Türkiyəni Qarabağda "mürəkkəbləşdirən amil" görməsi Rusiyanın çarəsizliyinə dəlalət edir ekspert

Müsahibələr 17:37 17.03.2021

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Qazaxıstanın “Tengrinews” agentliyinə müsahibəsində Türkiyənin Qarabağda vəziyyəti mürəkkəbləşdirən rolu olmasına işarə etməsi maraq doğurur.

Şoyqu bildirib ki, Dağlıq Qarabağ çox mürəkkəb əməliyyatdır. O, Türkiyənin prosesə cəlb edilməsinin də vəziyyəti "mürəkkəbləşdirən amil" olduğunu deyib. Və tənzimlənmə prosesində çox şeyin Türkiyə ilə Rusiyanın münasibətlərindən asılı olduğu fikrini əlavə edib.

Rusiyanın müdafiə nazirinin sözlərinə görə, bu gün Dağlıq Qarabağda əldə olunan nəticə budur ki, birincisi, adamlar bir-birini öldürməyi dayandırıblar. İkincisi, Azərbaycan və Ermənistanın artıq ikitərəfli təmaslar qurmasının və bir-birləri ilə danışmasının vaxtı çatıb.

O, həmçinin İranı nəzərdə tutaraq, “habelə yeni oyunçular, köhnə qonşular öz təklifləri ilə ortaya çıxır”deyə qeyd edib.

Eurasia Diary-nin Rusiya müdafiə nazirinin bəyanatı ilə bağlı suallarını Ukraynalı diplomat və politoloq Vadim Tryuxan cavablandırıb.

Rusiya nə üçün Türkiyənin Qarabağdakı prosesə cəlb edilməsini vəziyyəti mürəkkəbləşdirən amil hesab edir?

- Burada iki aspekt var. Birincisi, Rusiya müdafiə nazirinin Türkiyə ilə münasibətlərin mövcud xarakterini qiymətləndirməsi özlüyündə təəccüb doğurur. Nə də olsa, bu ümumiyyətlə ordunun deyil, diplomatların səlahiyyətindədir. Göründüyü kimi, bu, Moskva-Ankara xətti boyunca təmasların ciddi hərbiləşdirilməsindən xəbər verir. İkincisi, cənab Şoyqunun, ilk növbədə, “Rusiyanın Türkiyə ilə birgə əməliyyatı” ilə əlaqəli istifadə etdiyi terminologiya Kremlin istədiyini gerçəklik kimi göstərməsini büruzə verir. Axı, əslində, xüsusilə 44 günlük, Azərbaycan-Ermənistan müharibəsinin ilk həftələrində birgə fəaliyyətdən söhbət gedə bilməzdi. Rusiya tərəfinin Türkiyəni "mürəkkəbləşdirən amil" rol oynadığını deməsi, açıq-aşkar küskünlüyə və eyni zamanda, Türkiyənin faktiki olaraq Qafqaza girməsi səbəbiylə Rusiyanın çarəsizliyinə dəlalət edir.

Türkiyə olmasaydı Rusiya Qarabağ münaqişəsinin tənzimləməsini hansı formada həyata keçirə bilərdi?

- Türkiyə Azərbaycanı dəstəkləməsəydi, böyük ehtimalla Rusiya bunu KTMT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi zərurəti ilə əsaslandıraraq Ermənistanın tərəfini tutacaqdı. Kremlin metodları hər kəsə bəllidir, bombalanmış Hələbin və ya birinci və ya ikinci Rusiya-Çeçenistan müharibələri zamanı Qroznının çəkilmiş fotolarına baxmaq kifayətdir.

“Qarabağ məsələsində Türkiyə ilə Rusiyanın münasibətlərindən çox şey asılıdır” deyəndə o nəyi nəzərdə tutur?

- Əslində bu sözlərin arxasında Moskvanın "bunu təkrarlaya bilərəm" deyərək Azərbaycanı şantaj etmək istəyi dayanır. Ancaq bu təhdidlərdən ən azından indiki məqamda çox da qorxmamalısınız. Kreml bacarsaydı, Azərbaycanla Ermənistan arasında son müharibənin ilk günlərindən müdaxilə edərdi. Bundan əlavə, bu, güclülərlə bir səviyyədə olmaq arzusunun olduğunu da göstərir. Və Rusiya təbliğatçılarının və ya Vladimir Putinin adından danışan məmurların nə dediklərindən asılı olmayaraq, bu vəziyyətdə güclü olanın Rusiya deyil, Türkiyə olduğu ortaya çıxdı.

Əslində, Ərdoğan Putinin Ermənistan ordusunu tam məğlubiyyətdən qurtaran tanınmış Üçtərəfli Bəyanatı ilə razılaşaraq nüfuzunu qorumasına imkan verdi. Və burada Rusiyanın "həlledici" rolunu deyil, türklərin və azərbaycanlıların şərq müdrikliyini görə bilərsiniz.

İran Rusiya üçün Qarabağla bağlı proseslərdə maneədirmi?

- Çətin ki. Hazırda iranlıların kifayət qədər problemləri var, onlara bircə bu məsələdə aktiv rol oynamaqları yetmirdi. Buna baxmayaraq, Rusiyanın, xüsusən də Moskva-Tehran-Pekin xətti boyunca ən yeni üçlü ittifaq qurmağa çalışması ilə əlaqədar olaraq Tehranla normal münasibətlərini davam etdirməsi vacibdir.

Rusiya müdafiə naziri bildirib ki, Azərbaycan və Ermənistanın artıq ikitərəfli təmaslar qurmasının və bir-birləri ilə danışmasının vaxtı çatıb. Sizcə bu prosesin başlaması üçün vaxt çatıbmı? Axı yaralar hələ açıqdır.

- Bir çox beynəlxalq münaqişələrin həlli tarixi göstərir ki, ikitərəfli səviyyədə dialoq ən təsirli üsuldur. Beynəlxalq vasitəçilər tərəfləri müharibəni bitirməyə məcbur edə bilərlər. Ancaq barışığa zorla nail olmaq mümkün deyil. Fransa ilə Almaniya arasında, Polşa ilə Almaniya arasında, Ukrayna ilə Polşa arasında, Portuqaliya ilə İspaniya arasında bəzən əsrlər boyu davam edən, uzun müddət düşmənçilik aparan bir çox digər ölkələr arasında bu olub. Ancaq ikitərəfli dialoq üçün doğru vaxt, peşəkar yanaşma (tarixçilərin tarix, siyasətçilərin siyasət, iqtisadçıların iqtisadiyyat barədə düzgün yanaşması və s.) və ardıcıllıq tələb olunur. Kiçikdən başlamaq lazımdır - tam həcmli ticarəti bərpa edərək, infrastrukturu yenidən quraraq və tədricən siyasi, tarixi və digər problemlərin həllinə keçməliyik. Azərbaycan və Ermənistan bir çox cəhətdən maraqları üst-üstə düşən iki qonşu dövlətdir – söhbət ilk növbədə, sülh şəraitində yaşamaq istəyindən və müasir problemlərin öhdəsindən gəlmək, yoxsulluğun aradan qaldırılması, koronavirus COVID-19 və s. səbəb olduğu pandemiya və bu kimi problemləri həll etmək istəyindən gedir.

Gülnar Səlimova

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı