“İki yaşlı oğlumu kürəyimə bağlamışdım, ona dəyən güllə məni və bətnimdəki bacısını xilas etdi...”

Müsahibələr 22:25 24.02.2021

Bir neçə gün sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq. Eurasia Diary xəbər verir ki, Moderator.az bir müddətdir ki, faciə şahidləri ilə silsilə yazıları təqdim edir. Bu dəfəki müsahib Xocalı sakini Quliyeva Rəhilə Binnət qızıdır. 

İki yaşlı oğlunu, həyat yoldaşını şəhid verən Rəhilə xanım, həmin dəhşətli gecəni belə nəql edib:

“1970-ci ildə Xocalıda anadan olmuşam. Ömrümün ən xoş günlərini orda keçirmişəm. Lakin bir insanın yaşaya biləcəyi ən dəhşətli faciəni də orda yaşamışam. Xocalı dörd il idi ki, mühasirədəydi. Xocalı Qarabağın açarı idi və ona görə ermənilər şəhəri işğal etməyə çalışırdılar. Çünki ermənilər Xocalını işğal etsəydilər, Qarabağı almaq onlar üçün asan olacaqdı. O dəhşətli gecəni heç vaxt unuda bilmirəm. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 23 radələrində erməni silahlı birləşmələri zirehli texnikaları ilə şəhərə daxil olub, dinc əhaliyə divan tutaraq ən böyük vəhşiliyə imza atdılar. Onda Xocalının nə ordusu, nə də zirehli texnikası var idi. Dinc əhalini ancaq özünümüdafiə dəstəsi qoruyurdu. Xocalı od-alov içində yanırdı, düşmən şəhəri ağır silahlardan atəşə tuturdu. Özünümadafiə dəstələri zirzəmilərə gəlib əhaliyə dedilər ki, şəhərdən çıxaq. Amma biz şəhəri tərk etmək üçün heç bir yol tapmadıq. Çünki Xocalı dörd tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu. Çarəmiz isə ancaq dağlara qalxmaq idi və bunun üçün isə çayları keçməliydik”.

“Ağdama çatadacağımız yerdə kütləvi qırğın başladı...”

“Biz çayları keçəndə suyun içindəydik, ayaq yalın, başıaçıq yol gəlirdik. İnsanların çoxu soyuqdan donaraq yolda öldü. O dəhşətli gecəni səhər açılana qədər çıxdıq. Meşə qurtarmışdı. Artıq hər şeyin bitdiyini sandıq. Çünki dörd il biz onların təcavüzlərinə məruz qaldıq. Elə bilirdik ki, yenə evimizə qayıdacağıq. Ermənilər yolda pusqu qurmuşdular və bilirdilər ki, cammat onların durduğu yerdən keçəcək. Ağdama çatadacağımız yerdə kütləvi qırğın başladı. Ermənilər camaatı atəşə tutmağa başladı. Ətrafımda insanlar ölürdü, yerdə yaralı, köməksiz qalanları var idi. Həmin gecə mən həyat yoldaşımı, iki yaşlı oğlumu, qayınatamı, qayınımı, qayınımın səkkiz yaşlı qızını, baldızımı, həyat yoldaşını, üç yaşlı qızını, o biri baldızımın oğlunu, həyat yoldaşını itirdim. Həmin gecə şəhid olan 613 nəfərdən 22 nəfəri mənim qoyumumdur”. 

“Oğlumu qorumaq üçün kürəyimə bağlamışdım, özüm isə hamiləydim...”

“Səkkiz ailə tamamilə məhv edildi və onlardan biri mənim ailəmdir. 25 nəfər uşaq hər iki valideynini itirdi və onlardan ikisi mənim baldızımın övladlarıdır. 130 uşaq hər iki valideynlərindən birini itirdi, onlardan səkkizi itirdiyim əzizlərimin övladları idi. 1275 nəfər girov götürüldü və onların 150 nəfərinin hələ də taleyi məlum deyil. 150 nəfərdən ikisi baldızımın yoldaşı və oğludur. 63 uşaq uşaq vəhşicəsinə qətlə yetirdi. Onlardan biri  baldızımın səkkiz yaşlı qızı və iki yaşlı oğlumdur. Oğlumu qorumaq üçün kürəyimə bağlamışdım, özüm isə hamiləydim. Dörd yerdən güllə yarası almışdım. Amma ən dəhşətlisi odur ki, iki yaşlı oğlumun həyatına son qoyan güllə mənim və bətnimdəki bacısının həyatını xilas etdi. O, vətən üçün şəhid oldu. Oğlum əsgər deyildi, silah tanımırdı, amma vətəni üçün şəhid oldu. Bu azmış kimi başıma gələn dəhşətlər davam edirdi. Həyat yoldaşım özünümüdafiə dəstəsinin döyüşçüsü idi. Dinc əhalini qoruduğu üçün həyat yoldaşımı gözlərimin qarşısında öldürdülər. 22 yaşlı gücsüz bir qadının 24 saat içinə sığan acı taleyi bundan ibarətdir. 24 saatda həm şəhid ailəsi, həm şəhid anası, həm əlil, həm də qaçqın oldum. Bu soyqırım deyil, bəs nədir? Allah bu dəhşəti heç bir anaya yaşatmasın”.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı