Aİ Türkiyə qarşısında şərtlər qoydu Sanksiyalar tətbiq oluna bilər

Türkiyənin Aİ zirvə toplantısında tək əldə edə bildiyi nəticə qaçqınlar məsələsi barədə razılıq olub

Müsahibələr 13:40 29.03.2021

Məlum olduğu kimi, 25-26 mart tarixində Avropa İttifaqının (Aİ) videokonfrans şəklində keçirilən fövqəladə zirvə toplantısının yekun bəyannaməsi yayımlanıb. Bəyannamədə Türkiyə ilə bağlı bir sıra mühüm məsələlər yer alıb. 

Qeyd edək ki, üç hissədən ibarət olan zirvənin yekun bəyannaməsi toplam 20 maddədən ibarətdir. Bunların ilk 8 maddəsində Aİ-nın daxili problemləri haqda bir sıra məsələlərin nəticələri yer alır. Digər 11 maddədə Şərqi Ağ dəniz məsələsi çərçivəsində Türkiyə ilə Aİ münasibətləri, son 20-ci maddədə isə Rusiya məsələsi dayanır.  

Bundan əlavə, bəyannamənin birinci hissəsində Covid-19 ilə mübarizə və vaksinasiya fəaliyyətlərində koordinasiyanın gücləndirilməsi də geniş yer alıb. 

Yazar: Prof. Dr. İrfan Kaya ÜLGER || GLOBAL SAVUNMA - Strateji - Güvenlik -  Savaş Teknolojileri - İstihbarat

Toplantı barədə Eurasia Diary-yə müsahibə verən professor İrfan Kaya Ülgər qeyd edib ki, toplantının nəticəsi olaraq Komissiya üzvlərinə bir sıra məsələlərdə səlahiyyətlər verilib. Bunların arasında rəqəmsal sertifikatların tətbiqi, insanların səyahəti və dərman preparatlarının dövriyyəsi ilə bağlı bir sıra tədbirlər yer alır. Onun sözlərinə görə, digər maddələrdə əsas diqqət Aİ-nin rəqabət qabiliyyətinin qorunması və gücləndirilməsinə yönəldilib. Eyni zamanda, təhsil və texnologiya sahəsində rəqəmsal fəaliyyətlərin tətbiqi də ön planda yer alıb.

- Türkiyə ilə Aİ arasında yaxın gələcəkdə hansı sahədə iş birliyi baş tuta bilər? Nəhayət, Türkiyəyə qarşı sanksiyalara son qoyulacaqmı? 

- Zirvə toplantısının bəyannaməsindən belə qənaətə gəlmək olar ki, Aİ Türkiyə münasibətlərinin başında əsasən Gömrük İttifaqının şərtlərinə əməl etmək dayanır. 

Bəyannamənin digər bir şərti olaraq, Komissiya üzvlərinin ictimaiyyətin sağlamlığı, iqlim problemləri, terrora qarşı mübarizə, regionda çəkişmələr və s. bu kimi məsələlərin dialoqla həlli sahəsində səlahiyyətləndirilməsidir. Qeyd olunan bu şərtlərə Türkiyənin əməl edəcəyi təqdirdə qarşılıqlı münasibətdən söz gedə biləcəyi qeyd olunur. Avropa Şurası sədri Şarl Mişelin qeyd etdiyi kimi, blokun "Türkiyə ilə əlaqələri mərhələli, şərtli və geri döndürüləcək" şəkildə davam edə bilər. Başqa sözlə desək, Türkiyənin Aİ-yə tam üzv olması məsələsi xaricində, digər problemlərin Türkiyənin xeyrinə həlli onun əvvəlki zirvə toplantılarında irəli sürülən qaydalara əməl etməsinə bağlıdır.  

Sanksiyalara gəldikdə, bəyannamədə Türkiyənin beynəlxalq hüquq çərçivəsindən kənar heç bir əməliyyatlarda birtərəfli iştirak etməməsi bildirilir. Əks təqdirdə, Aİ üzvü olan dövlətlərin ittifaqın mənafeyinə uyğun olaraq, eləcə də təhlükəsizlik məqsədi kimi əks addımlar atacağı xəbərdarlıq olunur. Burada konkret olaraq hər hansı bir sanksiyadan söz getməsə də, nəticə olaraq Türkiyəyə qarşı təhdidedici ifadələr yenə də öz əksini tapıb. Bir sözlə, Aİ sözü birbaşa deməkdən çəkinir, lakin sanksiya missiyasında hər zaman qətiyyətli olduğunu bir daha bəyan edir. 

