Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir - Riçardas Lapaitis - VİDEO | Eurasia Diary - ednews.net

21 Aprel, Çərşənbə


Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir - Riçardas Lapaitis - VİDEO

Müsahibələr A- A A+

Postsovet məkanında törədilmiş ən böyük soyqırım, birinci Qarabağ müharibəsinin başlıca hadisəsi - Xocalı qətliamı haqqında hekayə

Bu, Xocalı faciəsindən bəhs edən "Sonsuz dəhliz" sənədli filmidir. Prodüserlər: Aleksandr Brokas (Litva) və Grammy mükafatı laureatı Cerald Rafşun (ABŞ).

Rus televiziya müxbiri Yuri Romanov, faciənin baş verdiyi yeri ilk ziyarət edənlərdən biridir. O, gördüklərini bu şəkildə xatırlayır: “Mən vertalyotun dəyirmi pencərəsindən baxırdım və gördüyüm dəhşətli mənzərədən diksindim. Dağın ətəyində kölgəlikdə əriməkdə olan qarın üzərində cəsədlər vardı.  Bu geniş meydan qadınların, qoca kişi və qadınların, körpədən yeniyetməyə qədər hər yaşda oğlan və qız cəsədləri ilə dolu idi. Gözlərim cəsədlərin arasından iki fiquru - nənə və kiçik qızı seçdi. Saçları bozarmış başı açıq nənə, kapüşonlu mavi gödəkçəli kiçik qızla yanaşı üzü üstə uzanıb. Nədənsə onların ayaqları tikanlı məftillə bağlanıb və nənənin əlləri də bağlanıb. Hər ikisi də başından vurulmuşdu. Son bir hərəkətlə təxminən dörd yaşında olan kiçik qız əllərini öldürülən nənəyə uzadır. Donub qaldım, kamera heç yadıma belə düşmədi...".

Film, faciədən 27 il sonra Azərbaycana qayıdan Xocalı hadisələrinin sağ qalmış şahidlərinin xatirələri və həmin dəhşətlərə şahid olan Litvalı jurnalist Riçard Lapaitisin erməni tərəfdən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə görüşlər zamanı lentə alınan müsahibələrə əsaslanır.

“Sonsuz Dəhliz” sənədli filmi ABŞ-ın nüfuzlu “Accolade Film Competition” film nəşrinin " Global Film Awards" müsabiqəsinin “Humanitar Mükafatı”na layiq görülüb. Bu film müasir insanlıq tarixi üçün əlamətdar olan süjetləri əks etdirir. Filmin müəllifləri Xocalı soyqırımı ilə bağlı indiyə qədər az bilinən faktlara, sənədlərə və videolara və foto materaillara istinad edirlər ki, bu barədə ermənipərəst Qərb və Rusiya dairələrində susmağa üstünlük verirlər.

Eurasia Diary filmin yaradıcıları ilə müsahibəni təqdim edir:
 
Cəmilə Çebotareva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...