Türkiyə terrorun başı üzərində HDP bağlanır, həbslər aparılır, sanksiyalar tətbiq olunur

Müsahibələr 16:15 19.03.2021

Türkiyənin siyasət arenası yenidən çalxalanmaqdadır. Baş Prokurorluq PKK tərəfdarı kimi tanınan, hətta PKK-nın siyasi qolu adlandırılan HDP-nin (Xalqların Demokratik Partiyası) bağlanması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. 

Qeyd edək ki, HDP-nin terroru dəstəkləməsi ilə bağlı zaman-zaman Terkiyə siyasətində məsələ qaldırılıb. Partiyanın lideri Səlahəddin Dəmirtaş bu günün özündə belə, terrora dəstəkdə təqsirli bilinərək həbsdədir. Bundan əlavə, partiyanın digər üzvləri də terrora dəstəkdə suçlanırlar. Bəs görəsən bu günə qədər təhlükəli siyasət aparan partiya niyə bağlanmayıb və onun fəaliyyətinə məhz indi xitam verilməsi nəzərdə tutulur?

Məsələ ilə bağlı İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik  Teymur Qasımlı Eurasia Diary-yə müsahibəsində ətraflı fikir bildirib. 

- HDP-nin PKK terroruna dəstək olduğu barədə dəfələrlə bildirilsə də, partiyaya qarşı indiyədək heç bir ciddi tədbir görülməyib. HDP-nin bağlanması ilə bağlı bu gün məsələ qaldırılması hansı zərurətdən doğur? Bu günədək bu qərarın verilməsinə nə mane olurdu?

- HDP-nin (Xalqların Demokratik Partiyasının) bağlanması tələbi hər zaman gündəmdə olub. Bu partiyanın bağlanması tələbinin əsas səbəbi terrorla arasında məsafə qoymaması olub. Buna baxmayaraq, HDP hər zaman PKK-nı müdafiə edərək, bu təşkilatın Türkiyədə baş verən terror hadisələri ilə əlaqəsinin olmadığını bildirib və bu barədə iddiaları qəsdən rədd edib. İndi isə keçək əsas məsələyə: Nə üçün HDP-nin bağlanması məhz indi tələb olunur. Əvvəla, 15 iyun hərbi çevriliş cəhdindən sonra AKP-MHP birliyi meydana gəldi. Qeyd edim ki, MHP lideri Dövlət Baxçalı hər zaman HDP-nin bağlanmasını tələb edib. Bu üzdən də D.Baxçalı R.T.Ərdoğanla hər görüşəndə HDP-nin bağlanması məsələsini qaldırıb. Lakin Ərdoğan bir çox incə nüansları nəzərə alaraq hər dəfəsində Baxçalının istəyini yerinə yetirməyib. 

Məlumdur ki, Türkiyədə siyasi proseslər hər gün dəyişir. Həm daxili, həm də xarici siyasətdə Ərdoğana qarşı təzyiqlər var və davam edir. Bunun üçün də Ərdoğanın bu kimi siyasi təzyiqlərə qarşı etibarlı müttəfiqə ehtiyacı var. Aydındır  ki, Ərdoğan MHP kimi müttəfiqi itirmək istəmir. Ona görə Baxçalının HDP-nin bağlanması ilə bağlı istəyinə sonda hə dedi. Düşünürəm ki, HDP-nin bağlanması tələbi MHP lideri Dövlət Baxçalının istəyilə baş verib.

-  Sizcə HDP-nin bağlanması nə qədər realdır?

- Hazırda 600-səhifəlik  iddia hazırlanıb. Həmin iddiada HDP-nin bölgələr üzrə idarə heyəti və  təşkilat sədrlərinin adları yer alır. Məhkəmə partiyanın fəaliyyətinin dayandırılması barədə qərar verməsə belə, düşünürəm ki, ən azından HDP-nin dövlət büdcəndən maliyələşdirməsi dayandırıla bilər. Bundan başqa, HDP idarə heyətinin siyasi üzvləri həbs oluna və ya siyasi sanksiyalarla üzləşməsi ehtimalı var. Çünki təcrübə göstərir ki, bu günə qədər PKK-ya dəstək verən digər partıyalar da bağlanıb.

- Türkiyədə milli azlıq olan kürdlərin bu mümkün qapanmaya reaksiyası necə ola bilər?

- Bu günə qədər Türkiyədə 25 siyasi partiya bağlanıb. Bunların 9-u kürdlərin hüquqlarını qoruduqlarını iddia edən partiyalar olub. Türkiyə vətəndaşı olan  kürdlər buna həmişə səbir və təmkinlə cavab veriblər. Bu zəmində Türkiyədə hər hansı böyük qarşıdurmalar olmayıb. Bundan başqa, Türkiyə vətəndaşı olan kürdlərin hamısı HDP-ni dəstəkləmir. Onların arasında müxtəlif partiyalara səs verənlər və hətta idarə heyəti tərkibində olanlar var. Hətta MHP-nin siyasi elitasında kürd kökənli şəxslər mövcuddur.

- PKK-ya həmişə dəstək olan ABŞ və Aİ-nin bu məsələyə münasibəti necə ola bilər?

- Türkiyə qarşı kəskin bəyanatlar, hətta qətnamələr ola bilər. ABŞ və Avropa İttifaqının atacağı addımlar Türkiyəyə artıq məlumdur. Ancaq düşünürəm ki, bunun Türkiyəyə hər hansı ciddi təsiri olmayacaq. Çünki Türkiyə bu günə qədər bu işlərdə böyük təcrübə əldə edib.

- HDP-nin bağlanmasınin ölkədə terrorun alovlanmasına gətirib çıxaracağı ehtimalı nə qədərdir? 

- PKK kimi bir təşkilatın qurulması niyyəti 1973-ci ildə meydan gəlib. PKK rəsmən 1978-ci ildə  Diyarbəkirin Licə bölgəsində qurulub. Qurulmasından altı il sonra -  1984-ci ildə ilk silahlı terroru həyata keçirib. Türkiyə dövləti  bu günə qədər peşəkar olaraq terrorla mübarizə aparıb və qalıb gəlib. O üzdən də HDP-nin bağlanması Türkiyədə hər hansı gizli terrorun alovlanmasına gətirib çıxara bilməz. Bundan başqa, HDP bağlansa belə, sabah başqa bir adla yenə də fəaliyyət göstərəcəyi ehtimalı var.

Elnur Ənvəroğlu
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Hamısı