Sarkisyanın bəyanatı Rusiya və Türkiyəyə qarşı təxribat?

Müsahibələr 15:04 17.02.2021

Ermənistanın gözdən düşmüş keçmiş rəhbərləri itirdikləri nüfuzlarını geri qaytarmaq üçün absurd bəyanatlar verməkdə davam edirlər. Bu dəfə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan qeyri-normal ritorik bəyanatlarla gündəmi zəbt edib. Azərbaycan tərəfinin guya “Azərbaycan Ermənistan ordusunu deyil, Paşinyanın qrupunu məğlub etdi” deyə bəyanat verən Sarkisyan , bu cür sayıqlama ifadələri ilə məğlubiyyətdəki məsuliyyətini üzərindən atmağa, ölkəsindəki avam kütlənin diqqətini belə absurd iddialara cəlb etməyə çalışıb.

Ermənistanın hazırkı müxalifəti müharibədə məğlubiyyətdən sonra insanları hakimiyyətə qarşı qaldırmaq üçün xalqa bu cür yalanlar danışırlar. Halbuki, hər fürsətdən yararlanmağa çalışan Sarkisyan kimi yarıtmaz siyasətçilər artıq Ermənistanın hərtərəfli çökdüyünü qəbul edə bimirlər.

Ermənistan tərəfi işğalçıdır və Azərbaycanın uzun illərdir car çəkdiyi bu həqiqəti Sarkisyan da öz müsahibəsində təsdiqləyib. Belə ki, bəyanatında “İsgəndər” raketlərindən istifadə edilməli idi” deyən və hətta Şuşanın bu raketlə vurulduğunu söyləyən Sarkisyan, Ermənistanın təcavüzkar olduğunu təsdiq edib. 

Məsələ barədə Eurasia Diary-yə açıqlama verən Sosial Tədqiqatlar Mərkəzi Mətbuat Xidmətinin rəhbər müavini, politoloq Tural İsmayılov deyir ki, Sarkisyanın Ermənistanda artıq heç bir nüfuzu qalmayıb. O, ermənilərin Paşinyana qarşı hazırlanan hakimiyyət çevrilişi oyununa dəstək verməməsinin kökündə Sarkisyan terrorundan qurtulmaq istəyinin durduğunu vurğulayıb.

“Ermənilər Sarkisyanın təhlükəli biri olduğunu çox yaxşı bilirlər və bu üzdən də ondan yaxa qurtarmaq üçün Paşinyan kimi axmaq birinin hakimiyyətdə qalmasına göz yumdular. Sarkisyanın bütün açıqlamaları saxtadır. Əks halda indiyə kimi susmazdı və nələrsə danışardı. Bütünlükdə nə Ermənistandakı ermənilər Sarkisyana inanır, nə də xaricdəki erməni lobbisi”.

- Serj Sarkisyan belə bir bəyanat verib: “Azərbaycan Ermənistan ordusunu deyil, Paşinyanın qrupunu məğlub edib”. Tural bəy, ümumiyyətlə bu Ermənistan nə yeyib, nə içir? Bunlar hansı ağılla belə düşünürlər?

- Serj Sarkisyan və onun təmsil olunduğu Qarabağ klanı Ermənistanda bütün sosial-siyasi dəstəkdən məhrum olub. Uzun illər ərzində Sarkisyan və ətrafındakı mafioz qruplar Ermənistan xalqını istismar etdi. Ölkənin bütün sərvətləri xarici banklara daşındı, Ermənistanda böyük bir xaos və ümidsizlik kollapsı yaratdılar. Sarkisyanın hakimiyyət dövründə Ermənistanın dövlət borcu misli görünməmiş şəkildə artdı. Ölkəni tərk edən ermənilərin sayı ölkə əhalisini dəfələrlə üstələdi. Bu kontekstdə bütün arzuları puç olan ermənilər küçə hərəkatçısı Paşinyanın “sorosçular” vasitəsiylə hakimiyyətə gətirilməsində vasitəçi oldular. Hazırda Qarabağ savaşındakı biabırçı məğlubiyyət və kapitulyasiyadan sonra Ermənistanda böyük bir idarəetmə və dövlətçilik böhranı yaşanır. Bu hadisələrin fonunda Koçaryan-Sarkisyan tandemi ölkə daxilindəki boşluqdan və hərc-mərclikdən istifadə edərək siyasi xal toplamağa çalışırlar. Hazırda Ermənistan siyasi gündəmində geniş bir çaşqınlıq hökm sürür. Xalq nə bacarıqsız Paşinyana etibar edir, nə də uzun illərdir ölkələrini məhv edən siyasi “hanniballara”. Bu baxımdan Sarkisyan və ətrafının sərsəm bəyanatları, siyasi ölünü diriltməyə cəhd edən ucuz revanşizmdən başqa bir şey deyil. Sarkisyan yaxşı başa düşür ki, bundan sonra Ermənistanın hansısa təxribatı təkcə Azərbaycana qarşı deyil, həm də Rusiya və Türkiyəyə yönəlmiş olacaq.

- Serj Sarkisyan “İsgəndər” tipli raketlərdən istifadə edilməli idi” ifadəsini dilə gətirməklə Ermənistanın müharibənin bir tərəfi, təcavüzkar tərəf olduğunu bir daha bəyan etmiş oldu. Bu ifadə ilə bağlı nə deyə bilərsiz?

- “İsgəndər” raketlərinin istifadə ediləcəyi təqdirdə Ermənistan hansı cavabı alacağını yaxşı başa düşürdü. Bu baxımdan Sarkisyan özü də hakimiyyətdə olsaydı, belə avantürist bir addım atmağa cəsarət etməzdi. Bu baxımdan bu tip açıqlamalar verməklə Ermənistan öz dövlətçilik sütunlarını təhdid edir və etməyə də davam edir. Amma eyni zamanda da, bu günə qədər söylədikləri “münaqişədə Azərbaycana qarşı Ermənistan deyil, Dağlıq Qarabağ erməniləri döyüşür” iddiasının yalan olduğunu etiraf etmiş oldu. 

- Serj Sarkisyan gülünc bir ifadə işlədərək deyib ki, onun zamanımda Ermənistan müharibəyə hazırlıq üçün 2500 pilotsuz dron sifariş edibmiş. Qeyd edim ki, ABŞ ordusunda hələ bu sayda dron mövcud deyil. Keçmiş Ermənistan rəhbəri bu cür gülünc bəyanatı sizcə nəyə əsaslanaraq verib?

- 44 günlük zəfərimiz göstərdi ki, Ermənistanın nə döyüşməyə gücü var, nə hərbi hazırlığı, nə də yetgin və doğru-dürüst maddi-texniki təchizatı mövcuddur. “Smerç” YARS onların ordusunun silahlanmasında olan “ən güclü” raket sistemidir. Bu raket sistemləri Sovet dövründə istehsal olunub və 1987-ci ildə istifadəyə verilib. Qeyd etdiyim kimi, Sarkisyan yalançı biridir və ondan hər cür ifadə gözləmək mümkündür. O, sadəcə belə bəyanat verməklə öz siyasi aləmində gurultu yaratmağa çalışır.

Elnur Ənvəroğlu

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Hamısı