Təminatçı olsa belə, ermənilərin verəcəyi xəritələrə inanmaq olmaz Hərbi jurnalist

Müsahibələr 10:10 25.03.2021

Ermənistan 10 noyabr razılaşmasından sonra Qarabağ bölgəsinə təxribat üçün gələn və Azərbaycan ordusu tərəfindən ələ keçirilən terrorçularının geri qaytarılması ilə bağlı tələblərini davam etdirir. Ermənistan tərəfi onları hərbi əsir kimi qələmə versə də, Azərbaycan tərəfi bunun beynəlxalq hüquq qaydaları və hərbi doktrinlərə zidd olduğunu rəhbər tutaraq, həmin terrorçuların qaytarılması tələbini qətiyyətlə rədd edir. 

Eyni zamanda, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritəsinin verilməsini tələb edir. Öz növbəsində rəsmi Yerevan rəsmi Bakının bu haqlı tələbini rədd edir, xəritələri təzyiq vasitəsi kimi əlində saxlayır. 

Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın mina xəritələri əvəzində terrorçuları Ermənistana qaytaracağı ilə bağlı iddialar yayılıb. Dünən isə İnsan Haqları üzrə Avropa Məhkəməsində erməni hərbi əsirlərinin maraqlarını təmsil edən Siranuş Saakyan daha bir iddia ilə çıxış edib. Onun iddiasına görə, rəsmi Bakı terrorçuların geri qaytarılması müqabilində 3 şərt irəli sürüb: 1) Ermənistan tərəfi bütün qoşunlarını Qarabağdan çıxarmalıdır; 2) Əlavə ərazilər “güzəştə getməlidir”, məsələn Kərki kəndini (ermənilər Azərbaycan torpağı olan, işğal edilmiş Kərkinin geri qaytarılmasını “güzəşt” kimi qələmə verirlər -  red.), 3) Qırmızı Bazar – Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə qayıdır.

Yaranmış vəziyyətlə bağlı hərbi jurnalist Səxavət Məmmədov Eurasia Diary-yə müsahibə verib. 

- Məlum olduğu kimi, Ermənistan məğlubiyyətdən sonra mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Eyni zamanda, 44 günlük müharibədən sonra imzalanan razılaşmaya baxmayaraq Azərbaycan ərazisinə sızan terrorçuların təhvil verilməsini istəyir. Azərbaycan tərəfi isə buna yox deyir. Sizcə Azərbaycan "yox" mövqeyində nə qədər dirəniş göstərə bilər?

- Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrinin verilməməyəcəyi öncədən hiss olunurdu. O xəritələrin verilməməsi üçün dirəniş göstərəcəklər. Çünki minalanmış ərazilərin qalması, mina təhlükəsi azərbaycanlıların Qarabağa qayıdışını ləngidəcək. Bundan əlavə, istər mülki, istərsə də, hərbi itkilərə gətirib çıxaracaq. Belə olduqda, əhali arasında bir xof yaranacaq. Əgər xəritələr verilməsə, Azərbaycan tərəfi məcbur olub, xaricdən dəstək almalı olacaq. Təbii ki, bu da maddi xərclərə yol açacaq. Xəritələrin verilməməsi ilə Ermənistan tərəfi Azərbaycana həm maddi, həm mənəvi ziyan vuracaq.

Terrorçuların tələbinə gəldikdə isə Ermənistan tərəfinin buna heç bir haqqı yoxdur. Çünki saxlanılan şəxslər əsir yox, məhz terrorçudur. Azərbaycan dövlətinin tam haqqı var ki, onlara qarşı terrorçulara qarşı necə davranmaq lazımdır, elə də davransınlar. Düşünürəm ki, rəsmi Bakı özünün maraqlarına uyğun vaxt yetişənə qədər dirəniş göstərəcək. Çünki rəsmi Bakının əlində Ermənistana qarşı oynayacağı kartları hədsiz çoxdur. Ermənistan tərəfi birinci Qarabağ müharibəsi zamanı əsir götürdükləri şəxsləri gizlədir. Birinci Qarabağ müharibəsində əsir, girov düşüb, sonrakı illərdə həlak olmuş şəxslərin dəfn olunduğu yerləri də gizlədir. Düzdür, bəzi şəxslərin qəbirləri məlum oldu və ölkəyə gətirildi, ancaq bu, erməni tərəfinin öz arzusu, istəyi ilə yox, əsirlikdən gələnlərin dedikləri və kəşfiyyat məlumatları nəticəsində yeri bilinənlər idi. Qısası, Ermənistanın Azərbaycana təkcə mina xəritəsi borcu yoxdur. Erməni tərəfinin verməli olduğu çox xəritələr və siyahılar var.

