Eurasia Diary Özbəkistanın tanınmış ictimai xadimi, tarixçi, publisist Şuxrat Salamovla müsahibəni təqdim edir.
Müsahibə zamanı o üzərində böyük səylə çalışdığı "Özbəkistan və Azərbaycan - dostluq və qardaşlığın hekayəsi" adlı sənədli filmindən bəhs edib. Filmin yaradılmasında məqsəd Özbəkistan və Azərbaycana qarşı informasiya hücumlarından qorunmanın gücləndirilməsi zərurəti olub.
Tamaşaçılara azərbaycanlıların özbəklərlə mehriban və qardaşlıq münasibətləri, Özbəkistan tarixində sadə insanlar, elm adamları və dövlət xadimlərinin azərbaycanlılar barədə düşüncələri mövzusunda Özbəkistanın etnik azərbaycanlı vətəndaşları ilə müsahibələr təqdim ediləcək.
Cəmilə Çebotareva