- Türkiyədə məskunlaşan suriyalı qaçqınların bundan sonrakı aqibəti ilə bağlı hansı razılaşmalar əldə edilib? 

- Bildiyiniz kimi, “Ərəb baharı”ndan sonra Avropaya köç geniş vüsət almağa başladı. Bu da Avropanın artan axına qarşı bir sıra tədbirlər görməsini sürətləndirdi. Bunlardan biri 2015-ci ilin oktyabr ayında, digəri 2016-cı ilin noyabr ayında qaçqınların yerləşdirilməsi və təminatı ilə bağlı Türkiyə ilə imzaladığı razılaşmadır. Həmin razılaşmaya görə, Avropa İttifaqı qaçqınlar üçün 6 milyard avro həcmində maliyyə dəstəyi ayırmışdı. Lakin müqavilənin müddəti 2020-ci ildə bitdi üçün müqaviləyə yenidən baxılmalı oldu. 

Qeyd edək ki, toplantıda Avropa Komissiyasının açıqlamasına görə, son əldə edilən razılaşma əsasında 2021-ci ildə qaçqınlar üçün 485 milyon avro vəsait ayrılıb. Bu da zirvə toplantısından öncə Türkiyə ilə aparılan danışıqlarda, eləcə də Türkiyənin Avropa tərəfi ilə qaçqınlar haqda yeni razılaşması əsasında irəli sürdüyü tələb nəticəsində mümkün olub. Bundan əlavə, bəyannamənin 13-cü maddəsinə əsasən Türkiyə 4 milyon suriyalı qaçqınla yanaşı Livan və İordaniyadan gələn köçkünlərə də ev sahibliyi etməsi bildirilib. Bəyannamənin 14-cü maddəsində isə Türkiyədəki qaçqınların yerlərini tərk edərək Avropanın ayrı yerlərinə qanunsuz immiqrasiya etmələrinin qarşısını almaq üçün yeni viza embarqosu tətbiq edilib. 

- Türkiyənin Aİ-yə tam üzv olması barədə müzakirələr nə zaman baş tutacaq?

- 3 oktyabr 2005-ci ildən bəri, Türkiyənin tam üzvlüyü barədə müzakirələr aparmaq üçün AB ilə danışıqlar aparan ölkələrin statusu olsa da, zirvədəki son bəyannamədə tam açıqlama verilməyib. Başqa sözlə, yeni bir müzakirə mövzusunun açılması iyun ayında keçiriləcək görüşə buraxılıb. 

Yekun hesabatda, Aİ-nin Türkiyənin ölkədəki siyasi partiya və media qurumlarının hüquq və azadlıqlarının qorunması məsələsinə də yer verilir. Bütün bu məsələlər Türkiyə-Aİ tərəfdaşlığının ayrılmaz bir hissəsi olduğu da xatırladılıb. Aİ bəyannamədəki maddələrə əsasən Türkiyədən Liviya, Suriya və Qafqazda barışa dəstək verməsi tələb olaraq irəli sürülüb. Bu da onu göstərir ki, açıq dillə ifadə edilməsə də, həqiqətdə Aİ Türkiyənin adı keçən bölgələrdə artan nüfuzundan bərk narahatdır.

Zirvənin yekun bəyanatının son maddəsini rəhbər tutaraq, Rusiyaya qarşı sanksiyalar məsələsi də müzakirə edilib. Lakin bu mövzuda hərtərəfli danışıqların iyun ayında aparılacağı bildirilib. 

 - Aİ-nin Türkiyə ilə münasibətlərdə bəzi məsələlərə tərəddüdlə yanaşmasının əsas səbəbi nədir? 

- Birbaşa olmasa da, üstüörtülü sanksiya təhdidləri çərçivəsində keçən zirvə toplantısında səsləndirilən bəyannamədən görmək olur ki, Aİ ilə Türkiyə arasında münasibətlərin nəticələri qarşıdakı aylarda əməkdaşlığın gedişatında özünü göstərəcək. Hal hazırda Aİ-nin Türkiyə ilə münasibətləri davam etdirmək sahəsində tutduğu mövqe güvən çatışmamazlığı problemi yaşayır. Hətta Türkiyənin Avropa İttifaqına tam üzv olmaq məsələsində ittifaqa üzvü olan ölkələr arasında ortaq razılaşma yoxdur və əsas məsələ də bundan qaynaqlanır.  

 
Elnur Ənvəroğlu
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı...
09:00 27.04.2024
Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Hamısı