- Bəzi mənbələr, tərəflərin bu məsələdə razılığa gələ biləcəyini, Azərbaycanın mina xəritələri əvəzinə diversantları qaytara biləcəyini söyləyirlər. Bunu Avropa İnsan haqları üzrə məhkəməsində erməni hərbi əsirlərin maraqlarının müdafiəçi qismində çıxış edən Siranuş Saakyanın iddia edərək bildirib. Onun iddiasında Azərbaycanın aşağıdakı tələbləri yer alır: 1. Erməni qüvvələrin çıxarılması, 2 Kərkinin geri qaytarılması, 3. Qırmızı Bazar yolu. Bu iddialar nə qədər doğru ola bilər?

- Açığı, düşünmürəm ki, Azərbaycanın əlində olan terrorçulara görə erməni tərəfi bu qədər güzəştə getsin. Müharibə dövründə bir neçə dəfə humanitar atəşkəs oldu və heç birində də, erməni tərəfi meyitlərini çıxarmaqda maraqlı olmadı. Onların bu istəksizliyi döyüş meydanında anti-sanitar vəziyyətə səbəb olmuşdu. Ermənistan mətbuatı hazırda Ermənistan Silahlı Qüvvələrinin Qarabağda xidmət aparmayacağını yazır. Bu barədə bir neçə dəfə də demişəm ki, Ermənistan Qarabağ yükündən qurtulmaq istəyir. Bundan əlavə, erməni tərəfinin Qarabağda silahlı qüvvə saxlayacaq gücü yoxdur. Müharibədə kifayət qədər maddi ziyana uğrayan rəsmi İrəvan, kənarda qüvvə saxlayacaq gücdə deyil. Erməni mətbuatı Qarabağdakı silahlıların könüllülük əsasında və Qarabağda yaşayanlardan formalaşcağını qeyd edir. Əslində bu Azərbaycan tərəfinin əlinə oynayır. Xatirinizdədirsə, yaxın günlərdə bitən hərbi təlimlərdə Azərbaycan ordusu həm də qanunsuz silahlı birləşmələrə qarşı mübarizəni də məşq edirdi. Ermənistan silahlı qüvvələri rəsmi olaraq Qarabağda olmayacaqsa, ərazidə olan silahlılar qanunsuz silahlı qruplar sayılacaq və bu imkan verəcək ki, Azərbaycan onlara qarşı əməliyyatlar həyata keçirsin.

Terrorçuların verilməsi məsələsində Azərbaycan öz marağının yetişdiyi vaxtı gözləyəcək. Bu vaxt düşünürəm ki, Ermənistanda keçiriləcək seçkilərə təsadüf edə bilər. Azərbaycan öz maraqlarına kim cavab verərsə, təminat aldıqdan sonra terrorçuları verə bilər. Terrorçuları alan şəxsin avtoriteti də artmış olacaq. Bunun tarixdə kifayət qədər analogiyası var.

4 Azerbaijani civilians killed in mine explosion – Middle East Monitor

- Ermənistanın daima öz öhdəliklərindən yayınması artıq faktdır. Əgər mina xəritələri təqdim edilsə belə, bu xəritələrin dəqiq olduğuna təminat nə dərəcədə olacaq? Təminatçı rolunda kim çıxış etməlidir?

