Böhrana baxmayaraq Türkiyə hədəflərinə nail olacaq politoloq

Müsahibələr 20:01 26.03.2021

Avropa İttifaqı liderləri martın 26-da keçirilən zirvə toplantısı zamanı Türkiyə ilə Aİ arasında əlaqələrin möhkəmləndirilməsi və sabitliyi təşviq etmək üçün diplomatik və iqtisadi mövzularda müzakirələr ediblər. Toplantıda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. 

Qeyd edək ki, rəsmi Ankara ilə münasibətlər Aİ-nin 27 ölkəsinin liderlərinin videotoplantısında müzakirə olunub. Toplantıda öncə Türkiyənin Aralıq dənizindəki qaz istismarına başlaması ilə bağlı məsələ müzakirə edilib və ötən il ajiotaja səbəb olan bu hadisə ilə bağlı yenidən gərgin anlar yaşanıb. 

Görüş zamanı Aİ liderləri rəsmi Ankaranın PKK təbliğatçısı olan HDP-ni bağlamaq üçün atdığı addımlardan və İstanbul Konvensiyasından çıxmasından dərin narahatlıqlarını ifadə ediblər.

Eyni zamanda, iclasa rəhbərlik edən Avropa Şurası sədri Şarl Mişel blokun "Türkiyə ilə əlaqələrini mərhələli, şərtli və geri döndürüləcək" şəkildə artırmaq istədiklərini bildirib. Bir sözlə, Aİ bir əlində sanksiya zəncirini, digər əlində diplomatiya bayrağını fırladaraq Türkiyə ilə şərtli münasibətlər qurmaq niyyətində olduğunu bildirib. 

Eurasia Diary görüşün müddəaları bağlı daha ətraflı məlumatı almaq üçün siyasi ekspert Engin Özerdən müsahibə götürüb. 

- Aİ Türkiyə ilə müəyyən şərtlər çərçivəsində işbirliyi qurmaq niyyətində olduğunu bildirib. Aİ-nin Türkiyədən tələbləri nə olacaq? 

- Bildiyiniz kimi, Aİ hələ zirvə toplantısından öncə Türkiyə ilə müzakirə apararkən ilk olaraq suriyalı qaçqınlar məsələsini ortaya atmışdı. O üzdən də bir daha bunu qeyd etmək istəyirəm ki, Aİ-nın ilk tələbi suriyali qaçqınların Türkiyədə qalmasına şərait yaratmaq olacaq. 

Əslində bu Türkiyə üçün bir yükdür. Məlum olduğu kimi, 2016-cı ildə Türkiyə ilə Aİ arasında bir razılıq əldə edilmişdi və bu razılığa əsasən həmin qaçqınların Türkiyədə qalması müqabilində bütün xərclərinin Aİ tərəfindən qarşılanması yer alırdı. Lakin Aİ razılığa xilaf çıxaraq şərtlərə tam əməl etmədi. Təbii ki, əgər Aİ həmin öhdəliyə əməl edərsə, Türkiyənin də həmin qaçqınların öz ölkələrinə qayıtması ilə bağlı tələbi olmaz.  Düşünürəm Aİ-nin hazırki duruma görə Türkiyədən başqa bir tələbi olmayacaq. 

- Görüş zamanı Gömrük İttifaqı ilə bağlı danışıqlara başlanması məsələsi də səsləndirilib. Sizcə Aİ bu təkliflə Türkiyəni özündən asılı salmaq, ya yardım etmək istəyir?

- Türkiyə ilə Avropa arasında ticarət əlaqələri yüz illərə dayanır. Həmçinin, Türkiyənin Avropadakı ən böyük ticarət partnyorlarından biri Almaniyadır. Ümumiyyətlə, Türkiyənin Avropa ilə ticarət əlaqələrindən imtina etmək kimi bir şansı yoxdur.

Lakin 1995-ci ildə imzalanan Gömrük razılığı Türkiyə baxımından çox da əlverişli deyil. Misal üçün Türkiyə Aİ-nin üzvü olmasa da, hazırda Gömrük İttifaqının üzvüdür. Bu da Türkiyə tərəfini tam qane etmir. Çünki Türkiyə vətəndaşları hətta iqtisadi məsələlərlə bağlı Aİ ölkələrinə tam sərbəst səyahət edə bilmirlər. Belə olan təqdirdə Türkiyə Aİ-dən tam üzvlük barədə islahat tələb edə bilər. 

Daha bir məsələ pandemiya ilə də əlaqədar gömrük məsələlərində yeni dəyişikliklərin tətbiq edilməsi ola bilər. Bu kimi tədbirlər bir çox ölkələrdə iqtisadi gərginliklərdən dolayı görülməyə başlayıb. Bunun Türkiyədə də tətbiq edilməsi normal hal ola bilər.  

- Aİ ilə əməkdaşlıq etməkdə şərtlər varmı? Türkiyə bu şərtləri yerinı yetirəcəkmi?

