülh və firavanlıq diləyirəm!
 
 
Müəllif və ingilis dilindən tərcümə edən: Jurnalist Elnur Ənvəroğlu 
 
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
Hamısı