Ukrayna üçün hərbi yolu çox çətin olacaq Rusiya ordusu daha güclüdür - Ukraynalı hərbi ekspert

Müsahibələr 20:28 17.03.2021

Rusiya ilə Ukrayna arasında münaqişə ilə bağlı gərginlik artmaqda davam edir. Son həftədəki proseslər məsələnin həllinin hərbi münaqişə müstəvisində baş tutacağını göstərir. Lakin əsas məsələ ərazisi işğal altında olan Ukraynanın Rusiya hərbi qüvvələrinin qarşısında nə dərəcədə dayana biləcəyidir.

Məsələnin sülh yolu ilə həllinin mümkün olmadığı təqdirdə hərbi yola baş vurulacağını söyləyən ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Rusiya ordusunun texniki cəhətdən üstünlüyünün danılmaz olduğunu söyləyib. Mövzu ilə bağlı ətraflı açıqlama verən mütəxəssis Eurasia Diary-yə müsahibə verib.

- Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq Rusiya Krım məsələsi ilə bağlı öz mövqeyində dəyişməz olaraq qalır. Ukrayna belə olan təqdirdə hansı tədbirlərə əl ata bilər? 

- Ukraynanın bu mövzuda mövqeyi hər zaman dəyişməz olub və dəyişməz olaraq da qalacaq - Krım Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazisidir. Eyni zamanda, bu mövqe mütəmadi olaraq mümkün olan bütün beynəlxalq platformalarda elan edilməlidir.

Sanksiyalara gəldikdə, bu yalnız Rusiyanın revanşist ambisiyalarını reallaşdırma qabiliyyətini zəiflətmək məqsədi daşıyır. Həmçinin bu, Rusiyaya təzyiq göstərməyimizə imkan verən çox vacib bir məqamdır. Bununla yanaşı, biz öz mövqeyimizin Moskvanın tutduğu mövqeyi qarşısında dəyərsiz hala düşməsinə izin verməməliyik. Daim damcılayan su daşı belə yeyib bitirir. Rusiyaya sanksiya çərçivəsində edilən iqtisadi və siyasi təzyiq prinsipi də eynidir.

- Statistik göstəricilər Ukraynadakı daxili kütlənin orduya daha çox güvəndiyini qeyd edir. Sizcə Ukrayna ordusu ərazi bütövlüyü uğrunda savaşa nə dərəcədə hazırdır? 

Ukrayna ordusu ərazi bütövlüyünü qorumağa hər zaman hazırdır. Son 7 ildə Ukrayna Silahlı Qüvvələrində təlim, təchizat və motivasiya səviyyəsi xeyli artıb. İllər öncə silah və sursatın çatışmamazlığı ölkədəki ruspərəst lobbilərin apardığı siyasət nəticəsində olmuşdu. Son dövrdə ordumuz ilk milli istehsalı olan "Neptun" gəmi əleyhinə raket sistemi alıb. Ukrayna ordusunun bu komplekslə təchiz edilməsi, ölkə ərazisinin dəniz sərhədlərindən işğalı təhlükəsini əhəmiyyətli dərəcədə azaldacaq.

- Böyük müharibə olarsa Rusiya vəziyyətdən istifadə edərək digər postsovet məkanlarında işğalçı planı işə salına bilərmi? Yəni Ukrayna və müttəfiqi olan Qərb bunu öncədən gözə alıbmı? 

- Rusiyanın revanşist siyasəti hər zaman gözlənilməz olub. Bu, xüsusilə keçmiş sovet ölkələri üzərində Rusiyanın tam olmasa da, qismən ərazi iddiaları ilə sonuclanıb və bir daha mümkündür. Rusiyada köklü dəyişikliyin baş tutması mümkünsüzdür. Dəyişsə belə, ölkə rəhbərliyi mövcud rejimdən tam siyasi asılılıq xarakteri daşıyacaq. Ona yaxın olan ölkələrə gəldikdə isə onların aqıbəti iqtisadi və hərbi cəhətdən asılı olan Belarus və Ermənistan kimi olacaq. Və yaxud da bu münasibətlər Moldova (Dnestryanı), Gürcüstan (Abxaziya, Cənubi Osetiya) və Ukraynada (Krım və Donbasın bir hissəsi kimi) olduğu kimi qismən də olsa ərazilərinin

ələ keçirilməsi ilə sona çatacaq.

Bu cəhdlər hər zaman Moskvanın məkrli planının bir hissəsi olub və hər zaman eyni üsulla həyata keçiriləcək.

- Sülh danışıqları yolu ilə azad etmək perspektivi nə qədərdir? Eyni zamanda hərbi yolu necə dəyərləndirirsiniz?

- Sülh danışıqlarının effektivliyi o zaman mümkündür ki, Rusiya heç bir tələb irəli sürmədən Ukraynanın zəbt etdiyi bölgələrinin qaytarılmasına razı olmağa hazır olsun. Bu, yalnız iki yolla mümkündür: Birincisi, sanksiya yükünü azaltmaq üçün qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa hazır olan Rusiyada hakimiyyət dəyişikliyi olmalıdır. İkincisi, Rusiyanın könüllü olaraq güzəştə gedəcəyi səviyyəyə qədər iqtisadiyyatının çökməsi tələb olunur.

Məsələnin hərbi yolla həlli göründüyü qədər asan deyil. Əlbəttə ki, Ukrayna ordusu bu illər ərzində əhəmiyyətli dərəcədə dəyişdi. Lakin bunu da anlamaq lazımdır ki, Ukrayna ordusu ərazilərini işğaldan azad etdiyi zaman Rusiya qoşunları ilə qarşılaşacaq. Rus ordusu hələ də dünyanın ən çox inkişaf etmiş ordularından biridir və texnika və silah təchizatına görə Ukraynanın Silahlı Qüvvələrini çox üstələyir. Məsələn, Rusiyanın ehtiyatda olan tank qüvvələrinin sayı yalnız ABŞ və Çinin sahib olduqları ilə müqayisə edilə bilər. Və bütün qüvvələr 7/24 rejimində nəzarətsiz qalan sərhəddən Ukraynaya yeridilə bilər.

İşğaldan azad olmağın müvəffəqiyyəti o zaman mümkündür ki, Rusiya hərbi qoşunlarını bu prosesə cəlb etməsin.

Elnur Ənvəroğlu

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Hamısı