- Bildiyiniz kimi Türkiyə 1963-cü ildən bəri Aİ-yə üzv olmaq üçün namizədlik irəli sürüb. Türkiyə və Aİ-yə üzv olan ölkələr arasında çox sıx əlaqələr olub və hazırda da mövcuddur. Sadəcə 2016-cı ildə Türkiyədə çevriliş cəhdindən sonra Avropa ilə bağların qırılması kimi hallar yaşandı. Bunun ardınca Türkiyə prezident idarəetmə sisteminə keçdi. Bu kimi dəyişiklər Aİ-yə üzvlük tələbləri ilə düzə gəlmir. Lakin qeyd etdiyim kimi, bunun xaricində Türkiyənin Aİ ölkələri ilə sıx əməkdaşlıq məsələsində heç bir ciddi problem yoxdur. Əlavə edim ki, Türkiyə son zamanlar Rusiya ilə əlaqələrə daha çox önəm verməyə başlayıb. Düşünürəm, bu, Türkiyənin heç də ziyanına deyil. Çünki biz Avropa ilə bir problem yaşamamışıq. Lakin Rusiya ilə güc balansı və xarici siyasətdə bəzi ziddiyyətli məqamlar baxımından problemlərimiz olub. Avropa həmçinin, ticarətdə və xarici siyasətdə Türkiyəyə ən çox gəlir gətirən tərəfdaşdır. O üzdən də bir daha qeyd edim ki, Avropa ittifaqı ilə əməkdaşlıq prinsiplərində heç bir problemdən və ya şərt yerinə yetirməkdən söz gedə bilməz.  

- Bəzi iddialara görə, dünyada qütbləşmə yaradan qüvvələr Türkiyə iqtisadiyyatına qarşı bir hücum planı hazırlayırlar. Türkiyə bu durumda özünü müdafiə etmək üçün hansı addımları ata bilər?

- Bu fikirlə tam razıyam. Türkiyə hazırda bu təzyiqlərə qarşı müdafiə mövqeyindədir. Bildiyiniz kimi, Çin XİN-nin rəhbəri Türkiyədə rəsmi səfərdə idi. Qeyd edim ki, Çinin Türkiyə ilə sıx ticarət əlaqələri yaratmaq imkanları yoxdur. Əsasən iki ölkə arasında qarşılıqlı maraqların üst-üstə düşmədiyi üçün Çin ticarət əlaqələrində Türkiyənin etibarlı bir tərəf müqabili ola bilməz. O üzdən də Türkiyənin iqtisadiyyatını möhkəmləndirmək üçün tək bir yolu var. Bu da Avropa İttifaqı ölkələri ilə ticarət həcmini artırmaq və Avropa ölkələrindən investorları ölkəyə cəlb etməkdir. Məlum olduğu kimi, Türkiyədə işsizlik artıq böyük bir problemə çevrilməyə başlayıb. Bundan əlavə, Türkiyə ölkə daxilindəki iqtisadi durğunluğun qarşısını almaq üçün il ərzində ən azından iqtisadi gəlirlərini yüzdə dörd həcmində artmaq məcburiyyətindədir. 

Türkiyə Rusiya ilə əlaqələr yaratsa da, Rusiya bunu qarşılayacaq potensiyala malik deyil. Çünki Rusiyanın iqtisadiyyatı da o qədər ürək açan deyil. O üzdən də, Türkiyənin seçə biləcəyi tək bir çıxış yolu gömrük rejimindəki dəyişikliyə razı olmaqla daha çox xarici ticarət əlaqələrini genişləndirmək olacaq.  

- Ölkə rəhbərinin də qeyd etdiyi kimi, bəzi xarici qüvvələr Türkiyə iqtiadiyyatına zərbə vurmağa çalışır. Sizcə bütün bu əngəllərə rəğmən Türkiyə 2023-cü il hədəflərinə nail ola biləcəkmi?

- Türkiyənin 2023-cü il hədəflərinə nail ola bilməmək riski durmadan artır. Gördüyünüz kimi, dünyada iqtisadi böhranlar artmağa başlayır. Bütün ölkələr kimi Türkiyə də bu cür böhrandan keçir. 2020-ci ildəki ticari əlaqələrin azalmasının acı nəticəsini biz bu il də yaşamalı olacağıq. 

Bütün bu halları nəzərə alaraq, Türkiyənin 2023-cü il hədəflərə nail ola bilməməsini biz normal qəbul etməliyik. Bu əsla hökumətin bacarıqsızlığı kimi qəbul edilə bilməz. Bundan əlavə, Türkiyə ətrafında savaş problemləri mövcuddur. Halbuki, 2023-cü il hədəfləri qarşıya qoyularkən, Suriya məsələsi, minlərcə qaçqınların Türkiyəyə axını və bu kimi digər problemlər ortada mövcud deyildi. Digər tərəfdən, ortaya gözlənilmədən pandemiya problemi çıxdı və digər ölkələrlə yanaşı Türkiyə də çətin bir durumla üz-üzə qalmış oldu. 

Qeyd etdiyiniz kimi, dünyanın müxtəlif yerlərində olan maliyyə qruplaşmaları Türkiyəyə qarşı bir çox əməliyyatlar həyata keçirməyə çalışırlar. Onların da Türkiyə iqtisadiyyatının inkişafına mənfi təsiri istisna deyil. Lakin bir daha qeyd edim ki, Türkiyə 2023-cü il hədəfinə nail olmasa belə, böyük itki ilə üzləşmiş olmayacaq. İnanırıq ki, Türkiyə ən azı bu hədəfin 70/100-nə nail olmuş olacaq və bu da hazırki durumu nəzərə almaqla böyük bir göstəricidir.  

 
Elnur Ənvəroğlu 
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Hamısı