"Qələbə xəbərini eşidəndə, özümü saxlaya bilmədim, gözlərim doldu" Türkiyəli iş adamı

Müsahibələr 18:06 12.03.2021

Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm  Nazirliyinin dəvəti və onun nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə baş tutan səfəri zamanı jurnalistlər “Kolin” şirkətlər qrupunun baş direktoru, Türkiyə hotel mütəxəssisləri birliyinin baş təmsilçisi Mehmet Satarla görüşüblər. Hotelin foyesində Azərbaycanlı media nümayəndəni salamlayan M.Satar növbəti gəzinti zamanı jurnalistlərin yol yoldaşı olub.

Bir müddət Azərbaycanda yaşayıb fəaliyyət göstərən Türkiyəli iş adamı Mehmet Satar Eurasia Diary-yə müsahibə verib. 

Mehmet Satar ilk öncə Azərbaycanın Qarabağdakı şanlı zəfərindən qürur hissi ilə söz açıb. 

2012-ci ildən 2015-ci ilədək qardaş Azərbaycanın Naftalan rayonunda hotel və turizm sahəsində çalışdım. Qaldığımız yer cəbhə bölgəsinə çox yaxın idi və bu mənə Qarabağla bağlı bir çox təəssüratlar bəxş etdi,” - deyə Mehmet bəy bildirib. 

“Bunu səmimi qəlbdən demək istərdim ki, mən karyeramın ən gözəl anlarını ikinci vətənim olan Azərbaycanda keçirdim. Orada olduğum müddətdə özəlliklə hörmətli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bizə olan xüsusi qayğı və diqqətini gördüm. Hal hazırda otağımda da prezident İlham Əliyev və Mehriban xanımla birgə çəkdirdiyimiz xatirə şəkillərimiz ən yuxarı başda yer alır" – deyə, iş adamı əlavə edib. 

Mehmet Satar burada yaşadığı 3 il müddətində çox şeylər gördüyünü deyib: "Naftalanda “Qarabağ” sanatoriyasının tikilişindən istismara verildiyi ana qədər orada olduğum müddətdə çoxlu sayda səmimi dostlar qazandım. Döyüş bölgəsinə yaxın bir ərazidə olduğum üçün orada yaşayan insanlarla daha yaxın münasibətdə ola bildim. Əlimdəki imkanlardan istifadə edərək oradakı insanların əhvalı ilə yaxından maraqlanmağa çalışdım, hər zaman dərdlərini bölüşmək üçün onların aralarına qatıldım. Mən türkiyəli qardaşınız kimi ermənilərin təcavüzkar siyasətinə bilavasitə şahid olan biriyəm. Şanlı qələbəni eşidərkən özümü saxlaya bilmədim, gözlərim yaşla doldu”.

- Qarabağ zəfərindən sonra, işğaldan azad edilən əraziləri dirçəltmək üçün ilk olaraq türkiyəli iş adamları həmin yerlərə yatırım qoymağa təşəbbüs göstərdi. Şəxsən Azərbaycanda iş təcrübəsi olan bir holding rəhbəri kimi sizin də bu kimi layihələrdə iştirak etmək planınız varmı? 

- Qeyd edim ki, “Kolin” şirkətlər qrupu olaraq Qarabağdakı bütün yol inşaat işlərində iştirak etməkdəyik. Məqsədimiz ilk öncə Qarabağa qayıtmaq istəyən azərbaycanlı qardaşlarımız üçün dağılan yolları bərpa etmək və yeni yol inşaatlarını həyata keçirməkdir.  

- Bildiyimiz qədər Şuşaya gedən yolun bərpası da hazırda sizin holdinq tərəfindən həyata keçirilir. Bu yaxında hörmətli Dövlət Bahçeli də Şuşada inşa ediləcək məktəbin birgə layihəsini təqdim etmişdi və yaxında hər iki dövlət başçılarının iştirakı ilə həmin məktəbin təməlləri atılacaq. “Kolin” şirkətlər qrupunun bu layihədə bir qatqısı olacaqmı?

- Bu barədə hələlik dəqiq bir şey deyə bilmirəm. Lakin böyük bir ehtimalla deyə bilərəm ki, holdinqimiz yol layihələrini uğurla başa vurduqdan sonra, orada yadda qalan bir quruculuq işlərində yaxından iştirak etməyi planlaşdırır. 

- Məlumdur ki, pandemiya dünyanın hər yerində hər bir sahəyə öz təsirini göstərib. Bəs pandemiya Türkiyədə hotel sahəsinə necə təsir göstərib?  

- Əlbəttə pandemiyanın təsiri bizdən də yan keçmədi. Lakin bir çox xüsusi tədbirlər sayəsində biz bunun öhdəsindən uğurla gələ bilirik. Hazırda ən böyük hədəfimiz Çanaqqalada Avropa ilə kiçik Asiyanı birləşdirəcək körpü layihəsinin başa çatdırılmasıdır. Əgər körpünü inşasının başa çatması pandemiyanın bitməsi ilə üst-üstə düşərsə, ümid edirəm bu Türkiyə turizminin daha da çiçəklənməsinə təkan verəcək. Bildiyiniz kimi, Çanaqqala pandemiyaya qədər turizm sahəsində parlayan bir ulduz məkanlardan idi. Vaxtilə bura minlərlə turistlər Troya tarixi abidələri və oksigenlə zəngin olan Qaz dağlarının gözəlliklərindən zövq almaq üçün gəlirdilər. Ümid edirəm bu inkişaf yaxın gələcəkdə daha da sürətlənəcək. Eyni zamanda burada biz Azərbaycanlı qardaşlarımızı da səbrsizliklə gözləyirik və gözümüz üstündə yeriniz var deyirik. 

Elnur Ənvəroğlu 

Çanaqqala, Türkiyə

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı