Filmimizlə dünyaya "sivil" tərəfin barbarlığını göstərəcəyik

Müsahibələr 13:22 16.03.2021

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə martın 14-də bir qrup litvalı jurnalistin Bakıya səfəri başlayıb. Qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaytis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxildir.

Litvalı qonaqlar BAMF-ın təşkil etdiyi səfər zamanı Tərtər, Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında olacaqlar. Onlara məcburi köçkünlərlə görüşmək, Ermənistan ordusunun basdırdığı minaların tapılaraq zərərsizləşdirilməsi prosesini bilavasitə müşahidə etmək imkanı yaradılacaq. Bundan başqa, jurnalistlər dağıdılmış kəndləri, tarixi abidələri, o cümlədən Ağdamdakı “İmarət” tarixi abidəsini, dağıdılmış Şəhidlər Xiyabanını və məzarlıqları, Şahbulaq qalasına ziyarət edəcəklər.

Qeyd edək ki, 1990-cı illərdən BAMF-la əməkdaşlıq edən hərbi jurnalist Riçardas Lapaytis dəfələrlə Azərbaycanda olub. Xocalı soyqırımının canlı şahidi olan Lapaytis Birinci Qarabağ müharibəsi zamanı acı görüntüləri dünyaya çatdırıb. Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Lapaytisin baş qəhrəmanı olduğu “Sonsuz Dəhliz” filmi Şərqi Avropa ölkələrində böyük maraqla qarşılanıb. Onun ölkəmizə yaxından bağlılığı, baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasındakı əzmkarlığı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib və Riçard Lapaytis “Dostluq” ordeninə layiq görülüb.

Lapaytis ilə birgə ölkəmizə gələn Arunas Sartanaviciusun da Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında böyük təcrübəsi var. 2016-cı ildə BAMF-ın təşkil etdiyi səfərdən sonra Sartanaviciusun Azərbaycanla bağlı silsilə yazıları və reportajları Litva mətbuatında və sosial şəbəkələrdə yayılıb və tirajlanıb.

R. Lapaitis birinci Qarabağ müharibəsi illərində cəbhədən obyektiv reportajlar hazırlayıb. Hər zaman baş verən hadisələrlə bağlı həqiqəti dünya ictimaiyyətinə çatdırmağa çalışıb. Bu səfərin məqsədi barədə Eurasia Diary müxbirinin sualına, o belə cavab verdi:

"44 günlük müharibə bütün sağlam düşüncəli adamları bir yumruq ətrafında birləşdirdi. İlk növbədə Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm ki, ən çətin vəziyyətdə o çox böyük işlər gördü. Mən bildiyiniz kimi hərbi jurnalistəm və heç zaman adi səyahətlər üçün vaxtımı itirmirəm. Hətta 30 il əvvəl də, İkinci Qarabağ müharibəsinin qaçılmaz olduğunu və barbarların faktlarla manipulyasiya edərək gizlətməyə çalışdıqları həqiqəti bütün dünyaya çatdırmaq üçün mütləq geri dönəcəyimə dair fikirlər söyləmişdim. 20 faiz ərazinin işğalı, bir milyondan çox qaçqın və məcburi köçkünün olması, cəbhəyanı ərazilərdə hər gecə atəşkəsin pozulması, dinc sakinlərin hədəf seçilməsi, otlaq sahələrinin yandırılması və s. qanunsuzluqlar davam edirdi və beynəlxalq ictimaiyyət buna biganə qalmışdı. Qarabağda İkinci Xerosima yaşanırdı. 2020-ci ilin yayında Ermənistan baş nazirinin təxribatçı bəyanatları və həyat yoldaşının avtomatla hədəf alaraq fotoşəkil çəkdirməsi kimi təxribatları biz kənardan müşahidə  edirdik. Xocalı və Qaradağlı kəndlərinin təmamilə yandırılması və burada törədilən barbarlığı kimi hadisələrə dünya ictimaiyyəti susarkən Ermənistan hakimiyyəti yumşaq münasibəti görüb işğalı dava etdirir və bunun daimi olacağını düşünürdü. Qazax və Tovuzdakı təxribatlara ictimaiyyət yenə susurdu. Mən Azərbaycan xalqını, Ordusunu və Prezidentini tanıdığım üçün bunun daimi olmayacağımı bilirdim.

Bu 30 il ərzində münaqişənin dinc yola həlli üçün kifayət qədər fürsətlər vardı. Ermənistan hakimiyyəti bundan faydalanmadı. 30 il ərzində Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) yeganə təşkilat idi ki, məni hərbi jurnalist kimi qəbul etdi və bunları şəxsən görməyim üçün şərait yaratdı. 30 il ərzində mənə göstərdiyi dəstəyə görə BAMF-ın prezidenti Umud Mirzəyevə çox minnətdaram.

İndiki səfərin əsas məqsədi, getdikcə daha çox Azərbaycan xalqının alçaldılmasına və əzab-əziyyətinə laqeyd qalan, haqsızlıqlara susmağa davam edən və bununla da ermənilərin dinc Azərbaycan xalqına qarşı vəhşiliklərini və barbar münasibətlərini cəzasız qoyan dünya təşkilatlarına müraciət etməkdir. İlham Əliyev müharibəni dayandırmasaydı bir həftə ərzində ermənilər daha çox itki verəcəkdir.  

Bu müharibə 1986-cı ildə 270 min azərbaycanlı deportasiya olunandan başlayıb demək olar ki. Ermənilər Qərbdə, Pribalitikada, həmçinin Litvada dezinformasiyanın yayılması çoxlu vəsait sərf edirdilər.

Mən çəkiliş qrupu yaratdım. Azərbaycana tək gəlməmişəm, biz üç nəfərik, mən, kino operator Arunas Sartanaviçes və operator Mantas Bartasaviçus. Bütün dünyada özlərini "sivil erməni tərəfi" kimi tanıdanların törətdiyi barbarlıq haqqında yeni sənədli film çəkmək istəyirik. Geridə qoyduqları şeylər, daha doğrusu, özlərinə aid olmayan hər şeyi necə bir vəhşiliklə məhv etdikləri, özgəsinin torpağında yaşayıb faydalanıblar. Onlar nəinki hər şeyi yandırıb, bütün ağacları kəsiblər və heyvanları vəhşicəsinə öldürüblər, hətta ətraf ərazilərin hamısını minalayıblar. Təsəvvür edin, həmin ərazilərdə mədəni irsin 90 faizi artıq yoxdur. Məgər onu bəsləyən və ona bütün nemətləri verən ölkədə yaşayan normal insan bunu edə bilərmi? Biz məhz bunu göstərmək istəyirik. Dünya nəhayət həqiqəti öyrənməli və erməni tərəfinin hərbi cinayətlərinə göz yummamalıdır. Necə deyərlər: "Cəzasızlıq cinayət doğurur". Bunu dayandırmalıyıq, çünki artıq hər şey həddini aşıb", - R. Lapaitis dedi. İlk olaraq, BAMF-ın dəstəyilə Ağdama gedəcəyik. 1993-cü ildə sonuncu dəfə Ağdama getmişdim. Düzdür, dağıntılar vardı, ancaq şəhər qalırdı, qəbiristanlıq və küçələr qalırdı. Xocalıda öldürülənlər burada basdırılmışdı. Əsrarəngiz şəhər idi. Bölgədə yeganə at zavodu burada idi. Qəbiristanlığın üzərindən buldozerlə keçilib. Minalanmış sahələr də erməni millətçilərin növbəti hədiyysidir.

Daha ətraflı videomaterialda:

Cəmilə Çebotareva


Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
Hamısı