- Hətta təminatçı olsa belə, o xəritələrə inanmaq olmaz. Səbəb çox sadədir. Mütəxəssislərlə söhbət etdikdə hamısı bildirir ki, erməni tərəfi minaları qanuna uyğun basdırmayıb. Minaların basdırılma taktikası var. Erməni tərəfi minaları qanuna uyğun yox, "harda daha çox zərər verərəm" düşüncəsi ilə basdırıb. İşğaldan azad edilmiş yerlərdə ən çox insanlar harada minaya düşüb? Qəbiristanlıqlarda. Sizcə hansısa dövlət qəbirstanlığa basdırdığı minanı xəritəyə salar? Qətiyyən. Bəzi insanlar elə düşünür ki, minalar ancaq təmas xətlərində və neytral zonalarda basdırılıb. Bu belə deyil. Unutmaq olmaz ki, birinci Qarabağ müharibəsində də, hər iki tərəf minalar basdırıb. Ötən 30 ilə yaxın müddətdə birinci müharibədə basdırılan minaların çıxarılmasına nə Ermənistan tərəfinin maddi gücü çatardı, nə də marağı. Ancaq özlərinə lazım olan yerləri təmizləyiblər.

- Sülhün təminatçısı rolunda çıxış edən Rusiya mina xəritələri məsələsində susqunluq nümayiş etdirir. Hətta XİN sözçüsü Mariya Zaxarova mina xəritəsi ilə bağlı ona ünvanlanan sualdan yayınmağa çalışıb, bunun Rusiya sülhməramlılarının və nədənsə Rusiya Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olduğunu deyib. Əvvəla, Rusiya FHN-nin bu məsələyə daxil edilməsi hansı məqsəd daşıyır və sülhməramlılar üzərilərinə düşən vəzifəni niyə icra etmirlər?

- Rusiya tərəfi təkcə bu məsələdə yox, Azərbaycana xeyir dəyəcək bütün məsələlərdə susqunluq nümayiş etdirir. O səbəbdən də, bunu normal qarşılamağa məcburuq. Mariya Zaxarova bu dəfə həqiqəti deyib. Həqiqətən də, bu məsələ Rusiya FHN-nin səlahiyyətindədir. Hətta müharibədən bir qədər sonra Rusiya FHN-nin mina təmizləyənləri Azərbaycana, daha dəqiq Ağdama gəlmişdilər. Onlara müəyyən bir sahəni vermişdilər ki, təmizləsinlər. Yaxın günlərdə aldığım məlumata görə, işlərini yekunlaşdırıb, gediblər. Əldə etdiyim məlumata görə, onlar bildirirmiş ki, əgər pul versələr, müqavilə bağlayıb, təmizliyə davam edərik.

Nəzərə almaq lazımdır ki, biz bu problemi miras qoyan Rusiya dövlətinin sülhməramlılarından danışırıq. Əslində Rusiya sülhməramlıları təkcə mina xəritələri ilə bağlı yox, razılaşdırılmış bir çox məsələlərdə hərəkətsizlik edir. Düşünürəm ki, Rusiya məsələnin uzanmasında maraqlıdır. Qarabağ bir müharibə ocağı idi. Rusiya uzun illərdir Azərbaycanla Ermənistanı məhz bu müharibə ocağı ilə təzyiq göstərirdi. Belə ocağın sönməsi təzyiq vasitəsinin də itməsi anlamına gəlir.

- Rusiyalı millət vəkili Sergey Markov Ermənistanın mina xəritəsinin Azərbaycan tərəfinə təqdim etməməsini cinayət adlandırıb. Azərbaycan bununla bağlı beynəlxalq institutlara və məhkəməyə müraciət edə bilərmi?

- Azərbaycan dövlətinin tam haqqı var ki, məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etsin. Ermənistan dövlətinin mina xəritələrini verməməkdə israrı təbii ki, cinayətdir. Rəsmi İrəvan mina xəritələrini verməməklə əlində təzyiq vasitəsi saxladığını düşünür.

Erməni tərəfi mina xəritəsini versə də, yenə arxayın olmamalıyıq. Təkrar edirəm, hərbiyə aid olmayan, istehkamın keçmədiyi, müdafiə xəttinin olmadığı elə yerlərə minalar basıdırıblar ki, o ərazilərə daxil olmaq intihara bərabərdir.

Elnur Ənvəroğlu
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı